İslam aylarının əməlləri: Şaban ayının üçüncü günü — Şaban ayı, 3-cü gün
Çox mübarək gündür. Şeyx Tusinin «Misbahul-mutəhəccid» kitabına istinadən bu gün İmam Hüseyn ibn Əlinin (ə) səadətli mövlud günüdür. İmam Həsən Əskərinin (ə) vəkili (nümayəndəsi) Qasim ibn Əla Həmədanidən çatan məktubda belə yazılmışdı: «Mövlamız İmam Hüseyn (ə) cümə axşamı günü (pəncşənbə günü) şaban ayının 3-ü dünyaya gəlmişdir. Odur ki, bu gün oruc tutun və bu duanı[1] oxuyun»:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə bihəqqil məvludi fi hazəl yəvmil məv`udi bişəhadətihi qəbləstihlalihi və viladətih, bəkəthus səmau və mən fiha vəl ərzu və mən ələyha, və ləmma yətə` (yutə`) liəbətəyha qətilil əbrəh, və səyyidil usrətil məmdudi bin nusrəti yəvməl kərrətil muəvvəzi min qətlih, ənnəl əimmətə min nəslihi vəş şifai fi turbətihi vəl fəvzə məəhu fi əvbətih, vəl əvsiyaə min itrətihi bə`də qaimihim, və ğəybətihi hətta yudrikul əvtarə və yəs`əru sarə və yurzul cəbbar, və yəkunu xəyrə ənsarən səlləllahu ələyhim məəxtilafil ləyli vən nəhar, Əllahummə fəbihəqqihim iləykə ətəvəssəlu və əs`əlu suvalə muqtərifin mu`tərif, musiin ila nəfsihi mimma fərrətə fi yəvmihi və əmsih, yəs`əlukəl ismətə ila məhəlli rəmsih, Əllahummə fəsəlli əla Muhəmmədin və itrətih, vəhşurna fi zumrətihi və bəvvi`na məəhu darəl kəraməti və məhəlləl iqaməh, Əllahummə və kəma əkrəmtəna bimə`rifətihi fəəkrimna bizulfətih, vərzuqna murafəqətəhu və sabiqətəh, vəc`əlna mimmən yusəllimu li əmrih, və yuksirus səlatə ələyhi ində zikrih, və əla cəmii əvsiyaihi və əhli əsfiyaihil məmdudinə minkə bil ədədil isnəy əşər, ən nucumiz zuhəri vəl hucəci əla cəmiil bəşər, Əllahummə və həb ləna fi hazəl yəvmi xəyrə məvhibəh, və əncih ləna fihi kullə təlibətin kəma vəhəbtəl Husəynə li Muhəmmədin cəddih, və azə futrusu biməhdih, fənəhnu aizunə biqəbrihi min bə`dih, nəşhədu turbətəhu və nəntəziru əvbətəhu aminə rəbbil aləmin. | İlahi, bu gündə doğulan, səsi ucalmamış və dünyaya gəlməmişdən qabaq şəhid olması ilə vəd edilən, səma və onda olanlar, yer və onda olanların ağladığı şəxsə xatir Səndən istəyirəm! O, göz yaşlarının şəhidi, bəşər tayfasının sərvəridir və “rəcət” günü əbədi zəfərə çatacaq. Onun qətlə yetirilməsinin mükafatı odur ki, imamlar onun nəslindəndir, türbəti şəfadır, həzrət Qaim (Mehdi (ə)) və onun qeyb dövründən sonra, “rəcət” zamanı qurtuluş onunla və xanədanından olan vəsiləri ilədir. Nəhayət, onlar həmin vaxt (düşmənlərdən) qanların intiqamını alacaq, qadir Allahı sevindirəcək və dinin ən yaxşı köməkçiləri olacaqlar. Gecə-gündüzün bir-birini əvəz etdiyi vaxta qədər Allahın salamı olsun onlara! İlahi, Sənə onların haqqını and verib ehtiyac əlimi Sənin dərgahına doğru uzadıram və günahını etiraf edən günahkar, özünə pislik edən, bu günü və dünənində səhlənkarlığa yol verən bir bəndə kimi Səndən istəyirəm! O, Səndən qəbrə qoyulduğu vaxta qədər imanını qorumasını (və pənah) istəyir. İlahi, Muhəmməd və onun Əhlibeytinə salam yetir, bizi onların zümrəsində məhşərə gətir, onunla birgə kəramət evinə və əbədi mənzilə (behiştə) apar! İlahi, onu tanımağı bizə əta etdiyin kimi, ona yaxınlaşmağı (onunla behiştdə birgə olmağı) da bizə əta et, bizi onun əmrinə təslim olanlar, adı çəkiləndə ona və onun bütün vəsilərinə, on iki nəfər saydığın seçilmiş xanədanına – parlaq ulduzlara və bütün bəşəriyyətə olan höccətlərə çoxlu salam göndərənlər sırasında qeyd et! İlahi, bu gün bizə ən yaxşı hədiyyə ver və bütün istəklərimizi yerinə yetir! Necə ki, Hüseyni cəddi Muhəmmədə əta etdin və Fotros (adlı mələk) onun beşiyinə sığındı. Biz də onun şəhadətindən sonra qəbrinə sığınanlardanıq və türbəti üstə gəlib qayıdışını (rəcətini) gözləyirik! Amin, ey aləmlərin Rəbbi! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ الْمَوْلُودِ فِي هَذَا الْيَوْمِ الْمَوْعُودِ بِشَهَادَتِهِ قَبْلَ اسْتِهْلالِهِ وَ وِلادَتِهِ بَكَتْهُ السَّمَاءُ وَ مَنْ فِيهَا وَ الْأَرْضُ وَ مَنْ عَلَيْهَا وَ لَمَّا يَطَأْ [يُطَأْ] لابَتَيْهَا قَتِيلِ الْعَبْرَةِ وَ سَيِّدِ الْأُسْرَةِ الْمَمْدُودِ بِالنُّصْرَةِ يَوْمَ الْكَرَّةِ الْمُعَوَّضِ مِنْ قَتْلِهِ أَنَّ الْأَئِمَّةَ مِنْ نَسْلِهِ وَ الشِّفَاءَ فِي تُرْبَتِهِ وَ الْفَوْزَ مَعَهُ فِي أَوْبَتِهِ وَ الْأَوْصِيَاءَ مِنْ عِتْرَتِهِ بَعْدَ قَائِمِهِمْ وَ غَيْبَتِهِ حَتَّى يُدْرِكُوا الْأَوْتَارَ وَ يَثْأَرُوا الثَّارَ وَ يُرْضُوا الْجَبَّارَ وَ يَكُونُوا خَيْرَ أَنْصَارٍ صَلَّى اللَّهُ عَلَيْهِمْ مَعَ اخْتِلافِ اللَّيْلِ وَ النَّهَارِ اللَّهُمَّ فَبِحَقِّهِمْ إِلَيْكَ أَتَوَسَّلُ وَ أَسْأَلُ سُؤَالَ مُقْتَرِفٍ مُعْتَرِفٍ مُسِيءٍ إِلَى نَفْسِهِ مِمَّا فَرَّطَ فِي يَوْمِهِ وَ أَمْسِهِ يَسْأَلُكَ الْعِصْمَةَ إِلَى مَحَلِّ رَمْسِهِ اللَّهُمَّ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ عِتْرَتِهِ وَ احْشُرْنَا فِي زُمْرَتِهِ وَ بَوِّئْنَا مَعَهُ دَارَ الْكَرَامَةِ وَ مَحَلَّ الْإِقَامَةِ اللَّهُمَّ وَ كَمَا أَكْرَمْتَنَا بِمَعْرِفَتِهِ فَأَكْرِمْنَا بِزُلْفَتِهِ وَ ارْزُقْنَا مُرَافَقَتَهُ وَ سَابِقَتَهُ وَ اجْعَلْنَا مِمَّنْ يُسَلِّمُ لِأَمْرِهِ وَ يُكْثِرُ الصَّلاةَ عَلَيْهِ عِنْدَ ذِكْرِهِ وَ عَلَى جَمِيعِ أَوْصِيَائِهِ وَ أَهْلِ أَصْفِيَائِهِ الْمَمْدُودِينَ مِنْكَ بِالْعَدَدِ الاثْنَيْ عَشَرَ النُّجُومِ الزُّهَرِ وَ الْحُجَجِ عَلَى جَمِيعِ الْبَشَرِ اللَّهُمَّ وَ هَبْ لَنَا فِي هَذَا الْيَوْمِ خَيْرَ مَوْهِبَةٍ وَ أَنْجِحْ لَنَا فِيهِ كُلَّ طَلِبَةٍ كَمَا وَهَبْتَ الْحُسَيْنَ لِمُحَمَّدٍ جَدِّهِ وَ عَاذَ فُطْرُسُ بِمَهْدِهِ فَنَحْنُ عَائِذُونَ بِقَبْرِهِ مِنْ بَعْدِهِ نَشْهَدُ تُرْبَتَهُ وَ نَنْتَظِرُ أَوْبَتَهُ آمِينَ رَبَّ الْعَالَمِينَ |
Bundan sonra İmam Hüseyn (ə) duası adı ilə tanınan duanı oxuyursan. Həzrət onu düşmənləri daha çox olan son gündə, Aşurada günü oxuduğu dua olmuşdur. Dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə əntə mutəalil məkan, əzrimul cəbəruti şədidul mihali ğəniyun ənil xəlayiq, ərizul kibriya, qadirun əla ma təşau qəribur rəhməti sadiqul və`d, sabiğun ni`məti həsənul bəla, qəribun iza duit, muhitun bima xələqtə qabilut təvbəti limən tabə iləyk, qadirun əla ma ərədt, və mudrikun ma tələbtə və şəkurun iza şukirtu və zəkurun iza zukirt, əd`ukə muhtacən və ərğəbu iləykə fəqira, və əfzəu iləykə xaifən və əbki iləykə məkrubən və əstəinu bikə zəifa, və ətəvəkkəlu ələykə kafiya, | İlahi, Sənin məqamın uca, cəbərutun əzəmətli və tədbirin möhkəmdir. Sən məxluqatdan ehtiyacsızsan. Sənin mülk və hakimiyyətin genişdir və istədiyinə qadirsən. Sənin rəhmətin (bəndələrə) yaxın, vədən doğru, nemətin bol və imtahanın gözəldir. Çağırılanda (bəndələrinə) yaxın və yaratdıqlarına əhatəlisən! Tövbəkarların tövbələrini qəbul edir və iradə etdiklərinə qadirsən. Axtardığını tapır, Sənə şükür edənlərə mükafat verir və Səni yad edənləri yad edirsən. Möhtac halda Səni çağırıram. Fəqir halda Sənə rəğbət bəsləyirəm. Qorxan halda Sənə sığınıram. Qəm-qüssəli halda Sənin dərgahında ağlayıram. Zəif halda Səndən kömək istəyirəm. İşlərimə kifayət etdiyin halda Sənə təvəkkül edirəm. | اللَّهُمَّ أَنْتَ مُتَعَالِي الْمَكَانِ عَظِيمُ الْجَبَرُوتِ شَدِيدُ الْمِحَالِ غَنِيٌّ عَنِ الْخَلائِقِ عَرِيضُ الْكِبْرِيَاءِ قَادِرٌ عَلَى مَا تَشَاءُ قَرِيبُ الرَّحْمَةِ صَادِقُ الْوَعْدِ سَابِغُ النِّعْمَةِ حَسَنُ الْبَلاءِ قَرِيبٌ إِذَا دُعِيتَ مُحِيطٌ بِمَا خَلَقْتَ قَابِلُ التَّوْبَةِ لِمَنْ تَابَ إِلَيْكَ قَادِرٌ عَلَى مَا أَرَدْتَ وَ مُدْرِكٌ مَا طَلَبْتَ وَ شَكُورٌ إِذَا شُكِرْتَ وَ ذَكُورٌ إِذَا ذُكِرْتَ أَدْعُوكَ مُحْتَاجا وَ أَرْغَبُ إِلَيْكَ فَقِيرا وَ أَفْزَعُ إِلَيْكَ خَائِفا وَ أَبْكِي إِلَيْكَ مَكْرُوبا وَ أَسْتَعِينُ بِكَ ضَعِيفا وَ أَتَوَكَّلُ عَلَيْكَ كَافِيا احْكُمْ بَيْنَنَا وَ بَيْنَ قَوْمِنَا [بِالْحَقِ] فَاِنَّهُمْ غَرُّونَا وَ خَدَعُونَا وَ خَذَلُونَا وَ غَدَرُوا بِنَا وَ قَتَلُونَا وَ نَحْنُ عِتْرَةُ نَبِيِّكَ وَ وَلَدُ [وُلْدُ] حَبِيبِكَ مُحَمَّدِ بْنِ عَبْدِ اللَّهِ الَّذِي اصْطَفَيْتَهُ بِالرِّسَالَةِ وَ ائْتَمَنْتَهُ عَلَى وَحْيِكَ فَاجْعَلْ لَنَا مِنْ أَمْرِنَا فَرَجا وَ مَخْرَجا بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Bu duanın davamında gələn hissə İmamın (ə) özünə aiddir. Belə ki, İmam Hüseyn (ə) ərz edir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Uhkum bəynəna və bəynə qəvmina (bil həqqi) fəinnəhum ğərruna və xədəuna və xəzəluna və ğədəru bina, və qətəluna və nəhnu itrətu nəbiyyikə və vələdu (vuldu) həbibik, Muhəmmədibni Əbdillahilləzistəfəytəhu bir risaləh, və`təməntəhu əla vəhyik, | Belə isə, bizimlə qövmümüz arasında hökm et ki, həqiqətən, onlar bizə qarşı hiylə və məkr işlətdilər, bizi xar və tərk etdilər, qətlə yetirdilər. Halbuki biz Sənin Peyğəmbərinin xanədanıyıq, həbibin Abdullahın oğlu Muhəmmədin – risalətə seçdiyin və vəhyinə əmanətdar bildiyin şəxsin övladıyıq. | احْكُمْ بَيْنَنَا وَ بَيْنَ قَوْمِنَا [بِالْحَقِ] فَاِنَّهُمْ غَرُّونَا وَ خَدَعُونَا وَ خَذَلُونَا وَ غَدَرُوا بِنَا وَ قَتَلُونَا وَ نَحْنُ عِتْرَةُ نَبِيِّكَ وَ وَلَدُ [وُلْدُ] حَبِيبِكَ مُحَمَّدِ بْنِ عَبْدِ اللَّهِ الَّذِي اصْطَفَيْتَهُ بِالرِّسَالَةِ وَ ائْتَمَنْتَهُ عَلَى وَحْيِكَ |
Daha sonra İmam Hüseyn (ə) buyurur:
| Ərəbcə | فَاجْعَلْ لَنَا مِنْ أَمْرِنَا فَرَجا وَ مَخْرَجا بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
| Tərcümə | İlahi, bizim işlərimizə fərəc ver və bizə çıxış yolu göstər! Sənə and veririk Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! |
| Transkripsiya | Fəc`əl ləna min əmrina fərəcən və məxrəca, birəhmətikə ya ərhə-mər rahi-min. |
İbn Əyaş deyir ki, Hüseyn ibn Əli Bəzufərinin belə dediyini eşitdim: «İmam Sadiq (ə) bu gündə bu duanı oxuyar və buyurardı: «Bu dua şaban ayının 3-ü oxunan dualardandır və bu gün İmam Hüseynin (ə) doğum günüdür»»[2]
Mənbələr:
[1] Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 826,
Əllamə Məclisi – Biharul-ənvar, c 98, səh 37
[2] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 828
