
27 rəcəb — Məbəs günüdür və olduqca şərafətli bir gündür.
Ağa Rəsulullahın (s) peyğəmbərliyə yetişən günüdür. Həzrət Rəsulallah (s) peyğəmbərliyə seçildiyi dövrdə ərəb yarımadasında cəhalət və azğınlıq hökm sürürdü: tövhid izləri aradan getmiş və insanlıq işığı sönmüş, insanların inancları xurafata və təhrifə uğrayaraq əvvəlki peyğəmbərlərin ülvi hədəfləri unudulmuşdu, bütpərəstlik, cinayət və qız uşaqlarının diri-diri basdırılması, zülm və haqsızlıq, qarət və qan tökmək, zəif və gücsüzlərin haqqını tapdalamaq, əxlaqsızlıq baş alıb gedirdi.
Başqa diyarların camaatı da neçəallahlılığa tapınmış, məhəbbət və ədalət aradan qalxmış, insani dəyərlər tənəzzül etmişdi.
Mütəal Allah belə bir dövrdə bəşəriyyəti hidayət etmək – insanları bütpərəstlik və şirkdən əl çəkib təkallahlılığa tapınmağa səsləmək, günah və cəhalət zülmətindən çıxıb iman və elm, paklıq və təqva yoluna dəvət etmək üçün Həzrət Muhəmmədi (s) peyğəmbərliyə seçdi.
Hədislərin birində İmam Sadiq (ə) Məbəs gününün şərafətli bayramlardan biri olduğunu vurğulamışdır.[1] Hədislərə istinadən, Həzrət Cəbrail (ə) peyğəmbərliklə bərabər bir neçə əməl də gətirmişdir:
1) Bu gündə qüsl etmək müstəhəbdir.[2]
2) Məbəs günü ilin dörd günündən biridir ki, bu gündə oruc tutmağın çox böyük fəziləti və savabları vardır. Hədislərin birində İmam Sadiq (ə) buyurur: «Hər kim Rəcəb ayının 27-ci günü oruc tutsa, Allah ona yetmiş ilin orucunun savabını yazar.»[3]
3) Çoxlu salavat demək bəyənilir. İmam Sadiq (ə) buyurub: «Bu gün oruc tut və Muhəmməd (s) və onun xanidanına çoxlu salavat göndər.»[4]
4) Həzrət Rəsulallahı (s) və Əmirəlmöminini (ə) ziyarət etmək.[5]
5) Şeyx Kəf`əmi və digər alimlər[6] Rəyyan ibn Səlt nəql edir ki, İmam Muhəmməd Təqi (ə) (İmam Cavad (ə)) Bağdadda olduğu müddətdə Rəcəb ayının 15-ci və 27-ci gününü oruc tutardı, o həzrətin səhabələri də oruc tutardılar. O həzrət bizə buyurdu ki, 12 rəkət (2 rəkət-2 rəkət) namaz qılaq: hər rəkətdə «Həmd» surəsini və Quranın bir surəsini oxuyaq. Namazları qılıb qurtardıqdan sonra «Həmd», «Tövhid» və «Muəvvəzətəyn» («Fələq» və «Nas» surələri) surələrinin hər birini 4 dəfə oxuyaq.
Sonra 4 dəfə bu zikri deyək:
| Ərəbcə | لَا اِلٰـهَ اِلَّا اللهُ، و اللهُ اَکْبَرُ، وَ سُبْحَانَ اللهِ، وَ الْحَمْدُ لِلَّهِ، وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ. |
| Tərcümə | |
| Transkripsiya | Lə ilahə illəllah vəllahu əkbər, və subhanəllah, vəlhəmdulillah və la həvlə və la quvvətə illa billahil `əliyyil azim |
Sonra 4 dəfə bu zikri deyək:
| Ərəbcə | اَللهُ اَللهُ رَبِّى، لَا اُشْرِکُ بِهِ شَیْئًا |
| Tərcümə | Allah, Allah, mən Rəbbimə heç nəyi şərik qoşmuram |
| Transkripsiya | Allahu Allahu Rəbbi lə uşriku bihi şey`a |
Daha sonra 4 dəfə dəyək:
| Ərəbcə | لَا اُشْرِکُ بِرَبِّى اَحَـدًا |
| Tərcümə | Mən heç kəsi Rəbbimə şərik etmirəm |
| Transkripsiya | Lə uşriku bi Rəbbi əhəda |
6) Şeyx Kəf`əmi və digər alimlər Əbulqasim Hüseyn ibn Ruhdan nəqlən buyurur ki, bu gündə 12 rəkət (iki rəkət-iki rəkət) namaz qılırsan
[7]. Hər rəkətdə
«Həmd» surəsindən sonra asan olan surələrdən birini oxuyursan. Təşəhhüdlə salamları hər 2 rəkətdən bir verdikdən sonra oturub bu duanı oxuyursan:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
| Əlhəmdu lilahilləzi ləm yət-təxiz vələddən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zull, və kəbbirhu təkbira, ya uddəti fi muddəti ya sahibi fi şiddəti, ya vəliyyi fi ni`məti ya ğiyasi fi rəğbəti, ya nəcahi fi hacəti ya hafizi fi ğəybəti, ya kafiyyə fi vəhdəti, ya unsi fi vəhşəti, əntəs satiru əvrəti, fələkəl həmdu və əntəl muqilu əsrəti, fələkəl həmdu və əntəl mun`işu sər`əti, fələkəl həmd, səlli əla Muhəm-mədin və ali Muhəmməd, vəstur əvrəti və amin rəv`əti, və əqilni əsrəti, vəsfəh ən curmi və təcavəz ən səyyiati fi əshabil cənnəh, və`dəs sidqilləzi kanu yuədun. | Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! Ey ömrüm boyu ehtiyatım, ey çətinlikdə munisim, ey malik olduğum nemətlərin sahibi, ey istədiyim zaman fəryadıma yetən, ey hacətimi rəva qılan, ey qaib olduğum zaman gözətçim, ey tənha olduğum zaman pənahım, ey qorxduğum zaman munisim! Sən eyiblərimi örtdün, belə isə, həmd-səna Sənə məxsusdur! Sən xətalarımdan keçdin, belə isə, həmd-səna Sənə məxsusdur! Sən, büdrədiyim zaman əlimdən tutdun, belə isə, həmd-səna Sənə məxsusdur. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, eyiblərimi ört, qorxumu əmin-amanlığa çevir, xətalarımdan keç, günahlarımı əfv et, çirkin işlərimi bağışla və məni sədaqət və doğruluqla müjdələnən cənnət səhabələrinin zümrəsinə daxil et! | الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَدا وَ لَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبِيرا يَا عُدَّتِي فِي مُدَّتِي يَا صَاحِبِي فِي شِدَّتِي يَا وَلِيِّي فِي نِعْمَتِي يَا غِيَاثِي فِي رَغْبَتِي يَا نَجَاحِي فِي حَاجَتِي يَا حَافِظِي فِي غَيْبَتِي يَا كَافِيَّ فِي وَحْدَتِي يَا أُنْسِي فِي وَحْشَتِي أَنْتَ السَّاتِرُ عَوْرَتِي فَلَكَ الْحَمْدُ وَ أَنْتَ الْمُقِيلُ عَثْرَتِي فَلَكَ الْحَمْدُ وَ أَنْتَ الْمُنْعِشُ صَرْعَتِي فَلَكَ الْحَمْدُ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اسْتُرْ عَوْرَتِي وَ آمِنْ رَوْعَتِي وَ أَقِلْنِي عَثْرَتِي وَ اصْفَحْ عَنْ جُرْمِي وَ تَجَاوَزْ عَنْ سَيِّئَاتِي فِي أَصْحَابِ الْجَنَّةِ وَعْدَ الصِّدْقِ الَّذِي كَانُوا يُوعَدُونَ |
Namaz və duanı qurtardıqdan sonra
«Həmd»,
«İxlas»,
«Fələq»,
«Nas»,
«Kafirun»,
«Qədr»,
«Ayətəl-kürsi» ayələrini hər birin 7 dəfə oxuyub bu zikri 7 dəfə deyirsən:
| Ərəbcə | لَا اِلٰـهَ اِلَّا اللهُ، و اللهُ اَکْبَرُ، وَ سُبْحَانَ اللهِ، وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللهِ |
| Tərcümə | |
| Transkripsiya | La ilahə illəllah, vəllahu əkbər, subhanəllah, vəla həvlə vəla quvvətə illa billah. |
sonra bu zikri 7 dəfə oxuduqdan sonra istədiyin hacəti diləyirsən:
| Ərəbcə | اَللهُ اَللهُ رَبِّى، لَا اُشْرِکُ بِهِ شَیْئًا |
| Tərcümə | Allah, Allah, mən Rəbbimə heç nəyi şərik qoşmuram |
| Transkripsiya | Allahu Allahu Rəbbi lə uşriku bihi şey`a |
7) Seyid ibn Tavusun «İqbalul-əmal» kitabında və Şeyx Tusinin «Misbahul-mutəhəccid» kitabında bəzi nüsxələrində bu aşağıdakı duanı
[8] oxumağın müstəhəb olması deyilir. Dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
| Ya mən əmərə bil əfvi vət təcavuz, və zəmmənə nəfsəhul əfvə vət təcavuz, ya mən əfa və təcavəzə`fu ənni, və təcavəz ya kərim, Əllahummə və qəd ək-dət tələbu və ə`yətil hilətu vəl məzhəb, və dərəsətil amalu vənqətəər rəca, illa minkə vəh-dəkə la şərikə lək, Əllahummə inni əcidu subuləl mətalibi iləykə muşrəəh, və mənahilər rəcai lədəykə mutrəəh, və əb-vabəd duai limən dəakə mufət-təhəh, vəl istianətə limənis-təanə bikə mubahəh, və ə`ləmu ənnəkə lidaikə biməvzii icabəh, və lis sarixi iləykə bimərsədi iğasəh, və ənnə fil ləhfi ila cudik, vəz zəmani biidətikə ivəzən min mən`il baxilin, və mənduhətən əmma fi əydil mustə`sirin, və ənnəkə la təh-təcibu ən xəlqikə illa ən təhcubəhumul ə`malu dunək, və qəd əlimtu ənnə əfzələ zadir rahili iləykə əzmu iradətin yəxtarukə biha, və qəd nacakə biəzmil iradəti qəlbi, və əs`əlukə bikulli də`vətin dəakə biha rac, bəlləğtəhu əmələhu əv sarixun iləykə əğəstə sərxətəh, əv məlhufun məkrubun fərrəctə kərbəh, əv muznibun xatiun ğəfərtə ləh, əv muafən ət`məmtə ni`mətəkə ələyh, əv fəqirun əhdəytə ğinakə iləyh, və litilkəd də`vəti ələykə həqq, və indəkə mənziləh, illa səlləytə əla Muhəmmədin və ali Muhəmməd, və qəzəytə həvaici həvaicəd dunya vəl axirəh, və haza rəcəbul murəccəbul mukərrəmulləzi əkrəmtəna bi-hi min bəynil uməmi ya zəl cudi vəl kərəm, fənəs`əlukə bihi və bismikəl ə`zəmil ə`zəmil ə`zəmil əcəllil əkrəm, əlləzi xələqtəhu fəstəqərrə fi zillik, fəla yəxrucu minkə ila ğəyrik, ən tusəlliyə əla Muhəmmədin və əhli bəytihit tahirin, və təc`ələna minəl amilinə fihi bitaətik, vəl amilinə fihi bişə-faətik, Əllahummə vəhdina ila səvais səbil, vəc`əl məqiləna in-dəkə xəyrə məqil, fi zillin zəlil, fəinnəkə həsbuna və ni`məl vəkil, vəs səlamu əla ibadihil mustəfəyn, və sələvatuhu ələy-him əcməin, Əllahummə və barik ləna fi yəvmina hazəlləzi fəzzəltəh, və bikəramətikə cəl-ləltəh, və bilmənzilil (əzimil) ə`la ənzəltəh, səlli əla mən fihi ila ibadikə ərsəltəh, və bil mə-həllil kərimi əhləltəh, Əlla-hummə səlli ələyhi səlatən təkunu ləkə şukrən və ləna zuxra, vəc`əl ləna min əmrina yusra, vəxtim ləna bis səadəti ila muntəha acalina, və qəd qəbiltəl yəsirə min ə`malina, və bəlləğtəna birəhmətikə əfzələ amalina, ənnəkə əla kulli şəy`in qədirun və səlləllahu əla Muhəmmədin və alihi və səlləm. | Ey əfv və güzəştə əmr edən və Özü də əfv və güzəşti (bəndələri bağışlamağı) zəmanət verən! Ey əfv edən və güzəştə gedən, ey kərim Allah, məni də əfv et və günahlarımdan keç! İlahi, axtarış nəticə vermədi, çarə yolları bağlandı, arzular köhnəldi, ümidlər üzüldü, yalnız Səndən başqa! Sən təksən və Sənin şərikin yoxdur! İlahi, bilirəm ki, axtarış yolları Sənə doğru açıqdır, Sənin yanında ümid çeşmələri doludur, Səni çağıranların üzünə dua qapıları açıqdır və Səndən yardım diləyənlərə yardımın hazırdır. Bilirəm ki, həqiqətən, Sən, Səni çağıranların duasını qəbul etməyə hazırsan, Sənin dərgahında fəryad edənlərin fəryadına yetənsən, kərəminə sığınmaq və vədinə etimad etmək paxılların maneəsi müqabilində böyük əvəz və sərvət sahiblərindən ehtiyacsızlıqdır. Sən məxluqatdan gizli deyilsən. Səni məxluqatdan gizlədən (Səninlə məxluqat arasında fasilə salan) yalnız onların (çirkin) əməlləridir. Bilirəm ki, Sənə doğru köç etmək istəyən şəxsin ən yaxşı ehtiyatı yalnız Səni istəyən ciddi iradədir. Mənim qəlbim belə ciddi iradə ilə Sənin dərgahında raz-niyaz edir və Səni çağıran və arzularına çatanların duası, fəryadına yetənlərin fəryadı, çətinliyini aradan qaldırdığın çarəsizlər, yaxud bağışladığın günahkar və xətakar, yaxud nemətini tamamladığın sağlam insan, Öz sərvətindən hədiyyə verdiyin yoxsul kimi Səndən istəyirəm. Belə duanın Sənin dərgahında həqiqət və məqamı vardır. Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən, mənim də dünya və axirət hacətlərimi rəva edəsən! Bu, əziz və girami Rəcəb ayıdır; elə bir aydır ki, onun vasitəsilə bizə izzət veribsən. O, hörmətli ayların birincisidir və onun vasitəsilə ümmətlər arasından bizi əziz edibsən. Ey ehsan və kərəm sahibi! Bu ayın və Sənin ən böyük, (üç dəfə), əzəmətli və kəramətli adının – xəlq etdiyin, Öz ərşinin kölgəsində yerləşdirdiyin və Səndən başqasına doğru xaric olmayan adının vasitəsilə Səndən istəyirik ki, Məhəmməd və onun pak Əhli-beytinə salam yetirəsən, bizi bu ayda Sənin itaətinlə məşğul olanlar və Sənin şəfaətinə ümid bəsləyənlər sırasında qeyd edəsən! İlahi, bizi doğru yola hidayət et və bizim (qiyamətdəki) istirahət yerimizi Öz yanında, ən yaxşı istirahət yeri, gözəl kölgəlikdə və geniş bir mülkdə təyin et. Həqiqətən, Sən bizə kifayətsən və (Sən) necə də gözəl vəkilsən! Salam olsun Onun seçilmiş bəndələrinə! Onların hamısına Onun salam və salavatı olsun! İlahi, (risalət şərəfi ilə) fəzilətli etdiyin, Öz kəramətinlə qədir-qiymət verdiyin və şərafətli məqama ucaltdığın bu gün (məbəs günü) bizə bərəkət ver! Həmin gün bəndələrinə doru göndərdiyin (peyğəmbərliyə seçdiyin) və şərafətli məqama ucaltdığın şəxsə salam yetir! İlahi, ona Sənə şükür olunan, bizə də zəxirə sayılan daimi salam yetir, işimizi asanlaşdır və bizi ömrümüzün sonuna qədər səadət və xoşbəxtlikdən uzaq salma! Sən bizim az əməllərimizi qəbul etdin və bizi Öz lütf və mərhəmətinlə ən yaxşı arzularımıza yetirdin. Həqiqətən, Sən hər bir şeyə qadirsən. Allahın salam və salavatı olsun Məhəmməd və onun Əhli-beytinə! | يَا مَنْ أَمَرَ بِالْعَفْوِ وَ التَّجَاوُزِ وَ ضَمَّنَ نَفْسَهُ الْعَفْوَ وَ التَّجَاوُزَ يَا مَنْ عَفَا وَ تَجَاوَزَ اعْفُ عَنِّي وَ تَجَاوَزْ يَا كَرِيمُ اللَّهُمَّ وَ قَدْ أَكْدَى الطَّلَبُ وَ أَعْيَتِ الْحِيلَةُ وَ الْمَذْهَبُ وَ دَرَسَتِ الْآمَالُ وَ انْقَطَعَ الرَّجَاءُ إِلا مِنْكَ وَحْدَكَ لا شَرِيكَ لَكَ اللَّهُمَّ إِنِّي أَجِدُ سُبُلَ الْمَطَالِبِ إِلَيْكَ مُشْرَعَةً وَ مَنَاهِلَ الرَّجَاءِ لَدَيْكَ مُتْرَعَةً وَ أَبْوَابَ الدُّعَاءِ لِمَنْ دَعَاكَ مُفَتَّحَةً وَ الاسْتِعَانَةَ لِمَنِ اسْتَعَانَ بِكَ مُبَاحَةً وَ أَعْلَمُ أَنَّكَ لِدَاعِيكَ بِمَوْضِعِ إِجَابَةٍ وَ لِلصَّارِخِ إِلَيْكَ بِمَرْصَدِ إِغَاثَةٍ وَ أَنَّ فِي اللَّهْفِ إِلَى جُودِكَ وَ الضَّمَانِ بِعِدَتِكَ عِوَضا مِنْ مَنْعِ الْبَاخِلِينَ وَ مَنْدُوحَةً عَمَّا فِي أَيْدِي الْمُسْتَأْثِرِينَ وَ أَنَّكَ لا تَحْتَجِبُ عَنْ خَلْقِكَ إِلا أَنْ تَحْجُبَهُمُ الْأَعْمَالُ دُونَكَ وَ قَدْ عَلِمْتُ أَنَّ أَفْضَلَ زَادِ الرَّاحِلِ إِلَيْكَ عَزْمُ إِرَادَةٍ يَخْتَارُكَ بِهَا وَ قَدْ نَاجَاكَ بِعَزْمِ الْإِرَادَةِ قَلْبِي وَ أَسْأَلُكَ بِكُلِّ دَعْوَةٍ دَعَاكَ بِهَا رَاجٍ بَلَّغْتَهُ أَمَلَهُ أَوْ صَارِخٌ إِلَيْكَ أَغَثْتَ صَرْخَتَهُ أَوْ مَلْهُوفٌ مَكْرُوبٌ فَرَّجْتَ كَرْبَهُ أَوْ مُذْنِبٌ خَاطِئٌ غَفَرْتَ لَهُ أَوْ مُعَافًى أَتْمَمْتَ نِعْمَتَكَ عَلَيْهِ أَوْ فَقِيرٌ أَهْدَيْتَ غِنَاكَ إِلَيْهِ وَ لِتِلْكَ الدَّعْوَةِ عَلَيْكَ حَقٌّ وَ عِنْدَكَ مَنْزِلَةٌ إِلا صَلَّيْتَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ قَضَيْتَ حَوَائِجِي حَوَائِجَ الدُّنْيَا وَ الْآخِرَةِ وَ هَذَا رَجَبٌ الْمُرَجَّبُ الْمُكَرَّمُ الَّذِي أَكْرَمْتَنَا بِهِ أَوَّلُ أَشْهُرِ الْحُرُمِ أَكْرَمْتَنَا بِهِ مِنْ بَيْنِ الْأُمَمِ يَا ذَا الْجُودِ وَ الْكَرَمِ فَنَسْأَلُكَ بِهِ وَ بِاسْمِكَ الْأَعْظَمِ الْأَعْظَمِ الْأَعْظَمِ الْأَجَلِّ الْأَكْرَمِ الَّذِي خَلَقْتَهُ فَاسْتَقَرَّ فِي ظِلِّكَ فَلا يَخْرُجُ مِنْكَ إِلَى غَيْرِكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ الطَّاهِرِينَ وَ تَجْعَلَنَا مِنَ الْعَامِلِينَ فِيهِ بِطَاعَتِكَ وَ الْآمِلِينَ فِيهِ بِشَفَاعَتِكَ اللَّهُمَّ وَ اهْدِنَا إِلَى سَوَاءِ السَّبِيلِ وَ اجْعَلْ مَقِيلَنَا عِنْدَكَ خَيْرَ مَقِيلٍ فِي ظِلٍّ ظَلِيلٍ فَاِنَّكَ حَسْبُنَا وَ نِعْمَ الْوَكِيلُ وَ السَّلامُ عَلَى عِبَادِهِ الْمُصْطَفَيْنَ وَ صَلَوَاتُهُ [صَلاتُهُ] عَلَيْهِمْ أَجْمَعِينَ اللَّهُمَّ وَ بَارِكْ لَنَا فِي يَوْمِنَا هَذَا الَّذِي فَضَّلْتَهُ وَ بِكَرَامَتِكَ جَلَّلْتَهُ وَ بِالْمَنْزِلِ [الْعَظِيمِ] الْأَعْلَى أَنْزَلْتَهُ صَلِّ عَلَى مَنْ فِيهِ إِلَى عِبَادِكَ أَرْسَلْتَهُ وَ بِالْمَحَلِّ الْكَرِيمِ أَحْلَلْتَهُ اللَّهُمَّ صَلِّ عَلَيْهِ صَلاةً دَائِمَةً تَكُونُ لَكَ شُكْرا وَ لَنَا ذُخْرا وَ اجْعَلْ لَنَا مِنْ أَمْرِنَا يُسْرا وَ اخْتِمْ لَنَا بِالسَّعَادَةِ إِلَى مُنْتَهَى آجَالِنَا وَ قَدْ قَبِلْتَ الْيَسِيرَ مِنْ أَعْمَالِنَا وَ بَلَّغْتَنَا بِرَحْمَتِكَ أَفْضَلَ آمَالِنَا اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ سَلَّمَ |
Şeyx Abbas Qumi deyir: «İmam Kazim (ə) Rəcəb ayının 27-sində onu Bağdada aparanda bu duanı oxuyurdu. Bu dua Rəcəb ayına məxsus dualardandır».
8) Seyid ibn Tavus «İqbal»da buyurur:
«Əllahummə inni əs`əlukə bin nəclil ə`zəmi…» duasını oxuyun. Amma Şeyx Kəf`əmi öz «Bələdul-əmin» kitabında bu duanı
[9] Rəcəb 27-ci gecəsinin əməllərində qeyd edir.
Mənbələr:
[1] Seyid ibn Tavus — İqbal, səh 673
[2] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 814
[3] Seyid ibn Tavus — İqbal, səh 673
(eyni məzmunda bir neçə hədis də nəql olunub)
[4] Seyid ibn Tavus — İqbal, səh 674, Zadul-məad, səh 40
[5] Əllamə Məclisi — Zadul-məad, səh 40
[6] Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 814,
Əllamə Məclisi – Zadul-məad, səh 40
[7] Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 816,
Seyid ibn Tavus – İqbal, səh 676.
Əllamə Məclisi – Zadul-məad kitabının 40-cı səhifəsində yazır ki,
bu namaz mötəbər sənədlə İmam Zamandan (ə.f) nəql olunmuşdur.
[8] Seyid ibn Tavus – İqbal, səh 677,
Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 814,
Əllamə Məclisi – Zadul-məad, səh 41 (cüzi fərqlə)
[9] Şeyx Kəf`əmi – Bələdul-əmin, səh 183