Dua: Kisa hədisi
«Kisa hədisi» (Kisa əhvalatı) şiə və əhli sünnə arasında məşhurdur və bu əhvalatın baş verdiyi barədə heç bir şübhə yoxdur. Belə ki, Həzrət Rəsulullah (s) Xanım Fatimeyi Zəhranın (s.ə) evində, yaxud öz evində əbaya bənzər bir örtüyün altında qərar tutmuş, Həzrət Əlini (ə), Xanım Fatimeyi Zəhranı (s.ə), İmam Həsəni (ə) və İmam Hüseyni (ə) öz yanina çağırmış, onları «Həqiqətən Allah istəmişdir ki, siz Əhlibeytdən (ə) hər çirkinliyi (günahı) uzaqlaşdırsın və sizi pakdan pak etsin»[1] ayəsinin şamil olduğu kəslərdən olduğunu bildirmişdir.
Burada «Kisa hədisi» ünvanında qeyd olunan bu müfəssəl hədisi oxumağın, rəvayətə görə böyük mükafatı və təsirləri vardır. Bu hədisin axırında oxuyuruq: «Bizim şiələrimiz və dostlarımız hər bir yerdə bu hədisi oxuyarlarsa, ilahi rəhmət onlara nazil olar, mələklər onlar üçün bağışlanma diləyərlər, hər qəmlinin qəm-qüssəsi aradan qalxar və onların istəkləri həyata keçər.»»Kisa hədisi» Əvalim kitabına Cabir ibn Abdullah Ənsari, Peyğəmbərin (s) qızı Fatimeyi Zəhradan (s.ə) nəql edir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Dəxələ ələyyə əbi Rasulullahi və alih, fi bəzil əyyami fəqalə əssəlamu ələyki ya Fatiməh, fəqultu ələykəs səlamu qalə inni əcidu fi bədəni zufa, fəqultu ləhu uizukə billahi ya əbətahu minəz zuf, fəqalə ya Fatimətu atini bil kisail yəmani fəğəttini bih, fə ətəytuhu bil kisail yəmani fəğəttəytuhu bih və sirtu ənzuru iləyh və iza vəchuhu yətələləu kəənnəhul bədru fi ləyləti təmamihi və kəmalih. | Bir gün atam Rəsulullah (Allahın salamı olsun ona və Əhlibeytinə) mənim yanıma gəlib dedi: “Salam olsun sənə, ey Fatimə!” Mən dedim: “Sənə də salam olsun!” Buyurdu: “Bədənimdə yorğunluq hiss edirəm.” Dedim: “Atacan, bu yorğunluqdan səni Allaha tapşırıram.” Buyurdu: “Ey Fatimə, “yəmani əba”mı gətir, üstümə sal!” Mən onu gətirib, atamın üstünə saldım və sonra üzünə baxdım. O həzrətin üzü bədirlənmiş bütöv ay tək parlayırdı. | دَخَلَ عَلَيَّ اَبي رَسُولُ اللهِ و آله، في بَعْضِ الاَيَّامِ، فَقَالَ السَّلامُ عَلَيْكِ يَا فَاطِمَةُ، فَقُلْتُ عَلَيْكَ السَّلامُ قَالَ اِنّي اَجِدُ في بَدَني ضُعْفاً، فَقُلْتُ لَهُ اُعيذُكَ بِاللهِ يَا اَبَتَاهُ مِنَ الضُّعْفِ، فَقَالَ يَا فَاطِمَةُ ايتيني بِالْكِسَاءِ الْيَمَاني فَغَطّيني بِهِ، فَاَتَيْتُهُ بِالْكِسَاءِ الْيَمَاني فَغَطَّيْتُهُ بِهِ، وَصِرْتُ اَنْظُرُ اِلَيْهِ، وَاِذَا وَجْهُهُ يَتَلاَلَؤُ كَاَنَّهُ الْبَدْرُ في لَيْلَةِ تَمَامِهِ وَكَمَالِهِ |
| Fəma kanət illa saətən və iza bivələdiyəl Həsəni qəd əqbəl və qaləs səlamu ələyki ya ummah, fəqultu və ələykəs səlam, ya qurrətə əyni və səmərətə fuadi, fəqalə ya ummahu inni əşəmmu indəki raihətən təyyibəh, kəənnəha raihətu cəddi Rasulillah, fəqultu nəəm innə cəddəkə təhtəl kisa. Fə əqbələl Həsənu nəhvəl kisa və qaləs səlamu ələykə ya cəddahu ya Rasuləllah, ətə`zənu li ən ədxulə məəkə təhtəl kisa, fəqalə və ələykəs səlamu ya vələdi və ya sahibə həvzi, qəd əzintu lək, fədəxələ məəhu təhtəl kisa. | Bir az keçməmişdi ki, oğlum Həsən (ə) yanıma gəlib dedi: “Anacan, salam olsun sənə!” Dedim: “Sənə də salam olsun, ey gözümün işığı və qəlbimin meyvəsi!” Dedi: “Anacan, səndən ətirli bir qoxu duyuram; elə bil, cəddim Rəsulullahın (Allahın salamı olsun ona və Əhlibeytinə) qoxusudur.” Dedim: “Bəli, cəddin əbanın altındadır.” Həsən əbaya tərəf gedib dedi: “Salam olsun sənə, ey cəddim, ey Rəsulullah! İcazə verirsənmi ki, mən də səninlə birgə əbanın altına daxil olum?” Həzrət buyurdu: “Salam olsun sənə, ey oğlum, ey hovuzumun (Kövsər hovuzu) sahibi! Sənə icazə verdim.” O, Rəsulullahla birgə əbanın altına girdi. | فَمَا كَانَتْ اِلاََّ سَاعَةً وَاِذَا بِوَلَدِيَ الْحَسَنِ قَدْ اَقْبَلَ، وَقَالَ السَّلامُ عَلَيْكِ يَا اُمَّاهُ، فَقُلْتُ وَعَلَيْكَ السَّلامُ يَا قُرَّةَ عَيْني وَثَمَرَةَ فُؤَادي، فَقَالَ يَا اُمَّاهُ اِنّي اَشَمُّ عِنْدَكِ رَائِحَةً طَيِّبَةً، كَاَنَّهَا رَائِحَةُ جَدّي رَسُولِ اللهِ، فَقُلْتُ نَعَمْ اِنَّ جَدَّكَ تَحْتَ الْكِسَاءِ، فَاَقْبَلَ الْحَسَنُ نَحْوَ الْكِسَاءِ، وَقَالَ السَّلامُ عَلَيْكَ يَا جَدَّاهُ يَا رَسُولَ اللهِ، اَتَاْذَنُ لي اَنْ اَدْخُلَ مَعَكَ تَحْتَ الْكِسَاءِ، فَقَالَ وَعَلَيْكَ السَّلامُ يَا وَلَدي وَيَا صَاحِبَ حَوْضي، قَدْ اَذِنْتُ لَكَ، فَدَخَلَ مَعَهُ تَحْتَ الْكِسَاءِ |
| Fəma kanət illa saəh və iza bivələdiyəl Husəyni qəd əqbəl və qaləs səlamu ələyki ya ummah, fəqultu və ələykəs səlamu ya vələdi və ya qurrətə əyni və səmərətə fuadi, fəqalə li ya ummah, inni əşəmmu indəki raihətən təyyibəh, kəənnəha raihətu cəddi Rasulillah, fəqultu nəəm innə cəddəkə və əxakə təhtəl kisa, fədənil Husəynu nəhvəl kisa və qaləs səlamu ələykə ya cəddah, əssəlamu ələykə ya mənixtarəhullah, ətə`zənu li ən əkunə məəkuma təhtəl kisa, fəqalə və ələykəs səlamu ya vələdi və ya şafaiə umməti, qəd əzintu ləkə fədəxələ məəhuma təhtəl kisa. | Çox çəkmədi ki, oğlum Hüseyn yanıma gəlib dedi: “Anacan, salam olsun sənə!” Dedim: “Sənə də salam olsun, ey gözümün işığı və qəlbimin meyvəsi!” O dedi: “Anacan, səndən ətirli bir qoxu duyuram; elə bil, cəddim Rəsulullahın qoxusudur.” Dedim: “Bəli, cəddin və qardaşın əbanın altındadır.” Hüseyn əbaya yaxınlaşıb dedi: “Salam olsun sənə, ey cəddim! Salam olsun sənə, ey Allahın bəyənib-seçdiyi! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?” Həzrət buyurdu: “Salam olsun sənə, ey oğlum, ey ümmətimin şəfaətçisi! Sənə icazə verdim.” O, onlarla birgə əbanın altına girdi. | فَمَا كَانَتْ اِلاََّ سَاعَةً وَاِذَا بِوَلَدِيَ الْحُسَيْنِ قَدْ اَقْبَلَ، وَقَالَ السَّلامُ عَلَيْكِ يَا اُمَّاهُ، فَقُلْتُ وَعَلَيْكَ السَّلامُ يَا وَلَدي وَيَا قُرَّةَ عَيْني وَثَمَرَةَ فُؤَادي، فَقَالَ لي يَا اُمَّاهُ اِنّي اَشَمُّ عِنْدَكِ رَائِحَةً طَيِّبَةً، كَاَنَّهَا رَائِحَةُ جَدّي رَسُولِ اللهِ صَلَّي اللهُ عَلَيْهِ وَآلِهِ فَقُلْتُ نَعَمْ اِنَّ جَدَّكَ وَاَخَاكَ تَحْتَ الْكِسَاءِ، فَدَنَي الْحُسَيْنُ نَحْوَ الْكِسَاءِ، وَقَالَ السَّلامُ عَلَيْكَ يَا جَدَّاهُ، اَلسَّلامُ عَلَيْكَ يَا مَنِ اخْتَارَهُ اللهُ، اَتَاْذَنُ لي اَنْ اَكُونَ مَعَكُمَا تَحْتَ الْكِسَاءِ، فَقَالَ وَعَلَيْكَ السَّلامُ يَا وَلَدي وَيَا شَافِعَ اُمَّتي، قَدْ اَذِنْتُ لَكَ فَدَخَلَ مَعَهُمَا تَحْتَ الْكِسَاءِ |
| Fə əqbələ ində zalikə əbul Həsəni Əliyyubnu Əbi Talib və qaləs səlamu ələykə ya bintə Rasulillahi fəqultu və ələykəs səlamu ya Əbəl Həsəni və ya Əmirəl muminin, fəqalə ya Fatimətu inni əşəmmu indəki raihətən təyyibəh, kəənnəha raihətu əxi vəbni əmmi Rasulillah, fəqultu nəəm ha huvə məə vələdəykə təhtəl kisa, fə əqbələ Əliyyun nəhvəl kisa və qaləs səlamu ələykə ya Rasuləllah, ətə`zənu li ən əkunə məəkum təhtəl kisa, qalə ləhu və ələykəs səlamu ya əxi və ya vəsiyyi və xəlifəti və sahibə livai, qəd əzintu ləkə fədəxələ Əliyyun təhtəl kisa. | Bu zaman Əbülhəsən Əli ibn Əbu Talib (ə) gəlib dedi: “Salam olsun sənə, ey Rəsulullahın qızı!” Dedim: “Salam olsun sənə, ey Əbülhəsən, ey Əmirəlmöminin!” Dedi: “Ey Fatimə, səndən ətirli bir qoxu duyuram; elə bil, qardaşım və əmim oğlu Rəsulullahın qoxusudur.” Dedim: “Bəli, o həzrət sənin iki oğlunla birgə əbanın altındadır.” Əli əbaya tərəf gedib dedi: “Salam olsun sənə, ey Rəsulullah! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?” Həzrət buyurdu: “Salam olsun sənə, ey qardaşım, canişinim, xəlifəm və bayraqdarım! Sənə icazə verdim.” Əli də əbanın altına girdi. | فَاَقْبَلَ عِنْدَ ذلِكَ اَبُوالْحَسَنِ عَلِيُّ بْنُ اَبي طَالِبٍ، وَ قَالَ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ رَسُولِ اللهِ، فَقُلْتُ وَ عَلَيْكَ السَّلامُ يَا اَبَا الْحَسَنِ وَ يَا اَميرَ الْمُؤْمِنينَ فَقَالَ يَا فَاطِمَةُ اِنّي اَشَمُّ عِنْدَكِ رَائِحَةً طَيِّبَةً كَاَنَّهَا رَائِحَةُ اَخي وَ ابْنِ عَمّي رَسُولِ اللهِ، فَقُلْتُ نَعَمْ هَا هُوَ مَعَ وَلَدَيْكَ تَحْتَ الْكِسَاءِ، فَاَقْبَلَ عَلِيٌ نَحْوَ الْكِسَاءِ، وَقَالَ السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللهِ، اَتَاْذَنُ لي اَنْ اَكُونَ مَعَكُمْ تَحْتَ الْكِسَاءِ، قَالَ لَهُ وَ عَلَيْكَ السَّلامُ يَا اَخي يَا وَ صِيّي وَ خَليفَتي وَ صَاحِبَ لِوَائي، قَدْ اَذِنْتُ لَكَ فَدَخَلَ عَلِيٌ تَحْتَ الْكِسَاءِ |
| Summə ətəytu nəhvəl kisa və qultus səlamu ələykə ya əbətahu ya rəsuləllah, ətə`zənu li ən əkunə məəkum təhtəl kisa, qalə və ələykis səlam, ya binti və ya bəz`əti qəd əzintu ləki fədəxəltu təhtəl kisa. | Sonra mən də əbaya tərəf gedib dedim: “Salam olsun sənə, atacan, ey Allahın Rəsulu! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?” Həzrət buyurdu: “Salam olsun sənə, ey qızım, ey bədənimin bir parası! Sənə də icazə verdim.” | ثُمَّ اَتَيْتُ نَحْوَ الْكِسَاءِ، وَقُلْتُ اَلسَّلامُ عَلَيْكَ يَا اَبَتَاهُ يَا رَسُولَ اللهِ، اَتَاْذَنُ لي اَن اَكُونَ مَعَكُمْ تَحْتَ الْكِسَاءِ، قَالَ وَعَلَيْكِ السَّلامُ يَا بِنْتي وَيَا بَضْعَتي قَدْ اَذِنْتُ لَكِ، فَدَخَلْتُ تَحْتَ الْكِسَاءِ |
| Fələmməktəməlna cəmiən təhtəl kisa, əxəzə əbi rəsulullahi bitərəfil kisa, və əvməyə biyədihil yumna iləs səmai və qal, Əllahummə innə haulai əhlu bəyti və xassəti və hamməti, ləhmuhum ləhmi və dəmuhum dəmi, yu`limuni ma yu`limuhum və yəhzununi ma yəhzunuhum, ənə hərbun limən harəbəhum və silmun limən saləməhum və əduvvun limən adahum və muhibbun limən əhəbbəhum, innəhum minni və ənə minhum fəc`əl sələvatikə və bərəkatikə və rəhmətək və ğufranəkə və rizfanəkə ələyyə və ələyhim və əzhib ənhumur ricsə və təhhirhum təthira. | Hamımız əbanın altına daxil olduqda, atam Rəsulullah əbanın iki ucundan tutub, sağ əli ilə göyə işarə edərək dedi: “İlahi, bunlar mənim Əhlibeytim, xas və yaxın adamlarımdır, onların əti mənim ətim və qanı mənim qanımdır. Onlara əziyyət verən mənə əziyyət vermiş və onları narahat edən məni narahat etmişdir. Mən onlarla müharibə edənlə müharibədə və sülh edənlə sülhdəyəm. Onları düşmən bilənlə düşmənəm və onları sevəni sevirəm. Həqiqətən, onlar məndəndir və mən də onlardanam. (İlahi!) Öz salamını, bərəkətlərini, rəhmətini, məğfirət və razılığını mənə və onlara şamil et. Çirkinliyi onlardan uzaqlaşdır və onları tamamilə pak-pakizə et.” | فَلَمَّا اكْتَمَلْنَا جَميعاً تَحْتَ الْكِسَاءِ، اَخَذَ اَبي رَسُولُ اللهِ بِطَرَفَيِ الْكِسَاءِ، وَاَوْمَيَ بِيَدِهِ الْيُمْنَى اِلَي السَّمَاءِ، وَقَالَ اللَّهُمَّ اِنَّ هاؤُلاءِ اَهْلُ بَيْتي وَ خَاصَّتي وَ حَامَّتي، لَحْمُهُمْ لَحْمي، وَدَمُهُمْ دَمي، يُؤْلِمُني مَا يُؤْلِمُهُمْ، وَيَحْزُنُني مَا يَحْزُنُهُمْ، اَنـَا حَرْبٌ لِمَنْ حَارَبَهُمْ، وَسِلْمٌ لِمَنْ سَالَمَهُمْ وَعَدُوٌّ لِمَنْ عَادَاهُمْ، وَمُحِبٌّ لِمَنْ اَحَبَّهُمْ، اِنَّهُمْ مِنّي وَأَنَا مِنْهُمْ، فَاجْعَلْ صَلَوَاتِكَ وَبَرَكَاتِكَ وَرَحْمَتَكَ، وَغُفْرَانَكَ وَرِضْوَانَكَ عَلَيَّ وَعَلَيْهِمْ، وَاَذْهِبْ عَنْهُمُ الرِّجْسَ، وَطَهِّرْهُمْ تَطْهيراً |
| Fəqaləllahu əzzə və cəll, ya məlaikəti və ya sukkanə səmavati, inni ma xələqtu səmaən məbniyyəh və la ərzən mədhiyyətən və la qəmərən munira, və la şəmsən muziətən və la fələkən yəduru və la bəhrən yəcri və la fulkən yəsri, illa fi məhəbbəti haulail xəmsətilləzinə hum təhtəl kisa, fəqaləl əminu Cəbrailu ya rəbbi və mən təhtəl kisa, fəqalə əzzə və cəllə hum əhlu bəytin nubuvvəti və mə`dinur risaləh, hum Fatimətu və əbuha və bə`luha və bənuha. | Bu zaman Allah-Taala buyurdu: “Ey mələklərim və ey mənim səmalarımda sakin olanlar! Mən bina olmuş səmanı, döşənmiş yeri, nurlu ayı, parlaq günəşi, dövr edən fələyi, cari olan dənizi və seyr edən gəmini məhz əbanın altında olanların məhəbbətinə xatir yaratmışam.” Cəbrail Əmin soruşdu: “Ey Rəbbim! Əbanın altındakılar kimdir?” Allah-Taala buyurdu: “Onlar Fatimə, onun atası, həyat yoldaşı və oğullarından ibarət nübüvvət Əhlibeyti və risalət mədənidirlər.” | فَقَالَ اللهُ عَزَّوَجَلَّ يَا مَلائِكَتي وَيَا سُكَّانَ سَمَاوَاتي، اِنّي مَا خَلَقْتُ سَمَاءً مَبْنِيَّةً، وَلا اَرْضاً مَدْحِيَّةً، وَلا قَمَراً مُنيراً، وَلا شَمْساً مُضِيئَةً، وَلاَ فَلَكاً يَدُورُ، وَلا بَحْراً يَجْري، وَلا فُلْكاً يَسْري، اِلاََّ في مَحَبَّةِ هاؤُلاءِ الْخَمْسَةِ الَّذينَ هُمْ تَحْتَ الْكِسَاءِ، فَقَالَ الاَمينُ جِبْرَائيلُ يَا رَبِ وَمَنْ تَحْتَ الْكِسَاءِ، فَقَالَ عَزَّوَجَلَّ هُمْ اَهْلُ بَيْتِ النُّبُوَّةِ، وَمَعْدِنُ الرِّسَالَةِ، هُمْ فَاطِمَةُ وَاَبُوهَا وَبَعْلُهَا وَبَنُوهَا |
| Fəqalə Cəbrailu ya rəbbi ətə`zənu li ən əhbitə iləl ərzi liəkunə məəhum sadisa, fəqaləllahu nəəm qəd əzintu ləkə fəhəbətəl əminu Cəbrail,və qaləs səlamu ələykə ya Rasuləllahil əliyyul əla, yuqriukəs səlam və yəxussukə bit təhiyyəti vəl ikram və yəqulu ləkə və izzəti və cəlali inni ma xələqtu səmaən məbniyyəh və la ərzən mədhiyyətən və la qəmərən munirən və la şəmsən muziəh və la fələkən yəduru və la bəhrən yəcri və la fulkən yəsri, illa liəclikum və məhəbbətikum və qəd əzinə li ən ədxulə məəkum, fəhəl tə`zənu li ya rəsuləllah, fəqalə rəsulullahi və ələykəs səlam, ya əminə vəhyəllahi innəhu nəəm qəd əzintu lək, fədəxələ Cəbrailu məəna təhtəl kisa, fəqalə biəbi innəllahə qəd əvha iləykum yəqul, “innəma yuridullahu liyuzhibə ənkumur ricsə əhləl bəyti və yutəhhirəkum təthira”. | Cəbrail soruşdu: “Ey Rəbbim! İcazə verirsənmi ki, mən də yer üzünə enib, onların altıncısı olum?” Allah buyurdu: “Bəli, sənə icazə verirəm.” Cəbrail Əmin yer üzünə nazil olub dedi: “Salam olsun sənə, ey Allahın Rəsulu! Allah-Taala sənə salam yetirdi, səni Öz salamı və kəramətinə məxsus bildi və buyurdu: “İzzət və calalıma and olsun ki, mən bina olmuş səmanı, döşənmiş yeri, nurlu ayı, parlaq günəşi, dövr edən fələyi, cari olan dənizi və seyr edən gəmini sizə və sizin məhəbbətinizə xatir yaratmışam.” Allah mənə icazə verdi ki, sizinlə birgə əbanın altına girim. Ey Allahın Rəsulu, mənə icazə verirsənmi?” Allahın Rəsulu dedi: “Salam olsun sənə, ey Allahın vəhyinin əmanətdarı! Bəli, sənə icazə verirəm!” Cəbrail də bizimlə birgə əbanın altına daxil oldu. Mən atama dedim: “Həqiqətən, Allah sizə vəhy edərək buyurmuşdur: “Həqiqətən, Allah siz Əhlibeytdən hər bir çirkinliyi təmizləmək və sizi tamamilə pak etmək istəyir.” | فَقَالَ جِبْرَائيلُ يَا رَبِّ، اَتَاْذَنُ لي اَنْ اَهْبِطَ اِلَي الاَرْضِ لاَِكُونَ مَعَهُمْ سَادِساً، فَقَالَ اللهُ نَعَمْ قَدْ اَذِنْتُ لَكَ، فَهَبَطَ الاَمينُ جِبْرَائيلُ، وَقَالَ السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللهِ، الْعَلِيُّ الاَعْلَى يُقْرِئُكَ السَّلامَ، وَيَخُصُّكَ بِالتَّحِيَّةِ وَالاْءِكْرَامِ، وَيَقُولُ لَكَ وَ عِزَّتي وَ جَلالي اِنّي مَا خَلَقْتُ سَمَاءً مَبْنِيَّةً، وَلا اَرْضاً مَدْحِيَّةً، وَلا قَمَراً مُنيراً، وَلا شَمْساً مُضـيئَةً وَلا فَلَكاً يَدُورُ، وَلا بَحْراً يَجْري، وَلا فُلْكاً يَسْري، اِلاََّ لاَِجْلِكُمْ وَمَحَبَّتِكُمْ، وَقَدْ اَذِنَ لي اَنْ اَدْخُلَ مَعَكُمْ، فَهَلْ تَاْذَنُ لي يَا رَسُولَ اللهِ، فَقَالَ رَسُولُ اللهِ وَعَلَيْكَ السَّلامُ يَا اَمينَ وَحْيِ اللهِ، اِنَّهُ نَعَمْ قَدْ اَذِنْتُ لَكَ، فَدَخَلَ جِبْرَائيلُ مَعَنَا تَحْتَ الْكِسَاءِ، فَقَالَ لاَِبي اِنَّ اللهَ قَدْ اَوْحَى اِلَيْكُمْ يَقُولُ: اِنَّمَا يُريدُ اللهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ، وَيُطَهِّرَكُمْ تَطْهيراً |
| Fəqalə Əliyyu liəbi ya Rasuləllahi əxbirni ma liculusina haza təhtəl kisa, minəl fəzli indəllah, fəqalən nəbiyy, vəlləzinə bəəsəni bil həqqi nəbiyyən vəstəfani bir risaləti nəciyya, ma zukirə xəbəruna haza fi məhfilin min məhafili əhlil ərz və fihi cəmun min şiətina və muhhibina, illa və nəzələt ələyhimur rəhmətu və həffət bihimul məlaikəh, vəstəğfərət ləhum ila ən yətəfərrəqu, fəqalə Əliyyun izən vəllahi fuzna və fazə şiətuna və rəbbil Kəbəh. | Əli (ə) atama dedi: “Ey Allahın Rəsulu, mənə xəbər verə bilərsənmi ki, bizim əbanın altında olmağımızın Allah dərgahında fəziləti nədir?” Peyğəmbər (Allahın salamı olsun ona və Əhlibeytinə) buyurdu: “Məni haqq olaraq peyğəmbərliyə və risalətə seçən, bəşəriyyətə xilaskar göndərənə and olsun ki, bizim bu xəbər yer əhlinin hər bir yığıncağında yad edilsə və həmin yığıncaqda bizim bir qrup şiələrimiz və bizi sevənlər iştirak etsə, onlara rəhmət nazil olar və onlar yığıncaqdan çıxıb gedənə qədər mələklər onları əhatə edib, onlara üçün (Allahdan) bağışlanma diləyərlər. Əli (ə) dedi: “Allaha and olsun ki, biz və şiələrimiz nicat tapdıq. Kəbənin Rəbbinə and olsun!” | فَقَالَ عَلِيٌ لاَِبي يَا رَسُولَ اللهِ، اَخْبِرْني مَا لِجُلُوسِنَا هَذا تَحْتَ الْكِسَاءِ مِنَ الْفَضْلِ عِنْدَ اللهِ؟ فَقَالَ النَّبِيُّ وَالَّذي بَعَثَني بِالْحَقِّ نَبِيّاً، وَ اصْطَفَاني بِالرِّسَالَةِ نَجِيّاً، مَا ذُكِرَ خَبَرُنَا هَذا في مَحْفِلٍ مِنْ مَحَافِلِ اَهْلِ الاَرْضِ، وَفيهِ جَمْعٌ مِنْ شَيعَتِنَا وَمُحِبّينَا، اِلاََّ وَنَزَلَتْ عَلَيْهِمُ الرَّحْمَةُ وَحَفَّتْ بِهِمُ الْمَلائِكَةُ، وَاسْتَغْفَرَتْ لَهُمْ اِلَى اَنْ يَتَفَرَّقُوا، فَقَالَ عَلِيٌّ اِذاً وَاللهِ فُزْنَا وَفَازَ شيعَتُنَا وَرَبِّ الْكَعْبَةِ |
| Fəqalən nəbiyyu saniyən ya Əliyyu vəlləzi bəəsəni bil həqqi nəbiyya, vəstəfani bir risaləti nəciyya, ma zukirə xəbəruna haza fi məhfilin min məhafili əhlil ərz və fihi cəmun min şiətina və muhibbina və fihim məhmumun illa və fərrəcəllahu həmməh və la məğmumun illa kəşəfəllahu ğəmməh və la taliu hacətin illa və qəzəllahu hacətəh, fə qalə Əliyyun izən vəllahi fuzna və suidna və kəzalikə şiətuna fazu və suidu fid dunya vəl axirəh və rəbbil Kəbəh. | Atam Rəsulullah (Allahın salamı olsun ona və Əhlibeytinə) buyurdu: “Ey Əli! Məni haqq olaraq peyğəmbərliyə və risalətə seçən, bəşəriyyətə xilaskar göndərənə and olsun ki, bizim bu xəbər yer əhlinin hər bir yığıncağında yad edilsə və həmin yığıncaqda bizim bir qrup şiələrimiz və bizi sevənlər iştirak etsə, Allah onların qəmlərini dağıdar, qüssələrini aradan qaldırar və hacət diləyənin hacətini rəva edər.” Əli (ə) dedi: “Bu zaman Allaha and olsun ki, nicat tapdıq və səadətə yetdik. Şiələrimiz də dünya və axirətdə nicat tapıb səadətə yetdilər. Kəbənin Rəbbinə and olsun!” | فَقَالَ النَّبِيُّ ثَانِياً يَا عَلِيُّ وَالَّذي بَعَثَني بِالْحَقِّ نَبِيّاً، وَ اصْطَفَاني بِالرِّسَالَةِ نَجِيّاً، مَا ذُكِرَ خَبَرُنَا هَذا في مَحْفِلٍ مِنْ مَحَافِلِ اَهْلِ الاَرْضِ، وَفيهِ جَمْعٌ مِنْ شيعَتِنَا وَمُحِبّينَا، وَفيهِمْ مَهْمُومٌ اِلاََّ وَفَرَّجَ اللهُ هَمَّهُ، وَلا مَغْمُومٌ اِلاََّ وَكَشَفَ اللهُ غَمَّهُ، وَلا طـَالِبُ حَاجَةٍ اِلاَّ وَقَضَي اللّهُ حَاجَتَهُ، فَقَالَ عَلِيٌ اِذاً وَاللهِ فُزْنَا وَسُـعِدْنـَا، وَكَذلِـكَ شيعَتُنَا فَازُوا وَسُعِدُوا فِي الدُّنْيَا وَالْآخِرَةِ، وَرَبِّ الْكَعْبَةِ |
Mənbələr:
[1] Əhzab surəsi, 33-cü ayə
