Hədis_3
CƏNNƏTİN QİYMƏTİ
| Tərcümə | Ərəbcə |
|---|---|
| İmam Sadiq (ə) atası imam Baqirdən (ə), o da Cabir ibn Abdullahdan nəql edir ki, bir bədəvi ərəb Peyğəmbərin (s) yanına gəlib belə dedi: "Ey Allahın Rəsulu! Cənnətin qiyməti varmı?" Peyğəmbər (s) buyurdu: "Bəli." Bədəvi ərəb dedi: "Cənnətin qiyməti nədir?" Peyğəmbər (s) buyurdu: "Hər hası bir saleh bəndənin ixlas ilə "La ilahə illəllah" deməsi." Bədəvi ərəb dedi: "İxlasla demək necə olur?" Peyğəmbər (s) buyurdu: "Mənim buyurduğum şeylərə haqqı ilə əməl etmək və Əhli-beytimi sevmək." Bədəvi ərəb dedi: "Əhli-beyti sevməkdə bunun haqqıdır?" Peyğəmbər (s) buyurdu: "Bəli, Əhli-beytimi sevmək bunun ən böyük haqqıdır." (Şeyx Tusi (r.ə), "Əmali", səh 447, hədis 12, məclis 24) | عن أبي عبد الله جعفر بن محمد، عن أبيه (ع)، عن جابر بن عبد الله الأنصاري، قال: جاء أعرابي إلى النبي (ص) فقال: يا رسول الله، هل للجنة من ثمن؟ قال: نعم. قال: ما ثمنها؟ قال: " لا إله إلا الله " يقولها العبد الصالح مخلصا بها. قال: وما إخلاصها؟ قال: العمل بما بعثت به في حقه، وحب أهل بيتي. قال: وحب أهل بيتك لمن حقها؟ قال: أجل، إن حبهم لأعظم حقها |
