Yasin surəsi
«Məfatihun-nicah» kitabından «Yasin» surəsinin fəziləti
Rəsuli-Əkrəm (səlləllahu ələyhi və alihi və səlləmdən) nəql olunmuşdur ki, hər kəs Allaha görə “Yasin” surəsini oxuyarsa, Allah taala o şəxsi bağışlayar və ona on iki dəfə Quranı xətm edən şəxsin savabını verər. “Yasin” surəsini hər hansı xəstənin yanında oxunularsa, onun hər hərifi müqabilində on mələk nazil olaraq xəstənin kənarında səfə dayanıb, onun üçün istiğfar edərlər. Onun ruhu bədənində ayrılarkən həmin mələklər xəstənin kənarındadırlar, öldükdən sonra cənazəsini müşayət edir, onun üçün namaz qılır və dəfn olunarkən (qəbri üstə) hazır dayanarlar. Bu mübarək surəni can verən şəxs özü oxusa və ya onun kənarında oxunularsa, behiştin xəzinədarı, behişt suyu ilə hazırlanmış şərbət ilə onun yanına gəlib, şərbəti ona içizdirər. Can verən şəxs o şərbəti içdikdən sonra sirab ölər, sirab məbus olar və sirab behiştə daxil olar.
Nəql olunmuşdur ki, Mübarək “Yasin” surəsi sahibinə (onu oxuyana və yaxud niyyətinə oxunan şəxsə) dünya və axirət xeyrini çatdırar. Həmçinin dünya bəlalarından hifz və axirət qorxularından uzaqda saxlayar. Mübarək “Yasin” surəsini oxumaq iyirmi həcc ilə bərabərdir. Onu eşidən (“Yasin” surəsi oxunarkən onu dinləyən) şəxs üçün min nur, min yəqin, min bərəkət və min rəhmət vardır. Rəsuli Əkrəm səlləllahu ələyhi və alihi və səlləmdən nəql olunmuşdur ki, qəbiristanlıqda olarkən “Yasin” surəsini oxuyun, Allah taala (o qəbiristanlıqda dəfn olunmuş) ölülərin əzabını azaldar və orada dəfn olunmuş ölülərin sayı qədər, “Yasin” oxuyan şəxsə həsənat əta edər. Həzrət İmam Cəfəri Sadiq (ə)-dan nəql olunmuşdur ki, “Yasin” surəsini gündüz oxuyan şəxsə, o gün çoxlu ruzilər veriləcək və gecəyə qədər (bəlalardan) hifz olunacaq. Onu yatmazdan qabaq oxuyan şəxs üçün Allah taala min mələki müvəkkil edər ki, onu bütün şeytanların şərrindən qorusunlar. Əgər o gün dünyadan köçərsə, Allah taala onu behiştə daxil edər.
| Ayə | Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|---|
| № | Bismillahir rəhmanir rəhim | Bağışlayan və mehriban Allahın adı ilə | بسم الله الرحمن الرحيم |
| 1 | Yasin | Ya, Sin. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirmək qüdrəti yoxdur. Və bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır. Ey, insaniyyətdə yeganə olan kəs,) | يس |
| 2 | Vəl Qur`anil həkim | Bu hikmətli (batilin ziyanı müqabilində möhkəm olan, hikmətlə danışan, haqla batilin arasında hökm edən və əqli mərifətlər və səmavi şəriətlərə malik olan) Qurana and olsun ki, | وَالْقُرْآنِ الْحَكِيمِ |
| 3 | İnnəkə ləminəl mursəlin | Şübhəsiz, sən (Allah) peyğəmbərləri (zümrəsi)ndənsən (pey-ğəmbərliyə seçildiyin vaxtdan insanların nəsilləri kəsilincəyədək onlara göndərilmisən). | إِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ |
| 4 | Əla siratin mustəqim | (Sən) düzgün olan bir yoldasan (şəriət elmləri və əqli mərifətlər yolunda). | عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ |
| 5 | Tənziləl əzizir rəhim | (Bu), qüdrətli və mehriban (Allah tərəfindən) nazil edilmiş (bir kitab)dır. (Mehribanlığı Quranın nazil olmağına bir səbəb, qüdrəti isə onun icrasına zamindir). | تَنْزِيلَ الْعَزِيزِ الرَّحِيمِ |
| 6 | Litun-zirə qəvmən ma unzirə abau-hum fəhum ğafilun | (Bu kitabla) elə bir qövmü qorxudasan ki, ata – babaları (İsanın, yaxud İbrahimin zamanından bəri) qorxudulmamışlar, buna görə də (din həqiqətlərindən) qafildirlər. | لِتُنْذِرَ قَوْمًا مَا أُنْذِرَ آبَاؤُهُمْ فَهُمْ غَافِلُونَ |
| 7 | Ləqəd həqqəl qəvlu əla əksərihim fəhum la yuminun | Şübhəsiz, onların əksəriyyətinə (Allahın Lövhi – Məhfuzda dərc olan) söz(ü: «Cəhənnəm onların yeridir» sözləri) sabit olmuş və həyata keçmişdir, buna görə də daha iman gətirməzlər. | لَقَدْ حَقَّ الْقَوْلُ عَلَىٰ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ |
| 8 | İnna cəəlna fi ə`naqihim əğlalən fəhi-yə iləl əzqani fəhum muqməhun | Həqiqətən, Biz onların boyunlarına çənələrinə kimi çatan zəncirlər keçirmişik, buna görə də başları yuxarı doğru qalmışdır. (buna görə də özlərinə baxa bilmirlər ki, özlərində olan ayələrlə (nişanələrlə) ayılsınlar). | إِنَّا جَعَلْنَا فِي أَعْنَاقِهِمْ أَغْلَالًا فَهِيَ إِلَى الْأَذْقَانِ فَهُمْ مُقْمَحُونَ |
| 9 | Və cəəlna min bəyni əydihim səddən və min xəlfihim səddən fəəğşəynahum fəhum la yubsi-run | Biz onların önlərindən və arxalarından sədd çəkib onları (hər bir tərəfdən) örtdük (yaxud gözlərini kor etdik). Buna görə də görmürlər (öz ətraflarını görə bilmirlər ki, təbiət aləmində nişanələrlə ayılsınlar). | وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ |
| 10 | Və səvaun ələyhim əənzərtəhum əm ləmtunzirhum la yu`miun | Onlar üçün birdir: onları qorxutsan da, qorxutmasan da – iman gətirməyəcəklər. | وَسَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ |
| 11 | İnnəma tunziru mənittəbbəz zikrə və xəşiyər rəhmanu bil ğəybi fəbəşşirhu bi məğfirətin və əcrin kərim | Sən ancaq nəsihətverici Quran(ı qəbul edən və on)a tabe olan, Rəhman (olan zahiri hiss üzvləri ilə dərk olunmayan Allah)dan gizlində qorxan kəsi qorxuda bilərsən; elə isə ona (Allahın) bağışlama(sı) və çox qiymətli bir mükafatla müjdə ver. | إِنَّمَا تُنْذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِيَ الرَّحْمَٰنَ بِالْغَيْبِ ۖ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ |
| 12 | İnna nəhnu nuhyil məvta və nəktubu ma qəddəmu və asa-rəhum və kullə şəy`in əhsəy-nahu fi imamin mubin | Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik. Biz hər bir şeyi (insanların əməllərini, dünyada baş verən hadisələri) açıq aşkar nüsxələrdə (Lövhi-Məhfuzda) ətraflı surətdə sayıb hesablamışıq. | إِنَّا نَحْنُ نُحْيِي الْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ ۚ وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ |
| 13 | Vəzrib ləhum məsələn əshabəl qəryəti iz caəhəl mursəlin | (Ya Peyğəmbər!) Sən onlara o şəhərin (Antakiya) əhalisinin dastanını məsəl çək. O zaman Allahın göndərdiyi (peyğəmbərlər) oraya gəlmişdi. | وَاضْرِبْ لَهُمْ مَثَلًا أَصْحَابَ الْقَرْيَةِ إِذْ جَاءَهَا الْمُرْسَلُونَ |
| 14 | İz ərsəlna iləyhimus nəyni fəkəzzəbuhuma fəəzzəzna bisa-lisin fəqalu inna iləykum mur-səlin | O zaman onlara, iki nəfər (peyğəmbər) göndərmişdik, amma onların ikisini də təkzib etdilər. Biz (həmin peyğəmbərləri) göndərdiyimiz üçüncü (peyğəmbər) ilə qüvvətləndirdik. (Peyğəmbərlər) hamılıqla dedilər: «Biz sizə göndərilmiş (peyğəmbərlər)ik». | إِذْ أَرْسَلْنَا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوا إِنَّا إِلَيْكُمْ مُرْسَلُونَ |
| 15 | Qalu ma əntum illa bəşərun misluna və ma ənzələr rəhmanu min şəy`in in əntum illa tukəzzibun | (Şəhər camaatı) dedi: «Siz də bizim kimi ancaq adi bir insansınız (peyğəmbər isə mələklərdən olmalıdır). Rəhman heç bir şey nazil etməmişdir, siz yalnız yalan danışırsınız». | قَالُوا مَا أَنْتُمْ إِلَّا بَشَرٌ مِثْلُنَا وَمَا أَنْزَلَ الرَّحْمَٰنُ مِنْ شَيْءٍ إِنْ أَنْتُمْ إِلَّا تَكْذِبُونَ |
| 16 | Qalu rəbbuna yə`ləmu inna iləykum ləmursəlun | (Peyğəmbərlər) dedilər: «Rəbbimiz bilir ki, biz sizə göndərilmişik». | قَالُوا رَبُّنَا يَعْلَمُ إِنَّا إِلَيْكُمْ لَمُرْسَلُونَ |
| 17 | Və ma ələyna illəl bəlağul mubin | «Və bizim vəzifəmiz yalnız (öz risalətimizi) açıq – aşkar çatdırmaqdır. (Bizim vəzifəmiz möcüzələrin təkrarı, məcburi surətdə qəbul etdirmək, dünyada və axirətdə cəza və mükafat vermək deyildir)». | وَمَا عَلَيْنَا إِلَّا الْبَلَاغُ الْمُبِينُ |
| 18 | Qalu inna tətəyyərna bikum ləin ləm təntəhu lənər cumənnəkum vələyəməssənnəkum minna əzabun əlim | Dedilər: «Biz siz(i görməy)i nəhs bildik (zərər və ziyan yetişməsinin bir əlaməti hesab edirik), şübhəsiz əgər dediklərinizdən əl çəkməsəniz, mütləq sizi daşqalaq edəcəyik. Bizim tərəfimizdən sizə mütləq ağrılı bir əzab yetişəcəkdir». | قَالُوا إِنَّا تَطَيَّرْنَا بِكُمْ ۖ لَئِنْ لَمْ تَنْتَهُوا لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُمْ مِنَّا عَذَابٌ أَلِيمٌ |
| 19 | Qalu tairukum məəkum əin zukkirtum bəl əntum qəvmun musrifun | (Peyğəmbərlər) dedilər: «Nəhsliyiniz özünüzdəndir (günahlarınız ucbatındandır), sizə öyüd-nəsihət verildikdə (onu əzablamı hədələyirsiniz)?! (Bizim danışığımız nəhslik gətirmir), əksinə, siz həddini aşan bir qövmsünüz». | قَالُوا طَائِرُكُمْ مَعَكُمْ ۚ أَئِنْ ذُكِّرْتُمْ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ مُسْرِفُونَ |
| 20 | Və caə min əqsəl mədinəti rəculun yəs`a qalə ya qəvmittəbiul mursəlin | Şəhərin ən ucqar yerindən bir kişi tələsik gəlib dedi: «Ey mənim qövmüm, bu elçilərə tabe olun». | وَجَاءَ مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ يَسْعَىٰ قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ |
| 21 | İttəbiu mən la yəs`əlukum əcrən və hum muh-tədun | «Sizdən heç bir muzd istəməyən və özləri də hidayət olmuş kəslərə tabe olun». | اتَّبِعُوا مَنْ لَا يَسْأَلُكُمْ أَجْرًا وَهُمْ مُهْتَدُونَ |
| 22 | Və ma liyə la ə`budulləzi fətərəni və iləyhi turcəun | «Axı mən niyə məni yaradana ibadət etməməliyəm, halbuki hamınız Onun hüzuruna qaytarılacaqsınız»?! | وَمَا لِيَ لَا أَعْبُدُ الَّذِي فَطَرَنِي وَإِلَيْهِ تُرْجَعُونَ |
| 23 | Əəttəxizu min dunihi alihətən in yuridinir rəh-manu bizurril la tuğni ənni şəfaətuhum şəy`ən və la yunqizun | «Ondan qeyri məbudlaramı ibadət edim? Əgər Rəhman (olan Allah) mənə bir zərər və ziyan vurmaq istəsə, onların şəfaətləri məndən heç bir şeyi uzaqlaşdıra bilməz və mənə nicat verə bilməzlər». | أَأَتَّخِذُ مِنْ دُونِهِ آلِهَةً إِنْ يُرِدْنِ الرَّحْمَٰنُ بِضُرٍّ لَا تُغْنِ عَنِّي شَفَاعَتُهُمْ شَيْئًا وَلَا يُنْقِذُونِ |
| 24 | İnni izən ləfi zəlalin mubin | «Belə olan surətdə, şübhəsiz mən açıq – aşkar azğınlıqda olaram». | إِنِّي إِذًا لَفِي ضَلَالٍ مُبِينٍ |
| 25 | İnni aməntu birəbbikum fəsməun | (Bu zaman peyğəmbərlərə xitabən dedi:) «Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim, belə isə məni eşidin (İman gətirməyimə şahid olun).» | إِنِّي آمَنْتُ بِرَبِّكُمْ فَاسْمَعُونِ |
| 26 | Qiləd xulil cənnətə qalə ya ləytə qəvmi yə`ləmun | (Axırda onu öldürdülər və ona) deyildi: «Cənnətə (Cənnət Bərzəxinə) daxil ol!» O dedi: «Kaş qövmüm biləydi ki, | قِيلَ ادْخُلِ الْجَنَّةَ ۖ قَالَ يَا لَيْتَ قَوْمِي يَعْلَمُونَ |
| 27 | Bima ğəfərəli rəbbi və cəələni minəl mukrəmin | Rəbbim məni bağışladı və məni hörmət sahiblərindən etdi». | بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ الْمُكْرَمِينَ |
| 28 | Və ma ənzəlna əla qəvmihi min bə`dihi min cundin minəs səmai ma kunna munzilin | Biz ondan sonra qövmünün üstünə göydən heç bir qoşun nazil etmədik və (ondan qabaq da hər hansı bir qövmün məhvi üçün səmavi qoşun) nazil edən deyildik. | وَمَا أَنْزَلْنَا عَلَىٰ قَوْمِهِ مِنْ بَعْدِهِ مِنْ جُنْدٍ مِنَ السَّمَاءِ وَمَا كُنَّا مُنْزِلِينَ |
| 29 | İn kanət illa səyhətən vahidətən fəiza hum xamidun | (Onların məhvi) ancaq (səmavi) bir bağırtı idi. Dərhal hamılıqla sakit və ruhsuz oldular (məhv oldular). | إِنْ كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ خَامِدُونَ |
| 30 | Ya həsrətən ələl ibadi ma yə`tihim min rəsulin illa kanu bihi yəstəhziun | Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlmədi ki, ona daim istehza etməsinlər. | يَا حَسْرَةً عَلَى الْعِبَادِ ۚ مَا يَأْتِيهِمْ مِنْ رَسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ |
| 31 | Ələm yərəv kəm əhləkna qəb-ləhum minəl quruni ənnəhum iləyhim la yərciun | Məgər onlar özlərindən öncə nə qədər insan cəmiyyətlərini uzun əsrlər (boyunca tüğyanlarının cəzası olaraq) məhv etdiyimizi və onların (keçmişdəki səhvlərini düzəltmələri üçün) bir daha bunların yanına qayıtmadığını görmürlərmi ?! | أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنَ الْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لَا يَرْجِعُونَ |
| 32 | Və in kullun ləmma cəmiun lədəyna muhzərun | Və onların hamısı – istisnasız olaraq – (axirət günü) Bizim hüzurumuza çağırılacaqlar. | وَإِنْ كُلٌّ لَمَّا جَمِيعٌ لَدَيْنَا مُحْضَرُونَ |
| 33 | Və ayətun ləhumul ərzul məytətu əhyəy-naha və əxrəcna minha həbbən fəminhu yə`kulun | Onlar üçün (aydın) bir nişanə (Bizim tovhidimizin, qüdrətimizin və insanların dirildilməsinin isbatı üçün yer üzündə olan nişanə) ölmüş həmin bu torpaqdır. Biz onu (həyat gücü və bitmək qabiliyyəti verməklə) diriltdik və ondan dən(li bitki)lər çıxartdıq, onlar da ondan yeyirlər. | وَآيَةٌ لَهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ |
| 34 | Və cəəlna fiha cənnatin min nəxilin və ə`nabin və fəccərna fiha minəl uyun | Və orada xurma və üzüm bağları vücuda gətirdik və müxtəlif bulaqlar qaynatdıq (coşdurduq), | وَجَعَلْنَا فِيهَا جَنَّاتٍ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ وَفَجَّرْنَا فِيهَا مِنَ الْعُيُونِ |
| 35 | Liyə`kulu min sə-mərihi və ma əmiləthu əydihim əfəla yəşkurun | Onun meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər (və ya bilsinlər ki, ağacların bitməsi və bar verməsi onların işi deyildir). Belə isə şükr etməzlər?! | لِيَأْكُلُوا مِنْ ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ ۖ أَفَلَا يَشْكُرُونَ |
| 36 | Subhanəlləzi xələqəl əzvacə kulləha mimma tunbitul ərzu və min ənfusihim və mimma la yə`ləmun | Bütün cütləri yerin yetişdirdiklərindən (ağaclar, otlar, heyvanlar və sairə) və onların özlərindən və bilmədiklərindən yaradan Allah pakdır. | سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنْبِتُ الْأَرْضُ وَمِنْ أَنْفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ |
| 37 | Və ayətun ləhumul ləylu nəsləxu minhun nəharə fəiza hum muzlimun | Onlar üçün (Allahın tovhidi və qüdrəti barədə digər) bir nişanə (səma nişanəsi) bu gecədir. Gündüzü ondan (paltar tək) çıxardan kimi onlar qaranlıq içində olarlar. | وَآيَةٌ لَهُمُ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُمْ مُظْلِمُونَ |
| 38 | Vəş şəmsu təcri limustəqərrin ləha zalikə təqdirul əzizil əlim | Günəş də özü üçün müəyyən olunmuş qərargahına yetişmək üçün daim hərəkətdədir. (Planetlər sistemində onun seyr etməsinin) bu təqdir(i) və ölçü(sü) yenilməz qüvvət sahibi və (hər şeyi) bilən (Allah)dandır. | وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ |
| 39 | Vəl qəmərə qəddərnahu mənazilə hətta adə kəl urcunil qədim | Və bütöv halda olan ay üçün də mənzillər təyin etdik ki, o, xurma ağacının köhnə (sarı rəngli və qövsvari şəkildə olan) budağı kimi (hilal şəklinə) dönsün (və yenidən tədriclə bütövləşsin). | وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ |
| 40 | Ləş şəmsu yənbəği ləha ən tud-rikəl qəmərə vələl ləylu sabiqun nəhari və kullun fi fələkun yəsbəhun | Nə günəş (öz təbii hərəkət sistemində bu) aya (və özünün başqa aylarına, yəni başqa peyklərə) çatmaz, nə də gecə gündüzdən irəli keçməz. Onların (günəş, ay və ulduzların) hər biri müəyyən bir dairədə üzürlər. | لَا الشَّمْسُ يَنْبَغِي لَهَا أَنْ تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ ۚ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ |
| 41 | Və ayətun ləhum ənna həməlna zurriyyətəhum fil fulkil məşhun | Onların övladlarını (özləri və malları ilə) dolu gəmilərdə daşımağımız (dənizi, havanı və gəmini onlara ram etməyimiz) onlar üçün (digər) bir nişanədir. (Allahın tovhidi və qüdrətinə dair dənizdə olan nişanədir.) | وَآيَةٌ لَهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِي الْفُلْكِ الْمَشْحُونِ |
| 42 | Və xələqna ləhum min mislihi ma yərkəbun | Onlar üçün gəmi kimi minik vasitələri yaratdıq (minik heyvanları və havada və yerdə olan nəqliyyat vasitələri kimi) | وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ |
| 43 | Və innəşə` nuğriqhum fəla sərixə ləhum və la hum yunqəzun | Əgər istəsək, onları (gəmidə olduqları halda) qərq edərik. Nə bir dadlarına çatan olar və nə də onlara nicat verilər. | وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ |
| 44 | İlla rəhmətən minna və mətaən ila hin | Yalnız Bizdən bir rəhmət olaraq və müəyyən bir müddətədək (dünyada) bəhrələnmək üçün (nicat taparlar). | إِلَّا رَحْمَةً مِنَّا وَمَتَاعًا إِلَىٰ حِينٍ |
| 45 | Və iza qilə ləhumuttəqu ma bəynə əydikum və ma xəlfəkum ləəl-ləkum turhəmun | Onlara: «Önünüzdə (gələcəkdə edəcəyiniz şirk və fisqdən) və arxanızda olandan (indiyədək etdiyiniz küfr və fisqdən, yaxud dünyadakı günahlarınızdan və axirətdə onların cəzasından) qorxun, bəlkə sizə rəhm olunsun» – deyildikdə (etina etməzlər). | وَإِذَا قِيلَ لَهُمُ اتَّقُوا مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ |
| 46 | Və ma tə`tihim min ayətin min ayati rəbbihim illa kanu ənha mu`rizin | Onlara Rəbbinin nişanələrindən və ayələrindən elə bir nişanə (Quran və möcüzələr) gəlməz ki, daim ondan üz döndərməsinlər. | وَمَا تَأْتِيهِمْ مِنْ آيَةٍ مِنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ |
| 47 | Və iza qilə ləhum ənfiqu mimma rəzəqəkumul-lahu qaləlləzinə kəfəru lilləzinə amənu ənut`imu mən ləv yəşa-əllahu ət`əməhu in əntum illa fi zəlalin mubin | Onlara: «Allahın sizə ruzi olaraq verdiyindən (haqqı olan şəxslərə Allah yolunda) sərf edin!»- deyildikdə, kafirlər iman gətirənlərə: «Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək?.» – deyərlər (Allah onun ac qalmağını istəmişdir!) Siz yalnız açıq - aşkar azğınlıq içindəsiniz». | وَإِذَا قِيلَ لَهُمْ أَنْفِقُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَنْ لَوْ يَشَاءُ اللَّهُ أَطْعَمَهُ إِنْ أَنْتُمْ إِلَّا فِي ضَلَالٍ مُبِينٍ |
| 48 | Və yəqulunə məta hazəl və`du in kuntum sadiqin | Və (Məkkə müşrikləri istehza etmək məqsədilə) deyərlər: «Bu vəd (qiyamətin qopması) nə zaman olacaqdır, əgər düzdanışansınızsa?» | وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ |
| 49 | Ma yənzurunə illa səyhətən vahidətən tə`xuzuhum və hum yəxissimun | Bir-birlərilə (öz dünya işləri barədə) çəkişdikləri halda onları yaxalayacaq yalnız (səmavi) bir bağırtının (hamının ölümü ilə nəticələnəcək surun birinci dəfə üfürülməsinin) intizarındadırlar. | مَا يَنْظُرُونَ إِلَّا صَيْحَةً وَاحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ |
| 50 | Fəla yəstətiunə təvsiyətən və la ila əhlihim yərciun | (Bu zaman) nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də öz adamlarının yanına qayıda bilərlər. (Bir anda yer üzündə olan hər bir insan və ümumiyyətlə hər bir canlı yerindəcə ölər). | فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَا إِلَىٰ أَهْلِهِمْ يَرْجِعُونَ |
| 51 | Və nufixə fis suri fəiza hum minəl əcdasi ila rəbbihim yənsilun | Sura (ikinci dəfə) üfürülər, onda onların hamısı dərhal qəbirlərindən öz Rəbbinə doğru tələsərlər. | وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُمْ مِنَ الْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنْسِلُونَ |
| 52 | Qalu ya vəyləna mən bəəsəna min mərqədina, haza ma vəədər rəhmanu və sədəqəl mursəlun | Deyərlər: «Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? (Bəli,) bu Rəhman (olan Allahın dünyada) bizə vəd verdiyi həmin (ölümdən sonrakı həyat)dır. Onun peyğəmbərləri doğru deyirlərmiş». | قَالُوا يَا وَيْلَنَا مَنْ بَعَثَنَا مِنْ مَرْقَدِنَا ۜ ۗ هَٰذَا مَا وَعَدَ الرَّحْمَٰنُ وَصَدَقَ الْمُرْسَلُونَ |
| 53 | İn kanət illa səyhətən vahi-dətən fəiza hum cəmiun lədəyna muhzərun | (Bu zaman) üfürmə və bağırtı (surun üçüncü dəfə çalınması) yalnız bir dəfə olar, onda dərhal hamılıqla (yaradılmış ilk insandan ölmüş axırıncı insanadək) Bizim hüzurumuzda (haqq-hesab və hökmetmə dayanacağında) hazır duracaqlar. | إِنْ كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَدَيْنَا مُحْضَرُونَ |
| 54 | Fəlyəvmə la tuzləmu nəfsun şəy`ən və la tucəvnə illa ma kuntum tə`məlun | Və (belə deyiləcəkdir:) «Bu gün heç kəsə heç bir zülm olunmayacaq və mükafatından azaldılmayacaqdır və siz etdiyiniz əməllərdən başqa bir şeydən ötrü cəzalandırılmazsınız (yaxud sizin cəzanız yalnız dünyadakı əməllərinizin təcəssümüdür.)». | فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ |
| 55 | İnnə əshabəl cən-nətil yəvmə fi şuğulin fakihun | Həqiqətən, Cənnət əhli o gün xoş bir əhval – ruhiyyədə, şadlıq və ləzzət içərisindədirlər. | إِنَّ أَصْحَابَ الْجَنَّةِ الْيَوْمَ فِي شُغُلٍ فَاكِهُونَ |
| 56 | Hum və əzvacuhum fi zilalin ələl əraiki muttəkiun | Onlar və zövcələri (ağacların və qəsrlərin) kölgələr(i) altında öz bəzənmiş taxtlarına söykənərlər. | هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِئُونَ |
| 57 | Ləhum fiha fakihətun və ləhum ma yəddəun | Orada onlar üçün (hər cür) meyvələr, istədikləri və arzu etdikləri hər şey vardır. | لَهُمْ فِيهَا فَاكِهَةٌ وَلَهُمْ مَا يَدَّعُونَ |
| 58 | Səlamun qəvlən mir rəbbir rəhim | (Onlara) salam vardır. (Bu salam) rəhmli Rəbbdən (gələn) bir sözdür.(Bu salam vasitəsiz olaraq, ya mələklərin vasitəsilə onlara yetişər). | سَلَامٌ قَوْلًا مِنْ رَبٍّ رَحِيمٍ |
| 59 | Vəmtazul yəvmə əyyuhəl mucrimun | (Günahkarlara belə xitab olunacaq:) «Bu gün (möminlərin və salehlərin cərgəsindən) ayrılın, ey günahkarlar». | وَامْتَازُوا الْيَوْمَ أَيُّهَا الْمُجْرِمُونَ |
| 60 | Ələm ə`həd iləykum ya bəni Adəmə ən la tə`buduş şəytanə innəhu ləkum əduvvun mubin | Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq – aşkar düşməninizdir?!» | أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَنْ لَا تَعْبُدُوا الشَّيْطَانَ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ |
| 61 | Və əni`buduni haza siratun mustəqim | Və: «Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!» | وَأَنِ اعْبُدُونِي ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ |
| 62 | Və ləqəd əzəllə minkum cibillən kəsirən əfələm təkunu tə`qilun | Şübhəsiz, (Şeytan) sizin içinizdən bir çox dəstələrı azdırdı, heç düşünmürdünüzmü?! | وَلَقَدْ أَضَلَّ مِنْكُمْ جِبِلًّا كَثِيرًا ۖ أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ |
| 63 | Hazihi cəhənnəmulləti kumtum tuədun | Bu, daim onunla təhdid olunduğunuz Cəhənnəmdir. | هَٰذِهِ جَهَنَّمُ الَّتِي كُنْتُمْ تُوعَدُونَ |
| 64 | İsləvhəl yəvmə bima kun-tum təkfurun | Küfr və nankorluq etdiyinizə görə bu gün oraya daxil olun və onun atəşini dadın. | اصْلَوْهَا الْيَوْمَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ |
| 65 | Əlyəvmə nəxtimu əla əfvahihim və tukəl-limuna əydihim və təşhədu ərculuhum bima kanu yəksibun | Bu gün onların ağızlarını möhürləyərik. Onların əlləri Bizimlə danışar, ayaqları isə etdikləri əməllər barəsində şəhadət verərlər. | الْيَوْمَ نَخْتِمُ عَلَىٰ أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ |
| 66 | Və ləv nəşau lətəməsna əla ə`yunihim fəstəbəqus siratə fəənna yubsirun | Əgər istəsək onların (müşriklərin) gözlərini (tamamilə) yox edərik, onda onlar (adət etdikləri) yol(ların)da bir – birini ötməyə çalışarlar. Amma haradan yolu görə bilərlər?! Necə görə bilərlər?! (Əlbəttə, görə bilməzlər. Lakin Biz bunu etmirik.) | وَلَوْ نَشَاءُ لَطَمَسْنَا عَلَىٰ أَعْيُنِهِمْ فَاسْتَبَقُوا الصِّرَاطَ فَأَنَّىٰ يُبْصِرُونَ |
| 67 | Və ləv nəşau ləməsəxnahum əla məkanətihim fəməstətau mu-ziyyən və la yərciun | Əgər istəsək onları öz yerlərindəcə (harada olsalar) məsx edərik (heyvan yaxud cansız bir şey halına salarıq) ki, nə (məqsədlərinə doğru) gedə, nə də qayıda bilərlər (və nə məsx halında qala və nə də əvvəlki hala qayıda bilərlər). | وَلَوْ نَشَاءُ لَمَسَخْنَاهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِيًّا وَلَا يَرْجِعُونَ |
| 68 | Və mən nuəmmirhu nunəkkishu fil xəlqi əfəla yə`qilun | Kimə də uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik (qüvvələrini zəiflədərik), heç düşünmürlərmi?! | وَمَنْ نُعَمِّرْهُ نُنَكِّسْهُ فِي الْخَلْقِ ۖ أَفَلَا يَعْقِلُونَ |
| 69 | Və ma əlləm-nahuş şi`rə və ma yənbəği ləhu in huvə illa zikrun və Qur`anun mubin | Və Biz Ona (Peyğəmbərə) şer öyrətmədik və bu ona heç yaraşmaz da. Onun oxuduğu yalnız bir öyüd-nəsihət, aşkar və aydınlıq gətirən Qurandır ki, | وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنْبَغِي لَهُ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْآنٌ مُبِينٌ |
| 70 | Liyunzirə mən kanə həyyən və yəhiqqəl qəvlu ələl kafirin | Qəlbləri diri (və vicdanları haqqı qəbul etməyə hazır) olan kəsləri qorxutsun və (Allahın) söz(ü və Cəhənnəm vədi) kafirlərin barəsində gerçək olsun. | لِيُنْذِرَ مَنْ كَانَ حَيًّا وَيَحِقَّ الْقَوْلُ عَلَى الْكَافِرِينَ |
| 71 | Əvələm yərəv ənna xələqna ləhum mimma əmilət əydina ən`amən fəhum ləha malikun | Məgər Bizim (qüdrət) əllərimizin yaratdıqlarıından (ilk maddələrdən və canlıların vücud mənbəyindən) onlar üçün heyvanlar xəlq etdiyimizi və özlərinin də onlara malik və sahib olduqlarını görmürlərmi !? | أَوَلَمْ يَرَوْا أَنَّا خَلَقْنَا لَهُمْ مِمَّا عَمِلَتْ أَيْدِينَا أَنْعَامًا فَهُمْ لَهَا مَالِكُونَ |
| 72 | Və zəlləlnaha ləhum fəminha rəkubuhum və minha yə`kulun | Bunları (bu heyvanları) onlara ram etdik, bəzisi onların minik vasitələridir və bəzisin(in isə ətindən və südün)dən yeyirlər. | وَذَلَّلْنَاهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ |
| 73 | Və ləhum fiha mənafiu və məşaribu əfəla yəşkurun | Onlar üçün onda (o heyvanlarda) mənfəətlər və içəcəklər vardır, belə isə, şükr etməzlərmi?! | وَلَهُمْ فِيهَا مَنَافِعُ وَمَشَارِبُ ۖ أَفَلَا يَشْكُرُونَ |
| 74 | Vəttəxəzu min dunillahi alihətən ləəlləhum yunsərun | Tək olan Allahın əvəzində özlərinə tanrılar qəbul etdilər ki, bəlkə (onların tərəfindən) özlərinə bir yardım olunsun. | وَاتَّخَذُوا مِنْ دُونِ اللَّهِ آلِهَةً لَعَلَّهُمْ يُنْصَرُونَ |
| 75 | La yəstətiunə nəsrəhum və hum ləhum cundun muhzərun | Onların bunlara kömək etməyə qüdrətləri yoxdur və bunlar onlar üçün hazır qoşundurlar (dünyada bu bütləri qoruyub müdafiə edərlər, axirətdə isə onlara görə cəza görərlər). | لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُنْدٌ مُحْضَرُونَ |
| 76 | Fəla yəhzunkə qəvluhum inna nə`ləmu ma yusirrunə və ma yu`linun | (Ya Muhəmməd!) onların (Allahı inkar etmək və sənin dəvətini qəbul etməmək barədə) sözü səni qəmgin etməsin, çünki Biz onların qəlblərində gizlətdiklərini də, dilləriylə aşkar etdiklərini də bilirik. (Hamısını cəzalandıracağıq). | فَلَا يَحْزُنْكَ قَوْلُهُمْ ۘ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ |
| 77 | Əvələm yərəl insanu ənna xələqnahu min nutfətin fə iza huvə xəsimun mubin | Məgər insan onu nütfədən yaratdığımızı (qəlb gözü ilə) görmədimi ki, birdən-birə (qısa bir müddət ərzində) (məad məsələsində) açıq – aşkar bir düşmən oldu?! | أَوَلَمْ يَرَ الْإِنْسَانُ أَنَّا خَلَقْنَاهُ مِنْ نُطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُبِينٌ |
| 78 | Və zərəbə ləna məsələn və nəsiyə xəlqəhu qalə mən yuhyil izamə və hiyə rəmim | Və öz yaradılışını unutduğu halda Bizə bir məsəl də çəkib dedi: «(Bu) sümükləri çürümüş və toz-torpaq olduqları halda kim dirildəcək?» | وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ ۖ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ |
| 79 | Qul yuhyiy-həlləzi ənşəəha əvvələ mərrətin və huvə bikulli xəlqin əlim | De: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir». | قُلْ يُحْيِيهَا الَّذِي أَنْشَأَهَا أَوَّلَ مَرَّةٍ ۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ |
| 80 | Əlləzi cəələ ləkum minəş şəcəril əxzəri narən fəiza əntum minhu tuqidun | O kəs ki, sizin üçün («mərx» və «əfar» adlı) yamyaşıl ağacdan (quru və yandırıcı) od əmələ gətirdi, beləliklə siz ondan (iki yaşıl budağı bir-birinə sürtməklə) qəfildən od yandırırsınız. | الَّذِي جَعَلَ لَكُمْ مِنَ الشَّجَرِ الْأَخْضَرِ نَارًا فَإِذَا أَنْتُمْ مِنْهُ تُوقِدُونَ |
| 81 | Əvələysəlləzi xələqəs səmavati vəl ərzə biqadirin əla ən yəxluqə misləhum bəla və huvəl xəllaqul əlim | Məgər göyləri və yeri yaradan kəs onların bənzərini yaratmağa qadir deyilmi?! (Belə ki, onların üzvlərini torpaqdan toplayaraq surətcə onlara oxşar və maddəcə onların eyni olan bir forma versin.) Əlbəttə (qadirdir). Odur kamil surətdə yaradan və (hər şeyi) bilən. | أَوَلَيْسَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِقَادِرٍ عَلَىٰ أَنْ يَخْلُقَ مِثْلَهُمْ ۚ بَلَىٰ وَهُوَ الْخَلَّاقُ الْعَلِيمُ |
| 82 | İnnəma əmruhu iza əradə şəy`ən ən yəqulə ləhu kun fəyəkun | Bir şeyin var olmasını istədiyi zaman Onun (Allahın) əmri və məqamı ona ancaq: «Ol!» – deməkdir. O da dərhal olar (heç bir alətdən istifadə etmədən, Allahın məhz iradə və istəyi ilə var olar, sanki, ona «Ol» demiş, o da olmuşdur). | إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ |
| 83 | Fəsubhanəlləzi biyədihi mələkutu kulli şəy`in və iləyhi turcəun | Hər şeyin həqiqi mülkiyyəti və kamil hökmranlığı (qüdrət) əlində olan Allah (hər nöqsandan) pak (və uzaq)dır. (Siz insanlar hamınız) Ona tərəf qaytarılacaqsınız. | فَسُبْحَانَ الَّذِي بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَإِلَيْهِ تُرْجَعُونَ |
