Tövbə surəsi, 128-129-cu ayələr (sonuncu ayələr).
Tövbə surəsi, 128-129-cu ayələr
«Ləqəd caəkum rəsulun min ənfusikum» ayəsindən sona qədər.
Tövbə sürəsi, sonuncu ayə
| Ayələr | Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|---|
| 128 | Ləqəd caəkum rəsulun min ənfusikum `əzizun `ələyhi ma `ənittum hərisun `ələykum bil mumininə rəufur rəhim | Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır. | لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَحِيمٌ |
| 129 | fəin təvəlləv fəqul həsbiyəllahu lə ilahə illə huvə `ələyhi təvəkkəltu və huvə rəbbul `ərşil `əzim. | Beləliklə, əgər (haqqı qəbul etməkdən) üz döndərsələr, de: «Mənə Allah kifayətdir, O Allah ki, Ondan başqa bir məbud yoxdur, Ona təvəkkül etdim və O, böyük ərşin Rəbbidir». | فَإِنْ تَوَلَّوْا فَقُلْ حَسْبِيَ اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ |
