Müstəhəb namaz: Cəmkəran məscidinin müstəhəb namazı

Print Friendly, PDF & Email

İmam Zaman (ə.f) namazını müqəddəs Qum şəhərinin bir fərsəxliyində yerləşən Cəmkaran məscidində qılırlar. Mərhum Şeyx Hacı Mirzə Hüseyn Nuri “Nəcmus-saqib” adlı kitabının 7-ci fəslinin 1-ci hekayəsində bu müqəddəs məscidin tarixçəsini və İmam Zamanın (ə.f) gösətərişi ilə tikildiyini nəql edibdir. Bu hekayətdə deyilir ki, İmam Zaman (ə.f) Həsən Müslə Cəmkəraniyə buyurur: “Camaata çatdır ki, bu məkana rəğbət və ehtiram göstərsinlər. Bu məkanda 4 rəkət namaz qılsınlar. Onlardan 2 rəkəti məscidin təhiyyət namazıdır və bu namazın hər rəkətində 1 dəfə “Həmd” surəsini və 7 dəfə İxlas” surəsini oxusunlar. Rükunun və səcdənin zikrlərini də 7 dəfə desinlər. 2 rəkət də bu qaydada İmam Sahibəzzəman (ə.f) namazı qılsınlar: “Həmd” surəsini oxuyub, “İyyakə nə`budu və iyyakə nəstəin” ayəsinə yetişdikdə, bu ayəni 100 dəfə təkrar etsinlər. Sonra “Həmd” surəsini tamamlasınlar. 2-ci rəkəti də bu qayda ilə qılsınlar. Rüku və səcdələrin zikrlərini 7 dəfə desinlər. Namazı qılıb, qurtardıqdan sonra “Təhlil” (La ilahə illəllah) deyib, Xanım Fatimə Zəhranın (s) təsbih zikrini desinlər. Zikrlərdən sonra səcdəyə gedib, Muhəmməd və Ali Muhəmmədə (s) 100 salavat çevirsinlər.” Bu cümləni İmam Zaman (ə.f) buyurubdur: “Fəmən səllahuma fəkəənnəma səlla fil bəytil ətiq.” Hər kəs bu 2 rəkət namazı qılsa, sanki Kəbə evində namaz qılmışdır.[1]

Mənbə:
[1] Hacı Mirzə Hüseyn Nuri — Nəcmus-saqib, səh 383-388

Читайте также: