TAM Şaban ayının on beşinci gecəsi — Şaban ayı, 15-ci gecəsi — İmam Zamanın (ə.f) mövlud gecəsiu

Print Friendly, PDF & Email

Çox mübarək gecədir. İmam Sadiqdən (ə) nəql olunur ki, İmam Baqirdən (ə) Şaban ayının yarısının fəziləti barədə sual olunduqda həzrət belə buyurdu: “Bu gecə, Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Bu gecədə Allah taala öz bəxşiş qapısını bəndələrinin üzünə açar və onları öz kərəm və lütfü ilə bağışlayar. Çalışın, bu gecədə Allaha daha da yaxınlaşasınız. Bu, elə bir gecədir ki, Allah öz müqəddəs zatına, günahdan başqa hər bir şeyi Ondan diləyənin əlini boş qaytarmamasına and içmişdir. Bu, elə bir gecədir ki, Allah Qədr gecəsini peyğəmbər üçün qərar verdiyi halda bu gecəni də bizlər üçün qərar vermişdir. Onda Allaha həmd və dua etməkdə daha da çalışın!
Bu gecənin başqa üstünlüklərindən biri də həzrət İmam Zamanın (ə.f) bu gecənin səhərisi hicri qəməri tarixi ilə 255-ci ildə (878 miladi) Samirra şəhərində dünyaya göz açmasıdır və bu gecənin daha da fəzilətli olmasına səbəb olmuşdur.
Bu gecənin bir neçə əməli vardır:
1) Qüsl almaq. Günahların yüngülləşməsinə səbəb olur.
2) Əhya saxlamaq (gecəni səhərə kimi oyaq qalmaq). İmam Zeynulabidin (ə) etdiyi kimi bu gecəni dua, namaz və istiğfarla keçirmək. Bir hədisdə nəql olunur ki, hər kəs bu gecəni əhya eləsə (yəni, oyaq qalmaqla onu diri, canlı saxlasa), bütün ürəklərin ölən günü onun qəlbi ölməz.
3) İmam Hüseynin (ə) ziyarəti. Bu gecənin ən fəzilətli və günahların bağışlanmasına səbəb olan əməllərindən biridir. Hər kəs 124 min peyğəmbərin ruhunun onunla görüşməsini istəsə, gərək İmam Hüseyni (ə) bu gecədə ziyarət etsin. Ziyarətin ən azı budur ki, həmin gecə evinin damına çıxıb sağa-sola baxıb başına asimana tərəf qaldırıb bu sözləri desin: “Əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh”. Hər kəsin harada olmasından asılı olmayaraq həzrəti bu qayda ilə ziyarət etsə, ona həcc və ümrənin savabı yazılar. Biz bu gecəyə məxsus olan ziyarəti “Ziyarətnamələr” bölümündə nəzərinizə çatdıracağıq.
4) Şeyx və Seyidin nəql etdiyi bu dua, Sahibəzzamanın (ə.f) ziyarəti əvəzinədir:  [table “shaban-ayi-15-1” not found /]

5) Şeyx rəvayət edir ki, İsmail ibn Fəzl dedi: “Mənə İmam Sadiq(ə) Şaban ayının yarısında oxunan bu duanı öyrətdi:  [table “shaban-ayi-15-2” not found /]

6) Peyğəmbərin bu gecədə oxuduğu duanı oxuyun: 

TranskripsiyaTərcümə Ərəbcə
Əllahumməqsim ləna min xəşyətikə ma yəhulu bəynəna və bəynə mə`siyətik, və min taətikə ma tubəlliğuna bihi rizvanək, və minəl yəqini ma yəhunu ələyna bihi musibətud dunya, İlahi, bizə bizimlə Sənə itaətsizlik arasında fasilə yaradacaq qədər qorxunu (xof məqamını), bizi Sənin razılığına çatdıracaq qədər itaətini və dünyanın müsibətlərini bizə asanlaşdıracaq qədər yəqin nəsib et! اللَّهُمَّ اقْسِمْ لَنَا مِنْ خَشْيَتِكَ مَا يَحُولُ بَيْنَنَا وَ بَيْنَ مَعْصِيَتِكَ وَ مِنْ طَاعَتِكَ مَا تُبَلِّغُنَا بِهِ رِضْوَانَكَ وَ مِنَ الْيَقِينِ مَا يَهُونُ عَلَيْنَا بِهِ مُصِيبَاتُ الدُّنْيَا
Əllahummə əmti`na biəsmaina və əbsarina və quvvətina ma əhyəytəna, vəc`əlhul varisə minna, vəc`əl sarəna əla mən zələməna, vənsurna əla mən adana, və la təc`əl musibətəna fi dinina, və la təc`əlid dunya əkbərə həmmina, və la məbləğə ilmina, və la tusəllit ələyna mən la yərhəmna, birəhmətikə ya ərhəmər rahimin.İlahi, bizi yaşadığımız vaxta qədər qulaqlarımız, gözlərimiz və qüvvətimizlə faydalandır, onu bizim varisimizə ver, qanımızı bizə zülm edənlərin boynuna at, bizə bizimlə düşmənçilik edənlərə qarşı yardım et, müsibətimizi dinimizdə, dünyanı ən böyük kədərimiz və elmimizin son həddi qərar vermə, bizə rəhmət etməyənləri bizə hakim etmə! Sənə and veririk Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!اللَّهُمَّ أَمْتِعْنَا بِأَسْمَاعِنَا وَ أَبْصَارِنَا وَ قُوَّتِنَا مَا أَحْيَيْتَنَا وَ اجْعَلْهُ الْوَارِثَ مِنَّا وَ اجْعَلْ ثَارَنَا عَلَى مَنْ ظَلَمَنَا وَ انْصُرْنَا عَلَى مَنْ عَادَانَا وَ لا تَجْعَلْ مُصِيبَتَنَا فِي دِينِنَا وَ لا تَجْعَلِ الدُّنْيَا أَكْبَرَ هَمِّنَا وَ لا مَبْلَغَ عِلْمِنَا وَ لا تُسَلِّطْ عَلَيْنَا مَنْ لا يَرْحَمُنَا بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Bu çox kamil duadır. Bunu başqa vaxtlarda da oxumaq qənimətdir. “Əvalil-ləyali” kitabında peyğəmbərin həmişə bu duanı oxuması nəql olunur.
7) Günorta vaxtı hər günün salavatını oxusun.
8) “Kumeyl” duasını oxumaq. Bu duanın oxunması hədislərdə bu gecədə və hər cümə axşamı oxunması gəlmişdir.
9) “Təsbihati-ərbəə”nin hər bir zikrini (Subhanəllah, Əlhəmdulillah, Əllahu Əkbər, Lə ilahə illəllah) 100 dəfə oxusun. Allah taala da onun keçmiş günahlarını bağışlayar və dünya və axirət hacətlərini rəva edər.
10) Şeyx “Misbah” kitabında Əbu Yəhyadan olan bir hədisdə Şaban ayının on beşinin fəziləti barədə belə deyir: “Öz mövlam İmam Sadiqdən (ə) bu gecə ən yaxşı və savabı çox olan dua haqqında soruşduqda, həzrət belə buyurdu: “Elə ki, İşa namazını qıldın, 2 rəkət bu qayda ilə namaz qıl: 1-ci rəkətdə «Həmd» surədən sonra «Kafirun» surəsini, 2-ci rəkətdə «Həmd» surədən sonra «İxlas» surəsini oxu. Salamları verdikdən sonra 33 dəfə Subhanəllah, 33 dəfə Əlhəmdulillah, 34 dəfə Əllahu əkbər deyərək bu duanı oxu:  [table “shaban-ayi-15-4” not found /]

Sonra səcdəyə gedib: 20 dəfə “Ya Rəbbi”, 7 dəfə “Ya Allah”, 7 dəfə “Lə həvlə və quvvətə illa billah”, 10 dəfə “Maşaəllah” və 10 dəfə “Lə quvvətə illa billah” — deyirsən. Sonra peyğəmbərə və onun əhli-beytinə salavat göndərib hacətini Allahdan istəyirsən. Allah and olsun ki, Ondan hər nə istəsən bu əmələ görə Allah Təala öz geniş kərəmi və böyük fəzli ilə rəva edər.
11) Şeyx Tusi və Kəfəmi buyurmuşlar ki, bu gecədə bunu oxuyun:
TranskripsiyaTərcüməƏrəbcə
İlahi təərrəzə ləkə fi hazəl ləylil mutəərrizun, və qəsədə-kəl qasidun, və əmmələ fəzləkə və mə`rufəkət talibun, və ləkə fi hazəl ləyli nəfəhatun və cəvaizu və ətaya, və məvahibu təmunnu biha əla mən təşau min ibadik, və təmnəuha mən ləm təsbiq ləhul inayətu mink, və ha ənə za ubəydukəl fəqir, iləykəl muəmmilu fəzləkə və mə`rufək, fəin kuntə ya məv-lay, təfəzzəltə fi hazihil ləyləti əla əhədin min xəlqik, və udtə ələyhi biaidətin min ətfik, fəsəl-li əla Muhəmmədin və ali Muhəmməd, ət təyyibinət tahi-rinəl xəyyirinəl fazilin, və cud ələyyə bitəvlikə və mə`rufikə ya rəbbəl aləmin, və səlləllahu əla Muhəmmədin xətəmin nəbiyyin, və alihit tahirin, və səlləmə təslima, innəllahə hə-midun məcid, Əllahummə inni əd`ukə kəma əmərt, fəstəcib li kəma vəədt, innəkə la tuxliful miad.İlahi, hacəti olanlar bu gecə Sənin dərgahına üz tutub, niyyət edənlər Sənin niyyətinlə gəlib və diləyənlər Sənin fəzl və ehsanına ümid bəsləyiblər! Sən bu gecə bəndələrindən istədiyinə bəxşişlər, hədiyyələr, faydalar və nemətlər verəcək və inayət etmədiyin şəxslərdən isə əsirgəyəcəksən. Mən isə Sənin kiçik və fəqir bəndənəm, Sənin fəzl və ehsanının arzusundayam. Ey mənim mövlam, əgər bu gecə yaratdıqlarından birinə lütf və mərhəmət etmək, məhəbbətindən hədiyyə vermək istəyirsənsə, Məhəmməd və Məhəmmədin pak-pakizə, seçilmiş və üstün Əhli-beytinə salam yetir, mənə də Öz nemət və ehsanını əta et, ey aləmlərin Rəbbi! Allahın çoxlu salam və salavatı olsun peyğəmbərlərin sonuncusu Məhəmmədə və onun pak-pakizə Əhli-beytinə! Həqiqətən, Allah tərifəlayiq və böyükdür. İlahi, əmr etdiyin kimi, Səni çağırıram. Belə isə, Sən də vəd etdiyin kimi, dualarımı qəbul et ki, əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan! إِلَهِي تَعَرَّضَ لَكَ فِي هَذَا اللَّيْلِ الْمُتَعَرِّضُونَ وَ قَصَدَكَ الْقَاصِدُونَ وَ أَمَّلَ فَضْلَكَ وَ مَعْرُوفَكَ الطَّالِبُونَ وَ لَكَ فِي هَذَا اللَّيْلِ نَفَحَاتٌ وَ جَوَائِزُ وَ عَطَايَا وَ مَوَاهِبُ تَمُنُّ بِهَا عَلَى مَنْ تَشَاءُ مِنْ عِبَادِكَ وَ تَمْنَعُهَا مَنْ لَمْ تَسْبِقْ لَهُ الْعِنَايَةُ مِنْكَ وَ هَا أَنَا ذَا عُبَيْدُكَ الْفَقِيرُ إِلَيْكَ الْمُؤَمِّلُ فَضْلَكَ وَ مَعْرُوفَكَ فَإِنْ كُنْتَ يَا مَوْلايَ تَفَضَّلْتَ فِي هَذِهِ اللَّيْلَةِ عَلَى أَحَدٍ مِنْ خَلْقِكَ وَ عُدْتَ عَلَيْهِ بِعَائِدَةٍ مِنْ عَطْفِكَ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الطَّيِّبِينَ الطَّاهِرِينَ الْخَيِّرِينَ الْفَاضِلِينَ وَ جُدْ عَلَيَّ بِطَوْلِكَ وَ مَعْرُوفِكَ يَا رَبَّ الْعَالَمِينَ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّينَ وَ آلِهِ الطَّاهِرِينَ وَ سَلَّمَ تَسْلِيما اِنَّ اللَّهَ حَمِيدٌ مَجِيدٌ اللَّهُمَّ إِنِّي أَدْعُوكَ كَمَا أَمَرْتَ فَاسْتَجِبْ لِي كَمَا وَعَدْتَ اِنَّكَ لا تُخْلِفُ الْمِيعَادَ
Bu dua səhərlər Şəf`i namazının ardında oxunur.
12) Gecə namazının hər iki rəkətlərindən və şəf`i namazından sonra və vətr namazının dualarından sonra, Şeyx və Seyid nəql edən duaları oxusun.
13) Peyğəmbərdən nəql olunmuş dua və səcdələri yerinə yetirsin. O cümlədən Şeyxin, Həmmad ibn İsanın Əban ibn Təğlibdən nəql etdiyi rəvayət; O, deyir: İmam Sadiq (ə) buyurmuşdur: “Şaban ayının 15-ci gecəsi daxil olmuşdu. Bu gecə peyğəmbər Ayişənin yanında idi. Gecə yarısı peyğəmbər ibadət etmək üçün öz yatağından qalxdı. Ayişə yuxudan oyandı və peyğəmbərin onun yatağından qalxmasını gördü. Qadınlarda olan qeyrət ona gəldi və peyğəmbərin başqa xanımlarının yanına getməsini güman edərək, çadrasını özünə büküb yerindən qalxdı. Allaha and olsun onun çadrası ipək, kətan və pambıqdan deyil, dəvə tükündən idi. O, peyğəmbəri, başqa xanımlarının otaqlarını bir-bir gəzib axtarırdı. O həzrəti axtaran zaman, onun gözü, yerə düşmüş paltar kimi səcdəyə getmiş peyğəmbərə sataşdı. O həzrətə yaxınlaşarkən eşitdi ki, Peyğəmbər səcdədə deyir:
Transkripsiya TərcüməƏrəbcə
Səcədə ləkə səvadi və xəyali, və amənə bikə fuadi, hazihi yədayə və ma cənəytuhu əla nəfsi, ya əzimu (əzimən) turca (yurca) likulli əzim, iğfir liyəl əzim, fəinnəhu la yəğfiruz zənbəl əzimə illər rəbbul əzim.Bütün varlığım və düşüncəm Sənə səcdə etdi və qəlbim Sənə iman gətirdi. Budur mənim əllərim və özümə etdiyim cinayətlər! Ey böyük Allah, bütün böyük işlərdə ümid Sənədir! Mənim böyük günahımı bağışla ki, həqiqətən, böyük günahı böyük Rəbdən başqası bağışlamaz!سَجَدَ لَكَ سَوَادِي وَ خَيَالِي وَ آمَنَ بِكَ فُؤَادِي هَذِهِ يَدَايَ وَ مَا جَنَيْتُهُ عَلَى نَفْسِي يَا عَظِيمُ [عَظِيما] تُرْجَى[يُرْجَى‏] لِكُلِّ عَظِيمٍ اغْفِرْ لِيَ الْعَظِيمَ فَاِنَّهُ لا يَغْفِرُ الذَّنْبَ الْعَظِيمَ إِلا الرَّبُّ الْعَظِيمُ

Sonra başını qaldırıb yenidən səcdəyə getdi və Ayişə yenə belə dediyini eşitdi:
TranskripsiyaTərcüməƏrəbcə
Əuzu binuri vəchikəlləzi əzaət ləhus səmavatu vəl ərəzun, vənkəşəfət ləhuz zulumat, və sələhə ələyhi əmrul əvvəlinə vəl axirin, min fuc`əti nəqimətik, və min təhvili afiyətik, və min zəvali ni`mətik, Qəfil əzabın, verdiyin sağlamlığın alınması və nemətinin aradan qalxmasından səmaları və yerləri işıqlandıran, qaranlıqları aradan qaldıran, birinci və sonuncuların işini sahmana salan zatının nuruna sığınıram. أَعُوذُ بِنُورِ وَجْهِكَ الَّذِي أَضَاءَتْ لَهُ السَّمَاوَاتُ وَ الْأَرَضُونَ وَ انْكَشَفَتْ لَهُ الظُّلُمَاتُ وَ صَلَحَ عَلَيْهِ أَمْرُ الْأَوَّلِينَ وَ الْآخِرِينَ مِنْ فُجْأَةِ نَقِمَتِكَ وَ مِنْ تَحْوِيلِ عَافِيَتِكَ وَ مِنْ زَوَالِ نِعْمَتِكَ
Əllahummərzuqni qəlbən təqiyyən nəqiyya, və minəş şirki bəriən la kafirən və la şəqiyya.İlahi, mənə pak-pakizə, şirkdən, kafirlikdən və bədbəxtlikdən uzaq olan bir qəlb əta et!اللَّهُمَّ ارْزُقْنِي قَلْبا تَقِيّا نَقِيّا وَ مِنَ الشِّرْكِ بَرِيئا لا كَافِرا وَ لا شَقِيّا

Sonra üzünün hər iki tərəfini torpağa qoyub dedi:
Ərəbcəعَفَّرْتُ وَجْهِي فِي التُّرَابِ وَ حُقَّ لِي أَنْ أَسْجُدَ لَكَ
TərcüməÜzümü torpağa sürtdüm və Sənin dərgahında səcdə etmək mənə vacibdir.
TranskripsiyaƏffərtu vəchi fit turabi və huqqə li ən əscudə lək.

Peyğəmbər qayıtmaq istəyərkən, Ayişə öz yatağına tərəf yüyürdü. Peyğəmbər onun yatağına gəldi və nəfəsinin uca səsini eşidib buyurdu: “Nədir bu dərin nəfəs? Bu gecənin hansı gecə olmasını bilmirsənmi? Bu gecə, Şaban ayının 15-ci gecəsidir. Bu gecədə ruzilər bölüşdürülür, əcəllər yazılır və həccə gedəcək insanlar təyin olunur. Həqiqətən bu gecə Allah Təala Kəlb qəbiləsinin keçilərinin tüklərinin sayından çox bəndələrini bağışlayır və Allah taala öz mələklərini səmadan yer üzərinə — Məkkə şəhərinə tərəf yollayır”.
14) Şeyxin İmam Rzadan (ə) rəvayət etdiyi kimi, cənab Cəfər Təyyarın namazını qılsın.
15) Bu gecənin namazlarını yerinə yetirsin. Bu namazlar çoxdur. O cümlədən Əbu Yəhyə Sənani və otuz etibarlı şəxs, İmam Baqir (ə) və İmam Sadiqdən (ə) rəvayət etdiyi hədisdə belə buyurmuşlar: “Şaban ayının 15-ci gecəsində 4 rəkət namaz qıl. Onun hər rəkətində «Həmd» surədən sonra 100 dəfə «Tövhid» surəsi oxunur. Qurtardıqdan sonra desin:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni iləykə fəqir, və min əzabikə xaifun mustəcir, İlahi, mən Sənə möhtacam, əzabından qorxur və pənah axtarıram! اللَّهُمَّ إِنِّي إِلَيْكَ فَقِيرٌ وَ مِنْ عَذَابِكَ خَائِفٌ مُسْتَجِيرٌ
Əllahummə la tubəddil ismi, və la tuğəyyir cismi, və la təchəd bəlai, və la tuşmit bi ə`dai, İlahi, (möminlər zümrəsindən) adımı və cismimi dəyişmə, müsibətimi ağır etmə və düşmənimi sevindirmə! اللَّهُمَّ لا تُبَدِّلْ اسْمِي وَ لا تُغَيِّرْ جِسْمِي وَ لا تَجْهَدْ بَلائِي وَ لا تُشْمِتْ بِي أَعْدَائِي
əuzu biəfvikə min iqabik, və əuzu birəhmətikə min əzabik, və əuzu birizakə min səxətik, və əuzu bikə minkə cəllə sənauk, əntə kəma əsnəytə əla nəfsikə və fəvqə ma yəqulul qailun.Cəzandan əfvinə pənah gətirmişəm. Əzabından rəhmətinə pənah gətirmişəm. Qəzəbindən razılığına pənah gətirmişəm. Sənin Özündən Özünə pənah gətirmişəm. Özün-Özünü təriflədiyin kimi, Sənin tərifin ucadır və Sən insanların dediklərindən (Səni tərifləyənlərin tərifindən) üstünsən!أَعُوذُ بِعَفْوِكَ مِنْ عِقَابِكَ وَ أَعُوذُ بِرَحْمَتِكَ مِنْ عَذَابِكَ وَ أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ وَ أَعُوذُ بِكَ مِنْكَ جَلَّ ثَنَاؤُكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ وَ فَوْقَ مَا يَقُولُ الْقَائِلُونَ

Bu gecədə 100 rəkət namaz qılmağın böyük savabı var. Hər rəkətdə 1 dəfə «Həmd» və 10 dəfə «Tövhid» surəsi oxunur. Rəcəb ayının əməllərində bu ayda 6 rəkətli «Həmd», «Yasin», «Mulk», «Tövhid» surələri ilə qılınan namazın qılınma qaydası keçdi.       (MEFATEH)

Читайте также: