Müstəhəb namaz: Övladın ata-anasının bağışlanması üçün qıldığı namaz

Print Friendly, PDF & Email

Bu namaz 2 rəkətdir. Namazın 1-ci rəkətində “Həmd” surəsindən sonra 10 dəfə bu ayə (İbrahim surəsi, 14-cü ayə) və 2-ci rəkətdə “Həmd” surəsindən sonra 10 dəfə bu ayə (Nuh surəsi, 28-ci ayə) deyilir:İbrahim surəsi, 14-cü ayə

Ərəbcəرَبِّ اغْفِرْلي وَ لِوَالِدَيَ، وَ لِلْمُؤْمِنينَ يَوْمَ يَقُومُ الْحِسَاب
TərcüməEy Rəbbim, haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!
TranskripsiyaRəbbiğfir li və livalidəyyə və lil mu`mininə yəvmə yəqumul hisab
Nuh surəsi, 28-ci ayə
Ərəbcəرَبِّ اغْفِرْلي وَ لِوَالِدَيَ، وَ لِمَنْ دَخَلَ بَيْتِيَ مُؤْمِناً، وَ لِلْمُؤْمِنينَ وَ الْمُؤْمِنَاتِ
TərcüməEy Rəbbim, məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni, (qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla!
TranskripsiyaRəbbiğfir li və livalidəyyə və limən dəxələ bəyti mu`minən və lil mu`mininə vəl mu`minat
Namazın salamlarını dedikdən sonra isə 10 dəfə bu ayə (İsra surəsi, 24-cü ayə) deyilir[1]:İsra surəsi, 24-cü ayə
Ərəbcəرَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَاني صَغيراً
TərcüməEy Rəbbim, onlar məni uşaqlıqda bəslədikləri kimi, Sən də onlara rəhm et!
TranskripsiyaRəbbirhəmhuma kəma rəb-bəyani səğira

Mənbə:
[1] Rəziyəddin Həsən ibn Fəzl Təbərsi — Məkarimul-əxlaq, səh 334,
Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 220

Читайте также: