TAM Bəd nəzəri dəf etmək üçün Qurani Kərimdən ayələr və digər göstərişlər

Print Friendly, PDF & Email

1) Bu məqsədlə bu ayə oxunsun (Qələm surəsi, 51-52-ci ayələr):

AyəTranskripsiyaTərcüməƏrəbcə
51Və in yəkadulləzinə kəfəru ləyuzliqunəkə biəbsarihim ləmma səmiuz zikr, və yəqulunə innəhu ləməcnun, Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): “O divanədir!” – deyirlər.وَإِنْ يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَجْنُونٌ
52və ma huvə illa zikrul lil aləmin.Halbuki bu (Quran) aləmlərə (insanlar və cinlərə) ancaq bir öyüd-nəsihətdir!وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ

2) İmam Sadiqdən (ə) rəvayət olunmuşdur ki, əgər bir şəxs özünün başqasına və yaxud başqasının ona bəd nəzər etməsindən qorxsa, 3 dəfə desin:
Ərəbcəمَا شـآءَاللهُ لا قُوَّةَ اِلاََّ بِاللهِ الْعَلِيِ الْعَظيمِ
TərcüməAllahın istədiyi mütləq gerçəkləşir. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur
TranskripsiyaMa şaəllahu la quvvətə illa billahil əliyyil əzim

3) Yenə də nəql olunmuşdur ki, hər kəsin yaxşı bədəni və qiyafəsi olsa, evdən çıxanda, “Fələq”“Nas” surələrini oxusun. Mütəal Allahın iznilə ona heç bir ziyan yetirilməz.
4) Həmçinin bəd nəzər üçün göstəriş verilmişdir ki, əllərini üzünün qarşısında saxlayıb “Həmd”, “İxlas”, “Fələq”“Nas” surələrini oxuduqdan sonra əlini alnına çəksin.

Читайте также: