Müstəhəb namaz: Şam və xiftən namazı arasında qılınan müstəhəb Ğufeylə namazı
Məğrib (şam) və işa (xiftən) namazlarının arasında “Ğufeylə” namazını «qurbətən iləllah» niyyəti ilə qil. O, 2 rəkətdən ibarətdir: 1-ci rəkətdə “Həmd” surəsindən sonra bu ayəni (Ənbiya surəsi, 87-88-ci ayələr) oxuyursan:
| Ayə | Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|---|
| 87 | Və zənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyh, fənada fiz zulumati ən la ilahə illa ənt, subhanəkə inni kuntu minəz zalimin, | Zənnunu (balığ yoldaşı Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarnının) qaranlıqlar(ı) içində səsləndi: “(Ey Allah!) Səndən başqa məbud yoxdur, Sən (bütün eyib və nöqsanlardan) pak və uzaqsan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam. | وَ ذَا النُّونِ إِذْ ذَهَبَ مُغَاضِبا فَظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ فَنَادَى فِي الظُّلُمَاتِ أَنْ لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ |
| 88 | fəstəcəbna ləhu və nəccəynahu minəl ğəmm, və kəzalikə nuncil mu`minin. | Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə belə nicat veririk. | فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ |
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Və indəhu məfatihul ğəybi la yə`ləmuha illa hu, və yə`ləmu ma fil bərri vəl bəhr, və ma təsqutu min vərəqətin illa yə`ləmuha, və la həbbətin fi zulumatil ərz, və la rətbin və la yabisin illa fi kitabin mubin. | Qeyb xəzinələrinin (“ol!” kəlməsinin altında olan) açarı (və onların həqiqətləri) Onun yanındadır. Onları Ondan başqa heç kəs bilmir. (Varlıq aləminə qədəm qoyanlardan) quruda və dəryada olanı bilir. Yerə elə bir yarpaq düşmür ki, O, onu bilməsin. Həmçinin (Onun əzəli elmində və) aydın olan kitabda mövcud olmadan yerin qaranlıqlarında (altında) bir toxum və (meyvə və dənli bitkilərdən) heç bir quru və yaş yerə düşmür. | وَ عِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لا يَعْلَمُهَا إِلا هُوَ وَ يَعْلَمُ مَا فِي الْبَرِّ وَ الْبَحْرِ وَ مَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلا يَعْلَمُهَا وَ لا حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْضِ وَ لا رَطْبٍ وَ لا يَابِسٍ إِلا فِي كِتَابٍ مُبِينٍ |
Qunutda isə belə deməlisən:
| Ərəbcə | اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِمَفَاتِحِ الْغَیْبِ الَّتِى لَا یَعْلَمُهَا اِلَّا اَنْتَ، اَنْ تُصَلِّىَ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِهِ، وَ اَنْ تَفْعَلَ بىِ کَذَا وَ کَذَا |
| Tərcümə | İlahi, Səndən başqa heç kimin bilmədiyi qeyb açarlarının (xəzinələrinin) haqqını and verib istəyirəm ki, Muhəmməd və onun Əhlibeytinə salam yetir və mənə qarşı *belə və belə et! (belə və belə et yerinə hacətini istə) |
| Transkirpisya | Əllahummə inni əs`əlukə bi məfatinil ğəybilləti lə yə`ləmuha illa əntə tusəlliyyə əla Muhəmmədin və Alihi və ən təf`ələ bi kəza və kəza |
*Kəza və kəza sözlərinin yerinə Allah taaladan öz istəklərini dilə və daha sonra de:
| Ərəbcə | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَفَاتِحِ الْغَيْبِ الَّتِي لا يَعْلَمُهَا إِلا أَنْتَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَنْ تَفْعَلَ بِي كَذَا وَ كَذَا اللَّهُمَّ أَنْتَ وَلِيُّ نِعْمَتِي وَ الْقَادِرُ عَلَى طَلِبَتِي تَعْلَمُ حَاجَتِي فَأَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِهِ عَلَيْهِ وَ عَلَيْهِمُ السَّلامُ لَمَّا قَضَيْتَهَا لِي |
| Tərcümə | İlahi, mənim nemət sahibim, mənim istəyimi yerinə yetirməyə qadir olan Sənsən! Sən mənim istək və hacətimi bilirsən. Səni Muhəmməd və onun Əhlibeytinin (ona və onlara salam olsun) haqqını and verib istəyirəm ki, istək və hacətimi yerinə yetirəsən |
| Transkripsiya | Əllahummə əntə vəliyyu ni`məti, vəl qadiru əla təlibəti tə`ləmu hacəti, fə əs`əlukə bihəqqi Muhəmmədin və alihi ələyhi və ələyhimus səlam, ləmma qəzəytəha li |
Sonra hacətlərini tələb et. İmam Sadiq (ə) rəvayət olunur ki, hər kəs bu namazı qılıb hacətlərini istəsə, Allah Taala onun hacətlərini tezliklə verər.[1]
Mənbələr:
[1] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 106
Şeyx Kəf`əmi — Misbah, səh 398
