Ziyarətnamə: Müqəddəs məzarlardan ayrılarkən ümümi «Vida ziyarətnaməsi»

Print Friendly, PDF & Email

Burada «Vida ziyarətnaməsini» sizin üçün bəyan edəcəyik və bu ziyarətnaməni siz, imamların hər biri ilə vidalaşdığınız zaman oxuya bilərsiniz. Bildiyiniz kimi, ziyarət qaydalarından biri də məsumlarla vidalaşmaqdır və zəvvarlar ziyarət etdikləri məsumun məzarı yerləşən diyarı tərk etdikləri vaxt özlərinin dediyi qaydada onlarla vidalaşmalıdır. Ziyarətnamələrin əksəriyyətinin sonunda vida ziyarətnaməsi də qeyd olunubdur. Demək olar ki, bütün məsumların hərəmlərin tərk edəndə öz vida ziyarətnamələri vardır. Əlavə olaraq məsum imamları tərk edərkən ümumi vida ziyarətini qeyd edirik. Bunu Şeyx Muhəmməd ibn Məşhədi «Müqəddəs məzarların vidası» bölümündə nəql edibdir. Qeyd etmək lazımdır ki, bu vida ziyarətnaməsini Seyid ibn Tavus öz kitabında Camiə ziyarətnaməsindən sonra nəql etmişdir və biz də bunu o böyük alimin «Misbahuz-zair» adlı kitabından nəql edirik. [1] Seyid ibn Tavus buyurur: “Müqəddəs məzarı ziyarət edib, oradan ayrıldığın vaxt bu sözləri de”:

Vida ziyarətnaməsi_1

TranskipsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykum ya əhlə bəytin nubuvvəh, və mə`dinər risaləti səlamə muvəddiin la səimin və la qal, və rəhmətul ahi və bərəkatuh, ələykum əhləl bəyti innəhu həmidun məcid, səlamə vəliyyin ğəyri rağibin ənkum, və la munhərifin ənkum və la mustəbdilin bikum, və la mu`sirin ələykum və la zahidin fi qurbikum, la cəələhullahu axirəl əhdi min ziyarəti quburikum, və ityani məşahidikum, vəs səlamu ələykum və həşərəniyəllahu fi zumrətikum, və əvrədəni həvzəkum və ərzakum ənni, və məkkənəni fi dəvlətikum, və əhyani fi rəc`ətikum və məlləkəni fi əyyamikum, və şəkərə sə`yi ləkum və ğəfərə zunubi bişəfaətikum, və əqalə əsrəti bihubbikum və ə`la kə`bi bimuvalatikum, və şərrəfəni bitaətikum və ə`əzzəni bihudakum, və cəələni mimmən yənqəlibu muflihən muncihən salimən ğanimən muafən ğəniyya, faizən birizvanillahi və fəzlihi və kifayətih, biəfzəli ma yənqəlibu bihi əhədun min zuvvarikum, və məvalikum və muhibbikum və şiətikum, və rəzəqəniyəllahul əvdə summəl əvdə ma əbqani rəbbi biniyyətin sadiqəh, və imanin və təqva və ixbatin və rizqin vasiin həlalin təyyib, Əllahummə la təc`əlhu axirəl əhdi min ziyarətihim və zikrihim, vəs səlati ələyhim və əvcib liyəl məğfirətə vər rəhməh, vəl xəyrə vəl bərəkətə vən nurə vəl iman, və husnəl icabəti kəma əvcəbtə liəvliyaikəl arifin, bihəqqihimul mucibinə taətəhum, vər rağibinə fi ziyarətihimul mutəqərribinə iləykə və iləyhim, biəbi əntum və ummi və nəfsi və mali və əhli, ic`əluni min həmmikum və səyyiruni fi hizbikum, və ədxiluni fi şəfaətikum vəzkuruni ində rəbbikum, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, və əbliğ ərvahəhum və əcsadəhum ənni təhiyyətən kəsirətən və səlama, vəs səlamu ələykum və rəhmətullahi və bərəkatuh.Salam olsun sizə, ey nübüvvət Əhlibeyti və risalət mədəni! Yorulmadan və narahat olmadan sizə vida salamı deyirəm! Allahın rəhmət və bərəkətləri olsun siz Əhlibeytə! Həqiqətən, O, tərifəlayiq və böyükdür. Sizdən üz çevirmədən, sizi başqaları ilə dəyişmədən, kimisə sizdən üstün tutmadan və sizə yaxınlaşmağı tərk etmədən sizə sevgi salamı göndərirəm! Allah sizin qəbirlərinizi etdiyim bu ziyarəti və sizin ziyarətgahlarınıza gəlməyimi son ziyarət qərar verməsin. Salam olsun sizə! Allah məni sizin zümrənizdə məhşur etsin, sizin hovuzunuzun (Kövsər hovuzu) kənarına gətirsin, sizi məndən razı salsın, sizin hakimiyyətiniz zamanı mənə qüdrət versin, “rəcət”iniz və dünyaya qayıdacağınız zaman məni də dirildib dünyaya qaytarsın, hakimiyyətiniz dövründə məni hakim etsin, sizin yolunuzda çalışqanlığımı qəbul etsin, şəfaətinizlə günahlarımı bağışlasın, sizə məhəbbətim vasitəsilə xətalarımdan keçsin, sizi sevdiyim üçün məqamımı ucaltsın, məni sizə itaətlə şərəfləndirsin və hidayətinizlə əziz etsin! Allah məni bu müqəddəs məkandan qurtuluş və səadətə yetdiyi, sağlam olduğu, bəhrələndiyi, afiyət libasına büründüyü, ehtiyacsız olduğu, Allahın razılığını, mərhəmət və kifayətini qazandığı halda qayıdanların, ən yaxşı şəkildə geri dönən ziyarətçiləriniz, dostlarınız, sevənləriniz və şiələrinizin zümrəsində yerləşdirsin. Rəbbim Allah (bu dünyada) yaşadığım müddətdə bu müqəddəs məkana sadiq niyyət, iman, təqva, təvazökarlıq, bol-bol halal və pak ruzi ilə yenidən qaytarmağı mənə nəsib etsin! السَّلامُ عَلَيْكُمْ يَا أَهْلَ بَيْتِ النُّبُوَّةِ وَ مَعْدِنَ الرِّسَالَةِ سَلامَ مُوَدِّعٍ لا سَئِمٍ وَ لا قَالٍ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ عَلَيْكُمْ أَهْلَ الْبَيْتِ اِنَّهُ حَمِيدٌ مَجِيدٌ سَلامَ وَلِيٍّ غَيْرِ رَاغِبٍ عَنْكُمْ وَ لا مُنْحَرِفٍ عَنْكُمْ وَ لا مُسْتَبْدِلٍ بِكُمْ وَ لا مُؤْثِرٍ عَلَيْكُمْ وَ لا زَاهِدٍ فِي قُرْبِكُمْ لا جَعَلَهُ اللَّهُ آخِرَ الْعَهْدِ مِنْ زِيَارَةِ قُبُورِكُمْ وَ إِتْيَانِ مَشَاهِدِكُمْ وَ السَّلامُ عَلَيْكُمْ وَ حَشَرَنِيَ اللَّهُ فِي زُمْرَتِكُمْ وَ أَوْرَدَنِي حَوْضَكُمْ وَ أَرْضَاكُمْ عَنِّي وَ مَكَّنَنِي فِي دَوْلَتِكُمْ وَ أَحْيَانِي فِي رَجْعَتِكُمْ وَ مَلَّكَنِي فِي أَيَّامِكُمْ وَ شَكَرَ سَعْيِي لَكُمْ وَ غَفَرَ ذُنُوبِي بِشَفَاعَتِكُمْ وَ أَقَالَ عَثْرَتِي بِحُبِّكُمْ وَ أَعْلَى كَعْبِي بِمُوَالاتِكُمْ وَ شَرَّفَنِي بِطَاعَتِكُمْ وَ أَعَزَّنِي بِهُدَاكُمْ وَ جَعَلَنِي مِمَّنْ يَنْقَلِبُ مُفْلِحا مُنْجِحا سَالِما غَانِما مُعَافا غَنِيّا فَائِزا بِرِضْوَانِ اللَّهِ وَ فَضْلِهِ وَ كِفَايَتِهِ بِأَفْضَلِ مَا يَنْقَلِبُ بِهِ أَحَدٌ مِنْ زُوَّارِكُمْ وَ مَوَالِيكُمْ وَ مُحِبِّيكُمْ وَ شِيعَتِكُمْ وَ رَزَقَنِيَ اللَّهُ الْعَوْدَ ثُمَّ الْعَوْدَ ثُمَّ الْعَوْدَ مَا أَبْقَانِي رَبِّي بِنِيَّةٍ صَادِقَةٍ وَ إِيمَانٍ وَ تَقْوَى وَ إِخْبَاتٍ وَ رِزْقٍ وَاسِعٍ حَلالٍ طَيِّبٍ
Əllahummə la təc`əlhu axirəl əhdi min ziyarətihim və zikrihim, vəs səlati ələyhim və əvcib liyəl məğfirətə vər rəhməh, vəl xəyrə vəl bərəkətə vən nurə vəl iman, və husnəl icabəti kəma əvcəbtə liəvliyaikəl arifin, bihəqqihimul mucibinə taətəhum, vər rağibinə fi ziyarətihimul mutəqərribinə iləykə və iləyhim, biəbi əntum və ummi və nəfsi və mali və əhli, ic`əluni min həmmikum və səyyiruni fi hizbikum, və ədxiluni fi şəfaətikum vəzkuruni ində rəbbikum, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, və əbliğ ərvahəhum və əcsadəhum ənni təhiyyətən kəsirətən və səlama, vəs səlamu ələykum və rəhmətullahi və bərəkatuh.İlahi! Onları ziyarət etmək və xatırlamaq, onlara salam göndərməyimi sonuncu qərar vermə. Məğfirət, rəhmət, xeyir, bərəkət, nur, iman, duaları ən yaxşı şəkildə qəbul etməyi onların haqqını tanıyan, onlara itaəti vacib bilən, ziyarətlərinə müştaq olan, Sənin dərgahına və onlara yaxınlaşan dostlarına vacib etdiyin kimi, mənə də vacib et! Atam-anam, özüm, malım və əhli-əyalım sizə fəda olsun! Məni nəzərdən qaçırmayıb, öz zümrənizdə yerləşdirin, şəfaətinizə layiq bilin və öz Rəbbinizin yanında məni də yad edin! İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndər və mənim tərəfimdən də onların ruhlarına və cəsədlərinə çoxlu salam yetir. Salam olsun sizə! Allahın rəhmət və bərəkətləri olsun sizə!اللَّهُمَّ لا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنْ زِيَارَتِهِمْ وَ ذِكْرِهِمْ وَ الصَّلاةِ عَلَيْهِمْ وَ أَوْجِبْ لِيَ الْمَغْفِرَةَ وَ الرَّحْمَةَ وَ الْخَيْرَ وَ الْبَرَكَةَ وَ النُّورَ وَ الْإِيمَانَ وَ حُسْنَ الْإِجَابَةِ كَمَا أَوْجَبْتَ لِأَوْلِيَائِكَ الْعَارِفِينَ بِحَقِّهِمْ الْمُوجِبِينَ طَاعَتَهُمْ وَ الرَّاغِبِينَ فِي زِيَارَتِهِمْ الْمُتَقَرِّبِينَ إِلَيْكَ وَ إِلَيْهِمْ بِأَبِي أَنْتُمْ وَ أُمِّي وَ نَفْسِي وَ مَالِي وَ أَهْلِي اجْعَلُونِي مِنْ هَمِّكُمْ وَ صَيِّرُونِي فِي حِزْبِكُمْ وَ أَدْخِلُونِي فِي شَفَاعَتِكُمْ وَ اذْكُرُونِي عِنْدَ رَبِّكُمْ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَبْلِغْ أَرْوَاحَهُمْ وَ أَجْسَادَهُمْ عَنِّي تَحِيَّةً كَثِيرَةً وَ سَلاما وَ السَّلامُ عَلَيْكُمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ

Mənbələr:
[1] Seyid ibn Tavus — Misbahuz-zair, səh 472,
Şəhid Əvvəl — Məzar-Şəhid, səh 216,
Məhəmməd ibn Məşhədi — Məzar-Kəbir, səhh 535,
Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 133 (cüzi fərqlə)

Читайте также: