Dua: Yatan və yuxudan duran zaman oxunan bəzi dualar toplusu
1) İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, hər kəs bu duanı yatdığı yerdə 3 dəfə oxusa, bütün günahlardan pak olar, eyni ilə anasından olduğu gün kimi, günahsız olar. Dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əlhəmdu lillahilləzi əla fəqəhər, | Allaha həmd olsun ki, uca və hakimdir. | اَلْحَمْدُ للهِِ الَّذي عَلا فَقَهَرَ |
| vəl həmdu lillahilləzi bətənə fəxəbər, | Allaha həmd olsun ki, gizli və agahdır. | وَالْحَمْدُ للهِِ الَّذي بَطَنَ فَخَبَرَ |
| vəl həmdu lillahilləzi mələkə fəqədər, | Allaha həmd olsun ki, malik və qadirdir. | وَالْحَمْدُللهِِ الَّذي مَلَكَ فَقَدَرَ |
| vəl həmdu lillahilləzi yuhyil məvta və yumitul əhya, | Allaha həmd olsun ki, ölüləri dirildir və diriləri də öldürür. | وَالْحَمْدُ للهِِ الَّذي يُحْييِ الْمَوْتَى وَ يُميتُ الاَحْيَاءَ |
| və huvə əla kulli şəy`in qədir. | O, hər bir şeyə qadirdir | وَ هُوَ عَلَى كُلِّ شَيْءٍ قَديرٌ |
2) Yenə də o həzrətdən nəql olunmuşdur ki, həzrət Peyğəmbər (s) yatmaq istədiyi zaman “Ayətəl-kürsü”nü oxuduqdan sonra deyirdi:
| Ərəbcə | بِسْمِ اللهِ، آمَنْتُ بِاللهِ وَ كَفَرْتُ بِالطَّاغُوتِ، اللَّهُمَّ احْفَظْني في مَنَامي، وَ في يَقظَتي |
| Tərcümə | Allahın adı ilə! Allaha iman gətirib, bütü inkar etdim. İlahi, məni yatdığım və oyaq olduğum zaman qoru! |
| Transkripsiya | Bismillahi aməntu billahi və kəfərtu bit tağut, Əllahumməhfəzni fi mənami və fi yəqzəti. |
3) Müfəzzəl ibni Ömər nəql etmişdir ki, imam Sadiq (ə) mənə belə buyurdu: “11 dəfə Allaha pənah aparmaqdan ibarət olan bu duanı oxumamışdan öncə yatma.” Dedim: «Onu mənə öyrət.» Buyurdu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əuzu biizzətillahi və əuzu biqudrətillah, | Allahın izzətinə pənah aparıram. Allahın qüdrətinə pənah aparıram. | اَعُوذُ بِعِزَّةِ اللهِ، وَ اَعُوذُ بِقُدْرَةِ اللهِ |
| və əuzu bicəlalillahi və əuzu bisultanillah, | Allahın böyüklüyünə pənah aparıram. Allahın səltənətinə pənah aparıram. | وَ اَعُوذُ بِجَلالِ اللهِ، وَ اَعُوذُ بِسُلْطَانِ اللهِ |
| və əuzu bicəmalillahi və əuzu bidəf`illah, | Allahın camalına pənah aparıram. Allahın müdafiəsinə pənah aparıram. | وَ اَعُوذُ بِجَمَالِ اللهِ، وَ اَعُوذُ بِدَفْعِ اللهِ |
| və əuzu bimən`illahi və əuzu bicəm`illah, | Allahın qadağasına pənah aparıram. Allahın bütün vəsflərinə pənah aparıram. | وَ اَعُوذُ بِمَنْعِ اللهِ وَ اَعُوذُ بِجَمْعِ اللهِ |
| və əuzu bimulkillahi və əuzu bivəchillah, | Allahın mülkünə pənah aparıram. Allahın zatına pənah aparıram. | وَ اَعُوذُ بِمُلْكِ اللهِ، وَ اَعُوذُ بِوَجْهِ اللهِ |
| və əuzu birəsulillahi salləllahu ələyhi və alih, min şərri ma xələqə və bərə və zərə`. | Allahın yaratdıqları və vücuda gətirdiklərinin şərindən Rəsulullaha (Allahın salamı olsun ona və Əhlibeytinə) pənah aparıram! | وَ اَعُوذُ بِرَسُولِ اللهِ، صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ، مِنْ شَرِّ مَا خَلَقَ وَ بَرَءَ وَ ذَرَءَ |
4) İmam Sadiq (ə) buyurmuşdur: «Yatmaq istəyən hər kəs 100 dəfə «İxlas» surəsini oxusa, onun əlli illik günahı bağışlanar.» Yenə də o həzrətdən nəql olunmuşdur ki, hər kəs yatanda, «Kafirun» və «İxlas» surələrini oxusa, Allah taala onun şirkdən uzaq olmasını yazar.
5) İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: «Gecə namazı qılmaq məqsədilə yuxudan durub öz yatağında oturduğunuz zaman belə deyin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə la tu`minni məkrək, və la tunsini zikrək, və la təc`əlni minəl ğafilin, əqumu saətə kəza və kəza. | İlahi, məni Öz tədbirindən qoru, zikrini mənə unutdurma, məni qafillər sırasına qatma və filan saatda yuxudan durmağı mənə nəsib et! | اللَّهُمَّ لا تُؤْمِنّي مَكْرَكَ، وَ لا تُنْسِني ذِكْرَكَ، وَ لا تَجْعَلْني مِنَ الْغَافِلينَ، اَقُومُ سَاعَةَ كَذَا وَ كَذَا |
Çünki Allah-Taala buna əməl edən hər bir şəxsə bir mələk vəkil qərar verər ki, hər gün onu gecə namazı vaxtı yuxudan oyatsın.
6) O həzrət belə buyurmuşdur: «Sizlərdən hər biriniz gecə yuxudan durmaq istədikdə, belə desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Subhanəllahi rəbbin nəbiyyin, və ilahil mursəlin, və rəbbil mustəz`əfin, vəl həmdu lillahilləzi yuhyil məvta, və huvə əla kulli şəy`in qədir. | Peyğəmbərlərin Rəbbi, elçilərin məbudu və acizlərin Rəbbi olan Allah bütün eyiblərdən pak və uzaqdır. Ölüləri dirildən və hər bir şeyə qadir olan Allaha həmd olsun! | سُبْحَانَ اللهِ رَبِّ النَّبِييّنَ، وَ اِلَهِ الْمُرْسَلينَ، وَ رَبِّ الْمُسْتَضْعَفينَ، وَالْحَمْدُ للهِِ الَّذي يُحْييِ الْمَوْتَى، وَ هُوَ عَلَى كُلِّشَيْءٍ قَديرٌ |
7) Əbdürrəhman ibni Həccac rəvayət etmişdir ki, İmam Sadiq (ə) gecənin sonunda yuxudan durub, uca səslə deyərdi:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə əinni əla həvlil muttələ`, və vəssi` ələyyə ziyqəl məzcə`, vərzuqni xəyrə ma qəbləl məvt, vərzuqni xəyrə ma bə`dəl məvt. | İlahi, qiyamətin qorxusunda mənə kömək et, qəbrimin darlığını genişləndir, ölümdən qabaq və sonra mənə xeyir nəsib et! | اللَّهُمَّ اَعِنّي عَلَى هَوْلِ الْمُطَّلَعِ، وَ وَسِّعْ عَلَيَّ ضيقَ الْمَضْجَعِ، وَارْزُقْني خَيْرَ مَا قَبْلَ الْمَوْتِ، وَارْزُقْني خَيْرَ مَا بَعْدَ الْمَوْتِ |
