TAM «Məbəs gecəsi» görünən kəramətlər

Print Friendly, PDF & Email

Əhli-sünnə alimlərindən biri olan və 600 il bundan əvvəl yaşamış Məhəmməd ibn Bətutə[1] özünün «Rihlətu ibn Bətutə» adlı səfərnaməsində Məkkədən Nəcəfə olan səfərində  Rəcəb ayının 27-ci gecəsi Əmirəlmöminin Əlinin (ə) rövzəsi və mübarək kənarında görünən kəramətlər yazır: «Bütün Nəcəfdə yaşayanları rafizi (dindən çıxmış) adlandırır. Amma bu gecənin rövzəsi haqqında kəramətlər zahir olub. Bu gecəni şəhər əhli «Leylətül məhya» (dirçəliş gecəsi) adlandırırlar. Bu gecədə İraqın müxtəlif vilayətlərindən, Xorasandan, Fars şəhərlərindən və Rum vilayətindən bura şil, iflic və düşüb qalmış gəzə bilməyən xəstələri gətirirdilər. İşa namazından sonra bu xəstələrdən otuz-qırx nəfərini Əmirəlmöminin (ə) zirehinin yanına gətirərdilər. Bütün camaat ora toplaşardı və bu xəstələrin yaxşı olmasını, ayağa qalxmasının gözləyərdilər. Bəziləri namaz qılmaqa məşğul idilər, bəzisi Quran oxuyurdu, bəzisi isə rövzəyə tamaşa edirdilər. Gecənin yarısı, ya üçdən ikisi keçdikdə bütün bu yerdə yıxılıb qalmış hərəkət edə bilməyən xəstələr hərəkət etməyə başlayırlar və bütün xəstəliklərdən sağalıb deyirlər: «Lə ilahə illəllah, Muhəmmədən rəsulullah, Əliyyən vəliyyullah». Bu çox məşhurdur, mən özüm o gecəni dərk etməmişəm, amma mötəbər insanlardan eşidib və mədrəsələrin birində həzrətin qonaq otağında hərəkət etməyə qadir olmayan üç nəfəri – biri Rumdan, biri İsfahandan, üçüncüsü isə Xorasandan idi, onlardan soruşdum ki, niyə siz sağalmamısınız və burada yıxılıb qalmısınız. Dedilər ki, biz 27-ci gecəyə çata bilmədik. Burada qalıb gələn 27-ci gecəni gözləyib, şəfa alacayıq. Bu gecənin şərafətinə çox şəhərlərdən bura toplaşırlar. On gün müddətində burada böyük bir bazar açılır.».[2]
Söz yox ki, hal-hazırda da müxtəlif mübarək gecələr və günlərdə Məsum İmamların (ə) hərəmində, o cümlədən, İmam Əlinin (ə) və İmam Rzanın (ə) hərəmində xəstələr şəfa tapırlar. Bəlkə siz əziz oxucular da bu kəramətləri və möcüzələri görmüş, eşitmişsiniz. Son zamanlarda müqəddəs ziyarətgahların idarələrində yetərli araşdırmalar apardıqdan sonra orada şəfa tapanların adları qeydə alınır.

Mənbə:
[1] İbn Bətutə adı ilə tanınan Məhəmməd ibn Abdullah mərakeşli məşhur alim və səyyahdır və hicri 8-ci əsrdə yaşamışdır. O, 30 il ərzində səyahət etmişdir və bu səyahətdə gördüyü hər şeyi qələmə almışdır. Onun bu yazılırı “Rəhlətu ibn Bətutə” (İbn Bətutənin səfərnaməsi) adlı kitabda çap olunmuşdur.
[2] İbn Bətutənin səfərnaməsi, c 1, səh 185,
Şeyx Abbas Qumi — Ənvarul-bəhiyyə, səh 80 (cüzi müdaxilə ilə)

Читайте также: