Müstəhəb namaz: İmam Zamandan (ə.f) hacət namazı
Şeyx Təbərsi özünün “Nəcmus-saqib” kitabında “Kənzun-nəcah” adlı kitabından nəql etmişdir ki, hər kəs Allah Taaladan bir hacət istəsə, cümə gecəsinin yarısından sonra qüsl verib, həmişə namaz qıldığı yerə getsin və 2 rəkət namaz qılsın. Namazın 1-ci rəkətində “Həmd” surəsini oxuyub, “İyyakə nə`budu və iyyakə nəstəin” ayəsinə çatdıqda, onu 100 dəfə desin və həmin surəni təkmilləşdirsin. Ondan sonra “İxlas” surəsini 1 dəfə oxuyub, rüku və səcdələri yerinə yetirsin, rüku və səcdələrdə (rükuda “Sübhanə Rəbbiyəl əzimi və bihəmdih”, səcdə isə “Subhanə Rəbbiyəl ə`la və bihəmdih”) deyilən zikrləri 7 dəfə desin. Sonra 2-ci rəkəti də, eyni ilə 1-ci rəkət kimi qılsın. Namazı qılıb qurtardıqdan sonra bu duanı oxusa, şübhəsiz, Allah Taala onun — əgər qohumluq əlaqələrini kəsməyibsə — bütün hacətlərini verər. Həmin dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə in ətə`tukə fəl məhmidətu lək, və in əsəytukə fəl huccətu lək, minkər ruhu və minkəl fərəc, subhanə mən ən`əmə və şəkər, subhanə mən qəddərə və ğəfər, Əllahummə in kuntu əsəytukə fəinni qəd ətə`tukə fi əhəbbil əşyai iləyk, və huvəl imanu bik, ləm əttəxiz ləkə vələdən və ləm əd`u ləkə şərika, mənnən minkə bihi ələyyə la mənnən minni bihi ələyk, və qəd əsəytukə ya ilahi əla ğəyri vəchil mukabərəh, və ləl xuruci ən (min) ubudiyyətik, və ləl cuhudi lirububiyyətik, və lakin ətə`tu həvayə və əzəlləniyəş şəytan, fələkəl huccətu ələyyə vəl bəyan, fəin tuəzzibni fəbizunubi ğəyru zalimin li, və in təğfir li və tərhəmni fəinnəkə cəvadun kərim | İlahi, əgər mən Sənə itaət etsəm, həmd olsun Sənə! Əgər itaətsizlik etsəm, höccət (dəlil), rahatlıq və fərəc Sənin tərəfindəndir. Nemət verib təşəkkür edən (Allah) bütün eyiblərdən pak və uzaqdır. Müqəddər edib bağışlayan (Allah) bütün eyiblərdən pak və uzaqdır. İlahi, əgər mən Sənə itaətsizlik etsəm də, Sənin dərgahında ən sevimli olan şeylərdə itaət etdim və o da mənim Sənə imanımdır. Belə ki, Sənin üçün övlad qəbul etmədim, Sənə şərik qoşmadım və bu da mənim tərəfimdən Sənə deyil, Sənin tərəfindən mənə bir nemət və minnətdir! İlahi, Sənə inadkarlıq, bəndəçilikdən çıxmaq və Rəbb olmağını inkar etmək üzündən yox, əksinə nəfsimə uyaraq itaətsizlik etdim və şeytan da məni aldatdı. Sənin mənim üzərimdə dəlil və bəyanın vardır. Əgər məni cəzalandırsan, onun səbəbi günahlarımdır, yoxsa, Sən mənə zülm etməzsən. Əgər məni bağışlayıb rəhm etsən, həqiqətən, Sən böyük və kəramət sahibisən! | اللَّهُمَّ اِنْ اَطْعَتُكَ فَالْمَحْمِدَةُ لَكَ، وَ اِنْ عَصَيْـتُكَ فَالْحُجَّةُ لَكَ، مِنْكَ الرَّوْحُ وَ مِنْكَ الْفَرَجُ، سُبْحَانَ مَنْ اَنْعَمَ وَ شَكَرَ، سُبْحَانَ مَنْ قَدَّرَ وَ غَفَرَ، اللَّهُمَّ اِنْ كُنْتُ عَصَيْـتُكَ فَاِنّي قَدْ اَطَعْتُكَ في اَحَبِ الاَشْيَاءِ اِلَيْكَ وَ هُوَ الاْيمَانُ بِكَ، لَمْ اَتَّخِذْ لَكَ وَلَداً، وَ لَمْ اَدْعُ لَكَ شَريكاً، مَنّاً مِنْكَ بِهِ عَلَيَ، لا مَنّاً مِنّي بِهِ عَلَيْكَ، وَ قَدْ عَصَيْـتُكَ يَا اِلَهي عَلَى غَيْرِ وَجْهِ المُكَابَرَةِ، وَ لاَ الْخُروُجِ عَنْ عُبُودِيَّتِكَ، وَلاَ الْجُحُودِ لِرُبُوبِيَّتِكَ، وَلكِنْ اَطَعْتُ هَوَايَ وَ اَزَلَّنيِ الشَّيْطَانُ، فَلَكَ الْحُجَّةُ عَلَيَّ وَ الْبَيَانُ، فَاِنْ تُعَذِّبْني فَبِذُنُوبي غَيْرُ ظَالِمٍ لي وَ اِنْ تَغْفِرْلي وَ تَرْحَمْنيفَاِنَّكَ جَوَادٌ كَريمٌ |
Sonra nəfəsin qurtarana qədər “Ya kərimu, ya Kərimu” zikrini de. Sonra ardında belə oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya aminən min kulli şəy, və kullu şəy`in minkə xaifun həzir, əs`əlukə biəmnikə min kulli şəy, və xəvfi kulli şəy`in mink, ən tusəlliyə əla Muhəm-mədin və ali Muhəmməd, və ən tu`tiyəni əmanən linəfsi və əhli və vələdi, və sairi ma ən`əmtə bihi ələyyə hətta la əxafə və la əhzərə min şəy`in əbəda, innəkə əla kulli şəy`in qədir, və həsbunəllahu və ni`məl vəkil, ya kafiyə İbrahimə Numrud, və ya kafiyə Musa Fir`əvn, əs`ə-lukə ən tusəlliyə əla Muhəm-mədin və ali Muhəmməd, və ən təkfiyəni şərrə fulan ibni fulan | Ey hər bir şeyə əmin-amanlıq verən və hər bir şeyin Səndən qorxub çəkindiyi! Səndən hər bir şeyə verdiyin əmin-amanlıq və hər bir şeyin Səndən qorxusu ilə istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən, heç kimdən və heç bir şeydən qorxmamaq üçün özümə, ailəmə, övladlarıma və mənə verdiyin digər nemətlərə əmin-amanlıq əta edəsən. Doğrudan da, Sən hər bir şeyə qadirsən. Allah bizə bəs edər. O, nə gözəl vəkildir! Ey İbrahimi Nəmruddan və Musanı Firondan qoruyan! Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən və məni filankəs oğlu filankəsin şərindən qoruyasan! | يَا آمِناً مِنْ كُلِّ شَيْيءٍ، وَ كُلُّ شَيْيءٍ مِنْكَ خآئِفٌ حَذِرٌ، اَسْئَلُكَ بِاَمْنِكَ مِنْ كُلِّ شَيْيءٍ، وَ خَوْفِ كُلِّ شَيْيءٍ مِنْكَ، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تُعْطِيَني اَمَاناً لِنَفْسي وَ اَهْلي وَ وَلَدي، وَ سَائِرِ مَا اَنْعَمْتَ بِهِ عَلَيَّ حَتَّى لاَاخَافَ وَ لا اَحْذَرَ مِنْ شَيْيءٍ اَبَداً، اِنَّكَ عَلَى كُلِّ شَيْيءٍ قَديرٌ، وَ حَسْبُنَا اللهُ وَ نِعْمَ الْوَكيلُ، يَا كَافِيَ اِبْرَاهيمَ نُمْرُودَ، وَ يَا كَافِيَ مُوسَى فِرْعَوْنَ، اَسْئَلُكَ اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَكْفِيَني شَرَّ فلان بن فلان |
*Fulan ibni fulan sözlərinin yerinə zərər və ziyanından qorxan şəxsin özünün və atasının adını deyib, mütəal Allahdan onun ziyan və şərrinin dəf edilməsini diləsin. Həqiqətən, Allah Taala onun şərrini aradan qaldırar, inşaallah! Sonra səcdəyə gedib, ağladığı halda öz hacətini istəsin. Şübhəsiz ki, hər bir mömin kişi və qadın bu namazı və duanı ixlasla oxusa, elə həmin gecə onun hacət və dualarının qəbul olunması üçün asimanın qapıları açılar. Bu, haqq Allahın biz insanlara olan lütf və mərhəmətinə görədir.
Şeyx Abbas Qumi deyir bu namazı, Şeyx Təbərsinin pak nəslindən olan Rəziyəddin Həsən ibn Fəzl də “Məkarimul-əxlaq” kitabında nəql etmiş, duanın əvvəlində “Əllahummə in kuntə əsəytukə” cümləsinin əvəzində “Əllahummə in kuntə qəd əsəytukə” cümləsini qeyd etmişdir. “Hətta la əxafə” cümləsinə də “əhədən” sözünü əlavə etmişdir.
Mənbə:
Şeyx Abbas Qumi — Məfatihul-cinan kitabı
