Hədis_5

Print Friendly, PDF & Email

ŞƏRAFƏTLİ «ÜSULİ-KAFİ» KİTABINDAN SALAVAT HAQQINDA DƏYƏRLİ HƏDİSLƏR

TərcüməƏrəbcə
Müaviyə ibn Əmmar imam Sadiqdən (ə) belə nəql edir: "Kim yüz dəfə "Ya Rabbi salli əla Muhəmməd və Ali Muhəmməd" desə yüz hacəti yerinə yetirilər. Bu hacətlərin otuzu dünya, yerdə qalanları isə axirət həyatı ilə bağlıdır."عن معاوية بن عمار، عن أبي عبد الله (ع) قال: من قال: يا رب صل على محمد وآل محمد مائة مرة قضيت له مائة حاجة ثلاثون للدنيا والباقي للآخرة
Səffan ibn Cəmmal imam Sadiqdən (ə) belə nəql edir: "Muhəmməd və Ali Muhəmmədə salavat deyilmiyincə, Allaha edilən bütün dualara mane olunur."عن صفوان الجمال، عن أبي عبد الله (ع) قال: كل دعاء يدعى الله عز وجل به محجوب عن السماء حتى يصلي على محمد وآل محمد
İmam Sadiq (ə) Peyğəmbərin (s) belə dediyini nəql edir: "Mənə salavat deyərkən səsinizi yüksəldin. Çünki mənə salavat demək nifaqı aradan aparar."عن أبي عبد الله (ع) قال: سمعته يقول: قال رسول الله (ص): ارفعوا أصواتكم بالصلاة علي فإنها تذهب بالنفاق
Muhəmməd ibn Müslim imam Baqirdən (ə) belə nəql edir: "Mizanda (Qiyamət tərəzisində) Muhəmməd və Ali Muhəmmədə deyilən salavatdan ağır şey yoxdur. Bir kimsənin əməlləri mizana qoyulduqda əməlləri yüngül gələr. Lakin Peyğəmbərə (s) dediyi salavatı mizana qoyduqda, əməllərinin qoyulduğu tərəzinin gözündən ağır gələr."عن محمد بن مسلم، عن أحدهما (ع) قال: ما في الميزان شئ أثقل من الصلاة على محمد وآل محمد وإن الرجل لتوضع أعماله في الميزان فتميل به فيخرج (ص) الصلاة عليه فيضعها في ميزانه فيرجح به
Əbu Bəsir imam Sadiqdən (ə) belə nəql edir: Peyğəmbər (s) buyurub: "Kimin yanında mən yad ediləndə, mənə salavat deməsə, Allah həmin şəxsi cənnət yolundan çıxarar."عن أبي بصير، عن أبي عبد الله (ع) قال: قال رسول الله (ص): من ذكرت عنده فنسي أن يصلي علي خطأ الله به طريق الجنة
İbn Qəddah imam Sadiqdən (ə) belə nəql edir: "Atam (imam Baqir (ə)) Kəbədən tutan bir kişinin "Allahım! Muhəmmədə salavat göndər" dediyini eşitdi və ona belə buyurdu: "Ey Allah bəndəsi! Salavatı kəsik deyərək bizim haqqımıza zülm etmə. Belə de: "Allahummə salli əla Muhəmməd və Əhli-beytih."
(Şeyx Kuleyni (r.ə), "Üsuli-Kafi, cid 2, səh 576-577, hədis 9, 10, 13, 15, 20, 21)
عن ابن القداح عن أبي عبد الله (ع) قال: سمع أبي رجلا متعلقا بالبيت وهو يقول: اللهم صل على محمد، فقال له أبي: يا عبد الله لا تبترها لا تظلمنا حقنا قل: اللهم صل على
محمد وأهل بيته

 

Читайте также: