TAM Göz ağrısı üçün dualar və göstərişlər

Print Friendly, PDF & Email

1) Çoxlu rəvayətlərə əsasən, sübh və şam namazlarından sonra belə deyilsin:

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin və ali Muhəmməd, ələykə ən tusəlliyə əla Muhəmməd,İlahi, Muhəmməd və onun Əhlibeytinin Sənin üzərində olan haqqına and verib Səndən istəyirəm ki, Muhəmməd və onun Əhlibeytinə salam yetirəsən,اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ عَلَيْكَ، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ
və ən təc`ələn nurə fi bəsəri vəl bəsirətə fi dini, vəl yəqinə fi qəlbi vəl ixlasə fi əməli, vəs səlamətə fi nəfsi vəs səətə fi rizqi,gözümə nur, dinimə bəsirət, ürəyimə yəqin, əməlimə ixlas, bədənimə sağlamlıq, ruzimə firavanlıq əta edəsən وَ اَنْ تَجْعَلَ النُّورَ في بَصَري، وَ الْبَصيرَةَ في ديني، وَ الْيَقينَ في قَلْبي، وَ الاِْخْلاصَ في عَمَلي، وَ السَّلامَةَ في نَفْسي، وَ السَّعَةَ في رِزْقي
vəş şukrə ləkə əbədən ma əbqəytənivə məni yaşatdığın müddətə qədər Sənə şükür etməyə müvəffəq edəsən!وَ الشُّكْرَ لَكَ اَبَداً مَا اَبْقَيْتَني

2) Bəzənti Yunis ibn Zibyanın belə dediyini nəql etmişdir: “İmam Sadiqin (ə) hüzuruna getdikdə, o həzrətin göz ağrısına düçar olduğunu gördük. Sonrakı gün də o həzrətin hüzuruna getdik, lakin gözü ağrımırdı.” Dedik: “Sənə fəda olaq! Gözünüzü nə ilə müalicə etdiniz?
Buyurdu: “Dua ilə!”
Sonra biz də həmin duanı yazdıq, o dua belədir:
TranskripsiyaTərcüməƏrəbcə
Əuzu biizzətillahi və əuzu biquvvətillah, Allahın izzətinə pənah aparıram. Allahın gücünə pənah aparıram. اَعُوذُ بِعِزَّةِ اللهِ، وَ اَعُوذُ بِقُوَّةِ اللهِ
və əuzu biqudrətillahi və əuzu binurillah,Allahın qüdrətinə pənah aparıram. Allahın nuruna pənah aparıram. وَ اَعُوذُ بِقُدْرَةِ اللهِ، وَ اَعُوذُ بِنُورِ اللهِ
və əuzu biəzəmətillahi və əuzu bicəlalillah,Allahın əzəmətinə pənah aparıram. Allahın calalına pənah aparıram. وَ اَعُوذُ بِعَظَمَةِ اللهِ، وَ اَعُوذُ بِجَلالِ اللهِ
və əuzu bicəmalillahi və əuzu bibəhaillahi və əuzu bicəm`illahAllahın camalına pənah aparıram. Allahın cilvəsinə pənah aparıram. Allahın “cəmi”nə pənah aparıram.وَ اَعُوذُ بِجَمَالِ اللهِ، وَ اَعُوذُ بِبَهَاءِ اللهِ، وَ اَعُوذُ بِجَمْعِ اللهِ

Dedik: “Bu duada qeyd olunan “bicəm`illah” ifadəsində məqsəd nədir? ”
Buyurdu:
TranskripsiyaTərcüməƏrəbcə
Bikullillahi və əuzu biəfvillah, və əuzu biğufranillah,Allahın bütün vəsfləri. Allahın əfvinə pənah aparıram. Allahın məğfirətinə pənah aparıram.بِكُلِّ اللهِ وَ اَعُوذُ بِعَفْوِ اللهِ، وَ اَعُوذُ بِغُفْرَانِ اللهِ
və əuzu birəsulillahi və əuzu bil əimməhAllahın Rəsuluna pənah aparıram. İmamlara pənah aparıram.وَ اَعُوذُ بِرَسُولِ اللهِ، وَ اَعُوذُ بِالاَئِمَّةِ

Sonra imamların bir-bir adlarını çəkib dedi:
Ərəbcəعَلَى مَا تَشَاءُ مِنْ شَرِّ مَا اَجِدُ، اللَّهُمَّ رَبَّ الْمُطيعينَ
اُعيذُ نُورَ بَصَري بِنُورِ اللهِ الَّذي لا يُطْفَأُ
TərcüməDüçar olduğumun şərindən istədiklərimə (pənah aparıram)! İlahi, ey itaətkarların Rəbbi!
TranskripsiyaƏla ma təşau min şərri ma əcid, Əllahummə rəbbəl mutiin

3) Yenə də göz ağrısı üçün göstəriş verilmişdir ki, “Ayətəl-kursi”ni gözə oxuduqdan sonra, onun sağalmasına yəqin etsin. Əgər “Ayətəl-kursi”ni oxumamışdan öncə əlini gözünə qoyub aşağıda qeyd olunan duanı oxusa, gözün zəifliyinin aradan qaldırılması üçün çox faydalı olar. Dua belədir:
Ərəbcəاُعيذُ نُورَ بَصَري بِنُورِ اللهِ الَّذي لا يُطْفَأُ
TərcüməGözümün nurunu Allahın sönməz nuruna tapşırıram
TranskripsiyaUizu nurə bəsəri binurillahilləzi la yutfə

Читайте также: