Müstəhəb namaz: Hacət namazı 3
Şeyx Kuleyni “Usuli-kafi” adlı kitabında mötəbər sənədlə Əbdürrəhim Qəsirdən (və ya Qusəyr) bu hədisi rəvayət edir: “Mən, həzrət Sadiqin (ə) hüzuruna gedib, ərz etdim: “Canım sizə fəda olsun, mən özümdən bir dua düzəltmişəm.” O həzrət buyurdu: “İxtira etdiyin bu duanı kənara qoy! Hacətinin rəva olması üçün həzrət Rəsulullaha (s) pənah apar və 2 rəkət namaz qılıb, ona hədiyyə et.” Mən soruşdum: “Bu namazı hansı qaydada qılmalıyam?” O həzrət buyurdu: “Qüsl verib, vacib namazları qıldığın qaydada 2 rəkət namaz qıl. Namazın salamını dedikdən sonra bu duanı oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə əntəs səlam, və minkəs səlam, və iləykə yəcəus səlam, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, və əbliğ ruhu Muhəmmədin minnis səlam, və ərvahəl əimmətis sadiqinə səlami, vərdud ələyyə minhumus səlami, vəs səlamu ələyhim və rəhmətullahi və bərəkatuh, Əllahummə innə hatəynir rək`ətəyni hədiyyətun minni ila rəsulillah, səlləllahu ələyhi və alih, fəəsbitni ələyhima ma əmməlt, və rəcəvtə fikə və fi rəsulikə ya vəliyyəl mu`minin | İlahi, salam Sənsən, salam (sağlamlıq) Sənin tərəfindəndir və Sənə doğru da qayıdacaq. İlahi, Muhəmməd və onun Əhlibeytinə salam yetir, mənim salamımı Muhəmmədin ruhu və düzdanışan imamların ruhlarına çatdır, onların da salamını mənə qaytar! Allahın salamı olsun onlara! Allahın rəhmət və bərəkətləri olsun onlara! İlahi, bu iki rəkət namaz mənim tərəfimdən Rəsulullaha (Allahın salamı olsun ona və Əhlibeytinə) hədiyyədir! Elə isə həmin iki rəkət namaza görə mənə savab ver və məni Peyğəmbərinlə bağlı ən yaxşı arzu və ümidimə yetir, ey möminlərin sahibi! | اللَّهُمَّ اَنْتَ السَّلامُ، وَ مِنْكَ السَّلامُ، وَ اِلَيْكَ يَرْجِعُ السَّلامُ، اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَبْلِغْ رُوحَ مُحَمَّدٍ مِنّيِ السَّلامَ، وَ اَرْوَاحَ الاَئِمَّةِ الصَّادِقينَ سَلامي، وَارْدُدْ عَلَيَّ مِنْهُمُ السَّلامَ، وَالسَّلامُ عَلَيْهِمْ وَ رَحْمَةُ اللهِ وَ بَرَكَاتُهُ، اللَّهُمَّ اِنَّ هَاتَيْنِ الرَّكْعَتَيْنِ هَدِيَّةٌ مِنّي اِلَى رَسُولِاللهِ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ فَاَثِبْني عَلَيْهِمَا مَا اَمَّلْتُ، وَ رَجَوْتُ فيكَ وَ في رَسُولِكَ يَا وَلِيَ الْمُؤْمِنينَ |
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya həyyu ya qəyyum ya həyyən la yəmut, ya həyyən la ilahə illa ənt, ya zəl cəlali və ikram, ya ərhəmər rahimin | Ey diri, ey əbədi, ey heç vaxt ölməyən diri, ey Səndən başqa heç bir tanrı olmayan diri, ey calal və kəramət sahibi, ey mehribanların ən mehribanı! | يَاحَيُ يَاقَيُّومُ يَا حَيّاً لايَمُوتُ، يَا حَيّاً لا اِلاَهَ اِلاََّ اَنْتَ، يَا ذَاالْجَلالِ وَالاِْكْرَامِ، يَا اَرْحَمَ الرَّاحِمينَ |
Əvvəlcə üzünün sağ tərəfini və sonra sol tərəfini yerə qoyub, 40 dəfə bu duanı oxu. Daha sonra başını səcdədən qaldır və əllərini göyə qaldırıb, yenə də 40 dəfə bu duanı oxu. Sonra əllərini boynuna qoy və şəhadət barmağınla işarə edərək, 40 dəfə bu duanı oxu. Daha sonra sol əlinlə saqqalını tutub, ağlaya-ağlaya (əgər ağlamağın gəlmirsə, özünü ağlamağa vadar et) bu sözləri de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya Muhəmmədu ya rəsuləllah, əşku iləllahi və iləykə hacəti, və ila əhli bəytikər raşidinə hacəti, və bikum ətəvəccəhu iləllahi fi hacəti | Ey Muhəmməd, ey Allahın Rəsulu! Şikayətim Allahadır. Hacətimi sənin və hidayət edən Əhlibeytinin hüzuruna gətirmiş, sizin vasitənizlə hacətimin rəva olunması üçün Allaha doğru üz tutmuşam | يَا مُحَمَّدُ يَا رَسُولَ اللهِ، اَشْكُو اِلَي اللهِ وَ اِلَيْكَ حَاجَتي، وَ اِلَى اَهْلِ بَيْتِكَ الرَّاشِدينَ حَاجَتي، وَ بِكُمْ اَتَوَّجَهُ اِلَي اللهِ في حَاجَتي |
Sonra səcdəyə get və nəfəsin çatana qədər “ya Allah, ya Allah” zikrini de. Sonunda isə “Səlli əla Muhəmmədin və ali Muhəmmədin vəf`əl bi kəza və kəza.” sözlərini de.
“Kəza və kəza” sözlərinin yerinə öz hacətini dilə.” Həzrət Sadiq (ə) bunları dedikdən sonra buyurdu: “Mən, Allah Taalanın yanında bu şəxs üçün zaminəm. O, ibadət etdiyi yerdən qalxmamış, onun hacəti rəva olar.”[1]
Şeyx Kəfəmi “Bələdul-əmin” adlı kitabında qeyd edibdir ki, mühüm hacətlərin rəva olması üçün aşağıdakı bu duanı bir kağız parçasına yazıb, suya atmaq lazımdır:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim, minəl əbdiz zəlili iləl məvləl cəlil, rəbbi inni məssəniyəz zurru və əntə ərhəmur rahimin, bihəqqi Muhəmmədin və alih, səlli əla Muhəmmədin və alih, vəkşif həmmi və fərric ənni ğəmmi, birəhmətikə ya ərhəmər rahimin | Bağışlayan və mehriban Allahın adı ilə! Zəlil bəndədən böyük mövlaya! Ey Rəbbim, həqiqətən, mən çətinliyə düşmüşəm və Sən də mehribanların ən mehribanısan! Muhəmməd və onun Əhlibeytinin xatirinə Muhəmməd və onun Əhlibeytinə salam yetir, çətinliyimi və qəm-qüssəmi aradan qaldır! Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! | بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ مِنَ الْعَبْدِ الذَّليلِ اِلَي الْمَوْليَ الْجَليلِ، رَبِّ اِنّي مَسَّنِيَ الضُّرُّ وَ اَنْتَ اَرْحَمُ الرَّاحِمينَ، بِحَقِّ مُحَمَّدٍ وَ آلِهِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَاكْشِفْ هَمّي وَ فَرِّجْ عَنّي غَمّي، بِرَحْمَتِكَ يَا اَرْحَمَ الرَّاحِمينَ |
Mənbə:
[1] Şeyx Kuleyni — Usuli-kafi, c 3, səh 476, hədis 1,
Şeyx Səduq — Fəqih, c 1, səh 559, hədis 1548
