TAM Baş ağrısı üçün başqa bir dua
1) Baş ağrıyanda Su olan qaba Ənbiya surəsi, 30-cu ayəni oxuduqdan sonra, onu için!:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əvələm yərəlləzinə kəfəru ənnəs səmavati vəl ərzə kanəta rətqən fəfətəqnahuma, və cəəlna minəl mai kullə şəy`in həyy, əfəla yu`minun. | Məgər kafirlər (qəlb gözü) ilə görmədilər ki, göylər və yer (göydəki planetlər və yer kürəsi) bir-birinə bitişik idilər və Biz onları parçalayaraq bir-birindən ayırdıq (və sonsuz planetlər yaratdıq)? (Yaxud göydəki planetlərin hər biri və yer bağlı və donmuş vəziyyətdə idilər və onları çaylar, mədənlər, ağaclar və bitkilər vasitəsi ilə yardıq və istifadəyə yararlı etdik.) Biz hər bir canlı varlığı sudan yaratdıq. Yenə də iman gətirmirlər?! | اَوَلَمْ يَرَ الَّذينَ كَفَرُوا اَنَّ السَّمَاوَاتِ وَالاَرْضَ كَانَتَا رَتْقاً فَفَتَقْنَاهُمَا، وَ جَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْيٍ حَيٍ، اَفَلا يُؤْمِنُونَ |
2) Rəvayət olunmuşdur ki, Həzrət Peyğəmbər (s) baş və qulaq ağrısına, yaxud başqa bir dərdə mübtəla olanda, əlini açıb «Həmd», «Fələq» və «Nas» surələrini oxuyurdu və əlini üzünə çəkirdi. Bundan sonra o həzrətin ağrısı aradan gedirdi.
3) Həmçini baş ağrısının yaxşı olması üçün əlini başına çəkib Fatir surəsinin, 41-ci ayəsin oxusun:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| İnnəllahə yumsikus səmavati vəl ərzə ən təzula, və ləin zaləta in əmsəkəhuma min əhədin min bə`dih, innəhu kanə həlimən ğəfura. | Şübhəsiz, Allah göyləri və yeri (varlıq aləminin nizamından) çıxmaması və zavala uğramaması üçün (qoruyub) saxlayır və əgər (onlar) zavala uğrasa və (yolundan) azsa, əsla Ondan (Allahdan) başqa onları heç kəs (qoruyub) saxlaya bilməz. Əlbəttə ki, O, həmişə həlim və bağışlayandır | اِنَّ اللهَ يُمْسِكُ السَّمَاوَاتِ وَالاَرْضَ اَنْ تَزُولا، وَ لَئِنْ زَالَتَا اِنْ اَمْسَكَهُمَا مِنْ اَحَدٍ مِنْ بَعْدِهِ، اِنَّهُ كَانَ حَليماًغَفُوراً |
4) “Rəbiul-əbrar” kitabından nəql olunmuşdur ki, Məmun Tartusda baş ağrısına düçar oldu və onun əlacını tapa bilmədi. Buna görə də Romanın padşahı ona bir məktub yazdı ki, ey Məmun! Baş ağrısına mübtəla olduğunu eşitdim, bu məqsədlə sənə bir papaq göndərirəm ki, onu başına qoysan, başının ağrısı aradan gedər. Məmun papağın zəhərli olduğunu təsəvvür edib qorxduğundan onu başına qoymadı. Əmr etdi ki, əvvəlcə papağı Roma padşahının elçisi geysin. Ona heç bir ziyan yetirməməsini gördükdə, o, baş ağrısına tutulan başqa bir şəxsin geyməsini əmr etdi. Həmin şəxs papağı geyinib, başının ağrısı kəsildi.
Bu zaman, Məmun həmin papağı öz başına qoyduqda, baş ağrısı sakitləşdi. Təəccüb edib onu cırdı və onun içində belə bir duanın olduğunu gördü:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim, kəm min ni`mətin lillahi fi irqin sakinin ha mim əyn sin qaf, la yusəddəunə ənha və la yunzifun, min kəlamir rəhmani xəmədətil niyran, və la həvlə və la quvvətə illa billah, və calə nəf`ud dəvai fikə kəma yəculu maur rəbii fil ğusn. | Bağışlayan və mehriban Allahın adı ilə! “Ha, mim, əyn, sin, qaf” ayəsinin vasitəsilə dərd və qanaxmadan uzaq olan damarda Allahın nə çox neməti vardır! Bağışlayan Allahın kəlamı ilə atəş söndü. Allahdan başqa güc və qüdrət yoxdur. Bahar yağışı ağacın budağına faydalı olduğu kimi, bu dərman da sənə faydalıdır. | بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، كَمْ مِنْ نِعْمَةٍ للهِِ في عِرْقٍ سَاكِنٍ حـم عسق، لا يُصَدَّعُونَ عَنْهَا وَ يُنْزِفُونَ، مِنْ كَلامِ الرَّحْمَانِ خَمَدَتِ النيّرَانُ، وَ لا حَوْلَ وَلا قُوَّةَ اِلاََّ بِاللهِ، وَ جَالَ نَفْعُ الدَّوَاءِ فيكَ، كَمَا يَجُولُ مَاءُ الرَّبيعِ فِي الْغُصْنِ |
