TAM İmam Səccaddan (ə) bazar ertəsi gününün duası
İmam Səccadın (ə) buyurduğu bu dualar – həftənin günlərinin duaları – kiçik olsalar da, ali məzmuna malikdirlər. Heç şübhəsiz, ruhunu bu mənalar ilə yetişdirən fərd səadətə qovuşar. Hamıya, xüsusilə də cavanlara bu duaları oxumağı tövsiyə edirik. Bu dualar Əllamə Məclisinin “Biharul-ənvar” kıtabının 87-ci cildində qeyd olunubdur.
| Transkrispiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim. | Bağışlayan və mehriban Allahın adı ilə. | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |
| Əlhəmdu lillahilləzi ləm yuşhid əhədən hinə fətərəs səmavati vəl ərz, | Həmd-səna göyləri və yeri yaradanda kimsəni şahid göstərməmiş, | الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يُشْهِدْ أَحَدا حِينَ فَطَرَ السَّمَاوَاتِ وَ الْأَرْضَ |
| və ləttəxəzə muinən hinə bərəən nəsəmati | canlıları xəlq edəndə özünə köməkçi tutmamış Allaha məxsusdur; | وَ لا اتَّخَذَ مُعِينا حِينَ بَرَأَ النَّسَمَاتِ |
| ləm yuşarik fil ilahiyyəh, və ləm yuzahər fil vəhdaniyyəh, | məbudluğunda şəriki yoxdur, birliyində kömək göstərilməz, | لَمْ يُشَارَكْ فِي الْإِلَهِيَّةِ وَ لَمْ يُظَاهَرْ فِي الْوَحْدَانِيَّةِ |
| kəllətil əlsunu ən ğayəti sifətih, vəl uqulu ən kunhi mə`rifətih, | Onun vəsfində dillər laldır, Onun zatını tanımaqda ağıllar acizdir, | كَلَّتِ الْأَلْسُنُ عَنْ غَايَةِ صِفَتِهِ وَ الْعُقُولُ عَنْ كُنْهِ مَعْرِفَتِهِ |
| və təvazəətil cəbabirətu lihəybətih, və ənətil vucuhu lixəşyətih, vənqadə kullu əzimin liəzəmətih, | günahkarlar Onun heybəti qarşısında əyilmiş, çöhrələr Onun qorxusundan şaşırmış, bütün böyüklüklər Onun əzəməti önündə ram olmuşdur. | وَ تَوَاضَعَتِ الْجَبَابِرَةُ لِهَيْبَتِهِ وَ عَنَتِ الْوُجُوهُ لِخَشْيَتِهِ وَ انْقَادَ كُلُّ عَظِيمٍ لِعَظَمَتِهِ |
| fələkəl həmdu mutəvatirən muttəsiqa, və mutəvaliyən mustəvsiqa, | Beləcə, davamlı, möhkəm həmdsənalar Sənə məxsusdur (ya Rəbb)! | فَلَكَ الْحَمْدُ مُتَوَاتِرا مُتَّسِقا وَ مُتَوَالِيا مُسْتَوْسِقا [مُسْتَوْثِقا] |
| və sələvatuhu əla rəsulihi əbəda, və səlamuhu daimən sərməda, | Sənin əbədi və davamlı salamın olsun Peyğəmbərinə! | وَ صَلَوَاتُهُ عَلَى رَسُولِهِ أَبَدا وَ سَلامُهُ دَائِما سَرْمَدا |
| Əllahumməc`əl əvvələ yəvmi haza səlaha, və əvsətəhu fəlahən və axirəhu nəcaha, | Allahım, bu günümün başlanğıcını xeyir, ortasını qurtuluş və sonunu kama çatmaq qərar ver! | اللَّهُمَّ اجْعَلْ أَوَّلَ يَوْمِي هَذَا صَلاحا وَ أَوْسَطَهُ فَلاحا وَ آخِرَهُ نَجَاحا |
| və əuzu bikə min yəvmin əvvəluhu fəzəun və əvsətuhu cəzəun və axiruhu vəcə, | Başlanğıcı qorxu, ortası taqətsizlik və sonu ağrı olan gündən Sənə sığınıram. | وَ أَعُوذُ بِكَ مِنْ يَوْمٍ أَوَّلُهُ فَزَعٌ وَ أَوْسَطُهُ جَزَعٌ وَ آخِرُهُ وَجَعٌ |
| Əllahummə inni əstəğfirukə likulli nəzrin nəzərtuh, və kulli və`din vəədtuh, və kulli əhdi ahədtuh, summə ləm əfi bih, | Allahım, öhdəmə götürdüyüm, amma yerinə yetirmədiyim hər nəzirə, hər vədə, hər əhd-peymana, | اللَّهُمَّ إِنِّي أَسْتَغْفِرُكَ لِكُلِّ نَذْرٍ نَذَرْتُهُ وَ كُلِّ وَعْدٍ وَعَدْتُهُ وَ كُلِّ عَهْدٍ عَاهَدْتُهُ ثُمَّ لَمْ أَفِ بِهِ |
| və əs`əlukə fi məzalimi ibadikə indi, | bəndələrinin haqlarına görə Səndən bağışlanma diləyirəm, | وَ أَسْأَلُكَ فِي مَظَالِمِ عِبَادِكَ عِنْدِي |
| fəəyyuma əbdin min əbidik, əv əmətin min imaik, kanət ləhu qibəli məzlimətun zələmtuha iyyahu fi nəfsih, | bəndə və kənizlərindən öhdəmdə haqqı olan və canına, | فَأَيُّمَا عَبْدٍ مِنْ عَبِيدِكَ أَوْ أَمَةٍ مِنْ إِمَائِكَ كَانَتْ لَهُ قِبَلِي مَظْلِمَةٌ ظَلَمْتُهَا إِيَّاهُ فِي نَفْسِهِ |
| əv fi ərzihi əv fi malihi əv fi əhlihi və vələdih, əv ğəybətun iğtəbtuhu biha, | şəxsiyyətinə, malına, ailə-övladına zülm-sitəm qıldığım, qeybətini etdiyim, | أَوْ فِي عِرْضِهِ أَوْ فِي مَالِهِ أَوْ فِي أَهْلِهِ وَ وَلَدِهِ أَوْ غِيبَةٌ اغْتَبْتُهُ بِهَا |
| əv təhamulun ələyhi biməylin əv həva, əv ənfətin əv həmiyyətin əv riyain əv əsəbiyyəh, | azğın nəfsə, riya və təəssübə görə yükünü ağırlaşdırdığım, | أَوْ تَحَامُلٌ عَلَيْهِ بِمَيْلٍ أَوْ هَوًى أَوْ أَنَفَةٍ أَوْ حَمِيَّةٍ أَوْ رِيَاءٍ أَوْ عَصَبِيَّةٍ |
| ğaibən kanə əv şahidən əv həyyən kanə əv məyyita, fəqəsurət yədi və zaqə vus`i ən rəddiha iləyh, vəttəhəlluli minh, | haqqını qaytara bilmədiyim, halallıq ala bilmədiklərimin hər biri uzaqda ola, ya yaxında, sağ ola, ya ölmüş – | غَائِبا كَانَ أَوْ شَاهِدا وَ حَيّا كَانَ أَوْ مَيِّتا فَقَصُرَتْ يَدِي وَ ضَاقَ وُسْعِي عَنْ رَدِّهَا إِلَيْهِ وَ التَّحَلُّلِ مِنْهُ |
| fəəs`əlukə ya mən yəmlikul hacat, və hiyə mustəcibətun liməşiyyətih, və musriətun ila iradətih, | ey diləklər sahibi, Sənin istəyinlə arzular yerinə yetər! | فَأَسْأَلُكَ يَا مَنْ يَمْلِكُ الْحَاجَاتِ وَ هِيَ مُسْتَجِيبَةٌ لِمَشِيَّتِهِ وَ مُسْرِعَةٌ إِلَى إِرَادَتِهِ |
| ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, | Salam yetir Məhəmməd və onun Əhli-beytinə! | أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| ən turziyəhu ənni bima şi`t, və təhəbə li min indikə rəhməh, | Onu istədiyin şəkildə məndən razı sal və mənə mərhəmət əta et ki, | وَ أَنْ تُرْضِيَهُ عَنِّي بِمَا [بِمَ] شِئْتَ وَ تَهَبَ لِي مِنْ عِنْدِكَ رَحْمَةً |
| innəhu la tənqusukəl məğfirətu və la təzurrukəl məvhibətu ya ərhəmər rahimin, | bağışlamaq Səndən əskiltməz, əfv Sənə zərər vurmaz, ey mehribanların mehribanı! | اِنَّهُ لا تَنْقُصُكَ الْمَغْفِرَةُ وَ لا تَضُرُّكَ الْمَوْهِبَةُ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
| Əllahummə əvlini fi kulli yəvmin isnəyni ni`mətəyni minkə sintəyn, səadətən fi əvvəlihi bitaətik, | Ya Rəbb, hər bazar ertəsi mənə iki nemət əta et: günün əvvəlində əmrlərinə itaət vasitəsilə xoşbəxtlik | اللَّهُمَّ أَوْلِنِي فِي كُلِّ يَوْمِ إِثْنَيْنِ نِعْمَتَيْنِ مِنْكَ ثِنْتَيْنِ سَعَادَةً فِي أَوَّلِهِ بِطَاعَتِكَ |
| və ni`mətən fi axirihi biməğfirətik, | və günün sonunda bağışlanma və əfv, | وَ نِعْمَةً فِي آخِرِهِ بِمَغْفِرَتِكَ |
| ya mən huvəl ilah, və la yəğfiruz zunubə sivah | ey yeganə məbud! Ondan savayı günahları bağışlayacaq kəs yoxdur! | يَا مَنْ هُوَ الْإِلَهُ وَ لا يَغْفِرُ الذُّنُوبَ سِوَاهُ |
Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c 87, səh 176, hədis 21
