Şəms surəsi

Print Friendly, PDF & Email

Şəms surəsinin fəziləti
“Məcməül-bəyan”da Übəy ibn Kəb peyğəmbərin belə buyurduğunu nəql edir: “Hər kəs bu surəni oxusa, elə bil, Ay və Günəş saçdığı yerlər qədər sədəqə vermişdir”.

AyəTranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhim Bağışlayan və mehriban Allahın adı iləبسم الله الرحمن الرحيم
1Vəş şəmsi və zuhaha And olsun günəşə və onun şüasının vüsətinə, وَالشَّمْسِ وَضُحَاهَا
2Vəl qəməri iza təlaha And olsun (günəşin) ardınca çıxmaqda olan aya. وَالْقَمَرِ إِذَا تَلَاهَا
3Vən nəhari iza cəlləha And olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə. وَالنَّهَارِ إِذَا جَلَّاهَا
4Vəl ləyli iza yəğşaha And olsun günəşi örtməkdə, üfüqləri və havanı qaranlıq etməkdə olan gecəyə. وَاللَّيْلِ إِذَا يَغْشَاهَا
5Vəs səmai və ma bənaha And olsun göyə və onu bina edənə (O qüdrətli varlığa, vücuda), وَالسَّمَاء وَمَا بَنَاهَا
6Vəl ərzi və ma təhaha And olsun bu yerə və onu döşəyənə (O qüdrət sahibinə). وَالْأَرْضِ وَمَا طَحَاهَا
7Və nəfsin və ma səvvaha Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru – düzgün biçim verənə. (Bədən üzvlərini bir – birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana). وَنَفْسٍ وَمَا سَوَّاهَا
8Fəəlhəməha fucurəha və təqvaha Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir. فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا
9Qəd əfləhə mən zəkkaha Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır! قَدْ أَفْلَحَ مَن زَكَّاهَا
10Və qəd xabə mən dəssaha Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır! وَقَدْ خَابَ مَن دَسَّاهَا
11Kəzzəbət Səmudu bitəğvaha Səmud (qövmü) azğınlıq üzündən (Salehi) təkzib etmişdi. كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا
12İzin bəəsə əşqaha Onların ən bədbəxti ayağa qalxdığı (Salehin dəvəsini öldürmək üçün könüllü olduğu) zaman إِذِ انبَعَثَ أَشْقَاهَا
13Fəqalə ləhum rəsulullahi naqətəllahi və suqyaha Allahın peyğəmbəri onlara demişdi: «Allahın dəvəsinə ziyan yetirməkdən və ona öz növbəsində su içməyə mane olmaqdan çəkinin!» فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا
14Fəkəzzəbuhu fəəqəruha fədəmdəmə ələyhim rəbbuhum bizənbihim fəsəvvaha Amma onlar onu (Salehi) təkzib etmişdilər və Allahın dəvəsini öldürmüşdülər. Rəbbi də günahlarının cəzası olaraq onların hamısının kökünü kəsib yerlə yeksan etdi. فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنبِهِمْ فَسَوَّاهَا
15Və la yəxafu uqbaha Və (Allah) bu işin aqibətin(ə görə heç bir kəs)dən qorxmaz.وَلَا يَخَافُ عُقْبَاهَا

Читайте также: