Dua: Hacət duası
“Tuhfətuz-zair” kitabında İmam Sadiq əleyhissalamdan belə nəql olunur ki, əgər Allah dərgahına bir istəyiniz, hacətiniz olsa və ya bir şeydən qorxsanız bir kağıza belə yazın:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim | Bağışlayan və mehriban Allahın adı ilə! | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |
| Əllahummə inni ətəvəccəhu iləykə biəhəbbil əsmai iləykə və ə`zəmiha lədəyk, və ətəqərrəbu və ətəvəssəlu iləykə bimən əvcəbtə həqqəhu ələykə bi Muhəmmədin və Əliyy, və Fatimətə vəl Həsəni vəl Husəyni və Əliyyibnil Husəyn, və Muhəmmədibni Əliyyin və Cə`fəribni Muhəmməd, və Musəbni Cə`fərin və Əliyyibni Musa və Muhəmmədibni Əliyy, və Əliyyibni Muhəmmədin vəl Həsənibni Əliyyin vəl huccətil muntəzəri sələvatullahi ələyhim əc`məin, ikfini *(kəza və kəza). | İlahi, mən Sənin ən sevdiyin və dərgahında ən böyük adların vasitəsilə Sənə üz tutur və haqqını özünə vacib bildiyin Məhəmmədin, Əlinin, Fatimənin, Həsənin, Hüseynin, Əli ibn Hüseynin, Məhəmməd ibn Əlinin, Cəfər ibn Məhəmmədin, Musa ibn Cəfərin, Əli ibn Musanın, Məhəmməd ibn Əlinin, Əli ibn Məhəmmədin, Həsən ibn Əlinin və intizarı çəkilən höccətin (Allahın salamı olsun onların hamısına) vasitəsilə Sənə yaxınlaşır və təvəssül edirəm ki, *(filan və filan) işlərimdə mənə kömək olasan! | اللَّهُمَّ إِنِّي أَتَوَجَّهُ إِلَيْكَ بِأَحَبِّ الْأَسْمَاءِ إِلَيْكَ وَ أَعْظَمِهَا لَدَيْكَ وَ أَتَقَرَّبُ وَ أَتَوَسَّلُ إِلَيْكَ بِمَنْ أَوْجَبْتَ حَقَّهُ عَلَيْكَ بِمُحَمَّدٍ وَ عَلِيٍّ وَ فَاطِمَةَ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ وَ عَلِيِّ بْنِ الْحُسَيْنِ وَ مُحَمَّدِ بْنِ عَلِيٍّ وَ جَعْفَرِ بْنِ مُحَمَّدٍ وَ مُوسَى بْنِ جَعْفَرٍ وَ عَلِيِّ بْنِ مُوسَى وَ مُحَمَّدِ بْنِ عَلِيٍّ وَ عَلِيِّ بْنِ مُحَمَّدٍ وَ الْحَسَنِ بْنِ عَلِيٍّ وَ الْحُجَّةِ الْمُنْتَظَرِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَجْمَعِينَ اكْفِنِي كَذَا وَ كَذَا |
*(Kəza və kəza) — sözlərinin yerinə öz hacətini yaz və onu büküb, palçıqdan düzəldilmiş bir qabın içərisinə qoy və axar suyun və ya su quyusunun içərinə at. Haqq Təala tezliklə sənin bu hacətini öz kərəmi sayəsində müstəcab edər.
