İslam aylarının əməlləri: Mübarək Ramazan ayının gecə və gündüzlərinin müştərək əməlləri
1) Seyid İbn Tavus İmam Sadiqin (ə) və İmam Kazimin (ə) belə buyurduğunu nəql edir: «Mübarək Ramazan ayının əvvəlindən axırına kimi hər vacib namazdan sonra bu duanı oxu»:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummərzuqni həccə bəytikəl hərami fi ami haza, və fi kulli amin ma əbqəytəni fi yusrin minkə və afiyətin və səəti rizq, və la tuxlini min tilkəl məvaqifil kəriməti vəl məşahidiş şərifəh, və ziyarəti qəbri nəbiyyikə səlavatukə ələyhi və alih, və fi cəmii həvaicid dunya vəl axirəh, fəkun li | İlahi, Sənin Öz evinin (Beytül-Haramın) ziyarətini (həcci) bu il və bütün illərdə, məni diri saxladığın vaxta qədər, Sənin tərəfindən olan asanlıq, sağlamlıq və ruzi bolluğu ilə mənə nəsib et! Məni o hörmətli məkanlarının, şərəfli yerlərinin və Peyğəmbərinin (Allahın salam və salavatı ona və Əhli-beytinə olsun) qəbrinin ziyarətindən məhrum etmə, bütün dünya və axirət hacətlərində mənə yardımçı ol. | اللَّهُمَّ ارْزُقْنِي حَجَّ بَيْتِكَ الْحَرَامِ فِي عَامِي هَذَا وَ فِي كُلِّ عَامٍ مَا أَبْقَيْتَنِي فِي يُسْرٍ مِنْكَ وَ عَافِيَةٍ وَ سَعَةِ رِزْقٍ وَ لا تُخْلِنِي مِنْ تِلْكَ الْمَوَاقِفِ الْكَرِيمَةِ وَ الْمَشَاهِدِ الشَّرِيفَةِ وَ زِيَارَةِ قَبْرِ نَبِيِّكَ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ وَ فِي جَمِيعِ حَوَائِجِ الدُّنْيَا وَ الْآخِرَةِ فَكُنْ لِي |
| Əllahummə inni əs`əlukə fima təqzi, və tuəddiru minəl əmril məhtumi fi ləylətil qədr, minəl qəzailləzi la yurəddu və la yubəddəlu ən təktubəni min huccaci bəytikəl həram, əl məbruri həccuhumul məşkuri sə`yuhumul məğfuri zunubuhum, əl mukəffəri ənhum səyyiatuhum, vəc`əl fima təqzi və tuqəddiru ən tutilə umri, və tuvəssiə ələyyə rizqi və tuvəddiə ənni əmanəti və dəyni aminə rəbbəl aləmin. | İlahi, Səndən istəyirəm ki, mənim adımı “qədr” gecəsində hökm və müqəddər etdiyin qaçılmaz işlər – dəf edilməyən və dəyişməyən hökmlərdə Öz evinin “Beytül-Haram”ın həcləri bəyənilmiş, “səy”ləri qəbul olunmuş, günahları bağışlanmış və çirkin əməlləri örtülmüş hacılarından yazasan. Hökm və müqəddər etdiyin işlərdə ömürmü uzat, ruzimi bol et, əmanət və borclarımı mənim tərəfimdən qaytar! Amin, ey aləmlərin Rəbbi! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ فِي لَيْلَةِ الْقَدْرِ مِنَ الْقَضَاءِ الَّذِي لا يُرَدُّ وَ لا يُبَدَّلُ أَنْ تَكْتُبَنِي مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ الْمَبْرُورِ حَجُّهُمْ الْمَشْكُورِ سَعْيُهُمْ الْمَغْفُورِ ذُنُوبُهُمْ الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ وَ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمُرِي [فِي طَاعَتِكَ] وَ تُوَسِّعَ عَلَيَّ رِزْقِي وَ تُؤَدِّيَ عَنِّي أَمَانَتِي وَ دَيْنِي آمِينَ رَبَّ الْعَالَمِينَ |
Həmçinin hər vacib namazdan sonra oxu[1]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya Əliyyu ya Əzimu ya Ğəfuru ya Rəhim, əntər rəbbul əzimulləzi ləysə kəmislihi şəy`, və huvəs səmiul bəsir, və haza şəhrun əzzəmtəhu və kərrəmtəh, və şərrəftəhu və fəzzəltəhu ələş şuhur, və huvəş şəhrulləzi fərəztə siyaməhu ələyy, və huvə şəhru Rəməzanəlləzi ənzəltə fihil Qur`an, hudən lin nasi və bəyyinatin minəl huda vəl furqan, və cəəltə fihi ləylətəl qədr, və cəəltəha xəyrən min əlfi şəhr, fə ya zəl mənni və la yumənnu ə ləyk, munnə ələyyə bifəkaki rəqəbəti minən nar, fimən təmunnu ələyh, və ədxilnil cənnətə birəhmətikə ya ərhəmər rahimin. | Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sən böyük Allahsan. Elə Allah ki, Onun bənzəri yoxdur. O, (hər şeyi) eşidən və görəndir. Bu ay (Ramazan) Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərafətli və üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. O, Sənin insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran və doğru yola yönəldən aydın dəlilləri nazil etdiyin Ramazan ayıdır. O ayında “qədr” gecəsini qərar verib, onu min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət qoyulmaz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy. Məni rəhmətinlə cənnətə daxil et, ey mərhəmətlilərin ən mərhəmətlisi! | يَا عَلِيُّ يَا عَظِيمُ يَا غَفُورُ يَا رَحِيمُ أَنْتَ الرَّبُّ الْعَظِيمُ الَّذِي لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ وَ هَذَا شَهْرٌ عَظَّمْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَى الشُّهُورِ وَ هُوَ الشَّهْرُ الَّذِي فَرَضْتَ صِيَامَهُ عَلَيَّ وَ هُوَ شَهْرُ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ هُدًى لِلنَّاسِ وَ بَيِّنَاتٍ مِنَ الْهُدَى وَ الْفُرْقَانِ وَ جَعَلْتَ فِيهِ لَيْلَةَ الْقَدْرِ وَ جَعَلْتَهَا خَيْرا مِنْ أَلْفِ شَهْرٍ فَيَا ذَا الْمَنِّ وَ لا يُمَنُّ عَلَيْكَ مُنَّ عَلَيَّ بِفَكَاكِ رَقَبَتِي مِنَ النَّارِ فِيمَنْ تَمُنُّ عَلَيْهِ وَ أَدْخِلْنِي الْجَنَّةَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
2) Şeyx Kəf`əmi «Misbah» və «Bələdul-əmin» kitabdlarında və Şeyx Şəhid «Məcmuə» kitabında Ağa Rəsulullahın belə buyurduğunu nəql etmişlər: « Hər kəs bu duanı Mübarək Ramazan ayında hər vacib namazdan sonra Allah Təala Qiyamət gününə kimi onun günahlarını bağışlayar»[2]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə ədxil əla əhlil quburis surur, Əllahummə əğni kullə fəqir, Əllahummə əşbi` kullə cayi`, Əllahumməksu kullə uryan, | İlahi, qəbiristan əhlinə şadlıq bəxş et! İlahi, bütün yoxsulları ehtiyacsız et! İlahi, bütün acları doyuzdur! İlahi, libası (paltarı) olmayan bütün çılpaqları (paltarsızları) geyindir! | اللَّهُمَّ أَدْخِلْ عَلَى أَهْلِ الْقُبُورِ السُّرُورَ اللَّهُمَّ أَغْنِ كُلَّ فَقِيرٍ اللَّهُمَّ أَشْبِعْ كُلَّ جَائِعٍ اللَّهُمَّ اكْسُ كُلَّ عُرْيَانٍ |
| Əllahumməqzi dəynə kulli mədin, Əllahummə fərric ən kulli məkrub, Əllahummə ruddə kullə ğərib, Əllahummə fukkə kullə əsir, | İlahi, bütün borcluların borclarını ödə! İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən xilas et! İlahi, bütün qəribləri (öz vətənlərinə) qaytar! İlahi, bütün əsirləri əsirlikdən qurtar! | اللَّهُمَّ اقْضِ دَيْنَ كُلِّ مَدِينٍ اللَّهُمَّ فَرِّجْ عَنْ كُلِّ مَكْرُوبٍ اللَّهُمَّ رُدَّ كُلَّ غَرِيبٍ اللَّهُمَّ فُكَّ كُلَّ أَسِيرٍ |
| Əllahummə əslih kullə fasidin min umuril muslimin, Əllahumməşfi kullə məriz, Əllahummə suddə fəqrəna biğinak, Əllahummə ğəyyir suə halina bihusni halik, | İlahi, müsəlmanların işlərindəki bütün fəsadı islah et! İlahi, bütün xəstələrə şəfa ver! İlahi, Öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır! İlahi, Öz gözəl halında bizim uğursuzluğumuzu (pis hallarımızı) dəyişdir! | اللَّهُمَّ أَصْلِحْ كُلَّ فَاسِدٍ مِنْ أُمُورِ الْمُسْلِمِينَ اللَّهُمَّ اشْفِ كُلَّ مَرِيضٍ اللَّهُمَّ سُدَّ فَقْرَنَا بِغِنَاكَ اللَّهُمَّ غَيِّرْ سُوءَ حَالِنَا بِحُسْنِ حَالِكَ |
| Əllahumməqzi ənnəd dəyn, və əğnina minəl fəqr, innəkə əla kulli şəy`in qədir. | İlahi, bizim borclarımızı ödə və bizə yoxsulluqdan nicat ver! Həqiqətən, Sən hər şeyə qadirsən! | اللَّهُمَّ اقْضِ عَنَّا الدَّيْنَ وَ أَغْنِنَا مِنَ الْفَقْرِ اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ |
3) Mərhum Şeyx Kuleyni «Usuli-kafi» kitabında qeyd edir ki, Əbu Bəsir İmam Sadiqin (ə) Mübarək Ramazan ayında bu duanı oxuduğunu nəql etmişdir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni bikə və minkə ətlubu hacəti, və mən tələbə hacətən ilən nasi fəinni la ətlubu hacəti illa mink, vəhdəkə la şərikə lək, və əs`əlukə bəfəzlikə və rizvanik, ən tusalliyə əla Muhəmmədin və əhli bəytih, | İlahi, mən öz hacətimi yalnız Səndən və Sənin vasitənlə istəyirəm və hər kəs də hacətini camaatdan istəyirsə istəsin, mən isə hacətimi başqasından yox, yalnız Səndən istəyirəm. Sən təksən və Sənin heç bir şərikin yoxdur. Səndən istəyir və Sənə and verirəm Öz lütf və razılığını, Muhəmməd və onun Əhlibeytinə salam yetir, | اللَّهُمَّ إِنِّي بِكَ وَ مِنْكَ أَطْلُبُ حَاجَتِي وَ مَنْ طَلَبَ حَاجَةً إِلَى النَّاسِ فَإِنِّي لا أَطْلُبُ حَاجَتِي إِلا مِنْكَ وَحْدَكَ لا شَرِيكَ لَكَ وَ أَسْأَلُكَ بِفَضْلِكَ وَ رِضْوَانِكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ |
| və ən təc`ələ li fi ami haza ila bəytikəl həram, səbilən hiccətən məbrurətən mutəqəbbələtən zakiyətən xalisətən lək, təqərru biha əyni və tərfəu biha dərəcəti və tərzuqni ən əğuzzə bəsəri, və ən əhfəzə fərci və ən əkuffə biha ən cəmii məharimik, hətta la yəkunə şəy`un asərə indi min taətikə və xəşyətik, vəl əməli bima əhbəbt, vət tərki lima kərihtə və nəhəytə ənh, vəc`əl zalikə fi yusrin və yəsar, və afiyətin və ma ən`əmtə bihi ələyy, | bu il Öz evinin ziyarətinə getmək üçün bir yol aç ki, həccim yaxşı, qəbul olunmuş, pak və Sənin üçün xalis olsun, onunla qiyamətdə gözlərimi aydın et və məqamımı ucalt. Gözlərimi haramdan örtməyi, iffət və həyamı qorumağı, həcc ziyarəti ilə özümü haram etdiyin bütün işlərdən saxlamağı nəsib et ki, mənim nəzərimdə heç bir şey Sənə itaətdən, Sənin dərgahında qorxmaqdan, sevdiyin işlərə əməl etməkdən, qadağan etdiyin və bəyənmədiyin işlərin tərkindən sevimli olmasın. Bunu da mənə nemət verdiklərinlə birgə asan, rahat və sağlamlıq qərar ver. | وَ أَنْ تَجْعَلَ لِي فِي عَامِي هَذَا إِلَى بَيْتِكَ الْحَرَامِ سَبِيلا حِجَّةً مَبْرُورَةً مُتَقَبَّلَةً زَاكِيَةً خَالِصَةً لَكَ تَقَرُّ بِهَا عَيْنِي وَ تَرْفَعُ بِهَا دَرَجَتِي وَ تَرْزُقَنِي أَنْ أَغُضَّ بَصَرِي وَ أَنْ أَحْفَظَ فَرْجِي وَ أَنْ أَكُفَّ بِهَا عَنْ جَمِيعِ مَحَارِمِكَ حَتَّى لا يَكُونَ شَيْءٌ آثَرَ عِنْدِي مِنْ طَاعَتِكَ وَ خَشْيَتِكَ وَ الْعَمَلِ بِمَا أَحْبَبْتَ وَ التَّرْكِ لِمَا كَرِهْتَ وَ نَهَيْتَ عَنْهُ وَ اجْعَلْ ذَلِكَ فِي يُسْرٍ وَ يَسَارٍ وَ عَافِيَةٍ وَ مَا أَنْعَمْتَ بِهِ عَلَيَّ |
| və əs`əlukə ən təc`ələ vəfati qətlən fi səbilik, təhtə rayəti nəbiyyikə məə əvliyaik, və əs`əlukə ən təqtulə bi ə`daəkə və ə`daə rəsulik, və əs`əlukə ən tukriməni bihəvani mən şi`tə min xəlqik, və la tuhinni bikəraməti əhədin min əvliyaik, | Səndən istəyirəm ki, ölümümü Sənin yolunda qətlə yetirilməkdə, övliyaların və dostlarınla birgə Peyğəmbərinin dininin bayrağı altında qərar verəsən. Səndən istəyirəm ki, Öz düşmənlərini və Peyğəmbərinin düşmənlərini mənim əlimlə qətlə yetirəsən. Səndən istəyirəm ki, məxluqatından istədiyin bir kəsin xar olması ilə məni əziz etsən də, Öz övliyalarından birini əziz tutmaqla məni xar etməyəsən. | وَ أَسْأَلُكَ أَنْ تَجْعَلَ وَفَاتِي قَتْلا فِي سَبِيلِكَ تَحْتَ رَايَةِ نَبِيِّكَ مَعَ أَوْلِيَائِكَ وَ أَسْأَلُكَ أَنْ تَقْتُلَ بِي أَعْدَاءَكَ وَ أَعْدَاءَ رَسُولِكَ وَ أَسْأَلُكَ أَنْ تُكْرِمَنِي بِهَوَانِ مَنْ شِئْتَ مِنْ خَلْقِكَ وَ لا تُهِنِّي بِكَرَامَةِ أَحَدٍ مِنْ أَوْلِيَائِكَ |
| Əllahumməc`əlni li məər rəsuli səbila, həsbiyəllahu məşəƏllah. | İlahi, mənim üçün Öz Peyğəmbərinlə birgə et, Allah mənə bəsdir və Onun istəyi gözəldir. | اللَّهُمَّ اجْعَلْ لِي مَعَ الرَّسُولِ سَبِيلا حَسْبِيَ اللَّهُ مَا شَاءَ اللَّهُ |
Şeyx Abbas Qumi deyir: Bu dua «Həcc» duası adı ilə məşhudur. Seyid ibn Tavus «İqbal» kitabında İmam Sadiq (ə)-dən nəql etdiyi rəvayətdə deyilir ki, bu duanı Mübarək Ramazan ayının gecələrində, məğrib və işa namazlarından sonra[3], Şeyx Kəf`əmini isə «Bələdul-əmin» kitabında bu ayının hər günündə və 1-ci gecəsində oxumağı müstəhəb bilib[4]. Şeyx Müfid «Muqənnə`ə» kitabında xüsusilə ilk gecəsində məğrib namazından sonra oxunmasını nəql etmişdir.
4) Bil ki, Mübarək Ramazan ayının gecələrində və gündüzlərində ən yaxşı əməl Quran oxumaqdır. Quranı çox oxumaq lazımdır, çünki Quran bu ayda nazil olmuşdur. Nəql olunur ki, hər şeyin öz mövsümü var, Quranın da mövsümü Mübarək Ramazan ayıdır. Başqa aylarda bir dəfə Quranı xətm etmək sünnədir və ən azı 6 gün ərzindədir. Amma Mübarək Ramazan ayında isə hər 3 gündə bir dəfə xətm etmək sünnədir. Əgər hər gün bir dəfə xətm eləsə, daha yaxşıdır. [5] Əllamə Məclisi yazır: «Hədisdə gəlmişdir ki, imamlar bu ayda 40 dəfə və ya daha çox Quran xətm edərdilər.» Əllamə Məclisi qeyd edir: Əgər xətm olunan Quranın savabı Həzrət Peyğəmbərin (s), Xanım Fatimə-Zəhranın (s.ə), yaxud Məsumlardan (ə) birinin ruhuna (yaxud İmam Zamana (ə.f)) hədiyyə olunsa, onun savabı daha da artar.[6] Hədislərin birində buyurulur ki, belə bir şəxsin savabı Qiyamət günü o ilahi insanların sayəsində qərar tutmaq olacaqdır.[7]
5) Bu ayda gərək dua, salavat və istiğfar çoxlu olunsun. «La ilahə illəllah» zikrin çox demək lazımdır. Rəvayət olunur ki, imam Zeynulabidin (ə) Mübarək Ramazan ayı gircək, dua, təsbeh, istiğfar və təkbirdən başqa şey dilinə gətirmirdi.[8] Gərək ibadətə, gecə və gündüzün nafilələrinə çoxlu səy göstərilsin.
Mənbələr:
[1] Seyid ibn Tavus – İqbal, səh 24
[2] Şeyx Kəf`əmi – Misbah, səh 617,
Şeyx Kəf`əmi – Bələdul-əmin, səh 222,
Əllamə Məclisi – Biharul-ənvar, c 95, səh 120
[3] Seyid ibn Tavus – İqbal, səh 24
[4] Şeyx Kəf`əmi – Bələdul-əmin, səh 222
[5] Əllamə Məclisi — Zadul-məad, səh 109
[6] Əllamə Məclisi — Zadul-məad, səh 109
[7] Seyid ibn Tavus — İqbal, səh 110
[8] Şeyx Kuleyni – Usuli-kafi, c 4, səh 88, hədis 8
