Ər-Rəhman surəsi

Print Friendly, PDF & Email

Ərrəhman surəsinin fəziləti
İmam Sadiq (ə) belə buyurur: ““Ər-Rəhman” surəsini oxumağı əldən buraxmayın! O, münafiq insanların qəlbində yerləşməz və Qiyamət günündə Allah taalanın hüzuruna gözəl, yaraşıqlı və ən gözəl ətiri olan bir insan surətində gəlib Allaha ən yaxın yerdə dayanar və Allah taala ondan belə soruşar: “Dünyada səni daima oxuyan kimdir?” O da deyər: “Ya Rəbbim, filankəs, filankəs…”. Bu insanların üzləri sevincdən açılar və onlara deyilər: “Hər kimi istəyirsiniz şəfaət edin!” Hamına şəfaət edərlər, daha zehinlərində şəfaət olunmamış bir adam qalmaz. Sonra Allah taala onlara deyər ki, cənnətə daxil olun! Harada istəsəniz orada da məskunlaşın!
İmam Sadiq (ə)-dan nəql olunur ki, hər kim “Ər-Rəhman” surəsini oxusa və “Fəbiəyyi alai Rəbbikuma tukəzziban” ayəsindən sonra “La bişəy`in min alaikə Rəbbi ukəzzib” cümləsini, əgər gecə desə və ölsə, şəhid dünyasını dəyişmiş olar və əgər gündüz oxuyub ölsə, yenə də şəhid ölər.

AyəTranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhim
Bağışlayan və mehriban Allahın adı ilə
1Ər rəhman Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:) الرَّحْمَٰنُ
2Əlləməl Qur`-an (Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Qur'anı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi. عَلَّمَ الْقُرْآنَ
3Xələqəl insan (Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı. خَلَقَ الْإِنْسَانَ
4Əlləməhul bəyan Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi). عَلَّمَهُ الْبَيَانَ
5Əşşəmsu vəl qəməru bihusban Günəş və ay müəyyən hesab ilə (günəş sabit düz hərəkətlə, ay isə yerin ətrafına dövr etmək və günəşin ətrafına fırlanmaq vasitəsi ilə) hərəkətdədirlər. الشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ
6Vən nəcmuvəş şəcəru yəscudan Ot və ağac (yaradılışı ilə Allah qarşısında) səcdə edir. وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ
7Vəs səmaə rəfəəha və vəzəəl mizan Göyü ucaltdı və (əqidə, əxlaq, əməl və xarici aləmdəki şeylərin hər birinin özünə münasib şəkildə ölçülməsi vasitəsi olan) qanun və mizanı qoydu (peyğəmbərlər vasitəsi ilə və insanların ağıllarına ilham etməklə öyrətdi). وَالسَّمَاءَ رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ
8Əlla tətğəv fil mizan (Və əmr etdi) ki, ölçüdə (əməllərin yaxşı və pis cəhətlərinin və əşyaların kəmiyyət və keyfiyyətinin ölçülməsində) həddi aşmayasınız. أَلَّا تَطْغَوْا فِي الْمِيزَانِ
9Və əqimul vəznə bil qisti və la tuxsirul mizan Və çəkini ədalətlə icra edəsiniz və tərəzini (çəkdiyiniz malı) əskiltməyəsiniz. وَأَقِيمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِيزَانَ
10Vəl ərzə vəzəəha lil ənam Və bu yeri yaradılmışların (insan və cinlərin, onda olan canlıların) hamısı üçün yaratdı. وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ
11Fiha fakihətun vən nəxlu zatul əkmam Onda hər növ meyvə və tumurcuqlu salxımları olan xurma ağacı vardır. فِيهَا فَاكِهَةٌ وَالنَّخْلُ ذَاتُ الْأَكْمَامِ
12Vəl həbbu zul əsəfi vər rəyhan Həmçinin gövdəli-yarpaqlı dənli bitkilər və ətirli bitkilər. وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانُ
13Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
14Xələqəl insanə min səlsalin kəl fəccar (İlk) insanı (Adəm və Həvvanı yerin üfunətli qatından götürülmüş) saxsı kimi quru gildən yaratdı.خَلَقَ الْإِنْسَانَ مِنْ صَلْصَالٍ كَالْفَخَّارِ
15Və xələqəl cannə min maricin min nar Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı. وَخَلَقَ الْجَانَّ مِنْ مَارِجٍ مِنْ نَارٍ
16Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
17Rəbbul məşri-qəyni və rəbbul məğribəyn İki şərqin və iki qərbin Rəbbidir. رَبُّ الْمَشْرِقَيْنِ وَرَبُّ الْمَغْرِبَيْنِ
18Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
19Mərəcəl bəh-rəyni yəltəqiyan Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı (şirin sulu axar çaylar dəniz kimi, suyu şor hərəkətsiz dənizlərə qovuşurlar). مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ
20Bəynəhu-ma bərzəxun la yəbğiyan (Qovuşma yerində) onların ikisinin arasında (geniş bir ərazini əhatə edən) məsafə vardır ki, (təsir baxımından) bir-birini üstələmirlər. [Yaxud: Yer üzündə olan şirin suların hamısı dənizin şor suyundan gəlib və bir daha ora qayıdacaqdır. Lakin onlar Allahın qüdrəti ilə bir-birinə təsir göstərmirlər.] بَيْنَهُمَا بَرْزَخٌ لَا يَبْغِيَانِ
21Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
22Yəxrucu minhu-məl lu`luu vəl mərcan O iki (şirin və şor) dənizdən inci və mirvari çıxır. يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ
23Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
24Və ləhul cəvaril munşəatu fil bəhri kəl ə`lam Uca dağlar kimi düzəldilib dənizdə üzən gəmilər Ona məxsusdur. (Çünki onların düzəldildiyi xammal, onları düzəldənin təfəkkür qüvvəsi və gücü, həmçinin sular Onundur.) وَلَهُ الْجَوَارِ الْمُنْشَآتُ فِي الْبَحْرِ كَالْأَعْلَامِ
25Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
26Kullu mən ələyha fan Bunun (yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur. كُلُّ مَنْ عَلَيْهَا فَانٍ
27Və yəbqa vəchu rəbbikə zul cəlali vəl ikram Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır. وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ
28Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
29Yəs`əluhu mən fis səmavati vəl ərzi kullə yəvmin huvə fi şə`n Göylərdə və yerdə olan hər bir kəs (həm dili, həm də halı ilə) Ondan (dilək) istəyir. O hər gün, hər an bir işdədir. يَسْأَلُهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ
30Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
31Sənəfruğu ləkum əyyuhəs səqəlan Ey insan və cin dəstələri! Tezliklə sizin (əməllərinizin hesabı i)lə məşğul olacağıq. سَنَفْرُغُ لَكُمْ أَيُّهَ الثَّقَلَانِ
32Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
33Ya mə`şərəl cinni vəl insi inistə-tə`tum ən tənfuzu min əqtaris səmavati vəl ərzi fənfuzu la tənfuzunə illa bisultan (Qiyamət günü belə xitab olunacaq ki:) «Ey insan və cin tayfaları! Əgər (əməllərinizin cəzasından qaçmaq üçün) göylərin və yerin (əhatə) dairəsindən (başqa bir yerə) keçə bilsəniz, keçin. (Lakin qeyri-adi) bir qüdrət olmadan keçə bilməyəcəksiniz (ona da ki, malik deyilsiniz)!» يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنْسِ إِنِ اسْتَطَعْتُمْ أَنْ تَنْفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَانْفُذُوا ۚ لَا تَنْفُذُونَ إِلَّا بِسُلْطَانٍ
34Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
35Yursəlu ələykuma şuvazun min narin və nuhasun fəla təntəsiran Sizin üstünüzə alov şöləsi və qatı tüstü, yaxud əridilmiş mis parçaları göndəriləcək, onda özünüzü əsla müdafiə edə bilməyəcəksiniz. يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِنْ نَارٍ وَنُحَاسٌ فَلَا تَنْتَصِرَانِ
36Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
37Fəizən şəqqətis səmau fəkanət vərdətən kəd dihan Göyün yarılaraq qırmızı dəri (və ya əridilmiş yağ) kimi qıpqırmızı olacağı zaman! فَإِذَا انْشَقَّتِ السَّمَاءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ
38Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
39Fəyəvməizin la yus`əlu ən zənbihi insun və la can (Hamının qəbirdən çıxıb hələ əsl yerə çatmadıqları) həmin gün insan və cinlərin heç birindən günahı barəsində (bir şey) soruşulmayacaqdır. فَيَوْمَئِذٍ لَا يُسْأَلُ عَنْ ذَنْبِهِ إِنْسٌ وَلَا جَانٌّ
40Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
41Yu`rəful muc-rimunə bisimahum fəyu`xəzu bin nəvasi vəl əqdam (Çünki) günahkarlar üzlərindən tanınırlar. Buna görə də onların kəkillərindən və ayaqlarından tutacaq (və Cəhənnəmə atacaq)lar. يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ
42Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
43Hazihi cəhənnəmulləti yukəzzibu bihəl mucrimun Bu, günahkarların təkzib və inkar etdikləri həmin cəhənnəmdir. هَٰذِهِ جَهَنَّمُ الَّتِي يُكَذِّبُ بِهَا الْمُجْرِمُونَ
44Yətufunə bəynəha və bəynə həmimin an Onlar həmin od və qaynar suyun içərisində (susuzluqdan və ardı-arası kəsilməyən dəhşətdən) fırlanacaqlar. يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ آنٍ
45Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
46Və limən xafə məqamə rəbbihi cənnətan Rəbbinin hökmranlığından və (hər şeyi) əhatə etməsindən və ya özünün Rəbbinin hüzurunda dayanmasından qorxan kəs üçün iki Cənnət vardır. وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ
47Fəbiəyyi alai rəbbikuma tukəzzibanBelə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
48Zəvata əfnan Onların (həmin iki cənnətin) hər ikisinin müxtəlif qollu-budaqlı ağacları vardır. ذَوَاتَا أَفْنَانٍ
49Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
50Fihima əynani təcriyan O iki cənnətdə daim axan iki bulaq vardır. فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ
51Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
52Fihima min kulli fakihətin zəvcan O iki cənnətdə, hər meyvədən iki növ (quru və yaş, dünyada olan və olmayan) vardır. فِيهِمَا مِنْ كُلِّ فَاكِهَةٍ زَوْجَانِ
53Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
54Muttəkinə əla furuşin bətainuha min istəbrəqin və cənəl cənətəyni dan Astarları qalın ipəkdən olan yataqların üzərində (arxalıqlara) söykənərlər və hər iki bağın meyvələri yaxın və əlçatan olar! مُتَّكِئِينَ عَلَىٰ فُرُشٍ بَطَائِنُهَا مِنْ إِسْتَبْرَقٍ ۚ وَجَنَى الْجَنَّتَيْنِ دَانٍ
55Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
56Fihinnə qasiratut tərfi ləm yətmishunnə insun qəbləhum və la can Həmin cənnətlərdə gözlərini ərlərindən qeyrisindən yığan və ondan başqasını sevməyən, nə bir insanın nə də cinin toxunmadığı qadınlar vardır. فِيهِنَّ قَاصِرَاتُ الطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنْسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ
57Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
58Kəənnəhunnəl yaqutu vəl mərcan (Onlar paklıq və parlaqlıqda) sanki yaqut və mərcandırlar. كَأَنَّهُنَّ الْيَاقُوتُ وَالْمَرْجَانُ
59Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
60Həl cəzaul ehsani illəl ehsan Məgər yaxşılığın əvəzi yaxşılıqdan qeyri (bir şey)dir? (Onların dünyadakı yaxşılıqlarının mükafatı Allahın onlara yaxşılıq etməsidir.) هَلْ جَزَاءُ الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ
61Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
62Və min dunihima cənnətan (Allahdan qorxan və Allah dərgahına yaxın bəndələrə məxsus) o iki cənnətdən aşağı (sağ tərəf əhlinə məxsus) digər iki cənnət vardır. وَمِنْ دُونِهِمَا جَنَّتَانِ
63Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
64MudhammətanOnların hər ikisi yaşıllığın çoxluğundan qaraya çalırlar. مُدْهَامَّتَانِ
65Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
66Fihima əynani nəzzaxətan O iki cənnətdə fəvvarə vurub qaynayan iki bulaq vardır. فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ
67Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
68Fihima fakihətun və nəxlun və rumman O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardırفِيهِمَا فَاكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ
69Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
70Fihinnə xəyratun hisan Onlarda gözəl təbiətli və gözəl üzlü qadınlar vardır. فِيهِنَّ خَيْرَاتٌ حِسَانٌ
71Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
72Hurun məqsuratun fil xiyam Çadırlar içərisində pərdə arxasında oturmuş (və yadların gözlərindən uzaq) hurilər. حُورٌ مَقْصُورَاتٌ فِي الْخِيَامِ
73Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
74Ləm yətmishunnə insun qəbləhum və la cann Bunlardan qabaq onlara nə bir insan, nə də bir cin toxunubلَمْ يَطْمِثْهُنَّ إِنْسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ
75Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
76Muttəkinə əla rəfrəfin xuzrin və əbqəriyyin hisan (Cənnət əhli) yaşıl balışlara və gözəl yataq və döşənəcəklərə söykənərlər! مُتَّكِئِينَ عَلَىٰ رَفْرَفٍ خُضْرٍ وَعَبْقَرِيٍّ حِسَانٍ
77Fəbiəyyi alai rəbbikuma tukəzziban Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
78Təbarəkəsmu rəbbikə zil cəlali vəl ikram Calal, əzəmət, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin adı xeyir-bərəkətlidir.تَبَارَكَ اسْمُ رَبِّكَ ذِي الْجَلَالِ وَالْإِكْرَامِ

Читайте также: