Müstəhəb namaz: Nəfsi vəsvəsədən kənarlaşdırmaq üçün namaz və əməllər
1) Həzrət Sadiq (ə) buyurubdur: “Hər bir möminə, 40 gündən bir, nəfsin vəsvəsəsi hücum gətirər. Bu vaxt o mömin şəxs, 2 rəkət namaz qılsın və bu vəsvəsədən Allaha pənah aparsın.”[1]
Həmçinin həzrət Sadiq (ə) buyurubudur: “Həzrət Adəm (ə) nəfsin vəsvəsəsindən Allah Taalaya şikayət etdi. Cənab Cəbrayıl (ə) nazil olub, o həzrətə dedi: “La həvlə və la quvvətə illa billah” zikrini de.” Həzrət Adəm (ə) bu zikri dedikdən sonra nəfsin vəsvəsəsi ondan əl çəkdi.” O həzrət sonunda buyurdu: “Hər şeyin əsası “La həvlə və la quvvətə illa billah”dır.” [2]
2) Həzrət Baqir (ə) buyurubdur: “Bir kişi həzrət Rəsulullahın (s) yanına gəlib, nəfsin vəsvəsəsindən, ağır borca düşdüyündən və yoxsulluqdan ona şikayət etdi. Həzrət Rəsulullah (s) ona dedi: “Bu duanı tez-tez oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Təvəkkəltu ələl həyyilləzi la yəmut, vəl həmdu lillahilləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zulli və kəbbirhu təkbira. | Heç vaxt ölməyən diri Allaha təvəkkül edirəm. Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! | تَوَكَّلْتُ عَلَي الْحَيِ الَّذي لايَمُوتُ، وَ الْحَمْدُلِلَّهِ الَّذي لَمْ يَتَّخِذْ وَلَداً، وَ لَمْ يَكُنْ لَهُ شَريكَ فِي الْمُلْكِ، وَلَمْ يَكُنْ لَهُ وَلِيٌ مِنَ الذُّلِ، وَ كَبِّرْهُ تَكْبيراً |
3) Həmçinin hədislərdə buyurulubdur ki, şeytanın vəsvəsəsini uzaqlaşdırmaq və insanın qəlbində şəkk yaratdığı vaxt bu ayəni (Hədid surəsi, 3-cü ayə) oxumaq[4] lazımdır:
| Ərəbcə | هُوَ الاَوَّلُ وَالْآخِرُ، وَالظَّاهِرُ وَالْبَاطِنُ، وَ هُوَ بِكُلِّ شَيْءٍ عَليمٌ |
| Tərcümə | Odur birinci və axırıncı, aşkar və batin! O, hər bir şeyi bilir. |
| Transkripsiya | Huvəl əvvəlu vəl axiru vəz zahiru vəl batin, və huvə bi kulli şəy`in əlim. |
4) Həzrət Sadiq (ə) şeytanın vəsvəsəsini uzaqlaşdırmaq barəsində buyurubdur: “Əlini sinənə çək və bu duanı oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi və billahi Muhəmmədun rəsulillah, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim, Əllahumməmsəh ənni ma əhzər. | Allahın adı və Allahın köməyi ilə! Muhəmməd (s) Allahın rəsuludur. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. İlahi, qorxduqlarımı məndən uzaqlaşdır! | بِسْمِاللهِ وَبِاللهِ، مُحَمَّدٌ رَسُولُ اللهِ، وَلاحَوْلَ وَ لا قُوَّةَ اِلاَّ َبِاللهِ الْعَلِيِ الْعَظيمِ، اللَّهُمَّ امْسَحْ عَنّي مَا اَحْذَرُ |
5) Vəsvəsəni uzaqlaşdırmaq üçün sidirlə başı yumaq[6], dişlərə misvak çəkmək[7], nar yemək[8], neysan yağışı suyundan içmək[9] və hər ayda üç gün, yəni, ayın birinci və axırıncı cümə axşamı günü və ayın ortasındakı çərşənbə günü, oruc tutmaq da təsirlidir. [10]
6) Həmçinin bu duanı oxumaq[11] tövsiyə olunur:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əuzu billahil qəviyyi minəş şəytanil ğəviyy, və əuzu bi Muhəmmədinir rəziyyi min şərri ma quddirə və quzi, və əuzu biilahin nasi min şərril cinnəti vən nasi əcməin. | Azğın şeytandan qüdrətli Allaha pənah aparıram. Qəza-qədərin şərindən bəyənilmiş Muhəmmədə (s) pənah aparıram. Bütün cin və insanların şərindən insanların məbuduna pənah aparıram. | اَعُوذُبِاللهِ الْقَوِيِ، مِنَ الشَّيْطَانِ الْغَوِيِ وَ اَعُوذُ بِمُحَمَّدٍ الرَّضِيِ مِنْ شَرِّ مَا قُدِّرَ وَ قُضِيَ، وَ اَعُوذُ بِاِلَهِ النَّاسِ مِنْ شَرِّ الْجِنَّةِ وَ النَّاسِ اَجْمَعينَ |
Mənbə:
[1] Rəziyəddin Təbərsi — Məkarimul-əxlaq, səh 328,
Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 354, hədis 17
[2] Şeyx Səduq — Əmali, səh 543, hədis 5,
Əllamə Məclisi — Biharul-ənvar, c 90, səh 186, hədis 5
[3] Şeyx Kuleyni — Usulu-kafi, c 2, səh 555, hədis 3
[4] Əllamə Məclisi — Biharul-ənvar, c 92, səh 137, hədis 4
[5] Əllamə Məclisi — Biharul-ənvar, c 92, səh 138, hədis 5
[6] Şeyx Səduq — Səvabul-ə`mal, səh 20,
Əllamə Məclisi — Biharul-ənvar, c.73, s.87, hədis 6
[7] Şeyx Tusi — Əmali, səh 667, hədis 3,
Əllamə Məclisi — Biharul-ənvar, c 73, səh 139, hədis 52
[8] Məhasin, c.2, s.543, hədis: 845,
Əllamə Məclisi — Biharul-ənvar, c 63, səh 161, hədis 33
[9] “Neysan”, rum aylarından birinin adıdır və “neysan yağışı”
barədə digər məqaləmizdən maraqlana bilərsiz.
Seyid ibn Tavus — Muhəcud-də`əvat, səh 356,
Əllamə Məclisi — Biharul-ənvar, c 63, səh 477
[10] Əllamə Məclisi — Biharul-ənvar, c 94, səh 96, hədis 12
[11] İmamduddin Təbəri — Bəşarətul-Mustəfa, səh 27,
Əllamə Məclisi — Biharul-ənvar, c 74, səh 273
