TAM Bədəndə olan ağrılar və xəstəliklər haqqında dualar toplusu
1) Seyid ibn Tavus “Muhcud-dəəvat” kitabında Səid ibn Əbul Fəth Qumidən nəql etmişdir ki, o dedi: “Mən ağır bir xəstəliyə düçar oldum. Həkimlər onu əlac etməkdən aciz qaldılar. Atam məni xəstəxanaya aparıb, (məsihi olan) yüksək mütəxəssis həkimləri bir yerə yığdı. Onlar məni müayinə etdikdən sonra dedilər ki, bunu Allahdan başqa heç kim müalicə edə bilməz.
Bu sözdən sonra çox narahat oldum, atamın kitablarından birini götürüb oxumağa başladım. Həmin kitabın arxasında İmam Sadiqin (ə) Peyğəmbəri Əkrəmdən (s) belə buyurduğunu gördüm: “Hər kim hansısa bir xəstəliyə tutulsa, sübh namazından sonra 40 dəfə aşağıda qeyd olunan duanı desə əlini bədəninin ağrılıq hiss etdiyi yerə çəksə, Allah taala ona şəfa verər və tezliklə sağalar”. Buna görə də mən sübh namazını qıldıqdan sonra, bu duanı 40 dəfə oxuyub, əlimi ağrı olan yerə çəkdim. Ondan sonra Allah taala həmin xəstəliyi məndən dəf etdi. Dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim, əlhəmdu lillahi rəbbil aləmin, həsbunəllahu və ni`məl vəkil, | Bağışlayan və mehriban Allahın adı ilə! Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allah bizə bəs edər. O, nə gözəl vəkildir! | بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، اَلْحَمُدللهِِ رَبِّ الْعَالَمينَ، حَسْبُنَا اللهُ وَ نِعْمَ الْوَكيلُ |
| təbarəkəllahu əhsənul xaliqin, və lə həvlə və la quvvətə illa billahil əliyyil əzim. | Məxluqatı gözəl biçimdə yaradan Allah böyükdür! Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. | تَبَارَكَ اللهُ اَحْسَنُ الْخَالِقينَ، وَلا حَوْلَ وَلاقُوَّةَ اِلاََّ بِاللهِ الْعَلِيِ الْعَظيمِ |
Mən oturmuşdum, həmin xəstəliyin qayıdacağından qorxurdum və 3 gün həmin minvalla gözlədikdən sonra, atamı hadisədən xəbərdar etdim. Atam Allaha şükr edib, bunu məni müayinə edən bəzi həmiklərə xəbər verdi. Həmin həkimlər gəlib, mənim sağaldığımı gördükdə, kəlmeyi-şəhadəti dedilər və müsəlman oldular”.[1]
2) Şeyx Kəf`əmi özünün “Misbah” kitabında[2] deyir: “Hər kim bir dərdə, xəstəliyə düçar olsa, əlini səcdə etdiyi yerə – alnına çəkdikdən sonra dərd olan yerə sürtsün və hər vacibi namazdan sonra 7 dəfə desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya mən kəbəsəl ərzə ələl ma, və səddəl həvaə bis səmai vəxtarə linəfsihi əhsənəl əsma, salli əla Muhəmmədin və ali Muhəmməd, | Ey yeri suya batıran, havanı səmaya bağlayan və ən yaxşı adları Özü üçün seçən! Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, | يَا مَنْ كَبَسَ الاَرْضَ عَلَي الْمَاءِ، وَ سَدَّ الْهَوَاءَ بِالسَّمآءِ، وَاخْتَارَ لِنَفْسِهِ اَحْسَنَ الاَسْمَاءِ، صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| vəf`əl *bi kəza və kəza (kəza və kəza yerinə öz istəklərini de), vərzuqni və afini *min kəza və kəza (kəza və kəza yerinə öz xəstəliyini de). | mənim barəmdə filan və filan (kəza və kəza yerinə öz istəklərini de) işləri yerinə yetir, mənə ruzi və sağlamlıq (filan və filan xəstəlikdən - öz xəstəliyini de) əta et! | وَافْعَلْ بي كَذَا وَ كَذَا وَ ارْزُقْني وَ عَافِني مِنْ كَذَا وَ كَذَا |
Qeyd: Bu duada olan 1-ci “Kəza və kəza” yerinə öz istəklərini de, 2-ci “Kəza və kəza” yerinə öz xəstəliyini de.
3) İmam Sadiq (ə) buyurmuşdur: Əlini dərd olan yerə qoyub “Bismillah” desin və sonra əlini həmin yerə çəkib 7 dəfə desin[3]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əuzu biizzətillahi və əuzu biqudrətillahi və əuzu bicəlalillah, və əzuzu biəzəmətillahi və əuzu bicəm`illah, | Allahın izzətinə pənah aparıram. Allahın qüdrətinə pənah aparıram. Allahın böyüklüyünə pənah aparıram. Allahın əzəmətinə pənah aparıram. Allahın bütün vəsflərinə pənah aparıram. | اَعُوذُ بِعِزَّةِ اللهِ، وَ اَعُوذُ بِقُدْرَةِاللهِ، وَ اَعُوذُ بِجَلالِ اللهِ، وَ اَعُوذُ بِعَظَمَةِ اللهِ، وَ اَعُوذُ بِجَمْعِ اللهِ |
| və əuzu birəsulillahi sallallahu əleyhi və alih, | Allahın Rəsuluna (Allahın salamı olsun ona və Əhlibeytinə) pənah aparıram. | وَ اَعُوذُ بِرَسُولِ اللهِ صَلّيَ اللهُ عَلَيْهِ وَ آلِهِ |
| və əuzu biəsmaillahi min şərri ma əhzər, və min şərri ma əxafu əla nəfsi. | Qorxduqlarımın, eləcə də, öz canıma qorxduqlarımın şərindən Allahın adlarına pənah aparıram! | وَ اَعُوذُ بِاَسْمَاءِ اللهِ، مِنْ شَرِّ مَا اَحْذَرُ، وَ مِنْ شَرِّ مَا اَخَافُ عَلَى نَفْسي |
4) İmam Sadiq (ə) buyurmuşdur: “Xəstə olan hər bir mömin xalis niyyətlə bu ayəni (Nəcm surəsi, 82-ci ayə) tilavət edib, əlini ağrılıq hiss etdiyi yerə çəksə, Allahın köməyi ilə şəfa tapar” [4]:
| Ərəbcə | وَ نُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَ رَحْمَةٌ لِلْمُؤْمِنينَ |
| Tərcümə | Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik |
| Transkripsiya | Nunəzzilu minəl Qur`ani ma huvə şifaun və rəhmətun lil mu`min. |
5) Seyid ibn Tavus özünün “Muhcud-dəəvat” kitabında İbn Abbasdan nəql etmişdir ki, o belə demişdir: Mən həzrət Əmirəlmöminin Əlinin (ə) yanında oturmuşdum. Bu zaman bir nəfər rəngi ağarmış halda gəlib dedi: Ya Əmirəlmöminin (ə)! Mən uzun müddətdir ki, xəstələnmişəm və şiddətli ağrılara mübtəla olmuşam. Buna görə də şəfa tapmağım üçün mənə bir dua öyrət. O həzrət buyurdu: Sənə Həsən (ə) və Hüseynin (ə) xəstələndikləri zaman Cəbrailin (ə) Həzrət Peyğəmbərə (s) öyrətdiyi duanı öyrədəcəyəm və həmin dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| İlahi kulləma ən`əmtə ələyyə ni`mətən qəllə ləkə indəha şukri, | İlahi, hər zaman mənə bir nemət verdin, Sənin dərgahında şükrüm az oldu, | اِلَهي كُلَّمَا اَنْعَمْتَ عَلَيَّ نِعْمَةً قَلَّ لَكَ عِنْدَهَا شُكْري |
| və kulləməbtələytəni bibəliyyətin qəllə ləkə indəha səbri, | hər zaman bir müsibətə düçar etdin, Sənin dərgahında səbrim az oldu! | وَ كُلَّمَا ابْتَلَيْتَني بِبَلِيَّةٍ قَلَّ لَكَ عِنْدَهَا صَبْري |
| fəya mən qəllə şukri ində niəmihi fələm yəhrimni, və ya mən qəllə səbri ində bəlaihi fələm yəxzulni, | Elə isə, ey nemətlərinə şükrüm az olduğu halda məni məhrum etməyən və müsibətinə səbrim az olduğu halda məni tək qoymayan! | فيَامَنْ قَلَّ شُكْري عِنْدَ نِعَمِهِ فَلَمْ يَحْرِمْني، وَ يَا مَنْ قَلَّ صَبْري، عِنْدَ بَلائِهِ فَلَمْ يَخْذُلني |
| və ya mən rəani ələl məasi fələm yəfzəhni, və ya mən rəani ələl xətaya fələm yuaqibni ələyha, | Ey mənim günaha qurşandığımı gördüyü halda məni rüsvay etməyən və xəta etdiyimi gördüyü halda məni cəzalandırmayan! | وَ يَا مَنْ رََاني عَلَي الْمَعَاصي فَلَمْ يَفْضَحْني، وَ يَا مَنْ رََاني عَلَي الْخَطَايَا فَلَمْ يُعَاقِبْني عَلَيْهَا |
| salli əla Muhəmmədin və ali Muhəmməd, vəğfirli li zənbi vəşfini min mərəzi, innəkə əla kulli şəy`in qədir. | Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, günahımı bağışla və xəstəliyimə şəfa ver ki, həqiqətən, Sən hər bir şeyə qadirsən. | صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَاغْفِرْ لي ذَنْبي، وَ اشْفِني مِنْ مَرَضي، اِنَّكَ عَلَى كُلِّ شَيْيٍ قَديرٌ |
İbn Abbas deyir: “Bir ildən sonra həmin kişini sağlam olduğu halda gördüm.” O dedi: “Mən hər bir dərdə, xəstəliyə düçar olduqda, həmişə bu duanı oxuyur və şəfa tapıram. Qorxduğum hər bir padşahın yanına getdikdə, Allah Taala onun şərrini məndən uzaq edir.”[5]
6) İmam Sadiqdən (ə) rəvayət olunmuşdur ki, əlini dərd olan yerə qoyub 3 dəfə desin[6]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahu Əllahu Əllahu rəbbi həqqa, la uşriku bihi şəy`a, | Mənim Rəbbim Allah, Allah, Allah haqdır və mən Ona heç bir şeyi şərik qoşmaram. | اَللهُ اَللهُ اَللهُ رَبّي حَقّاً، لا اُشْرِكُ بِهِ شَيْئاً |
| Əllahummə əntə ləha və likulli əziməh, fəfərricha ənni. | İlahi, bu dərdi və bütün böyük bəlaları yalnız Sən aradan qaldıra bilərsən! Odur ki, onu məndən sovuşdur! | اللَّهُمَّ اَنْتَ لَهَا وَ لِكُلِّ عَظيمَةٍ، فَفَرِّجْهَا عَنّي |
7) Bir sa (3 kq) buğda alsın, arxası üstə uzanıb həmin buğdaları sinəsinin üstənə töksün və desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə bismikəlləzi iza səələkə bihil muztərru kəşəfət ma bihi min zurr, və məkkəntə ləhu fil ərz, və cəəltəhu xəlifətəkə əla xəlqikə. | İlahi, Səndən o adının vasitəsilə istəyirəm ki, çarəsiz bir şəxs onunla möhnətinin aradan qaldırılmasını istədikdə, onu aradan qaldırdın, yer üzündə ona qüdrət verdin və insanlar üzərində Özünə xəlifə seçdin! | اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِاسْمِكَ الَّذي اِذَا سَئَلَكَ بِهِ الْمُضْطَرُّ كَشَفْتَ مَابِهِ مِنْ ضُرٍّ، مَكَّنْتَ لَهُ فِي الاَرْضِ، وَ جَعَلْتَهُ خَليفَتَكَ عَلَى خَلْقِكَ |
| ən tusalliyə əla Muhəmmədin və əla Əhli bəytih, və ən tuafiyəni min illəti. | (Səndən istəyirəm ki,) Muhəmməd və onun Əhlibeytinə salam yetirəsən və bu dərdi məndən sovuşdurub, mənə sağlamlıq verəsən! | اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ عَلَى اَهْلِ بَيْتِهِ، وَ اَنْ تُعَافِيَني مِنْ عِلَّتي |
Sonra qalxıb otursun, buğdaları öz ətrafından yığsın və bu duanı oxusun. Daha sonra həmin buğdaları hər biri bir müddən (750 qr) ibarət olan dörd hissəyə bölüb, kasıba versin. Allahın köməyilə həmin xəstəlik ondan götürülər.
8) Rəvayət olunmuşdur ki, hər kəsin övladı xəstələnsə, həmin övladın anası damın üstünə çıxıb, məqnəsini başından açsın, səmanın altında başıaçıq dursun və səcdəyə gedib desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə rəbbi əntə ə`təytənih, və əntə vəhəbtəhu li, | İlahi, ey Rəbbim, onu Sən mənə verdin və Sən mənə bəxşiş etdin! | اللَّهُمَّ رَبِّ اَنْتَ اَعْطَيْتَنيهِ، وَ اَنْتَ وَ هَبْتَهُ لي |
| Əllahummə fəc`əl hibətəkəl yəvmə cədidəh, innəkə qadirun muqtədir. | İlahi, bəxşişini yenidən əta et ki, həqiqətən, Sən güclü və qüdrətlisən! | اللَّهُمَّ فَاجْعَلْ هِبَتَكَ الْيَوْمَ جَديدَةً، اِنَّكَ قَادِرٌ مُقتَدِرٌ |
9) Şeyx Şəhid nəql etmişdir ki, hər kim şiddətli bir dərd və ağrıya tutulsa, su ilə dolu qaba 40 dəfə “Həmd” surəsini oxuyub, həmin suyu öz üstünə töksün. Sonra xəstə olan həmin şəxs buğda olan zənbili yanına qoysun və öz əli ilə onu kasıba verib, sağalması üçün onun dua etməsini xahiş etsin. İnşaallah şəfa tapar. Mötəbər rəvayətlərdə deyilmişdir ki, sədəqə verməklə öz xəstələrinizi sağaldın.
10) Həmçinin Şeyx Şəhid nəql etmişdir ki, xəstəliyi aradan qaldırmaq üçün, bir kəs öz əlini xəstə olan şəxsin sağ qoluna qoyub, “Həmd” surəsini 7 dəfə oxuduqdan sonra, bu duanı desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə əzil ənhul ilələ vəd da, və əidhu iləs sihhəti vəş şifa, və əmiddəhu bihusnil viqayəti və ruddəhu ila husnil afiyəh, vəc`əl ma naləhu fi mərəzihi haza maddətən lihəyatihi və kəffarətən lisəyyiatih, Əllahummə və salli əla Muhəmmədin və ali Muhəmməd. | İlahi, xəstəlik və dərdləri ondan uzaqlaşdır, onu səhhət və sağlamlığa qaytar, ona yardım etməklə yaxşı qoru, onu gözəl afiyətə qaytar, onun düçar olduğu bu xəstəliyi həyatı üçün ibrət və günahlarının kəffarəsi qərar ver! İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir! | اللَّهُمَّ اَزِلْ عَنْهُ الْعِلَلَ وَالدَّاءَ، وَ اَعِدْهُ اِلَي الصِّحَّةِ وَالشِّفَاءِ، وَ اَمِدَّهُ بِحُسْنِ الْوِقَايَةِ، وَ رُدَّهُ اِلَى حُسْنِ الْعَافِيَةِ، وَاجْعَلْ مَا نَالَهُ في مَرَضِهِ هَذا مَادَّةً لِحَيوتِهِ وَ كَفَّارَةً لِسَيّئِاتِهِ، اللَّهُمَّ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
11) İmam Baqirdən (ə) belə nəql olunmuşdur: Xəstəliyə düçar olan hər bir şəxs “Həmd” və “İxlas” surələrini oxumaqla şəfa tapmasa, heç bir şey onu sağaltmaz və bu 2 surə hər bir dərdin dərmanıdır.
12) İmam Rzadan (ə) nəql olunmuşdur: “Hər bir xəstəliyin sağalması üçün bu duanı oxuyun”:
| Ərəbcə | يَا مُنْزِلَ الشِّفَاءِ، وَ مُذْهِبَ الدَّاءِ، صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ اَنْزِلْ عَلَى وَجَعي الشِّفَاءَ |
| Tərcümə | Ey şəfa nazil edən və dərdi aparan! Muhəmməd və onun Əhlibeytinə salam yetir və dərdimə şəfa nazil et! |
| Transkripsiya | Ya munziləş şifa və muzhibəd da, salli əla Muhəmmədin və alih, və ənzil əla vəcəiş şifa. |
13) Belə nəql olunmuşdur ki, Nəccaşi öz ata-babalarından 400 illik bir papaq irs aparmışdı. Onu, hər bir dərdin, ağrının üstünə qoyduqda, dərhal yaxşı olurdu. Bu papağın sirrindən agah olmaq üçün onu cırıb, onun içində bu duanın qoyulduğunu gördülər:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahil məlikil həqqil mubin, şəhidəllahu ənnəhu lə ilahə illa huvəl məlaikətu və ulul ilm, qaimən bil qisti lə ilahə illa huvəl əzizul həkim, innəd dinə indəllahil islam, lillahi nurun və hikmətun və həvlun və quvvətun və qudrətun və sultanun və burhan, lə ilahə illallahu Adəmu səfiyyullah, lə ilahə illallahu İbrahimu xəlilullah, lə ilahə illallahu Musa kəlimullah, lə ilahə illəllahu Muhəmmədunil ərəbiyyu rəsulullah, və həbibuhu və xiyərətuhu min xəlqih, uskun ya cəmiəl əvcai vəl əsqami vəl əmraz, və cəmiəl iləli və cəmiəl humməyat, səkkəntukə billəzi səkənə ləhu ma fil ləyli vən nəhar, və huvəs səmiul əlim, və salləllahu əla xəyri xəlqihi Muhəmmədin və alihi əcməin. | Malik və aşkar haqq olan Allahın adı ilə! Allah (əzəldən Öz elmi ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti ilə və daha sonra peyğəmbərlərin, ağılın və səmavi kitabların dili ilə) ədalətə əsaslanaraq (və işlərini ədalət üzərində möhkəmləndirərək) Ondan başqa bir tanrının olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri (də şəhadət verdilər). (Bəli,) Ondan başqa heç bir tanrı yoxdur. Yenilməz qüdrət və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir. Şübhəsiz, Allah yanında (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din həmin İslamdır. Allah nur, hikmət, güc, qüvvət, qüdrət, səltənət və dəlil sahibidir. Allahdan başqa heç bir tanrı yoxdur. Adəm Allahın seçdiyidir. Allahdan başqa heç bir tanrı yoxdur. İbrahim Allahın dostudur. Allahdan başqa heç bir tanrı yoxdur. Musa Allahın həmsöhbətidir. Allahdan başqa heç bir tanrı yoxdur. Ərəb olan Muhəmməd Allahın rəsulu, həbibi və Öz məxluqatı arasından bəyənib-seçdiyi bəndəsidir. Ey bütün dərdlər, ağrılar, xəstəliklər, səbəblər və qızdırmalar sakitləşin! Sizi gecə-gündüz baş verənləri sakitləşdirən Allahın adı ilə sakitləşdirdim. O, eşidən və biləndir. Allahın salamı olsun məxluqatın ən yaxşısı Muhəmməd və onun Əhlibeytinə – onların hamısına! | بِسْمِ اللهِ الْمَلِكِ الْحَقِّ الْمُبينِ، شَهِدَاللهُ اَنَّهُ لا اِلَهَ اِلاََّ هُوَ الْمَلائِكَةُ وَ اوُلُوا الْعِلْمِ، قَائِماً بِالْقِسْطِ، لا اِلَهَ اِلاََّ هُوَ الْعَزيزُ الْحَكيمُ، اِنَّ الدّينَ عِنْدَاللهِ الاْءِسْـلامُ، للهِِ نُورٌ وَحِكْمَةٌ، وَ حَوْلٌ وَ قُوَّةٌ وَ قُدْرَةٌ، وَ سُلْطَانٌ وَ بُرْهَانٌ، لا اِلَهَ اِلاَّ اللهُ، آدَمُ صَفِيُّ اللهِ، لا اِلَهَ اِلاَّ اللهُ، اِبْرهيمُ خَليلُ اللهِ، لا اِلَهَ اِلاَّ اللهُ، مُوسَى كَليمُ اللهِ، لا اِلَهَ اِلاَّ اللهُ، مُحَمَّدٌ الْعَرَبِيُّ رَسُولُ اللهِ، وَ حَبيبُهُ وَ خِيَرَتُهُ مِنْ خَلْقِهِ، اُسْكُنْ يَا جَميعَ الاَوْجَاعِ وَ الاَسْقَامِ وَ الاَمْرَاضِ، وَ جَميعَ الْعِلَلِ وَ جميعَ الْحُمَّيَاتِ، سَكَّنْتُكَ بِالَّذي سَكَنَ لَهُ مَا فِي اللَّيْلِ وَالنَّهَارِ، وَ هُوَ السَّميعُ الْعَليمُ، وَ صَلَّي اللهُ عَلَى خَيْرِ خَلْقِهِ مُحَمَّدٍ وَ آلِهِ اَجْمَعينَ |
14) Rəziyəddin Həsən ibn Fəzl Təbərsi “Məkarimul-əxlaq” kitabında Məlik Nəccaşi baş ağrısına düçar olmasın qeyd etmişdi. Buna görə də bir məktub yazıb öz xəstələyini həzrət Peyğəmbərə (s) xəbər verdi. O həzrət də onun üçün bu duanı yazıb göndərdi. O, həmin duanı papağının içinə qoyduqda, ağrısı kəsildi. Həmin dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahil məlikil həqqil mubin, şəhidəllahu ənnəhu lə ilahə illa huvəl məlaikətu və ulul ilm, qaimən bil qisti lə ilahə illa huvəl əzizul həkim. Lillahi nurun və hikmətun və izzun və quvvəh, və burhanun və qudrətun və sultanun və rəhməh, ya mən lə yənamu lə ilahə illəllah, İbrahimu xəlilullahi lə ilahə illəllah, Musa kəlimullahi lə ilahə illəllah, İsa ruhullahi və kəlimətuhu lə ilahə illəllah, Muhəmmədun rəsulullahi və səfiyyuhu və sifvətuhu salləllahu ələyhi və alihi və səlləm, uskun səkkəntukə bimən yəskunu ləhu ma fis səmavati vəl ərz, və bimən səkənə ləhu ma fil ləyli vən nəhar, və huvəs səmiul əlim, fəsəxxərna ləhur rihə təcri biəmrihi rəxaən həysu əsab, vəş şəytanə kullə bənnain və ğəvvas, əla iləllahi təsirul umur. | Malik və aşkar haqq olan Allahın adı ilə! Allah (əzəldən Öz elmi ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti ilə və daha sonra peyğəmbərlərin, ağılın və səmavi kitabların dili ilə) ədalətə əsaslanaraq (və işlərini ədalət üzərində möhkəmləndirərək) Ondan başqa bir tanrının olmamasına şəhadət verdi. Allah nur, hikmət, izzət, qüvvət, dəlil, qüdrət, səltənət və rəhmət sahibidir. Ey yatmayan Allah! Allahdan başqa heç bir tanrı yoxdur. İbrahim Allahın dostudur. Allahdan başqa heç bir tanrı yoxdur. Musa Allahın həmsöhbətidir. Allahdan başqa heç bir tanrı yoxdur. İsa Allahın ruhu və kəlməsidir. Allahdan başqa heç bir tanrı yoxdur. Muhəmməd Allahın rəsulu, bəyəndiyi və seçdiyi bəndəsidir. Allahın salamı olsun ona və onun Əhlibeytinə! Sakitləşin! Sizi göylər və yerdə olanları, gecə-gündüz baş verənləri sakitləşdirən Allahın adı ilə sakitləşdirdim. O, eşidən və biləndir. Beləliklə, Biz küləyi ona ram etdik. Külək onun əmri ilə mülayimliklə onun istədiyi yerə gedirdi. Həmçinin hər bənna və qəvvasdan olan (cin) şeytanları(nı bina tikmək və dənizdən ləl-cavahirat çıxarmaq üçün ona ram etdik). Həqiqətən, işlər Allaha doğru qayıdacaq! | بِسْمِ اللهِ الْمَلِكِ الْحَقِّ الْمُبينِ، شَهِدَاللهُ اَنَّهُ لا اِلَهَ اِلاََّ هُوَ الْمَلائِكَةُ وَ اوُلُوا الْعِلْمِ، قَائِماً بِالْقِسْطِ، لا اِلَهَ اِلاََّ هُوَ الْعَزيزُ الْحَكيمُ،للهِِ نُورٌ وَ حِكْمَةٌ وَ عِزٌّ وَ قُوَّةٌ، وَ بُرْهَانٌ وَ قُدْرَةٌ، وَ سُلْطَانٌ وَ رَحْمَةٌ، يَا مَنْ لا يَنَامُ، لا اِلَهَ اِلاََّ اللهُ، اَبْرهيمُ خَليلُ اللهِ، لا اِلَهَ اِلاَّ اللهُ، مُوسَى كَليمُ اللهِ، لا اِلَهَ اِلاَّ اللهُ، عيسَى رُوحُ اللهِ، وَ كَلِمَتُهُ، لا اِلَهَ اِلاَّ اللهُ، مُحَمَّدٌ رَسُولُ اللهِ، وَ صَفِيُّهُ، وَ صِفْوَتُهُ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ، اُسْكُنْ سَكَّنْتُكَ بِمَنْ يَسْكُنُ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالاَرْضِ، وَ بِمَنْ سَكَنَ لَهُ مَا فِي الَّيْلِ وَالنَّهَارِ، وَ هُوَ السَّميعُ الْعَليمُ فَسَخَّرْنَا لَهُ الرّيحَ تَجْري بِاَمْرِهِ رَخَاءً حَيْثُ اَصَابَ، وَ الشَّيَاطينَ كُلَّ بَنَّاءٍ وَ غَوَّاصٍ اَلا اِلَي اللهِ تَصيرُ ألاُمُورُ |
15) Mərhum Seyid ibn Tavus “Muhəcud-də`əvat” kitabında yazır ki, Salman dedi: “Xanım Fatimə (s.ə) Rəsulullahın (s) hər səhər və axşam oxuduğu bu duanı mənə təlim edib buyurdu: “Bu duanı davamlı oxumaq qızdırmanın şəfası və ona tutulmamaq üçün təsirlidir.”” Dua[7] budur:
| Transkripsiya | Tərcümə | Ərəbə |
|---|---|---|
| Bismillahir Rəhmanir Rəhim. Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd. Bismillahinnur. Bismillahi nurin nur. Bismillahi nurun əla nur. Bismillahilləzi huvə muüdəbbirul umur. Bismillahilləzi xələqən nurə minənnur. Əlhəmdu lillahilləzi xələqən nurə minən nur. Və ənzələn nurə ələt tur. Fi kitabin məstur. Fi riqqin mənşur. Biqədərin məqdur. Əla nəbiyyin məhbur. Əlhəmdu lillahilləzi hüvə bil izzi məzkur. Və bil fəcri məşhur. Və ələssərrai vəzzərrai məşkur. Və salləllahu əla seyyidina Muhəmmədin və alihit tahirin. | Rəhman və Rəhim Allahın adı ilə. Nur olan Allahın adı ilə, nurun nuru olan Allahın adı ilə, hər nurun fövqündəki nur olan Allahın adı ilə. İşləri idarə edən Allahın adı ilə. Nuru nurdan yaradan Allahın adı ilə. Həmd-səna o Allaha məxsusdur ki, nuru nurdan yaratdı, nuru Tur dağına nazil etdi: yazılmış kitabda, açılmış səhifədə, müəyyən miqdarda və bilici peyğəmbərinə. Həmd-səna o Allaha məxsusdur ki, izzətlə yad olunur, fəxri məşhurdur, rahatlıqda və çətinlikdə şükrə layiqdir. Allahın salamı olsun ağamız Muhəmmədə və onun pak xanidanına. | بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِیمِ. بِسْمِ اللهِ النُّورِ، بِسْمِ اللهِ نُورِ النُّورِ، بِسْمِ اللهِ نُورٌ عَلَىٰ نُورٍ. بِسْمِ اللهِ الَّذِى هُوَ مُدَبِّرُ الْاُمُورِ. بِسْمِ اللهِ الَّذِى خَلَقَ النُّورَ مِنَ النُّورِ. اَلْحَمْدُ لِلَّهِ الَّذِى خَلَقَ النُّورَ مِنَ النُّورِ، وَ اَنْزَلَ النُّورَ عَلَى الطُّورِ، فِى کِتَابٍ مَسْطُورٍ، فِى رَقٍّ مَنْشُورٍ، بِقَدَرٍ مَقْدُورٍ، عَلَىٰ نَبِىٍّ مَحْبُورٍ. اَلْحَمْدُ لِلَّهِ الَّذِى هُوَ بِالْعِزِّ مَذْکُورٌ، وَ بِالْفَخْرِ مَشْهُورٌ، وَ عَلَى السَّرَّآءِ وَ الضَّرَّآءِ مَشْکُورٌ. وَ صَلَّى اللهُ عَلَىٰ سَیِّدِنَا مُحَمَّدٍ وَ اٰلِهِ الطَّاهِرِینَ |
16) Şeyx Kəf`əmi nəql edir ki, xəstəlikdən şəfa tapmaq üçün gecə namazının 1-ci rəkətinin 2-ci səcdəsində bu duanı[8] oxu:
Afiyət (sağlamlıq) duası_1
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya əliyyu ya əzimu ya rəhmanu ya rəhim, ya səmiəd dəəvat, ya mu`tiyəl xəyrat, | Ey uca, ey böyük, ey bağışlayan, ey mehriban, ey duaları eşidən, ey yaxşılıqlar əta edən! | يَا عَلِيُّ يَا عَظيمُ، يَا رَحْمَانُ يَا رَحيمُ يَا سَميعَ الدَّعَوَاتِ، يَا مُعْطِيَ الْخَيْرَاتِ |
| salli əla Muhəmmədin və alih, | Muhəmməd və onun Əhlibeytinə salam yetir, | صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ |
| və ə`tini min xəyrid dunya vəl axirəti ma əntə əhluh, | mənə Sənə layiq olduğu tərzdə dünya və axirət xeyrini əta et, | وَاَعْطِني مِنْ خَيْرِ الدُّنْيَا وَالْآخِرَةِ مَا اَنْتَ اَهْلُهُ |
| vəsrif ənni min şərrid dunya vəl axirəti ma əntə əhluh, və əzhib ənni hazəl vəcə` (bura çatdıqda, həmin dərdin və xəstəliyin adını çəksin və desin) | dünya və axirət şərini məndən uzaqlaşdır və bu dərdimi aradan qaldır! (bura çatdıqda, həmin dərdin və xəstəliyin adını çəksin və desin), | وَاصْرِفْ عَنّي مِنْ شَرِّ الدُّنْيَا وَالْآخِرَة مَا اَنْتَ اَهْلُهُ، وَ اَذْهِبْ عَنّي هَذا الْوَجَعَ |
| Fə innəhu qəd ğazəni və əhzənəni. | çünki o məni incidir və narahat edir. | فَاِنَّه قَدْ غَاظَني وَ اَحْزَنَني |
17) Şeyx Kəf`əmi nəql edir ki, İmam Sadiq (ə) buyurub: “Xəstələndiyin vaxt açıq səma altında əllərini göyə qaldır və de[9]:
Afiyət (sağlamlıq) duası_2
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə innəkə əyyərtə əqvamən fi kitabik, fəqultə qulid`ulləzinə zəəmtum min dunihi fəla yəmlikunə kəşəfəz zurri ənkum və la təhvila, fəya mən la yəmliku kəşfə zurri və la təhviləhu ənni əhədun ğəyruh, | İlahi, Sən Öz kitabında insanları danlayıb buyurmusan: De: “(Allahdan) başqa tanrı güman etdiklərinizi (köməyə) çağırın. Onlar sizdən nə bir möhnəti uzaqlaşdırmağa, nə də onu dəyişməyə (sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) qadir deyillər!” Elə isə, ey Səndən başqa möhnəti məndən uzaqlaşdırıb, dəyişdirməyi bacarmayan! | اللَّهُمَّ اِنَّكَ عَيَّرْتَ اَقْوَاماً في كِتَابِكَ، فَقُلْتَ قُلِ ادْعُوا الَّذينَ زَعَمْتُمْ مِنْ دُونِهِ فَلا يَمْلِكُونَ كَشْفَ الضُّرِّ عَنْكُمْ وَ تَحْويلاً، فَيَا مَنْ لا يَمْلِكُ كَشْفَ ضُرّي وَ لا تَحْويلَهُ عَنّي اَحَدٌ غَيْرُهُ |
| salli əla Muhəmmədin və alih, vəkşif zurri və həvvilhu ila mən yəd`u məəkə ilahən axər, fəinni əşhədu ən lə ilahə ğəyruk. | Muhəmməd və onun Əhlibeytinə salam yetir, möhnətimi aradan qaldır və Səninlə birgə başqa tanrını köməyinə çağıran şəxsə tərəf yönəlt! Çünki mən şəhadət verirəm ki, Səndən başqa heç bir tanrı yoxdur. | صَلِّ عَليَ مُحَمَّدٍ وَ آلِهِ، وَاكْشِفْ ضُرّي وَحَوِّلْهُ اِلَى مَنْ يَدْعُو مَعَكَ اِلَهاً آخَرَ، فَاِنّي اَشْهَدُ اَنْ لا اِلَهَ غَيْرُكَ |
18) İmam Baqir (ə) buyurub: “Əmirəlmöminin Əli (ə) xəstələnmişdi. Rəsulullah (s) ona baş çəkdi və buyurdu: “(Xəstəliyinin şəfası üçün) bu duanı oxu[10]:””
| Ərəbcə | اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ تَعْجِیلَ عَافِیَتِکَ، وَ صَبْرًا عَلَىٰ بَلِیَّتِکَ، وَ خُرُوجًا اِلَىٰ رَحْمَتِکَ |
| Tərcümə | Ey Allahım, Səndən salamatlığının tezləşməsini, sınağına səbir etməyi və rəhmətinə tərəf getməyi istəyirəm. |
| Transkripsiya | TƏRCÜMƏ KULLİYATİNDİR |
19) İmam Sadiq (ə) buyurub: “Əlini ağrıyan yerinə qoy və 3 dəfə de[11]”:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Tərcümə KULLİYATİNDİR | Ey Allahım, Ruhul-əminin nazil etdiyi və Sənin yanında uca və hikmətli “Ana kitab”da olan əzəmətli Quranın haqqına xatir Səndən istəyirəm ki, Öz şəfanla mənə şəfa verəsən, dava-dərmanınla məni sağaldasan və bəlandan mənə salamatlıq verəsən. | اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِحَقِّ الْقُرْاٰنِ الْعَظِیمِ الَّذِى نَزَلَ بِهِ الرُّوحُ الْاَمِینُ، وَ هُوَ عِنْدَکَ فِى اُمِّ الْکِتَابِ عَلِىٌّ حَکِیمٌ، اَنْ تَشْفِیَنِى بِشِفَائِکَ، وَ تُدَاوِیَنِى بِدَوَائِکَ، وَ تُعَافِیَنِى مِنْ بَلَآئِکَ |
Axırda Muhəmməd və Ali Muhəmmədə salavat göndər.
20) Əbu Həmzə nəql edir: “Mənim dizim ağrımağa başlamışdı. İmam Baqirin (ə) yanına gedib xəstəliyimi ona dedim. İmam Baqir (ə) mənə buyurdu: “Namazdan sonra de:””
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Tərcümə KUlliyatindir | Ey əta edənlərin ən səxavətlisi, ey dilək dilənilənlərin ən yaxşısı, ey rəhm edənlərin ən rəhimlisi, | یَا اَجْوَدَ مَنْ اَعْطَىٰ، وَ یَا خَیْرَ مَنْ سُئِلَ، وَ یَا اَرْحَمَ مَنِ اسْتُرْحِمَ |
| zəifliyimə və çaərsizliyimə rəhm et, xəstəliyimi sağalt. | اِرْحَمْ ضَعْفِى وَ قِلَّةَ حِیلَتِى، وَ عَافِنِى مِنْ وَجَعِى |
21) “Biharul-ənvar”da yazılıb ki, Seyid ibn Tavus bu duanı xəstəliklərin şəfası üçün qeyd etmiş və onun sınanıldığını vurğulamışdır. O qeyd etmişdir ki, bu duanı yazın (və üstünüzdə saxlayın):
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Tərcüməsi KULLİYATİNİR | Ey adı dərman və zikri şəfa olan, ey şəfanı istədiyi şeydə qərar verən, Muhəmmədə və Ali Muhəmmədə salam göndər, | یَا مَنِ اسْمُهُ دَوَآءٌ وَ ذِکْرُهُ شِفَآءٌ، یَا مَنْ یَجْعَلُ الشِّفَاءَ فِیمَا یَشَاءُ مِنَ الْاَشْیَاءِ، صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مَحُمَّدٍ |
| mənim bu xəstəlikdən şəfamı bu adında qərar ver. | وَ اجْعَلْ شِفَائِى مِنْ هٰذَا الدَّاءِ فِى اسْمِکَ هٰذَا |
Mənbələr:
[1] Seyid ibn Tavus — Muhəcud-də`əvat, səh 77,
Əllamə Məclisi — Biharul-ənvar, c 92, səh 64, hədis 40
[2] Şeyx Kəf`əmi — Misbah, səh 148
[3] Şeyx Kəf`əmi — Misbah, səh 151
[4] Əllamə Məclisi — Biharul-ənvar, c 92, səh 54, hədis 18,
Abdullah və Hüseyn ibn Bastan — Tibbul-əimmə, səh 28
[5] Seyid ibn Tavus — Muhəcud-də`əvat, səh 8,
Əllamə Məclisi — Biharul-ənvar, c 92, səh 63, hədis 39
[6] Şeyx Kəf`əmi — Misbah, səh 151
[7] Seyid ibn Tavus — Muhəcud-də`əvat, səh 7
[8] Şeyx Kəf`əmi — Misbah, səh 148,
Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 259, hədis 30 (cüzi fərqlə)
[9] Şeyx Kəf`əmi — Misbah, səh 150,
İbn Fəhd Hilli — Uddətud-da`i, səh 272 (cüzi fərqlə)
[10] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 567, hədis 16
[11] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 568, hədis 18
[12] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 568, hədis 19
[13] Əllamə Məclisi — Biharul-ənvar, c 92, səh 67, hədis 48
