Ali İmran surəsinin 5 ayəsi (190-194-cü ayələr).
«Ali İmran» surəsinin 5 ayəsini «İnnə fi xəlqis səmavati vəl ərzi…» ayəsindən «İnnəkə la tuxliful miad»
Ali-İmran surəsinin 190-194-cü ayələr
| Ayə | Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|---|
| 190 | İnnə fi xəlqis səmavati vəl ərzi vəxtiləfil ləyli vənnəhari ləəyətin lliulil əlbəb | Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır. | إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِأُولِي الْأَلْبَابِ |
| 191 | Əlləzinə yəzkurunəllahə qiyamən və qu`udən və `əla cunubihim və yətəfəkkərunə fi xəlqis səməvəti vəl ərzi rəbbəna mə xələqtə haza batilən subhanəkə vəqinə `əzabən nar | O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru». | الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَٰذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ |
| 192 | Rəbbəna innəkə mən tudxilin narə fəqəd əxzəytəhu vəma lizzaliminə min ənsar | «Ey Rəbbimiz! Şübhəsiz, Sən (Cəhənnəm) od(un)a daxil etdiyin hər bir kəsi, mütləq xar və rüsvay etmisən. Zalımların əsla köməkçiləri olmayacaqdır». | رَبَّنَا إِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ ۖ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ |
| 193 | Rəbbəna innəna səmi`na munadiyən yunadi lil imani ın əminu birəbbikum fəəmənnə rəbbənə fəğfir lənə zunubənə və kəffir `ənnə səyyiətinə vətəvəffənə mə`əl əbrar | «Ey Rəbbimiz! Həqiqətən biz «Rəbbinizə iman gətirin!» deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman gətirdik. Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!» | رَبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلْإِيمَانِ أَنْ آمِنُوا بِرَبِّكُمْ فَآمَنَّا ۚ رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ |
| 194 | Rəbbəna və ətinə mə və`ədttənə `əla rusulikə vəla tuxzinə yəvməl qiyamə İnnəkə la tuxliful miad. | «Ey Rəbbimiz! Peyğəmbərlərinin dili ilə bizə vəd etdiklərini bizə əta et və bizi Qiyamət günü xar və rüsvay etmə ki, həqiqətən Sən heç vaxt Öz vədinə xilaf çıxmırsan». | رَبَّنَا وَآتِنَا مَا وَعَدْتَنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ ۗ إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ |
