Nəbə surəsi
Nəbə surəsinin fəziləti
Şeyx Səduq İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql edir: “Hər kim “Nəbə” surəsini il ərzində hər gün oxusa, həmin ili mütləq ona Allahın evininin ziyarəti qismət olar.”
Şeyx Təbərsi Übəy ibn Kəbdən peyğəmbərin belə buyurduğunu nəql edir: “Hər kim “Nəbə” surəsini oxusa, Allah taala Qiyamət günü onu soyuq su ilə sirab edər.”
Bilin ki, Əhli-beyt hədislərində, surədə olan “ənin nəbəil əzim”dən məqsəd, vilayətdir. Əmirəl-möminin Əli (ə) özü “nəbəun əzim” (böyük xəbər, bilik)dir.
| Ayə | Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|---|
| № | Bismillahir rəhmanir rəhim | Bağışlayan və mehriban Allahın adı ilə | بسم الله الرحمن الرحيم |
| 1 | Əmmə yətəsaəlun | (Kafirlər) bir-birlərindən nə haqqında soruşurlar? | عَمَّ يَتَسَاءلُونَ |
| 2 | Ənin nəbəil əzim | Böyük bir xəbər (qiyamətin gəlməsi, yaxud Quranın haqq olması) haqqında. | عَنِ النَّبَإِ الْعَظِيمِ |
| 3 | Əlləzi hum fihi muxtəlifun | Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar (bəzisi onu qeyri-mümkün, bəzisi onu az ehtimal olunan, bəzisi şəkk-şübhə etmiş və bəzisi də bunu bilməklərinə baxmayaraq inkar etmişlər). | الَّذِي هُمْ فِيهِ مُخْتَلِفُونَ |
| 4 | Kəlla səyə`ləmun | Xeyr, belə deyildir (onların düşündüyü kimi deyil). Tezliklə biləcəklər. | كَلَّا سَيَعْلَمُونَ |
| 5 | Summə kəlla səyə`ləmun | Yenə də xeyr, belə deyildir. Onlar tezliklə biləcəklər. (Bu iki ayə «böyük xəbər»i inkar edənlər üçün bir təhdiddir). | ثُمَّ كَلَّا سَيَعْلَمُونَ |
| 6 | Ələm nəc`əlil ərzə mihada | Məgər Biz yeri rahatlıq beşiyi etmədikmi? (Bu ayədən etibarən on altıncı ayəyə qədər, «böyük xəbər»in isbatı üçün doqquz dəlil gətirilir). | أَلَمْ نَجْعَلِ الْأَرْضَ مِهَادًا |
| 7 | Vəl cibalə əvtada | Dağları (onun səthində) mıxlar (etmədikmi)? | وَالْجِبَالَ أَوْتَادًا |
| 8 | Və xələqnakum əzvaca | Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq. | وَخَلَقْنَاكُمْ أَزْوَاجًا |
| 9 | Və cəəlna nəvməkum subata | Yuxunuzu (bədəninizin) rahatlıq vasitəsi etdik. (və ruhun bədənə göstəriş vermə imkanının bir növ kəsilmə vasitəsi etdik). | وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا |
| 10 | Və cəəlnəl ləylə libasa | Gecəni (hər şeyi bürüyən) örtük etdik. | وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا |
| 11 | Və cəəlnən nəharə məaşa | Gündüzü yaşayış və dolanışıq üçün çalışma vaxtı etdik. | وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا |
| 12 | Və bənəyna fəvqəkum səb`ən şidada | Sizin başınızın üstündə yeddi möhkəm və sabit göy qurduq. | وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا |
| 13 | Və cəəlna siracən vəhhaca | Olduqca parlaq və yandırıcı bir çıraq (günəş) yaratdıq. | وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا |
| 14 | Və ənzəlna minəl mu`sirati maən səccaca | (Buluda) təzyiq göstərən küləklərdən və topa halında bir-birinə sıxılmış buludlardan (yağış, qar və dolu şəklində) bolluca axar su nazil etdik ki, | وَأَنزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاء ثَجَّاجًا |
| 15 | Linuxricə bihi həbbən və nəbata | Onunla dən və bitkiləri (torpağın köksündən) çıxaraq. | لِنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا |
| 16 | Və cənnatin əlfala | (Eləcə də) çoxlu sayda və bir-birinə sarmaşan ağacları olan bağlar. | وَجَنَّاتٍ أَلْفَافًا |
| 17 | İnnə yəvməl fəsli kanə miqata | Həqiqətən, (insanlar arasında) hökmetmə və (haqla batilin, yaxşıyla pisin) ayrılma günü (İlahinin əzəli elmində və Lövhi-Məhfuzda yazılana uyğun olaraq) vəd olunmuş bir vaxtdır (hamının bir-birini tanıması, bütün işlərə baxılma, yaxşı və pis işlərin müəyyən edilməsi, mükafat və cəzaların verilmə vədəsidir. Bu ayədən etibarən surənin axırınadək «böyük xəbər»in baş verməsi, bəşər idrakından yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur). | اِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا |
| 18 | Yəvmə yunfəxu fis suri fətə`tunə əfvaca | Sura (üçüncü dəfə) üfürüləcəyi gün siz (qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün) dəstə-dəstə gələcəksiniz. | يَوْمَ يُنفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا |
| 19 | Və futihətis səmau fəkanət əbvaba | (O gün) göy açılar və (çoxlu sayda mələklərin nazil olması üçün) qapılar şəklinə düşər. | وَفُتِحَتِ السَّمَاء فَكَانَتْ أَبْوَابًا |
| 20 | Və suyyirətil cibalu fəkanət səraba | Dağlar (öz yerlərindən) hərəkətə gətirilər və (məhv olar və nəzərlərdə) ilğıma dönər. | وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا |
| 21 | İnnə cəhənnəmə kanət mirsada | Əlbəttə, Cəhənnəm (o gün bir) pusqudur. (Mələklər «sirat» körpüsünün yanında möminləri düşməndən qorumaq və kafirləri Cəhənnəmə çəkmək üçün pusqu qurarlar). | اِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا |
| 22 | Lit tağinə məaba | Üsyankarlar üçün dönüş yeridir. | لِلْطَّاغِينَ مَآبًا |
| 23 | Labisinə fiha əhqaba | Onlar uzun müddət (əbədiyyətə qədər) orada qalacaqlar. | لَابِثِينَ فِيهَا أَحْقَابًا |
| 24 | La yəzuqunə fiha bərdən və la şəraba | Onlar orada nə bir sərinlik (sərin hava və su) dadarlar, nə də içəcək. | لَّا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا |
| 25 | İlla həmimən və ğəssaqa | Qaynar sudan və çirk və qan qarışıq sudan (irindən) başqa | إِلَّا حَمِيمًا وَغَسَّاقًا |
| 26 | Cəzaən vifaqa | (Onların dünyadakı əqidə, əxlaq və əməllərinə) uyğun cəza olaraq. | جَزَاء وِفَاقًا |
| 27 | İnnəhum kanu la yərcunə hisaba | Həqiqətən, onlar haqq-hesab (günün)ə heç bir ümid bəsləmirdilər. | اِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا |
| 28 | Və kəzzəbu biayatina kizzaba | Və Bizim ayələrimizi və nişanələrimizi şiddətlə və israrla təkzib edirdilər. | وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّابًا |
| 29 | Və kullə şəy`in əhsəynahu kitaba | Biz hər bir şeyi saymış, Lövhi-Məhfuz kitabında yazmışıq və onların hər bir əməlini əməl dəftərlərində qeyd etmişik. | وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا |
| 30 | Fəzuqu fələn nəzidəkum illa əzaba | Odur ki, dadın (əzabı!) Biz sizə əzabdan başqa əsla bir şey artırmayacağıq! | فَذُوقُوا فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا |
| 31 | İnnə lil muttəqinə məfaza | Həqiqətən, təqvalılar üçün qurtuluş, səadət və nicat yeri var. | اِنَّ لِلْمُتَّقِينَ مَفَازًا |
| 32 | Hədaiqə və ə`naba | Hasara alınmış bağlar və üzümlüklər, | حَدَائِقَ وَأَعْنَابًا |
| 33 | Və kəvakibə ətraba | Nar məməli həmyaşıd qızlar, | وَكَوَاعِبَ أَتْرَابًا |
| 34 | Və kə`sən dihaqa | Və (müxtəlif şərablar və şərbətlərlə) dolu camlar (vardır). | وَكَأْسًا دِهَاقًا |
| 35 | La yəsməunə fiha ləğvən və la kizzaba | Onlar orada əsla nə boş söz eşidərlər, nə də bir yalan və təkzib; (Allah və mələklər onları və onlar da bir-birlərini təkzib etməzlər). | لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا |
| 36 | Cəzaən min rəbbikə ətaən hisaba | (Bu) sənin Rəbbinin tərəfindən bir mükafat(dır), kifayət qədər olan və keçmiş əməllərə görə verilən bir bəxşişdir. | جَزَاء مِّن رَّبِّكَ عَطَاء حِسَابًا |
| 37 | Rəbbis səmavati vəl ərzi və ma bəynəhumər rəhmani la yəmlikunə minhu xibata | (O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. (O,) Məhşər əhlinin Onun hüzurunda söz deməyə (müstəqil surətdə şəfaət etməyə, yaxud Onun mühakiməsinə, mükafatına və cəzasına etiraz etməyə) əsla qadir olmadığı həmin Rəhman (olan Allah)dır. | رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الرحْمَنِ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا |
| 38 | Yəvmə yəqumur ruhu vəl məlaikətu səffən la yətəkəlləmunə illa mən əzinə ləhur rəhmanu və qalə səvaba | Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq. | يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرحْمَنُ وَقَالَ صَوَابًا |
| 39 | Zalikəl yəvmul həqqu fəmən şaət təxəzə ila rəbbihi məaba | O gün haqq olan gündür, odur ki, kim istəyirsə (elə indidən) öz Rəbbinə tərəf bir dönüş yolu tutsun (elə əqidə və əməllər seçsin ki, Ona yetişsin). | ذَلِكَ الْيَوْمُ الْحَقُّ فَمَن شَاء اتَّخَذَ إِلَى رَبِّهِ مَآبًا |
| 40 | İnna ənzərnakum əzabən qəribən yəvmə yənzurul mər`u ma qəddəmət yədahu və yəqulul kafiru ya ləytəni kuntu turaba | Həqiqətən, Biz sizi yaxın olan əzabla qorxutduq. Elə bir gün(lə) ki, (o gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: «Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)». | اِنَّا أَنذَرْنَاكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنتُ تُرَابًا |
