Adiyat surəsi

Print Friendly, PDF & Email

Adiyat surəsinin fəziləti
Hədisdə deyilir ki, hər kim onu oxumağı həmişə davam etdirsə, Qiyamət günü Əmirəl-möminin Əli (ə) ilə məhşur olar.

AyəTranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhim
Bağışlayan və mehriban Allahın adı iləبسم الله الرحمن الرحيم
1Vəl adiyati zəbha And olsun tövşüyə-tövşüyə çapan (cihad) atlar(ın)a, وَالْعَادِيَاتِ ضَبْحًا
2Fəl muriyati qədha (And olsun) dırnaqları ilə daşdan qığılcım qoparan atlara, فَالْمُورِيَاتِ قَدْحًا
3Fəl muğirati subha (And olsun) sübh çağı (düşmən üzərinə) hücum edənlərə فَالْمُغِيرَاتِ صُبْحًا
4Fəəsərnə bihi nəq`a Hücumları ilə toz-torpaq qaldıranlara, فَأَثَرْنَ بِهِ نَقْعًا
5Fəvəsətnə bihi cəm`a O hücumla (düşmənlərin) mərkəzinə yol tapanlara (and olsun) ki, فَوَسَطْنَ بِهِ جَمْعًا
6İnnəl insanə lirəbbihi ləkənud Həqiqətən, insan öz Rəbbinə qarşı çox nankor, xəsis və itaətsizdir! اِنَّ الْإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌ
7Və innəhu əla zalikə ləşəhid Və şübhəsiz, o özü də buna şahiddir. اِنَّهُ عَلَى ذَلِكَ لَشَهِيدٌ
8Və innəhu lihubbil xəyri ləşədid Həqiqətən, insan mal-dövlətə fitrətən (zatən) çox hərisdir. وَاِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ
9Əfəla yə`ləmu iza bu`sirə ma fil qubur Məgər o bilmirmi ki, qəbirlərdə olanlar çıxarılacağı zaman (qiyamət günü),أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ
10Və hussilə ma fis sudur Və sinələrdə (ürəklərdə) olanlar (iman və küfr, fəzilətlər və rəzilətlər əməl dəftərində və camaat arasında) açılacağı zaman,وَحُصِّلَ مَا فِي الصُّدُورِ
11İnnə rəbbəhum yəvməizin ləxəbir Şübhəsiz, o gün onların Rəbbi hallarından xəbərdardır.اِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌ

Читайте также: