TAM Günün saatları kimlərə məxsus olması və həmən saatların duaları
Bilin ki, Şeyx Tusi, Seyid ibni Baqi və Şeyx Kəf`əmi gündüzü 12 saata ayıraraq, hər bir saatı 12 imamdan (ə) birinə nisbət vermiş və bu saatlarda imamlara (ə) olan xüsusi təvəssülü öz kitablarında qeyd etmişdirlər. Doğrudur ki, onlar, bu növ bölüm üçün xüsusi bir rəvayət nəql etməyibdirlər, lakin aydındır ki, belə bir əməli müəyyən bir hədisə əsaslanaraq nəql edibdirlər. Biz, burada “Misbahul-mütəhəccid” kitabına əsaslanaraq bu duaları sizin nəzərinizə çatdırırıq.
Birinci saat:
Dan yeri (fəcr) söküləndən Günəş çıxana kimi, Əmirəlmöminin Əli ibn Əbu Talibə (ə) məxsusdur və dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə rəbbil bəhai vəl əzəməh, vəl kibriyai vəs sultan, | İlahi, ey gözəlliklərin Rəbbi, ey böyük, uca və sultan! | اللَّهُمَّ رَبَّ الْبَهَاءِ وَالْعَظَمَةِ، وَالْكِبْريَاءِ وَالسُّلْطَانِ، |
| əzhərtəl qudrətə kəyfə şi`t, | Öz qüdrətini istədiyin kimi aşkar etdin, | اَظْهَرْتَ الْقُدْرَةَ كَيْفَ شِئْتَ، |
| və mənəntə əla ibadikə bimə`rifətik, | Öz mərifətinlə bəndələrinə nemət verdin, | وَ مَنَنْتَ عَلَى عِبَادِكَ بِمَعْرِفَتِكَ، |
| və təsəllətət ələyhim bicəbərutik, və əlləmtəhum şukrə ni`mətik, | böyük məqamınla onlara hakim oldun və nemətinin şükrünü onlara xatırladın. | وَ تَسَلَّطْتَ عَلَيْهِمْ بِجَبَرُوتِكَ، وَ عَلَّمْتَهُمْ شُكْرَ نِعْمَتِكَ، |
| Əllahummə fəbihəqqi Əliyyinil murtəza lid dini vəl alimi bil hukm, və məcarit tuqa imamil muttəqin, | İlahi, din üçün bəyənib-seçdiyin, hökmləri bilən, təqva yolu və təqvalıların imamı Əlinin xatirinə | اللَّهُمَّ فَبِحَقِّ عَلِيٍ الْمُرْتَضَى لِلدّينِ، وَالْعَالِمِ بِالْحُكْمِ، وَ مَجَارِي التُّقَى، اِمَامِ الْمُتَّقينَ، |
| salli əla Muhəmmədin və alihi fil əvvəlinə və axirin, | keçmiş və gələcəklər arasında Muhəmməd və onun Əhlibeytinə salam yetir! | صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الاَوَّلينَ وَالْآخِرينَ، |
| və uqəddimu bəynə yədəyyə həvaici, | Onu hacətlərimdən irəli keçirirəm ki, | وَ اُقَدِّمُهُ بَيْنَ يَدَيْ حَوَائِجي، |
| ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təf`ələ bi kəza və kəza. | Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən və mənimlə belə rəftar edəsən (filan hacətlərimi rəva edəsən). | اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَفْعَلَ بي كَذَا وَ كَذَا |
İkinci saat:
Günəş çıxandan şərqdə yaranan qırmızılıq gedənə kimi və bu vaxt İmam Həsənə (ə) məxsusdur.
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə ləbistə bəhaəkə fi ə`zəmi qudrətik, | İlahi, ən böyük qüdrətinlə gözəl libasa büründün, | اللَّهُمَّ لَبِسْتَ بَهَائَكَ في اَعْظَمِ قُدْرَتِكَ، |
| və səfa nurikə fi ənvəri zəv`ik, | nurun ən işıqlı yerdə göründü, | وَ صَفَا نُورُكَ في اَنْوَرِ ضَوْئِكَ، |
| və fazə ilmukə hicabək, və xəlləstə fihi əhləs siqəti bikə ində cudik, | elmin hicabını üstələdi, onu, ehsan etdiyin zaman Sənə güvənən kəslərə məxsus bildin, | وَ فَاضَ عِلْمُكَ حِجَابَكَ، وَ خَلَّصْتَ فيهِ اَهْلَ الثِّقَةِ بِكَ عِنْدَ جُودِكَ، |
| fətəaləytə fi kibriyaikə uluvva, əzumət fihi minnətukə əla əhli taətik, | minnət və nemətin itaət əhlinə çoxaldığı zaman Öz böyüklüyündə yüksəldin. | فَتَعَالَيْتَ في كِبْرِيَائِكَ عُلُوّاً، عَظُمَتْ فيهِ مِنَّتُكَ عَلَى اَهْلِ طَاعَتِكَ، |
| fəbahəytə bihim əhlə səmavatikə biminnətikə ələyhim, | Sən onların vasitəsilə səma əhlinə, onlara əta etdiyin Öz nemətinlə öyündün! | فَبَاهَيْتَ بِهِمْ اَهْلَ سَمَاوَاتِكَ بِمِنَّتِكَ عَلَيْهِمْ، |
| Əllahummə fəbihəqqil Həsənibni Əliyyin ələykə əs`əluk, və bihi əstəğisu iləyk, | İlahi, Həsən ibn Əlinin xatirinə Səndən istəyir, onun vasitəsilə Sənə yalvarır | اللَّهُمَّ فَبِحَقِّ الْحَسَنِ بْنِ عَلِيٍ عَلَيْكَ اَسْئَلُكَ، وَ بِهِ اَسْتَغيثُ اِلَيْكَ، |
| və uqəddimu bəynə yədəyyə həvaici, | və onu hacətlərimdən irəli keçirirəm ki, | وَاُقِدِّمُهُ بَيْنَ يَدَيْ حَوَائِجي، |
| ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, | Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən | اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، |
| və ən təf`ələ bi kəza və kəza. | və mənimlə *belə və belə rəftar edəsən (yəni filan və filan hacətlərimi rəva edəsən). | وَ اَنْ تَفْعَلَ بي كَذَا وَ كَذَا |
Üçüncü saat:
Qırmızılıq gedəndən günortaya kimi olan saatlardır və İmam Hüseynə (ə) məxsusdur. Duası belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya mən təcəbbərə fəla əynun tərah, ya mən təəzzəmə fəla təxturul qulubə bikunhih, | Ey böyüklük sahibi, Səni görən bir göz olmaz! Ey əzəmət sahibi, Sənin əzəli zatını qəlblər dərk edə bilməz! | يَا مَنْ تَجَبَّرَ فَلا عَيْنٌ تَرَاهُ، يَا مَنْ تَعَظَّمَ فَلا تَخْطُرُ الْقُلُوبُ بِكُنْهِهِ |
| ya həsənəl mənn, ya həsənət təcavuz, ya həsənəl əfv, ya cəvadu ya kərim, ya mən la yuşbihuhu şəy`un min xəlqih, | Ey minnət və neməti yaxşı olan, ey güzəşti yaxşı olan, ey əfvi yaxşı olan, ey bəxşiş edən, ey kəramət sahibi, ey yaratdıqlarından bir şeyin Ona oxşamadığı, | يَا حَسَنَ الْمَنِ، يَا حَسَنَ التَّجَاوُزِ، يَا حَسَنَ الْعَفْوِ، يَا جَوَادُ، يَا كَريمُ، يَا مَنْ لا يُشْبِهُهُ شَيْءٌ مِنْ خَلْقِهِ |
| ya mən mənnə əla xəlqihi biəvliyaihi izirtəzəytum lidinih, və əddəbə bihim ibadəh, | ey Öz övliyaları (dostları) ilə yaratdıqlarına minnət qoyan! Çünki onları Öz dini üçün bəyənib-seçdi, bəndələrini onların vasitəsilə ədəbləndirdi, | يَا مَنْ مَنَ عَلَى خَلْقِهِ بِاَوْلِيَائِهِ اِذْاِرْتَضَيهُمْ لِدينِهِ، وَ اَدَّبَ بِهِمْ عِبَادَهُ |
| və cəələhum hucəcən mənnən minhu əla xəlqih, əs`əlukə bihəqqil Husəynibni Əliyyin ələyhiməs səlam, əssibtit tabii limərzatik, vən nasihi fi dinikə vəd dəlili əla zatik, | onları minnət və nemət olaraq Öz məxluqatına höccət və dəlil göndərdin. Peyğəmbərin nəvəsi, Sənin razılığına tabe olan, dininin xeyirxahı və Sənə doğru bələdçi olan Hüseyn ibn Əlinin (salam olsun onların hər ikisinə) xatirinə Səndən istəyir | وَ جَعَلَهُمْ حُجَجاً مَنّاً مِنْهُ عَلَى خَلْقِهِ، اَسْئَلُكَ بِحَقِّ الْحُسَيْنِ بْنِ عَلِيٍ عَلَيْهِمَا السَّلامُ، السِّبْطِ التَّابِعِ لِمَرْضَاتِكَ، وَ النَّاصِحِ في دينِكَ وَالدَّليلِ عَلَى ذَاتِكَ |
| əs`əlukə bihəqqihi və uqəddimu bəynə yədəyyə həvaici, ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təf`ələ bi *kəza və kəza. | və onu hacətlərimdən irəli keçirirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən və mənimlə *belə və belə rəftar edəsən (yəni filan və filan hacətlərimi rəva edəsən). | اَسْئَلُكَ بِحَقِّهِ وَ اُقَدِّمُهُ بَيْنَ يَدَيْ حَوَائِجي، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَفْعَلَ بي كَذَا وَ كَذَا |
Dördüncü saat:
Əli ibni Hüseynə (ə) məxsusdur və günortada Günəş batana kimidir.
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə səfa nurukə fi ətəmmi əzəmətik, və əla ziyaukə fi əbha zəv`ik, əs`əlukə binurikəlləzi nəvvərtə bihis səmavati vəl ərəzin, və qəsəmtə bihil cəbabirəh, | İlahi! Nurun ən kamil əzəmət məqamında saf və ən parlaq aydınlığın yüksəlmişdir. Səndən göy və yerləri işıqlandırdığın, | اللَّهُمَّ َ صَفَا نُورُكَ في اَتَمِ عَظَمَتِكَ، وَ عَلا ضِيَاؤُكَ في اَبْهَى ضَوْئِكَ، اَسْئَلُكَ بِنُورِكَ الَّذي نَوَّرْتَ بِهِ السَّمَاوَاتِ وَ الاَرَضينَ، وَ قَصَمْتَ بِهِ الْجَبَابِرَةَ |
| və əhyəytə bihil əmvat, və əməttə bihil əhya, və cəmə`tə bihil mutəfərriq, və fərrəqtə bihil muctəmi, | qoluzorluların belini sındırdığın və ölüləri diriltdiyin, diriləri öldürdüyün, pərakəndə olanları bir yerə topladığın, toplu halda olanları pərakəndə etdiyin, | وَاَحْيَيْتَ بِهِ الاَمْوَاتَ، وَ اَمَتَ بِهِ الاَحْيَاءَ، وَ جَمَعْتَ بِهِ الْمُتَفَرِّقَ، وَ فَرَّقْتَ بِهِ الْمُجْتَمِعَ |
| və ətməmtə bihil kəlimati və əqəmtə bihis səmavat, əs`əlukə bihəqqi vəliyyikə Əliyyibnil Husəyniz zabbi ən dininə vəl mucahidi fi səbilik, | sözlərini tamamladığın və göyləri ucaltdığın nurun vasitəsi ilə höccət və vəlin, dininin müdafiəçisi, Sənin yolunda mübarizə aparan, hacətlərimdə vasitəçi etdiyim Əli ibn Hüseynin (salam olsun ona) xatirinə Səndən istəyir | وَ اَتْمَمْتَ بِهِ الْكَلِمَاتِ وَ اَقَمْتَ بِهِ السَّمَاوَاتِ، اَسْئَلُكَ بِحَقِّ وَلِيِّكَ عَلِيِ بْنِ الْحُسَيْنِ الذَّابِ عَنْ دينِكَ وَالْمُجَاهِدِ في سَبيلِكَ |
| və uqəddimu bəynə yədəyyə həvaici, ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və təf`ələ bi *kəza və kəza. | və onu hacətlərimdən irəli keçirirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən və mənimlə *belə və belə rəftar edəsən (yəni filan və filan hacətlərimi rəva edəsən). | وَ اُقَدِّمُهُ بَيْنَ يَدَيْ حَوَائِجي، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اَنْ تَفْعَلَ بي كَذَا وَ كَذَا |
Beşinci saat:
İmam Baqirə (ə) məxsusdur və Günəş batandan 4 rəkət namaz miqdarındadır.
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə rəbbiz ziyai vəl əzəməh, vən nuri vəl kibriyai vəs sultan, təcəbbərət biəzəməti bəhaik, və mənəntə əla ibadikə birə`fətikə və rəhmətik, | İlahi, ey aydınlıq və əzəmətin, nur, böyüklük və hakimiyyətin Rəbbi! Əzəmətinin parlaqlığı ilə üstün oldun, rəhmət və mehribanlığınla bəndələrə minnət qoydun, | اللَّهُمَّ رَبَّ الضِّيَاءِ وَالْعَظَمَةِ، وَالنُّورِ وَالْكِبْرِيَاءِ وَالسُّلْطَانِ، تَجَبَّرْتَ بِعَظَمَةِ بَهَائِكَ، وَ مَنَنْتَ عَلَى عِبَادِكَ بِرَاْفَتِكَ وَ رَحْمَتِكَ |
| və dələltəhum əla məvcudi rizak, və cəəltə ləhum dəlilən yədulluhum əla məhəbbətik, | onları razılığına doğru hidayət etdin və onlar üçün bələdçi təyin etdin ki, Sənin məhəbbətinə doğru yönəlsinlər, | وَ دَلَلْتَهُمْ عَلَى مَوْجُودِ رِضَاكَ، وَ جَعَلْتَ لَهُمْ دَليلاً يَدُلُّهُمْ عَلَى مَحَبَّتِكَ |
| və yuəllimuhum məhabbək, və yədulluhum əla məşiyyətik, Əllahummə fəbihəqqi Muhəmmədibni Əliyyin ələyhiməs səlamu ələyk, | dostluğunun vasitələrini tanısınlar və istəyinə tərəf istiqamətlənsinlər. İlahi! Muhəmməd ibn Əlinin (salam olsun ona) Sənin üzərindəki haqqına xatir Səndən istəyir | وَ يُعَلِّمُهُمْ مَحَابَّكَ، وَ يَدُلُّهُمْ عَلَى مَشِيَّتِكَ، اللَّهُمَّ فَبِحَقِّ مُحَمَّدِ بْنِ عَلِيٍ عَلَيْهِمَا السَّلامُ عَلَيْكَ |
| və uqəddimuhu bəynə yədəyyə həvaici, ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təf`ələ bi *kəza və kəza. | və onu hacətlərimdən irəli keçirirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən və mənimlə *belə və belə rəftar edəsən (yəni filan və filan hacətlərimi rəva edəsən). | وَ اُقَدِّمُهُ بَيْنَ يَدَيْ حَوَائِجي، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَفْعَلَ بي كَذَا وَ كَذَا |
Altıncı saat:
İmam Sadiqə (ə) məxsusdur və Günəş batandan 4 rəkət keçəndən zöhr namazına qədərdir.
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya mən lətufə ən idrakil əvham, ya mən kəburə ən məvcudil bəsər, | Ey xəyalların dərkindən daha dəqiq, ey gözlə görünən varlıqlardan daha böyük! | يَا مَنْ لَطُفَ عَنْ اِدْرَاكِ الاَوْهَامِ، يَا مَنْ كَبُرَ عَنْ مَوْجُودِ الْبَصَرِ |
| ya mən təala ənis sifati kulliha ya mən cəllə ən məanil lutf, | Ey bütün vəsflərdən daha üstün, ey dəqiq məfhumlardan daha ali! | يَا مَنْ تَعَالَى عَنِ الصِّفَاتِ كُلِّهَا يَا مَنْ جَلَّ عَنْ مَعَانِي اللُّطْفِ |
| və lətufə ən məanil cəlal, əs`əlukə binuri vəchikə və ziyai kibriyaik, | Ey böyük mənasından daha dəqiq! Zatının nuru, böyüklüyünün aydınlığı | وَ لَطُفَ عَنْ مَعَانِي الْجَلالِ، اَسْئَلُكَ بِنُورِ وَجْهِكَ وَ ضِيَاءِ كِبْرِيَائِكَ |
| və əs`əlukə bihəqqi əzəmətikəl afiyəti min narik, və əs`əlukə bihəqqi Cəfəribni Muhəmmədin ələyk, | və əzəmətinə xatir Səndən istəyirəm ki, məni cəhənnəm atəşindən amanda saxlayasan. Cəfər ibn Muhəmmədin Sənin üzərindəki haqqına xatir Səndən istəyir | وَ اَسْئَلُكَ بِحَقِّ عَظَمَتِكَ الْعَافِيَةَ مِنْ نَارِكَ، وَ اَسْئَلُكَ بِحَقِّ جَعْفَرِ بْنِ مُحَمَّدٍ عَلَيْكَ |
| və uqəddimuhu bəynə yədəy həvaici, ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təf`ələ bi *kəza və kəza. | və onu hacətlərimdən irəli keçirirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən və mənimlə *belə və belə rəftar edəsən (yəni filan və filan hacətlərimi rəva edəsən). | وَ اُقَدِّمُهُ بَيْنَ يَدَيْ حَوَائِجي، اَنْ تُصَلِّي عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اَنْ تَفْعَلَ بي كَذَا وَ كَذَا |
Yeddinci saat:
İmam Musa ibni Cəfərə (ə) məxsusdur və zöhr namazından 4 rəkət keçən vaxta qədərdir.
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya mən təkəbbərə ənil əvhami surətuh, ya mən təala ənis sifati nuruh, | Ey təsəvvürlərdən daha böyük, ey nurun xüsusiyyətlərindən daha üstün! | يَا مَنْ تَكَبَّرَ عَنِ الاَوْهَامِ صُورَتُهُ، يَا مَنْ تَعَالَى عَنِ الصِّفَاتِ نُورُهُ |
| ya mən qərubə ində duai xəlqih, ya mən dəahul muztərrun, və ləcəə iləyhil xaifun, | Ey məxluqatın çağırdığı zaman onlara yaxın olan! Ey çarəsizlərin istəyi, qorxanlara pənah verən, | يَا مَنْ قَرُبَ عِنْدَ دُعَاءِ خَلْقِهِ، يَا مَنْ دَعَاهُ الْمُضْطَرُّونَ، وَ لَجَاَ اِلَيْهِ الْخَائِفُونَ |
| və səələhul mu`minun, və əbədəhuş şakirun, və həmidəhul muxlisun, əs`əlukə bihəqqi nurikəl muzi, və bihəqqi Musəbni Cə`fərin ələyk, | möminlərin xahişi, şükür edənlərin pərəstiş və xalis bəndələrin həmd-səna etdiyi! Səndən parlaq nurun və Musa ibn Cəfərin Sənin üzərindəki haqqına xatir Səndən istəyir, | وَ سَئَلَهُ الْمُؤْمِنُونَ، وَ عَبَدَهُ الشَّاكِرُونَ، وَ حَمِدَهُ الْمُخْلِصُونَ، اَسْئَلُكَ بِحَقِّ نُورِكَ الْمُضييءِ، وَ بِحَقِّ مُوسَي بْنِ جَعْفَرٍ عَلَيْكَ |
| və ətəqərrəbu bihi iləyk, və uqəddimu bəynə yədəyyə həvaici, ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təf`ələ bi *kəza və kəza. | onun vasitəsilə Sənə yaxınlaşır və onu hacətlərimdən irəli keçirirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən və mənimlə *belə və belə rəftar edəsən (yəni filan və filan hacətlərimi rəva edəsən). | وَ اَتَقَرَّبُ بِهِ اِلَيْكَ، وَ اُقَدِّمُهُ بَيْنَ يَدَيْ حَوْآئِجي، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَفْعَلَ بي كَذَا وَ كَذَا |
Səkkizinci saat:
İmam Rzaya (ə) məxsusdur və zöhr namazından 4 rəkət keçmiş əsr namazına qədərdir.
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya xəyrə məd`uvv, ya xəyrə mən ə`ta, ya xəyrə mən suil, | Ey çağırılanların ən yaxşısı, ey bəxş edənlərin ən yaxşısı, ey istənilən ən üstün hacət! | يَا خَيْرَ مَدْعُوٍّ، يَا خَيْرَ مَنْ اَعْطَى، يَا خَيْرَ مَنْ سُئِلَ |
| ya mən əzaə bismihi zəv`un nəhar, və əzləmə bihi zulmətul ləyl, və salə bismihi vabilus səyl, və rəzəqə əvliyaəhu kullə xəyr, | Ey adı ilə gündüzə aydınlıq verən, gecəni zülmət qaranlıq edən, sel kimi yağış yağdıran və dostlarına hər şeyi ruzi verən! | يَا مَنْ اَضَاءَ بِاسْمِهِ ضَوْءُ النَّهَارِ، وَ اَظْلَمَ بِهِ ظُلْمَةُ اللَّيْلِ، وَ سَالَ بِاسْمِهِ وَابِلُ السَّيْلِ، وَ رَزَقَ اَوْلِيَائَهُ كُلَّ خَيْرٍ |
| ya mən ələs səmavati nuruh, vəl ərzə zəv`uh, vəş şərqə vəl qərbə rəhmətuh, | Ey nuru göylərdən və sayəsi yerdən daha üstün olan, rəhməti şərq və qərbi bürüyən! | يَا مَنْ عَلاَ السَّمَاوَاتِ نُورُهُ، وَ الاَرْضَ ضَوْئُهُ، وَالشَّرْقَ وَالْغَرْبَ رَحْمَتُهُ |
| ya vasiəl cudi əs`əlukə bihəqqi Əliyyibni Musər Riza ələyhiməs səlam, | Ey bəxşişi geniş olan! Əli ibn Musa Rzanın (salam olsun onların hər ikisinə) xatirinə Səndən istəyir | يَا وَاسِعَ الْجُودِ اَسْئَلُكَ بِحَقِّ عَلِيِ بْنِ مُوسيَ الرِّضَا عَليهِمَا السَّلامُ |
| və uqəddimuhu bəynə yədəy həvaici, ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təf`ələ bi *kəza və kəza. | və onu hacətlərimdən irəli keçirirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən və mənimlə *belə və belə rəftar edəsən (yəni filan və filan hacətlərimi rəva edəsən). | وَ اُقَدِّمُهُ بَيْنَ يَدَيْ حَوَائِجي، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ، وَ آلِ مُحَمَّدٍ وَ اَنْ تَفْعَلَ بي كَذَا وَ كَذَا |
Doqquzuncu saat:
İmam Muhəmməd Təqiyə (ə) məxsusdur və əsr namazından 2 saat sonradır.
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya mən dəahul muztərrunə fəəcabəhum, vəltəcəə iləyhil xaifun, fəəmənəhum | Ey çarəsizlər dua etdikdə onların duasını qəbul edən, qorxanlar dərgahına sığındıqda onlara pənah verən, | يَا مَنْ دَعَاهُ الْمُضْطَرُّونَ فَاَجَابَهُمْ، وَالْتَجَاَ اِلَيْهِالْخَائِفُونَ فَـَامَنَهُمْ |
| və əbədəhut taiun, fəşəkərəhum və şəkərəhul mu`minun, fəhabəhum | mütilər pərəstiş etdikdə qədirbilənlik edən, möminlər şükür etdikdə onlara bəxşiş verən, | وَعَبَدَهُ الطَّائِعُونَ، فَشَكَرهُمْ وَشَكَرَهُ الْمُؤْمِنُونَ فَحَبَاهُمْ |
| və ətauhu fəəsəməhum, və səəluhu fəə`tahum, | itaət etdikdə onları qoruyan, hacət istədikdə hacətlərini həyata keçirən, | وَ اَطَاعُوهُ فَعَصَمَهُمْ، وَ سَئَلُوهُ فَاَعْطَاهُمْ |
| və nəsu ni`mətəhu fələm yuxli şukrəhu min qulubihim, vəmtənnə ələyhim fələm yəc`əlisməhu mənsiyyən indəhum, | nemətlərini unutduqda onların qəlblərini şükür etməkdən yayındırmayan, onlara minnət qoyaraq adını onların yaddaşından çıxarmayan! | وَ نَسُوْا نِعَمَتَهُ فَلَمْ يُخْلِ شُكْرَهُ مِنْ قُلُوبِهِمْ، وَامْتَنَ عَلَيْهِمْ فَلَمْ يَجْعَلِ اسْمَهَ مَنْسِيّاً عِنْدَهُمْ |
| əs`əlukə bihəqqi Muhəmmədibni Əliyyin ələyhiməs səlam, huccətikəl baliğəh, və ni`mətikəs sabiğəh, və məhəccətikəl vazihəh, və uqəddimu bəynə yədəy həvaici, | Aydın höccətin, kamil nemətin, aşkar və bəlli yolun Muhəmməd ibn Əlinin (salam olsun onların hər ikisinə) xatirinə Səndən istəyir və onu hacətlərimdən irəli keçirirəm ki, | اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدِ بْنِ عَلِيٍ عَلَيهِمَا السَّلامُ، حُجِّتِكَ الْبَالِغَةِ، وَ نِعْمَتِكَ السَّابِغَةِ، وَ مَحَجَّتِكَ الْوَاضِحَةِ، وَ اُقَدِّمُهُ بَيْنَ يَدَيْ حَوَائِجي |
| ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təf`ələ bi *kəza və kəza. | Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən və mənimlə *belə və belə rəftar edəsən (yəni filan və filan hacətlərimi rəva edəsən). | اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَفْعَلَ بي كَذَا وَ كَذَا |
Onuncu saat:
İmam Əli Nəqiyə (ə) məxsusdur və əsrdən 2 saat keçmiş Günəşin sarıltısı olana kimidir.
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya mən əla fəəzum, ya mən təsəllətə fətəcəbbər, və təcəbbərə fətəsəllət, ya mən əzzə fəstəkbərə fi izzih, | Ey uca və böyük, ey hakim və əhatəli olan, ey qüdrətli və ərşində əzəmətli! | يَا مَنْ عَلا فَعَظُمَ، يَا مَنْ تَسَلَّطَ، فَتَجَبَّرَ وَ تَجَبَّرَ فَتَسَلَّطَ يَا مَنْ عَزَّ فَاسْتَكْبَرَ في عِزِّهِ |
| ya mən məddəz zillə əla xəlqik, ya mən imtənnə bil mə`rufi əla ibadih, | Ey məxluqatın üzərinə kölgə salan, ey bəndələrə ehsanı ilə minnət qoyan! | يَا مَنْ مَدَّ الظِّلَّ عَلَى خَلْقِهِ، يَا مَنْ اِمْتَنَ بِالْمَعْرُوفِ عَلَى عَبَادِهِ |
| ya əzizən zəntiqam, ya muntəqimən bi izzətihi min əhliş şirk, | Ey qüdrətli və intiqam alan, ey şirk əhlindən izzətlə qisas alan! | يَا عَزيزاً ذَا انْتِقَامٍ، يَا مُنْتَقِماً بِعِزَّتِهِ مِنْ اَهْلِ الشِّرْكِ |
| əs`əlukə bihəqqi Əliyyibni Muhəmmədin ələyhiməs səlam, və uqəddimu bəynə yədəy həvaici, | Əli ibn Muhəmmədin (salam olsun onların hər ikisinə) xatirinə Səndən istəyir və onu hacətlərimdən irəli keçirirəm ki, | اَسْئَلُكَ بِحَقِّ عَلِيِ بْنِ مُحَمَّدٍ عَلَيْهِمَا السَّلامُ وَ اُقَدِّمُهُ بَيْنَ يَدَيْ حَوَائِجي |
| ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, ən təf`ələ bi *kəza və kəza. | Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən və mənimlə *belə və belə rəftar edəsən (yəni filan və filan hacətlərimi rəva edəsən). | اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اَنْ تَفْعَلَ بي كَذَا وَ كَذَا |
On birinci saat:
İmam Həsən Əskəriyə (ə) məxsusdur və Günəşin sarıltısından bir az qabaqdan sarıltısına qədərdir.
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya əvvələn bila əvvəliyyəh, və axirən bila axiriyyəh, ya qəyyumən bila muntəha liqidəmih, | Ey başlanğıcı (əvvəli) olmayan əvvəl, ey sonu olmayan axır, ey sona çatmayan davamlı və əzəli! | يَا اَوَّلاً بِلا اَوَّلِيَّةٍ، وَ آخِراً بِلا آخِرِيَّةٍ، يَا قَيُّوماً بِلا مُنْتَهَى لِقِدَمِهِ |
| ya əzizən bilənqitain liizzətih, ya mutəsəllitən bila zə`fin min sultanih, | Ey izzəti bitməyən izzət sahibi, ey hakimiyyətində zəifliyi olmayan! | يَا عَزيزاً بِلاَ انْقِطَاعٍ لِعِزَّتِهِ، يَا مُتَسَلِّطاً بِلا ضَعْفٍ مِنْ سُلْطَانِهِ |
| ya kərimən bidəvami ni`mətih, ya cəbbarən və muizzən liəvliyahih, ya xəbirən biilmih, ya əlimən biqudrətih, ya qədirən bizatih, | Ey nemətləri həmişəlik olan kəramət sahibi, ey dostlarına izzət verən hakim! Ey elmi ilə xəbərdar, ey qüdrəti ilə agah, ey zatına qadir olan! | يَا كَريماً بِدَوَامِ نِعْمَتِهِ، يَا جَبَّاراً وَ مُعِزّاً لاَِوْلِيَائِهِ، يَا خَبيراً بِعِلْمِهِ، يَا عَليماً بِقُدْرَتِهِ، يَا قَديراً بِذَاتِهِ |
| əs`əlukə bihəqqil Həsənibni Əliyyin ələyhiməs səlam, və uqəddimu bəynə yədəyyə həvaici, | Həsən ibn Əlinin (salam olsun onların hər ikisinə) xatirinə Səndən istəyir və onu hacətlərimdən irəli keçirirəm ki, | اَسْئَلُكَ بِحَقِّ الْحَسَنِ بْنِ عَلِيٍ عَلَيْهِمَا السَّلامُ، وَ اُقَدِّمُهُ بَيْنَ يَدَيْ حَوَائِجي |
| ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təf`ələ bi *kəza və kəza. | Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən və mənimlə *belə və belə rəftar edəsən (yəni filan və filan hacətlərimi rəva edəsən). | اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ، وَآلِ مُحَمَّدٍ وَ اَنْ تَفْعَلَ بي كَذَا وَكَذَا |
On ikinci saat:
İmam Zamana (ə.f) məxsusdur və Günəşin sarıltısında Günəş batana qədərdir.
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya mən təvəhhədə binəfsihi ən xəlqih, ya mən ğəniyə ən xəlqihi bisun`ih, | Ey öz-özlüyündə yeganə və məxluqatdan ehtiyacsız, ey Öz lütfü ilə Özünü məxluqata tanıtdıran! | يَا مَنْ تَوَحَّدَ بِنَفْسِهِ عَنْ خَلْقِهِ، يَا مَنْ غَنِيَ عَنْ خَلْقِهِ بِصُنْعِهِ |
| ya mən ərrəfə nəfsəhu xəlqəhu bilutfih, ya mən sələkə biəhli taətihi mərzatəh, | Ey itaət edənləri razılığına doğru hidayət edən, ey onu sevənlərə şükür etməkdə yardım edən! | يَا مَنْ عَرَّفَ نَفْسَهُ خَلْقَهُ بِلُطْفِهِ، يَا مَنْ سَلَكَ بِاَهْلِ طَاعَتِهِ مَرْضَاتَهُ |
| ya mən əanə əhlə məhəbbətihi əla şukrihim, ya mən mənnə ələyhi bidinih, və lətufə ləhum binailih, əs`əlukə bihəqqil xələfis salihi ələyhis səlamu ələyk, | Ey dini sayəsində onlara minnət qoyan, neməti ilə onlara lütf edən! Səndən saleh xələfin (salam olsun ona) Sənin üzərindəki haqqına xatir istəyir, | يَا مَنْ اَعَانَ اَهْلَ مَحَبَّتِهِ عَلَى شُكْرِهِمْ، يَا مَنْ مَنَ عَلَيْهِمْ بِدينِهِ، وَ لَطُفَ لَهُمْ بِنَائِلِهِ، اَسْئَلُكَ بِحَقِّ الْخَلَفِ الصَّالِحِ عَلَيْهِ السَّلامُ عَلَيْكَ |
| və ətəzərrəu iləykə bihi və uqəddimu bəynə yədəy həvaici, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, | onun vasitəsilə dərgahında ah-nalə edir və onu hacətlərimdən irəli keçirirəm ki, Muhəmməd və Muhəmmədin Əhli-beytinə salam yetirəsən | وَ اَتَضَرَّعُ اِلَيْكَ بِهِ وَ اُقَدِّمُهُ بَيْنَ يَدَيْ حَوَائِج، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| və ən təf`ələ bi *kəza və kəza, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, ulil əmrilləzi əmərtə bitaətəhum, | və mənimlə *belə və belə rəftar edəsən (yəni filan və filan hacətlərimi rəva edəsən) İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə – itaətinə əmr etdiyin əmr sahiblərinə, | وَ اَنْ تَفْعَلَ بي كَذَا وَ كَذَا اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ اُولِي الاَمْرِ الَّذينَ اَمَرْتَ بِطَاعَتِهِمْ |
| və ulil ərhamilləzi əmərtə bisilətihim, və zəvil qurbəlləzinə əmərtə biməvvədətihim, vəl məvalilləzinə əmərtə biirfani həqqihim, | məhəbbətinə, rabitə saxlanılması və məhəbbət bəslənilməsinə əmr etdiyin Peyğəmbərin yaxın qohumlarına, haqlarını tanımağa göstəriş verdiyin sərvərlərə | اُولِي الاَرْحَامِ الَّذينَ اَمَرْتَ بِصِلَتِهِمْ، وَ ذَوِي الْقُرْبَي الَّذينَ اَمَرْتَ بِمَودَّتِهِمْ، وَ الْمَوَاليِ الَّذينَ اَمَرْتَ بِعِرْفَانِ حَقِّهِمْ |
| və əhlil bəytilləzinə əzhəbtə ənhumur rics, və təhhərəhum təthira, ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təf`ələ bi *kəza və kəza | və çirkinlikdən təmizləyib tamamilə pak-pakizə etdiyin Əhlibeytə salam və salavat göndər. Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir və mənimlə *belə və belə rəftar edəsən (yəni filan və filan hacətlərimi rəva edəsən). | وَ اَهْلِ الْبَيْتِ الَّذينَ اَذْهَبْتَ عَنْهُمُ الرِّجْسَ، وَ طَهَّرْتَهُمْ تَطْهيراً، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اَنْ تَفْعَلَ بي كَذَا وَ كَذَا |
1) Əllamə Məclisi “Miqbasul-məsabih” adlı kitabında həzrət imam Cəfər Sadiqdən (ə) bu hədisi rəvayət edibdir: “Haqq taala, gecənin və gündüzün 3 vaxtını əzəmətlə yad edir. Günün bu 3 vaxtı, Günəş üfüqdən qalxandan günortaya qədər olan müddətdir və gecənin bu 3 vaxtı isə gecənin axırından sübhə qədər olan müddətin üçdə birisidir. Odur ki, qəlbi Allaha bağlı olan hər bir bəndə bu təmcidi oxusa, Haqq taala onun hacətini rəva edər və əgər bədbəxt və bədaqibətdirsə, ümidvarəm ki, Allah taala onun aqibətini səadətli və xeyirli edər.
2) Şeyx Abbas Qumi deyir: Yuxarıda qeyd etdiyimiz vaxtlarda aşağıdakı bu duanı oxumaq da münasibdir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əntəllahu la ilahə illa əntə rəbbul aləmin, əntəllahu la ilahə illa əntər rəhmanur rəhim, | Sənsən Allah, Səndən başqa, aləmlərin Rəbbi yoxdur. Sənsən Allah, Səndən başqa, mehriban və bağışlayan tanrı yoxdur. | |
| əntəllahu la ilahə illa əntəl əliyyul kəbir, əntəllahu la ilahə illa əntə məliku yəvmid din, | Sənsən Allah, Səndən başqa, uca və böyük tanrı yoxdur. Sənsən Allah, Səndən başqa, qiyamət gününün maliki olan tanrı yoxdur. | |
| əntəllahu la ilahə illa əntəl ğəfurur rəhim, əntəllahu la ilahə illa əntəl əzizul həkim, | Sənsən Allah, Səndən başqa, bağışlayan və rəhmli tanrı yoxdur. Sənsən Allah, Səndən başqa, izzətli və hikmətli tanrı yoxdur. | |
| əntəllahu la ilahə illa ənt, minkə bəd`ul xəlqi və iləyhi yəud, əntəllahu la ilahə illa əntə ləm təzəl və la təzal, | Sənsən Allah, Səndən başqa heç bir tanrı yoxdur, yaradılış Səndən başlanmışdır və Sənə doğru da qayıdacaq. Sənsən Allah, Səndən başqa, həmişə olan və (bundan sonra da) olacaq bir tanrı yoxdur. | |
| əntəllahu la ilahə illa əntə xaliqul xəyri vəş şərr, əntəllahu la ilahə illa əntə xaliqul cənnəti vən nar, | Sənsən Allah, Səndən başqa, xeyir və şəri yaradan tanrı yoxdur. Sənsən Allah, Səndən başqa, cənnət və cəhənnəmi yaradan tanrı yoxdur. | |
| əntəllahu la ilahə illa əntəl əhədus səməd, ləm yəlid və ləm yuləd, və ləm yəkun ləhu kufuvən əhəd, əntəllahu la ilahə illa əntəl məlikul quddusus səlamul mu`minul muhəymin, əl əzizul cəbbarul mutəkəbbir, | Sənsən Allah, Səndən başqa, yeganə, ehtiyacsız, doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayan bir tanrı yoxdur. Sənsən Allah, Səndən başqa, malik, müqəddəs, eyibsiz, əmin-amanlıq bəxş edən, gözətçi, qüdrətli, hakim və böyük bir tanrı yoxdur. | |
| subhanəllahi əmma yuşrikun, əntəllahul xaliqul bariul musəvvir, | Allah şərik qoşanların şirkindən pakdır. Sənsən xaliq, yaradan və surət verən Allah! | |
| ləkəl əsmaul husna, yusəbbihu ləkə ma fis səmavati vəl ərz, | Gözəl adlar Sənə məxsusdur. Göylərdə və yerdə olanlar Sənə “təsbeh” deyirlər (Səni bütün eyiblərdən pak və uzaq bilirlər). | |
| və əntəl əzizul həkim, əntəllahu la ilahə illa əntəl kəbirul mutəal, vəl kibriyau ridauk. | Sənsən izzətli və hikmətli! Sənsən Allah, Səndən başqa, böyük, uca və əzəmət sahibi olan bir tanrı yoxdur! |
İbni Babəveyh (Şeyx Səduq) mötəbər sənədlə həzrət Sadiqdən (ə) bu hədisi rəvayət edibdir: “İlahi, hər gün, hər bəndə 7 dəfə aşağıdakı duanı desə, cəhənnəm onun haqqında belə deyər: “İlahi, bu bəndəni, mənim pənahımda qərar ver!”
| Ərəbcə | اَسْئَلُ اللهَ الْجَنَّةَ وَ اَعُوذُ بِاللهِ مِنَ النَّارِ |
| Tərcümə | Allahdan cənnət diləyir və cəhənnəmdən Allaha pənah aparıram. |
| Transkripsiya | Əs`əlullahəl cənnətə və əuzu billahi minən nar. |
3) Həmçinin İbni Babəveyh mötəbər sənədlə həzrət Sadiqdən (ə) rəvayət edir: “Gün ərzində 40 kəbirə günah işlədən mömin əgər peşimanlıqla bu istiğfarı oxusa, Allah taala onun günahlarını bağışlıyır:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyum, | O Allahdan bağışlanma diləyirəm ki, Ondan başqa heç bir tanrı yoxdur, diri və əbədidir, | اَسْتَغْفِرُاللهَ الَّذي لا اِلَهَ اِلاََّ هُوَ الْحَيُ الْقَيُّومُ |
| bədius səmavati vəl ərz, zul cəlali vəl ikram, və əs`əluhu ən yətubə ələyy. | göylərin və yerin xaliqidir, calal və kəramət sahibidir! Ondan istəyirəm ki, tövbəmi qəbul etsin. | بَديعُ السَّمَاوَاتِ وَالاَرْضِ، ذُوالْجَلالِ وَالاِْكْرَامِ، وَ اَسْئَلُهُ اَنْ يَتُوبَ عَلَيَّ |
4) Həmçinin o həzrət buyurubdur: “Hər kim hər gün 7 dəfə aşağıdakı duanı desə, keçmişdə ona nəsib olan və gələcəkdə ona nəsib olacaq nemətlərin şükrünü yerinə yetirmişdir.” Dua belədir:
| Ərəbcə | اَلْحَمْدُللهِِ عَلَى كُلِّ نِعْمَةٍ كَانَتْ اَوْ هِيَ كَائِنَةٌ |
| Tərcümə | (İndiyə qədər) olan və (bundan sonra da) olacaq bütün nemətlərə görə Allaha həmd olsun! |
| Transkripsiya | Əlhəmdu lillahi əla kulli ni`mətin kanət əv hiyə kainəh. |
5) Yenə də İbni Babəveyh mötəbər sənədlə həzrət Sadiqdən (ə) bu hədisi rəvayət edibdir: “Hər kim, hər gün 25 dəfə qeyd edilən istiğfarı desə Allah taala, bu şəxsin nameyi-əməlinə dünyadan köçən və qiyamətədək yer üzünə gələcək möminlərin sayı qədər savab yazar və bir o qədər günahını silər. Həmçinin ona cənnətdə məqam verər.”
| Ərəbcə | اللَّهُمَّ اغْفِرْ لِلْمُؤْمِنينَ وَ الْمُؤْمِنَاتِ وَالْمُسْلِمينَ وَ الْمُسْلِمَاتِ |
| Tərcümə | İlahi, mömin kişi və möminə qadınları, müsəlman kişi və müsəlman qadınları bağışla! |
| Transkripsiya | Əllahumməğfir lil mu`mininə vəl mu`minati vəl musliminə vəl muslimat. |
6) Həmçinin o həzrət buyurubdur: “Hər kim hər gün 100 dəfə qeyd edilən zikri desə, Haqq taala, 70 növ bəlanı ondan uzaqlaşdırar və bu bəlalar içərisində ən kiçiyi qəmgin və pərişan olmaqdır.”
| Ərəbcə | لاحَوْلَ وَ لا قُوَّةَ اِلاََّ بِاللهِ |
| Tərcümə | Allahdan başqa güc və qüdrət yoxdur |
| Transkripsiya | Lə həvlə və la quvvətə illa billah. |
7) Şeyx Kuleyni, Şeyx Təbərsi və başqaları mötəbər sənədlərlə imam Sadiqdən (ə) bu hədisi rəvayət edibdirlər: “Həzrət Rəsulullah (s) hər gün 70 dəfə “Əstəğfirullah” və 70 dəfə “Ətubu iləllah” istiğfarını deyərdi.”
8) Şeyx Tusinin “Kəşful-ğəmmə” və “Əmali” adlı kitablarında mötəbər sənədlə bu hədis həzrət Rəsulullahdan (s) rəvayət olunubdur: “Hər kim, hər gün 100 dəfə qeyd edilən zikri desə zikrini desə, yoxsulluqdan və qəbir vəhşətindən amanda qalar. Bu şəxs, firavanlığa çıxar və cənnət qapıları onun üzünə açılar.”
| Ərəbcə | لا اِلَهَ اِلاَّ اللهُ الْمَلِك ُالْحَقُ الْمُبين |
| Tərcümə | Malik və aşkar haqq olan Allahdan başqa heç bir tanrı yoxdur. |
| Transkripsiya | La ilahə illəllahul məlikul həqqul mubin. |
“Əmali” adlı kitabda isə bu zikr “Lə ilahə illəllahul həqqul mubin” olaraq qeyd olunubdur. Şeyx Bərqinin “Səvabul-əmal” və “Məhasin” adlı kitablarında isə bu zikri 30 dəfə demək rəvayət olunubdur.
9) Qütbi Ravəndi “Dəəvat” adlı kitabında həzrət İmam Rzadan (ə) və o həzrət də həzrət Rəsulullahdan (s) bu hədisi rəvayət edibdir: “Hər kim istəyirsə “Mələi əla”da mücahidlərdən də çox sitayiş olunsun, hər gün aşağıdakı bu duanı oxusun. Bu duanı oxuyan şəxsin hər bir hacəti rəva olar və əgər düşməni varsa, öz düşməninə qalib gələr. Əgər borcu varsa, tezliklə qaytarar. Əgər qəmgin və pərişandırsa, qəmginliyi aradan qalxar. Bu dua, yeddi səmanı ötüb, yuxarıya qalxar və Lövhi-məhfuzda onun üçün yazılar:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Subhanəllahi kəma yənbəği lillah, | Allaha layiq olduğu kimi, Allah bütün eyiblərdən pak və uzaqdır. | سُبْحَانَ اللهِ كَمَا يَنْبَغي للهِِِِِِ |
| vəlhəmdu lillahi kəma yənbəği lillah, | Allaha layiq olduğu kimi, həmd Allaha məxsusdur. | وَالْحَمْدُ للهِ كَمَا يَنْبَغي للهِِ |
| və la ilahə illəllahu kəma yənbəği lillah, | Allaha layiq olduğu kimi, Allahdan başqa heç bir tanrı yoxdur. | وَ لا اِلَهَ اِلاَّ اللهُ كَمَا يَنْبَغي للهِِ |
| vəllahu əkbər kəma yənbəği lillah, | Allaha layiq olduğu kimi, Allah böyükdür. | وَاللهُ اَكْبَرُ كَمَا يَنْبَغي للهِِ |
| və la həvlə və la quvvətə illa billah, | Allahdan başqa güc və qüdrət yoxdur. | وَ لا حَوْلَ وَ لا قُوَّةَ اِلاََّ بِاللهِ |
| və salləllahu əla Muhəmmədinin nəbiyyi və əla əhli bəytihi | Allahın razı olduğu vaxta qədər salamı olsun Muhəmməd peyğəmbərə, onun Əhlibeytinə, | وَ صَلَّي اللهُ عَلَى مُحَمَّدٍ النَّبِيِّ، وَ عَلَى اَهْلِ بَيْتِهِ |
| və cəmiil mursəlinə vən nəbiyyinə hətta yərzəllah (və təsbihi). | bütün elçilər və peyğəmbərlərə! | وَ جَميعِ الْمُرْسَلينَ وَالنَّبِيّينَ حَتَّى يَرْضَي اللهُ |
10) Həzrət İmam Rzadan (ə) rəvayət olunan mötəbər sənədli bir hədisdə deyilir: “Həzrət Rəsulullahın (s) səhabələrindən bir nəfər bir məktub tapır və peyğəmbərə göstərir. Allahın elçisi (s) göstəriş verir ki, səhabələr məscidə toplaşsınlar. O həzrət minbərə çıxıb, buyurur: “Bu məktubu Musanın (ə) vəsisi Yuşə ibni Nun yazıbdır və onun məzmunu budur: “Bismillahir rəhmanir rəhim. Həqiqətən də Rəbbiniz sizin dostunuz və sizə qarşı mehribandır. Həqiqətən də ən üstün bəndələr, camaat arasında tanınmayan pəhrizkar bəndələrdir və insanların ən pisi isə nahaq yolla hakimiyyəti ələ keçirib, özünü camaata göstərən insanlardır. Hər kim istəyirsə, kamil savaba yetişsin və ilahi nemətlərin şükrünü yerinə yetirsin, hər gün yuxarıdakı bu duanı oxusun: “Subhanəllahi…”
11) “Bələdül-əmin” adlı kitabda həzrət Rəsulullahdan (s) rəvayət olunur ki, hər kim, hər gün 10 dəfə “Bismillahir rəhmanir rəhim. Lə həvlə və la quvvətə illa billahil əliyyil əzim” sözlərini desə, bütün günahlardan təmizlənər və anadan təzə doğulan uşaq kimi, pak olar. Həmçinin Allah taala 70 növ bəlanı ondan uzaqlaşdırar və bu bəlalar, ruhi xəstəlik, xora xəstəliyi və iflic və s. bu kimi bəlalardır. Haqq taala, 70 mələyi istiğfar diləmək üçün onun vəkili qərar verər.
12) Həzrət Sadiq (ə) buyurubdur: “Hər kim, hər gün 100 dəfə “Lə həvlə və la quvvətə illa billah” desə, yoxsulluğa düçar olmaz. Hər kim, hər gün 100 dəfə “Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” desə, Haqq taala, cəhənnəm odunu onun bədəninə haram edər.”
13) “Bələdul-əmin” adlı kitabda həzrət Rəsulullahdan (s) rəvayət olunur ki, hər kim, hər gün 10 dəfə bu duanı oxusa, Haqq taala onun dörd min kəbirə günahını bağışlayar və onu, çətin can verməkdən, qəbir sıxıntısından və qiyamətdə 100000 qiyamət qorxusundan nicat verər. Həmçinin, Haqq taala onu şeytan və onun qoşunundan qoruyar. Bu şəxs, tezliklə borcunu ödəyər və çətinlikləri həll olar:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ə`dədtu likulli həvlin la ilahə illəllah, | Hər bir qorxu üçün «La ilahə illəllah» (Allahdan başqa heç bir tanrı yoxdur), | اَعْدَدْتُ لِكُلِّ هَوْلٍ لا اِلَهَ اِلاَّ اللهُ |
| və likulli həmmin və ğəmmin ma şaəllah, | hər bir qəm-qüssə üçün «Maşaəllah» (Allah hər nə istəsə, o da olacaqdır), | وَ لِكُلِّ هَمٍّ وَ غَمٍّ مَا شَاءَاللهُ |
| və likulli ni`mətin əlhəmdu lillah, | hər bir nemət üçün «Əlhəmdu lillah» (Allaha həmd olsun), | وَ لِكُلِّ نِعْمَةٍ الْحَمْدُ للهِِ |
| və likulli rəxain əşşukru lillah, | hər bir rahatlıq üçün «Əş-şukru lillah» (Allaha şükür olsun), | وَ لِكُلِّ رَخَاءٍ اَلشُّكْرُ للهِِ |
| və likulli u`cubətin subhanəllah, | hər bir qəribə hadisə üçün «Subhanəllah» (Allah bütün eyiblərdən pak və uzaqdır), | وَ لِكُلِّ اُعْجُوبَةٍ سُبْحَانَ اللهِ |
| və likulli zənbin əstəğfirullah, | hər bir günah üçün «Əstəğfirullah» (Allahdan bağışlanma diləyirəm), | وَ لِكُلِّ ذَنْبٍ اَسْتَغْفِرُاللهَ |
| və likulli musibətin inna lillah və inna iləyhi raciun, | hər bir müsibət üçün «İnna lillahi və inna iləyhi raciun» (Biz Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq), | وَ لِكُلِّ مُصيبَةٍ اِنَّا لِلَّهِ وَ اِنَّا اِلَيْهِ رَاجِعُونَ |
| və likulli ziqin həsbiyəllah, | hər bir sıxıntı və çətinlik üçün «Həsbiyəllah» (Allah mənə yetər), | وَ لِكُلِّ ضيقٍ حَسْبِيَ اللهُ |
| və likulli qəzain və qədərin təvəkkəltu ələllah, | hər bir qəza-qədər üçün «Təvəkkəltu ələllah» (Allaha təvəkkül etdim), | وَ لِكُلِّ قَضَاءٍ وَ قَدَرٍ تَوَكَّلْتُ عَلَي اللهِ |
| və likulli əduvvin i`təsəmtu billah, | hər bir düşmənçilik üçün «İtəsəmtu billah» (Allahdan yapışdım), | وَ لِكُلِّ عَدُوٍّ اِعْتَصَمْتُ بِاللهِ |
| və likulli taətin və mə`siyətin la həvlə və la quvvətə illa billahil əliyyil əzim. | hər bir itaət və itaətsizlik üçün «La hovlə və la qüvvətə illah billahil-əliyyil-əzim» (Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur) kəlamını hazırladım! | وَ لِكُلِّ طَاعَةٍ وَ مَعْصِيَةٍ لا حَوْلَ وَ لا قُوَّةَ اِلاََّ بِاللهِ الْعَلِيِ |
14) Şeyx Kuleyni, Şeyx Səduq və Şeyx Bərqi mötəbər sənədlərlə həzrət Sadiqdən (ə) bu hədisi rəvayət edibdirlər: “Hər kim, hər gün 10 dəfə bu duanı oxusa, haqq taala ona 45000 savab yazar və onun 45000 günahını silər. Həmçinin, cənnətdə onun üçün 45000 məqam ucaldar və bu dua, onu şeytanın və zalimlərin şərrindən qoruyar və onlar bu şəxsə qalib gələ bilməzlər. Bu şəxs üçün kəbirə günah işlətməyə şərait yaranmaz.”
Başqa bir hədisdə isə deyilir ki, bu duanı oxuyan şəxs, sanki 12 dəfə Quranı xətm edibdir və Allah taala onun üçün cənnətdə bir ev ucaldar. İbni Babəveyhin nəql etdiyi hədisdə isə bu duanı 10 dəfə oxumaq şərti qeyd olunmayıbdır. Bu dua aşağıdakı duadır:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, | Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. | اَشْهَدُ اَنْ لا اِلَهَ اِلاَّ اللهُ، وَحْدَهُ لاشَريكَ لَهُ |
| ilahən vahidən əhədən səməda, | O birdir və Onun heç bir şəriki yoxdur. O, bir, yeganə, tək, ehtiyacsız, | اِلَهاً وَاحِداً اَحَداً صَمَداً |
| ləm yəttəxiz sahibətən və la vələda. | Özünə heç kimi həyat yoldaşı və övlad götürməyən məbuddur. | لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لا وَلَداً |
15) “Səvabul-əmal”, “Məhasin” və “Üsuli-kafi” kitablarında həzrət Sadiqdən (ə) rəvayət olunur ki, həzrət Rəsulullah (s) buyurubdur: “Hər kim, hər gün 15 dəfə bu zikri desə, Haqq taala onu cənnətə daxil edənə qədər öz rəhmət üzünü ondan çevirməz. Zikr belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Lə ilahə illəllahu həqqən həqqa, la ilahə illəllahu imanən və təsdiqa, la ilahə illəllahu ubudiyyətən və riqqa | Haqq və doğru Allahdan başqa heç bir tanrı yoxdur. İman və təsdiq üzündən (deyirəm ki,) Allahdan başqa heç bir tanrı yoxdur. Pərəstiş və bəndəçilik üzündən (deyirəm ki,) Allahdan başqa heç bir tanrı yoxdur | لا اِلَهَ اِلاَّ اللهُ حَقّاً حَقّاً، لا اِلَهَ اِلاَّ اللهُ ايمَاناً وَ تَصْديقاً، لا اِلَهَ اِلاَّ اللهُ عُبُودِيَّةً وَرِقّاً |
| Lə ilahə illəllahu həqqən həqqa, | Haqq və doğru Allahdan başqa heç bir tanrı yoxdur. | لا اِلَهَ اِلاَّ اللهُ حَقّاً حَقّاً |
| lə ilahə illəllahu imanən və təsdiqa, | İman və təsdiq üzündən (deyirəm ki,) Allahdan başqa heç bir tanrı yoxdur. | لا اِلَهَ اِلاَّ اللهُ ايمَاناً وَ تَصْديقاً |
| lə ilahə illəllahu ubudiyyətən və riqqa. | Pərəstiş və bəndəçilik üzündən (deyirəm ki,) Allahdan başqa heç bir tanrı yoxdur. | لا اِلَهَ اِلاَّ اللهُ عُبُودِيَّةً وَرِقّاً |
16) “Məhasin” adlı kitabda nəql olunur ki, həzrət Rəsulullah (s) buyurubdur: “Hər gün, 100 dəfə “Subhanəllah” zikrini demək, Kəbə evinə 100 dəvəni qurban etməkdən daha üstündür. 100 dəfə “Əlhəmdulillah” zikrini demək isə, 100 qul azad etməkdən daha üstündür. 100 dəfə “Allahu əkbər” zikrini demək, Allah yolunda 100 yəhərli və cilovlu atı bağışlamaqdan daha üstündür. Heç kim yaxşı əməldə 100 dəfə “Lə ilahə illəllah” deyən şəxsə çata bilməz, yalnız bu zikrini ondan daha çox deyən bir şəxs bu şeyə nail ola bilər.”
17) Qütb Ravəndi rəvayət edir ki, Bəni-İsrail qövmündən olan bir abid uzun illər idi ki, Allaha ibadət edirdi. Günlərin birində bu abid belə dua edir: “İlahi, sənin dərgahında hansı məqama yetişdiyimi bilmək istəyirəm. Əgər etdiyim bu ibadətləri bəyənirsənsə, onları daha da çox yerinə yetirim və əgər bəyənmirsənsə, ölüm məni haqlamamışdan qabaq tövbə edim.” Haqq taala, bir mələk vasitəsilə ona xəbər göndərir ki, Mənim dərgahımda sənin heç bir xeyir əməlin yoxdur. O abid, soruşur ki, İlahi, bəs mənim etdiyim ibadətlərin heç biri yazılmayıbdır? Mələk ona cavab verir ki, sən, etdiyin hər bir xeyir əməli camaata xəbər verirdin və camaatın nəzərində yaxşı olmaq istəyirdin. Sənin savabın, camaatın razılığı idi ki, ona nail olmusan. Abid, bu sözlərdən çox təsirləndi və qəmgin oldu. Həmin mələk bir daha onun yanına gəlib, dedi: “Haqq taala buyurur ki, bu andan özünü Məndən al və bu gündən sonra hər gün bədənində olan damarların sayı qədər sədəqə ver.” Abid, mələkdən soruşur ki, mən, bu işi necə yerinə yetirə bilərəm? Mələk deyir: “Hər gün bədənində olan damarların sayı qədər yəni, 360 dəfə “Subhanəllah vəlhəmdu lillah və lə ilahə illəllahu vəllahu əkbər. Və lə həvlə və la quvvətə illa billah” zikrini de. Abid, Allaha xitab edərək deyir, İlahi, daha çox deməyi əmr et! Xitab gəlir ki, çox desən, daha çox savaba yetişərsən.
18) Şeyx Kuleyni mötəbər sənədlə İmam Sadiqdən (ə) rəvayət edir ki, Peyğəmbər (s) hər gün 360 dəfə, bədəndə olan damarların sayı qədər deyərdi:
| Ərəbcə | اَلْحَمْدُ للهِِ رَبِّ الْعَالَمينَ كَثيراً عَلَى كُلِّ حَالٍ |
| Tərcümə | Hər bir halda hədsiz həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. |
| Transkripsiya | Əlhəmdu lillahi rəbbil aləminə, kəsirən əla kulli hal. |
19) Həmin həzrətdən başqa rəvayətdə isə belə deyilir ki, 2 ay bir-birinin ardınca, hər gün, 400 dəfə bu duanı oxusa, Allah taala ona, ya çoxlu elm, ya da çoxlu mal-dövlət nəsib edər:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyum, | O Allahdan bağışlanma diləyirəm ki, Ondan başqa heç bir tanrı yoxdur, diri və əbədidir, | اَسْتَغْفِرُاللهَ الَّذي لا اِلَهَ اِلاََّ هُوَ الْحَيُ الْقَيُّومُ |
| ər rəhmanur rəhim, | bağışlayan və mehribandır, | الرَّحْمَانُ الرَّحيمُ |
| bədius səmavati vəl ərz, | göylərin və yerin xaliqidir. | بَديعُ السَّمَاوَاتِ وَالاَرْضِ |
| min cəmii zulmi və curmi və israfi əla nəfsi və ətubu iləyh. | Bütün zülm və haqsızlıqlarım, günahlarım və özümə etdiyim israfçılıqlarıma görə Allahdan bağışlanma diləyir və tövbə edib Ona doğru qayıdıram. | مِنْ جَميعِ ظُلْميوَ جُرْمي وَ اِسْرَافي عَلَى نَفْسي وَ اَتُوبُ اِلَيْهِ |
20) Şeyx Tusi və başqaları belə rəvayət edirlər ki, bu aşağıdakı duanı oxumaq sünnədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə binuri vəchikəl muşriqil həyyil baqil kərim, | İlahi, Səndən diri, əbədi və böyük zatının parlaq nurunun vasitəsilə istəyirəm! | اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِنُورِ وَجْهِكَ الْمُشْرِقِ الْحَيِ الْبَاقيِ الْكَريمِ |
| və əs`əlukə binuri vəchikəl quddusilləzi əşrəqət bihis səmavat, vənkəşəfət bihiz zulumat, | Səndən səmaları işıqlandıran, qaranlıqları aradan qaldıran, | وَ اَسْئَلُكَ بِنُورِ وَجْهِكَ الْقُدُّوسِ الَّذي اَشْرَقَتْ بِهِ السَّمَاوَاتُ، وَانْكَشَفَتْ بِهِ الظُّلُمَاتُ |
| və səluhə ələyhi əmrul əvvəlinə vəl axirin, | birinci və sonuncuların (keçmiş və gələcək varlıqların) işlərini islah edən müqəddəs zatının nurunun vasitəsilə istəyirəm ki, | وَ صَلُحَ عَلَيْهِ اَمْرُ الاَوَّلينَ وَالْآخِرينَ |
| ən tusalliyə əla Muhəmmədin və alih, | Muhəmməd və onun Əhlibeytinə salam yetirəsən | اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ |
| və ən tuslihə li şə`ni kulləh. | və mənim bütün işlərimi islah edəsən (sahmana salasan)! | وَ اَنْ تُصْلِحَ لي شَاْني كُلَّهُ |
21) Şeyx Kəf`əmi İmam Baqirdən (ə) belə rəvayət edir ki, hər kim, hər gün bu duanı oxusa, Allah taala ona dünya və axirət işlərində kifayət edər:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi həsbiyəllah, təvəkkəltu ələllah, | Allahın adı ilə! Allah mənə yetər. Allaha təvəkkül etdim. | بِسْمِ اللهِ حَسْبِيَ اللهُ، تَوَكَّلْتُ عَلَي اللهِ |
| Əllahummə inni əs`əlukə xəyrə umuri kulliha, | İlahi, Səndən bütün işlərimin xeyrini istəyir, | اللَّهُمَّ اِنّي اَسْئَلُكَ خَيْرَ اُمُوري كُلِّهَا |
| və əuzu bikə min xizyid dunya və əzabil axirəh. | dünya rüsvayçılığı və axirət əzabından Sənə pənah aparıram! | وَ اَعُوذُبِكَ مِنْ خِزْيِ الدُّنْيَا وَ عَذَابِ الْآخِرَةِ |
22) Həmçinin, rəvayət olunur ki, hər kim hər gün bu duanı 7 dəfə oxusa, onun dünya və axirət işlərinə bəs edər:
| Ərəbcə | حَسْبِيَ اللهُ رَبِّيَ، اللهُ لا اِلَهَ اِلاََّ هُوَ، عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُ الْعَرْشِ الْعَظيمِ |
| Tərcümə | Mənim Rəbbim Allah mənə yetər; o Allah ki, Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim və O, böyük ərşin Rəbbidir. |
| Transkripsiya | Həsbiyəllahu rəbbi, Əllahu la ilahə illa hu, ələyhi təvəkkəltu və huvə rəbbul ərşil əzim. |
23) Həmçinin, rəvayət olunur ki, hər kim, 1 il ərzində, hər gün 1 dəfə bu duanı oxusa, öz yerini cənnətdə görməmiş dünyasını dəyişməz. Dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Subhanəd daimil qaim, | Əbədi və davamlı Allah bütün eyiblərdən pak və uzaqdır. | سُبْحَانَ الدَّائِمِ الْقَائِمِ |
| subhanəl qaimid daim, | Davamlı və əbədi Allah bütün eyiblərdən pak və uzaqdır. | سُبْحَانَالْقَائِمِ الدَّائِمِ |
| subhanəl vahidil əhəd, | Yeganə və bir olan Allah bütün eyiblərdən pak və uzaqdır. | سُبْحَانَ الْوَاحِدِ الاَحَدِ |
| subhanəl fərdis səməd, | Tək və ehtiyacsız Allah bütün eyiblərdən pak və uzaqdır. | سُبْحَانَ الْفَرْدِ الصَّمَدِ |
| subhanəl həyyil qəyyum, | Diri və əbədi Allah bütün eyiblərdən pak və uzaqdır. | سُبْحَانَ الْحَيِ الْقَيُّومِ |
| subhanəllahi və bihəmdih, | Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd Allaha məxsusdur. | سُبْحَانَ اللهِ وَ بِحَمْدِهِ |
| subhanəl həyyilləzi la yəmut, | Heç vaxt ölməyən diri Allah bütün eyiblərdən pak və uzaqdır. | سُبْحَانَ الْحَيِ الَّذي لايَمُوتُ |
| subhanəl məlikil quddus, | Malik və müqəddəs Allah bütün eyiblərdən pak və uzaqdır. | سُبْحَانَ الْمَلِكِ الْقُدُّوسِ |
| subhanə rəbbil məlaikəti vər ruh, | Mələklər və ruhun Rəbbi bütün eyiblərdən pak və uzaqdır. | سُبْحَانَ رَبِّ الْمَلائِكَةِ وَالرُّوحِ |
| subhanəl əliyyil ə`la, | Ucaların ucası bütün eyiblərdən pak və uzaqdır. | سُبْحَانَ الْعَلِي الاَعْلَىِ |
| subhanəhu və təala. | O, bütün eyiblərdən pak və ucadır. | سُبْحَانَهُ وَ تَعَالَى |
