Ziyarətnamə: İmam Rzadan (ə) nəql olunan «Camiə» ziyarəti
Birinci ziyarət: İmam Rzadan (ə) nəql olunan ziyarət
Şeyx Səduq “Mən la yəhzuruhul fəqih” adlı kitabında nəql edir ki, həzrət imam Rzadan (ə), imam Kazimin (ə) ziyarəti vaxtı yerinə yetirilən əməllər barəsində soruşdular və o həzrət buyurdu: “O həzrətin məzarı kənarında olan məsciddə namaz qılın və bu ziyarətnaməni oxuyun. Bu ziyarətnaməni bütün imamları ziyarət etdiyin vaxt, ümumiyyətlə bütün müqəddəs məzarları, o cümlədən peyğəmbərlərin məzarlarını ziyarət etdikdə də oxuya bilərsən:
Camiə ziyarətləri_1
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu əla əvliyaillahi və əsfiyaih, | Salam olsun Allahın yaxın bəndələri və seçdiyi şəxslərə! | السَّلامُ عَلَى أَوْلِيَاءِ اللَّهِ وَ أَصْفِيَائِهِ |
| əssəlamu əla umənaillahi və əhibbaih, | Salam olsun Allahın əmanətdarı və dostlarına! | السَّلامُ عَلَى أُمَنَاءِ اللَّهِ وَ أَحِبَّائِهِ |
| əssəlamu əla ənsarillahi və xuləfaih, | Salam olsun Allahın dostları və canişinlərinə! | السَّلامُ عَلَى أَنْصَارِ اللَّهِ وَ خُلَفَائِهِ |
| əssəlamu əla məhalli mə`rifətillah, | Salam olsun Allah mərifətinin qəlblərinə! | السَّلامُ عَلَى مَحَالِّ مَعْرِفَةِ اللَّهِ |
| əssəlamu əla məsakini zikrillah, | Salam olsun Allah zikrinin məkanlarına! | السَّلامُ عَلَى مَسَاكِنِ ذِكْرِ اللَّهِ |
| əssəlamu əla muzhiri əmrillahi və nəhyih, | Salam olsun Allahın əmr və qadağasının aşkar olunduğu yerlərə! | السَّلامُ عَلَى مُظْهِرِي أَمْرِ اللَّهِ وَ نَهْيِهِ |
| əssəlamu ələd duati iləllah, | Salam olsun Allaha dəvət edənlərə! | السَّلامُ عَلَى الدُّعَاةِ إِلَى اللَّهِ |
| əssəlamu ələl mustəqirrinə fi mərzatillah, | Salam olsun Allahın razılığı yolunda möhkəm dayananlara! | السَّلامُ عَلَى الْمُسْتَقِرِّينَ فِي مَرْضَاةِ اللَّهِ |
| əssəlamu ələl muxlisinə fi taətillah, | Salam olsun Allaha itaətdə ixlaslı olanlara! | السَّلامُ عَلَى الْمُخْلِصِينَ فِي طَاعَةِ اللَّهِ |
| əssəlamu ələl ədillai ələllah, | Salam olsun Allaha doğru bələdçilərə! | السَّلامُ عَلَى الْأَدِلاءِ عَلَى اللَّهِ |
| əssəlamu ələlləzinə mən valahum fə qəd valəllah, və mən adahum fəqəd adəllah, və mən ərəfəhum fəqəd ərəfəllah, və mən cəhiləhum fəqəd cəhiləllah, və məni`təsəmə bihim fə qədi`təsəmə billah, və mən təxəlla minhum fəqəd təxəlla minəllahi əzzə və cəll, | Salam olsun o şəxslərə ki, onları sevənlər Allahı da sevir, onları düşmən bilən Allahı da düşmən bilir, onları tanıyan Allahı da tanıyır, onları tanımayan Allahı da tanımır, onlara sarılan Allaha da sarılır və onları tərk edən Allahı da tərk edir! | السَّلامُ عَلَى الَّذِينَ مَنْ وَالاهُمْ فَقَدْ وَالَى اللَّهَ وَ مَنْ عَادَاهُمْ فَقَدْ عَادَى اللَّهَ وَ مَنْ عَرَفَهُمْ فَقَدْ عَرَفَ اللَّهَ وَ مَنْ جَهِلَهُمْ فَقَدْ جَهِلَ اللَّهَ وَ مَنِ اعْتَصَمَ بِهِمْ فَقَدِ اعْتَصَمَ بِاللَّهِ وَ مَنْ تَخَلَّى مِنْهُمْ فَقَدْ تَخَلَّى مِنَ اللَّهِ عَزَّ وَ جَلَّ |
| və uşhidullahə ənni silmun limən saləmtum, və hərbun limən harəbtum, | Allahı şahid tuturam ki, mən sizinlə sülh edənlə sülhdə və döyüşənlə döyüşdəyəm. | وَ أُشْهِدُ اللَّهَ أَنِّي سِلْمٌ لِمَنْ سَالَمْتُمْ وَ حَرْبٌ لِمَنْ حَارَبْتُمْ |
| mu`minun bisirrikum və əlaniyətikum, mufəvvizun fi zalikə kullihi iləykum, | Sizin gizli və aşkar işlərinizə imanım var və bütün işlərimi hər zaman sizə həvalə edirəm. | مُؤْمِنٌ بِسِرِّكُمْ وَ عَلانِيَتِكُمْ مُفَوِّضٌ فِي ذَلِكَ كُلِّهِ إِلَيْكُمْ |
| ləənəllahu əduvvə ali Muhəmmədin minəl cinni vəl ins, | Allah Muhəmmədin Əhlibeytini düşmən bilən cinlər və insanlara lənət etsin! | لَعَنَ اللَّهُ عَدُوَّ آلِ مُحَمَّدٍ مِنَ الْجِنِّ وَ الْإِنْسِ |
| və əbrəu iləllahi minhum, | Mən Allahın dərgahında onlara öz nifrətimi bildirirəm. | وَ أَبْرَأُ إِلَى اللَّهِ مِنْهُمْ |
| və salləllahu əla Muhəmmədin və alih | Allahın salamı olsun Muhəmməd və onun Əhlibeytinə! | وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ |
Bu ziyarətnamə, “Üsuli-kafi”, “Təhzib” və “Kamiluz-ziyarət” adlı kitablarda da nəql olunmuş və sonunda da qeyd edilmişdir ki, bu ziyarətnaməni hər bir müqəddəs məzarı ziyarət etdikdə oxumaq olar. Həmçinin orada qeyd edilmişdir ki, bu ziyarətnaməni oxuduqdan sonra Muhəmməd və ali Muhəmmədin(s) bir-bir adlarını çəkərək, onlara çoxlu salavat göndərin və onların düşmənlərinə nifrin və lənət yağdırın. Sonra da özünə və mömin-möminələr üçün ürəyindən keçən duaları et. [1]
Şeyx Abbas Qumi deyir: “Belə güman olunur ki, yuxarıdakı bu bəyan, müəyyən bir hədisdən əxz olunubdur və bəzi hədis raviləri də bunu nəql ediblər. Belə ki, bütün məşhur hədis alimləri eyni əqidədədirlər ki, bu ziyarətnaməni hər bir müqəddəs məzarı ziyarət etdikdə oxumaq olar, necə ki, hədisin ilk cümlələri də bunu bildirir. Onlar, təlif etdikləri kitablarda bu ziyarətnaməni, “Camiə ziyarətnamələri” başlığı altında olan bölümlərdə nəql etmişdirlər. Həmçinin bu ziyarətnamənin sözlərindən də aydın olur ki, müəyyən bir məsuma məxsus deyildir və bütün məsumlar üçün oxuna bilər. Odur ki, bu ziyarətnaməni bütün imamların, hətta peyğəmbərlərin məzarını da ziyarət etdikdə oxuya bilərsiniz. Belə ki, bəzi alimlər, həzrət Yunisin (ə) ziyarətgahında bu ziyarətnaməni oxumağı tövsiyə etmişdirlər.
Həmçinin yuxarıda qeyd olunmuşdur ki, bu ziyarətnaməni oxuyub qurtardıqdan sonra imamların hər birinə xüsusi olaraq salam göndərilsin. Bu salam (salavat) Əbəl Həsən Zərrab İsfahadindən nəql olunubdur.
Qeyd: «Əssəlamu ələl ədillai ələllah» (Salam olsun Allaha doğru bələdçilərə!) cümləsi «Biharul-ənvar» kitabında işlənmişdir.
Mənbələr:
[1] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 104, səh 315, hədis 1,
Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 126, hədis 1 (cüzi fərqlə).
