Ziyarətnamə: Huzeyfə ibn Yəmaninin (r) ziyarəti

Print Friendly, PDF & Email

Huzeyfə ibn Yəmani (r)
Huzeyfə peyğəmbərin (s) və Əmirilmöminin Əlinin (ə) ən yaxın səhabələrindən biri olan cənab Huzəyfə ibn Yəmani ziyarət etməkdir. Bu şəxs, münafiqləri bir-bir adı ilə tanıyırmış və əgər o, bir nəfərin dəfnində iştirak etməsəydi, Ömər (l) də o cənazəyə namaz qılmazdı. O, Ömər (l) tərəfindən bir neçə il Mədainin valisi olub. Sonralar Ömər (l) onu mənsəbindən uzaqlaşdırıb, cənab Salmanı onun yerinə təyin etmişdir. Cənab Salman vəfat etdikdən sonra Hüzəyfə, həzrət Əlinin (ə) xəlifəliyi dövrünədək yenidən oranın valisi olur və həzrət Əli (ə) xəlifəliyə keçəndən sonra Mədain vilayətinin icra işlərindən xəbərdar olmaq üçün oraya təftiş qrupu göndərir. Təftiş qrupu Mədainin vəziyyətini və Huzeyfənin orada apardığı işləri olduğu kimi o həzrətə xəbər verir. Lakin, Huzeyfə, Həzrət Əli (ə) Əshabi-Cəməlin fitnəsini yatırmaq üçün Mədinədən Bəsrəyə doğru hərəkət etdikdən sonra və təftiş qrupu Kufəyə yetişməmişdən öncə Huzeyfə vəfat edir və onu elə Mədaində də dəfn edirlər. [1]
Əbu Həmzə Somali nəql edir ki, Huzeyfə ölüm yatağında övladını yanına çağırıb, ona faydalı nəsihətlər verdi və ondan bu nəsihətlərə əməl etməyi tələb etdi. O, öz övladına buyurmuşdur: “Ey əziz oğlum, camaatın mal-dövlətindən gözünü çək, belə ki, bu əməlin özü ehtiyacsızlıq deməkdir. Öz ehtiyaclarını təmin etmək üçün camaata ağız açma, çünki bu əməl, sənin zəifliyini göstərir. Həmişə sonrakı günün əvvəlki günündən yaxşı olsun. Namaz qıldıqda elə güman et ki, bu sənin sonuncu namazındır. Elə bir iş tutma ki, sonra ona görə üzürxahlıq edəsən.”

Mənbə:
[1] Dərəcatur-rəfiə, səh 283, Sənətul-bihar, “Huzeyfə” sözü.

Читайте также: