Müstəhəb namaz: Ərabi namazı

Print Friendly, PDF & Email

Seyid ibn Tavus “Cəmalul-usbu” adlı kitabında[1] Şeyx Tilli-Ukbəridən[2] və o da öz sənədi ilə Zeyd ibn Sabitdən rəvayət edir ki, səhranişin (bədəvi) bir kişi həzrət Rəsulullahın (s) yanına gəlib, dedi: “Atam-anam sənə fəda olsun ey Rəsulallah (s), biz səhrada qaldığımız üçün Mədinə şəhərindən uzağıq və hər cümə günü cümə namazında iştirak edə bilmirik. Mənə elə bir əməl öyrət ki, onu yerinə yetirdikdə, cümə namazının fəzilətini əldə edə bilim. Öz əhli-əyalımın və qəbiləmin yanına geri döndükdə də bu əməli onlara öyrədəcəyəm.” Həzrət Rəsulallah (s) belə buyurdu: “Gün qalxdıqda 2 rəkət namaz qıl. Namazın 1-ci rəkətində “Həmd”dən sonra 7 dəfə “Fələq” və 2-ci rəkətində 7 dəfə “Nas” surələrini oxu. Namazın salamlarını dedikdən sonra 7 dəfə “Ayətəl-kürsin”i oxu. Sonra yenə də ayağa qalx və 2 dəfə 4 rəkətli, ümumi 8 rəkət namaz qıl. 1-ci 2 rəkətdən sonra təşəhhüdü de, amma salam demə. Salamları, 4-cü rəkəti bitirdikdən sonra, təşəhhüddən sonra de. 2-ci dörd rəkət namazı da bu qayda ilə qıl. Namazın hər rəkətində 1 dəfə “Həmd” surəsini, 1 dəfə “Fəth” surəsini və 25 dəfə “İxlas” surəsini oxu. Təşəhhüd və salamlardan sonra 7 dəfə bu duanı oxu:

TranskripsiyaTərcüməƏrəbcə
Ya həyyu ya qəyyumu ya zəl cəlali vəl ikram, ya ilahəl əvvəlinə vəl axirin, ya ərhəmər rahimin, ya rəhmanəd dunya vəl axirəti və rəhiməhuma,Ey diri, ey əbədi, ey calal və kəramət sahibi, ey birinci və sonuncuların (keçmiş və gələcək varlıqların) məbudu, ey mehribanların ən mehribanı, ey dünya və axirətdə bağışlayan və hər iki aləmdə mehriban olan! يَا حَيُ يَا قَيّوُمُ، يَا ذَاالْجَلالِ وَالاِْ كْرَامِ، يَا اِلَهَ الاَوَّلينَ وَ الْآخِرينَ، يَا اَرْحَمَ الرَّاحِمينَ، يَا رَحْمَانَ الدُّنْيَا وَ الْآخِرَةِ وَ رَحيمَهُمَا
ya rəbbi ya rəbbi ya rəbb, ya Əllahu ya Əllahu ya Əllahu ya Əllahu ya Əllahu ya Əllahu ya Əllah, səlli əla Muhəmmədin və alih, vəğfir liEy Rəbb, ey Rəbb, ey Rəbb! Ey Allah, ey Allah, ey Allah, ey Allah, ey Allah, ey Allah, ey Allah! Məhəmməd və onun Əhli-beytinə salam yetir və məni bağışlaيَا رَبِّ يَا رَبِّ يَا رَبِّ، يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ، يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ، صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَاغْفِرْلي
Sonra öz hacətini istə və 70 dəfə bu zikri de:
Ərəbcəلاحَوْلَ وَلاقُوَّةَ اِلاََّ بِاللهِ الْعَلِيِ الْعَظيمِ
TərcüməUca və böyük Allahdan başqa heç bir tanrı yoxdur
TranskripsiyaLa həvlə və la quvvətə illa billahil əliyyil əzim
Sonunda da bu sözləri de:
Ərəbcəوَسُبْحَانَ اللهِ رَبِّ الْعَرْشِ الْكَريمِ
TərcüməBöyük ərşin Rəbbi Allah bütün eyiblərdən pak və uzaqdır
TranskripsiyaVə subhanəllahi rəbbil ərşil kərim
Sonra həzrət Rəsulallah (s) buyurdu: “Məni haqq olaraq öz elçisi göndərən Allaha and olsun ki, mən, cümə günü bu namazı qılan hər bir mömin və möminənin cənnətə daxil olmasına zamin dururam. Bu namazı qılan şəxsin özünün və ata-anasının bütün günahları bağışlanar və Haqq Taala həmin gün müsəlmanların şəhərlərində bütün namaz qılanların savabını ona əta edər. Həmçinin, Haqq Taala, məşriq və məğribdə bu gündə oruc tutub, namaz qılan insanların savabını ona yazar. Haqq Taala ona heç kimin görmədiyi və heç kimin eşitmədiyi nemətlər əta edər.”
Şeyx Tusi də bu namazı “Misbahul-mutəhəccid” adlı kitabında qeyd edibdir, bir fərqlə ki, yuxarıda qeyd etdiyimiz namazdan sonra oxunan duanın əvəzinə o, 70 dəfə bunu[3] deməyi buyurubdur:
Ərəbcəسُبْحَانَ اللهِ رَبِّ الْعَرْشِ الْکَرِیمَ، وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ
TərcüməTƏRCÜMƏSİ YOXDUR
TranskripsiyaSubhanəllahi rəbbil ərşil kərim, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim

Mənbə:
[1] Seyid ibn Tavus — Cəmalul-usbu, səh 320,
Əllamə Məclisi — Biharul-ənvar, c 86, səh 382
[2] “Till-Ukbər” Bağdaddan on fərsəx aralıda yerləşən
“Ukbəra” adlı kiçik bir şəhərin məhəllərindən birinin adıdır.
[3] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 317

Читайте также: