Müstəhəb namaz: Vəhşət namazı və ya ləylətul-dəfn namazı

Print Friendly, PDF & Email

Bu namaz 2 rəkətdir. 1-ci rəkətdə “Həmd”dən sonra “Ayətəl-kürsi” və 2-ci rəkətdə “Həmd”dən sonra 10 dəfə “Qədr” surəsi oxunur.[1] Namazın salamını dedikdən sonra bu sözləri demək lazımdır:

Ərəbcəاللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَابْعَثْ ثَوَابَهَا اِلَى قَبْرِ فُلان
Tərcüməİlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və onun savabını filankəsin qəbrinə göndər!
TranskripsiyaƏllahummə səlli əla Mu-həmmədin və ali Muhəmməd, vəb`əs səvabəha ila qəbri fulan
*“Fulan” sözünün yerinə ölən şəxsin adını demək lazımdır.
Bu namaz o qorxulu gecədə insanın öz doğması üçün göndərə biləcəyi ən gözəl hədiyyədir. Bu namazı təkcə doğmalar və qohum-əqraba üçün deyil, bütün möminlər üçün qıla bilərsən. Bu namazı bir neçə nəfər qılarsa, daha yaxşıdır.

Mənbə:
[1] Şeyx Kəf`əmi — Misbah, səh 411,
Şeyx Kəf`əmi — Bələdul-əmin, səh 164,
Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 219, hədis 5

Читайте также: