Dua: «Əllahummə mən tə`əbbəə və təhəyyəə» duası
Şeyx Tusi və Şeyx Kəf`əmi həmçinin Seyid ibn Baqi aşağıda qeyd edəcəyimiz duanın, cümə günü və cümə gecəsi, Ərəfə gecəsi və Ərəfə günü oxunulmasını müstəhəb olmasını yazmışdırlar. Biz duanı Şeyx Tusinin «Misbah» kitabından nəql edirik. Dua belədir:
Cümə gecəsi əməlləri_6
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə mən tə`əbbəə və təhəyyəə və ə`əddə vəstəəddə livifadətin ila məxluqin rəcaə rifdihi və tələbə nailihi və caizətih, | İlahi, bir hacət istəmək və hədiyyə almaq məqsədilə bir məxluqun hüzuruna getmək üçün ümidlə hazırlıq görən bir şəxs kimi, | اللَّهُمَّ مَنْ تَعَبَّأَ وَ تَهَيَّأَ وَ أَعَدَّ وَ اسْتَعَدَّ لِوِفَادَةٍ إِلَى مَخْلُوقٍ رَجَاءَ رِفْدِهِ وَ طَلَبَ نَائِلِهِ وَ جَائِزَتِهِ |
| fəiləykə ya rəbbi tə`biyəti vəsti`dadi, rəcaə əfvikə və və tələbə nailikə və caizətik, | mən də ey Rəbbim, beləcə Sənin əfvinə, bəxşişinə və hədiyyənə ümid bəsləyərək dərgahına gəlmişəm. | فَإِلَيْكَ يَا رَبِّ تَعْبِيَتِي وَ اسْتِعْدَادِي رَجَاءَ عَفْوِكَ وَ طَلَبَ نَائِلِكَ وَ جَائِزَتِكَ |
| fəla tuxəyyib duai, ya mən la yəxibu ələyhi sailun və la yənqusuhu nail, | Belə isə, məni istəyimdən məhrum etmə, ey heç kimi Öz qapısından məhrum etməyən və bəxşişini azaltmayan! | فَلا تُخَيِّبْ دُعَائِي يَا مَنْ لا يَخِيبُ عَلَيْهِ سَائِلٌ [السَّائِلُ] وَ لا يَنْقُصُهُ نَائِلٌ |
| fəinni ləm atikə siqətən biəməlin salihin əmiltuh, | Mən Sənin dərgahına yaxşı əməlimə etimad etməklə gəlməmişəm, | فَإِنِّي لَمْ آتِكَ ثِقَةً بِعَمَلٍ صَالِحٍ عَمِلْتُهُ |
| və la livəfadəti məxluqin rəcəvtuh, | heç bir məxluqa ümid edərək üz tutmamışam, | وَ لا لِوِفَادَةِ مَخْلُوقٍ رَجَوْتُهُ |
| ətəytukə muqirrən əla nəfsi bil isaəti vəz zulm, | əksinə Sənin dərgahına özümə pislik və zülm etməyi etiraf edərək gəlmişəm | أَتَيْتُكَ مُقِرّا عَلَى نَفْسِي بِالْإِسَاءَةِ وَ الظُّلْمِ |
| mu`tərifən biən la huccətə li və la uzr, | və öz günahıma heç bir bəhanəm yoxdur. | مُعْتَرِفا بِأَنْ لا حُجَّةَ لِي وَ لا عُذْرَ |
| ətəytukə ərcu əzimə əfvikəlləzi əfəvtə bihi ənil xatiin, | Belə isə, Sənin dərgahına böyük əfvinə ümidlə gəlmişəm, belə ki, Öz əfvinlə bütün günahkarları bağışladın, | أَتَيْتُكَ أَرْجُو عَظِيمَ عَفْوِكَ الَّذِي عَفَوْتَ [عَلَوْتَ] بِهِ [عَلَى] عَنِ الْخَاطِئِينَ [الْخَطَّائِينَ] |
| fələm yəmnəəkə tulu ukufihim əla əzimil curm, ən udtə ələyhim bir rəhməh, | onların öz böyük günahlarına israrı Sənin əfvinə mane olmadı və yenə onları rəhmətlə qarşıladın. | فَلَمْ يَمْنَعْكَ طُولُ عُكُوفِهِمْ عَلَى عَظِيمِ الْجُرْمِ أَنْ عُدْتَ عَلَيْهِمْ بِالرَّحْمَةِ |
| fəya mən rəhmətuhu vasiətun və əfvuhu əzim, | Belə isə, ey rəhməti geniş və əfvi böyük olan, | فَيَا مَنْ رَحْمَتُهُ وَاسِعَةٌ وَ عَفْوُهُ عَظِيمٌ |
| ya əzimu ya əzimu ya əzim, | ey böyük Allah, ey böyük Allah, ey böyük Allah! | يَا عَظِيمُ يَا عَظِيمُ يَا عَظِيمُ |
| la yəruddu ğəzəbəkə illa hilmuk, | Qəzəbini yalnız səbrin söndürə bilər | لا يَرُدُّ غَضَبَكَ إِلا حِلْمُكَ |
| və la yunci min səxətikə illət təzərruu iləyk, | və qəzəbindən yalnız dərgahına ah-nalə etməklə nicat tapmaq olar. | وَ لا يُنْجِي مِنْ سَخَطِكَ إِلا التَّضَرُّعُ إِلَيْكَ |
| fəhəb li ya ilahi fərəcən bil qudrətilləti tuhyi biha məytəl bilad, | İlahi, yenə məni bağışla, hər bir yerdə ölünü diriltdiyin qüdrətinlə işlərimi genişləndir, | فَهَبْ لِي يَا إِلَهِي فَرَجا بِالْقُدْرَةِ الَّتِي تُحْيِي بِهَا مَيْتَ الْبِلادِ |
| və la tuhlikni ğəmmən hətta təstəcibə li, və tuərrifənil icabətə fi duai, | dualarım qəbul olana və onun qəbul olunacağını mənə göstərənə qədər məni qəm-qüssə ilə həlak etmə, | وَ لا تُهْلِكْنِي غَمّا حَتَّى تَسْتَجِيبَ لِي وَ تُعَرِّفَنِي الْإِجَابَةَ فِي دُعَائِي |
| və əziqni tə`məl afiyəti la muntəha əcəli, | mənə ömrümün sonuna qədər sağlamlıq (əzabından qurtuluşu) tamını dadızdır, | وَ أَذِقْنِي طَعْمَ الْعَافِيَةِ إِلَى مُنْتَهَى أَجَلِي |
| və la tuşmit bi əduvvi və la tusəllithu ələyy, və la tuməkkinhu min unuqi. | məni düşmənimin inadkarlığına düçar və onu mənə hakim etmə! | وَ لا تُشْمِتْ بِي عَدُوِّي وَ لا تُسَلِّطْهُ عَلَيَّ وَ لا تُمَكِّنْهُ مِنْ عُنُقِي |
| Əllahummə in vəzə`təni fəmən zəlləzi yərfəuni, | İlahi, əgər Sən məni alçaltsan, kim məni ucalda bilər? | اللَّهُمَّ [إِلَهِي] إِنْ وَضَعْتَنِي فَمَنْ ذَا الَّذِي يَرْفَعُنِي |
| və in rəfə`təni fəmən zəlləzi yəzəuni, | Əgər Sən məni ucaltsan, kim məni alçalda bilər? | وَ إِنْ رَفَعْتَنِي فَمَنْ ذَا الَّذِي يَضَعُنِي |
| və in əhləktəni fəmən zəlləzi yə`rizu ləkə fi əbdik, əv yəs`əlukə ən əmrih, | Əgər Sən mənə qəzəblənsən, kim Sənin bəndənin işlərində Sənə etiraz edib, Sən bir şey istəyə bilər? | وَ إِنْ أَهْلَكْتَنِي فَمَنْ ذَا الَّذِي يَعْرِضُ لَكَ فِي عَبْدِكَ أَوْ يَسْأَلُكَ عَنْ أَمْرِهِ |
| və qəd əlimtu ənnəhu ləysə fi hukmikə zulm, və la fi nəqimətikə əcələh, | Əlbəttə, bilirəm ki, hökmündə zülm və intiqamında tələskənlik yoxdur! | وَ قَدْ عَلِمْتُ أَنَّهُ لَيْسَ فِي حُكْمِكَ ظُلْمٌ وَ لا فِي نَقِمَتِكَ عَجَلَةٌ |
| və innəma yə`cəlu mən yəxaful fəvt, və innəma yəhtacu iləz zulmiz zəif, | Həqiqətən, vaxtın itirilməsindən qorxan adam intiqam almaqda tələsər, zəif və gücsüz zülmə möhtac olar. | وَ اِنَّمَا يَعْجَلُ مَنْ يَخَافُ الْفَوْتَ وَ اِنَّمَا يَحْتَاجُ إِلَى الظُّلْمِ الضَّعِيفُ |
| və qəd təalətə ya ilahi ən zalikə uluvvən kəbira, | Sən isə, ilahi, bu nöqsanlardan pak və böyüksən! | وَ قَدْ تَعَالَيْتَ يَا إِلَهِي عَنْ ذَلِكَ عُلُوّا كَبِيرا |
| Əllahummə inni əuzu bikə fəəizni və əstəciru bikə fəəcirni, | İlahi, Sənin dərgahına sığınıram, mənə sığınacaq ver, Səndən aman istəyirəm, mənə aman ver, | اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ فَأَعِذْنِي وَ أَسْتَجِيرُ بِكَ فَأَجِرْنِي |
| və əstərziqukə fərzuqni, | Səndən ruzi istəyirəm, mənə ruzi ver, | وَ أَسْتَرْزِقُكَ فَارْزُقْنِي |
| və ətəvəkkəlu ələykə fəkfini, | Sənə təvəkkül edirəm, mənə kifayət et, | وَ أَتَوَكَّلُ عَلَيْكَ فَاكْفِنِي |
| və əstənsirukə əla əduvvi fənsurni, | Səndən düşmənimə qələbə çalmaq üçün yardım diləyirəm, mənə yardım et, | وَ أَسْتَنْصِرُكَ عَلَى عَدُوِّي [عَدُوِّكَ] فَانْصُرْنِي |
| və əstəinu bikə fəəinni, | Səndən imdad istəyirəm, imdadıma yet, | وَ أَسْتَعِينُ بِكَ فَأَعِنِّي |
| vəstəğfirukə ya ilahi fəğfirli, | Səndən bağışlanma istəyirəm, ey mənim Rəbbim, məni bağışla! | وَ أَسْتَغْفِرُكَ يَا إِلَهِي فَاغْفِرْ لِي |
| aminə aminə amin. | Amin, amin, amin! | آمِينَ آمِينَ آمِينَ |
Mənbə:
Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 269;
Əllamə Məclisi — Biharul-ənvar, c 86, səh 294, hədis 6 (cüzi fərqlə)
