TAM Sübh namazının təqibatı
Sübh namazının təqibatı başqa namazların təqibatından daha çoxdur. Əlbəttə, hər kəs bu dua və zikr bacardığını yerinə yetirə bilər.
1) Əli ələyhissalamın «Ləylətul məbit» duası:
| Ərəbcə | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اهْدِنِي لِمَا اخْتُلِفَ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِكَ اِنَّكَ تَهْدِي مَنْ تَشَاءُ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ |
| Tərcümə | İlahi, Muhəmməd və onun Əhlibeytinə salam və salavat göndər və mənə Öz istək və izninlə haqq ixtilaflı olduğu zaman yol göstər! Həqiqətən, Sən istədiyini doğru yola hidayət edirsən. |
| Transkripsiya | Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, vəhdini liməxtulifə fihi minəl həqqi biiznik, innəkə təhdi mən təşau ila siratin mustəqim. |
10 dəfə bu duanı de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, əl əvsiyair razinəl mərziyyin biəfzəli səlavatik, və barik ələyhim biəfzəli bərəkatik, vəs səlamu ələyhim və əla ərvahihim və əcsadihim və rəhmətullahi və bərəkatuh. | İlahi, Muhəmməd və onun Əhlibeytinə – sevimli və bəyənilmiş vəsilərinə salavat göndər, onlara, onların ruh və bədənlərinə ən yaxşı salavatını, ən yaxşı bərəkətini və salamını göndər! Allahı rəhmət və bərəkəti onlara olsun. | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الْأَوْصِيَاءِ الرَّاضِينَ الْمَرْضِيِّينَ بِأَفْضَلِ صَلَوَاتِكَ وَ بَارِكْ عَلَيْهِمْ بِأَفْضَلِ بَرَكَاتِكَ وَ السَّلامُ عَلَيْهِمْ وَ عَلَى أَرْوَاحِهِمْ وَ أَجْسَادِهِمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
Sonra bu duanı de:
| Ərəbcə | اللَّهُمَّ أَحْيِنِي عَلَى مَا أَحْيَيْتَ عَلَيْهِ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ وَ أَمِتْنِي عَلَى مَا مَاتَ عَلَيْهِ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ عليه السلام |
| Tərcümə | İlahi, Əli ibn Əbu Talibi diri saxladığınla məni də diri saxla, Əli ibn Əbu Talibi öldürdüyünlə məni də öldür. |
| Transkripsiya | Əllahummə əhyini əla ma əhyəytə ələyhi Əliyyəbnə Əbi Talib, və əmitni əla ma matə ələyhi Əliyyubnu Əbi Talibin ələyhis salam. |
100 dəfə deyirsən:
| Ərəbcə | أَسْتَغْفِرُ اللَّهَ وَ أَتُوبُ إِلَيْه |
| Tərcümə | Allahdan bağışlanma diləyir və tövbə edərək Ona üz tuturam. |
| Transkripsiya | Əstəğfirullahə və ətubu iləyh. |
100 dəfə deyirsən:
| Ərəbcə | أَسْأَلُ اللَّهَ الْعَافِيَةَ |
| Tərcümə | Allahdan afiyət və sağlamlıq diləyirəm. |
| Tranksripsiya | Əs`əlullahul afiyəh. |
100 dəfə deyirsən:
| Ərəbcə | أَسْتَجِيرُ بِاللَّهِ مِنَ النَّار |
| Tərcümə | Cəhənnəm odundan Allaha pənah aparıram. |
| Transkripsiya | Əstəciru billahi minən nar. |
100 dəfə deyirsən:
| Ərəbcə | وَ أَسْأَلُهُ الْجَنَّةَ |
| Tərcümə | Ondan behişt istəyirəm. |
| Transkripsiya | Əs`əluhul cənnəh. |
100 dəfə deyirsən:
| Ərəbcə | أَسْأَلُ اللَّهَ الْحُورَ الْعِينَ |
| Tərcümə | Allahdan Huri istəyirəm. |
| Transkripsiya | Əs`əlullahəl hurəl iyn. |
100 dəfə deyirsən:
| Ərəbcə | لا إِلَهَ إِلا اللَّهُ الْمَلِكُ الْحَقُّ الْمُبِينُ |
| Tərcümə | Haqq və aşkar soltan olan Allahdan başqa heç bir tanrı yoxdur. |
| Transkripsiya | La ilahə illəllahul məlikul həqqul mubin. |
100 dəfə “İxlas” surəsini oxu və 100 yüz dəfə de:
| Ərəbcə | صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| Tərcümə | Allahın salamı olsun Muhəmməd və onun Əhlibeytinə. |
| Transkipsiya | Salləlahu əla Muhəmmədin və ali Muhəmməd. |
100 dəfə deyirsən:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Subhanəllahi vəl həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər, | Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd Allaha məxsusdur. Allahdan başqa heç bir tanrı yoxdur. Allah daha böyükdür. | سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ |
| və la həvlə və la quvvətə illa billahil əliyyil əzim. | Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. | وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ |
100 dəfə deyirsən:
| Ərəbcə | مَا شَاءَ اللَّهُ كَانَ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ |
| Tərcümə | Allahın istədiyi mütləq baş verir və uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. |
| Transkripsiya | Maşaəllahu kanə və la həvlə və la quvvətə illa billahil əliyyil əzim. |
Sonra bu duanı de:
Təqibat_sübh_13
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əsbəhtullahummə mu`təsimən bizimamikəl məniilləzi la yutavəlu və la yuhavəl, min şərri kulli ğaşimin və tariq, min sairi mən xələqt, və ma xələqtə min xəlqikəs samiti vən natiq, fi cunnətin min kulli məxuf, bilibasin sabiğətin vəlai əhli bəyti nəbiyyik, muhtəcibən min kulli qasidin li ila əziyyətin bicidarin həsin, əl ixlasi fil i`tirafi bihəqqihim, vət təməssuki bihəblihim, muqinən ənnəl həqqə ləhum və məəhum və fihim və bihim, uvali mən valəv, və ucanibu mən canəbu, Fəəiznillahummə bihim min şərri kulli ma əttəqih, ya əzimu həcəztul əadiyə ənni bibədiis səmavati vəl ərz, inna cəəlna min bəyni əydihim səddən və min xəlfihim sədda, fəəğşəynahum fəhum la yubsirun. | İlahi! Sənin pənahında səhərimi oğru və qarətçinin, habelə yaratdığın danışan və danışmayan varlıqların şərindən amanda qalaraq açdım. Səhərimi bütün qorxunc şeylərdən qoruyan sipərinə sığınaraq və Peyğəmbərinin əhli-beytini ürək dolusu ilə sevməklə açdım. Səhərimi mənə əziyyət etmək istəyən hər bir təcavüzkarın təcavüzündən qorunub, ixlasla əhatə olunan qalana sığınaraq açdım. Səhərimi Əhli-beytə olan sevgi və haqqın onlarla və onların davamçısı olmağıma yəqinlik hasil etməklə açdım. Onların sevdiklərini sevəcək, uzaq olduqları hər bir şeydən uzaq olacağam. Elə isə onlarla birgə uzaq olacağım hər bir şeydən mənə pənah ver, ey böyük Allah! Yer və göyləri yoxdan yaradan varlığının vasitəsilə düşmənlərimi özümdən uzaq etdim. (Necə ki, Quranda buyurursan:) “Biz onların boyunlarına dəmir həlqələr keçirtmişik. Həlqələr onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir.” | أَصْبَحْتُ اللَّهُمَّ مُعْتَصِما بِذِمَامِكَ الْمَنِيعِ الَّذِي لا يُطَاوَلُ وَ لا يُحَاوَلُ مِنْ شَرِّ كُلِّ غَاشِمٍ وَ طَارِقٍ مِنْ سَائِرِ مَنْ خَلَقْتَ وَ مَا خَلَقْتَ مِنْ خَلْقِكَ الصَّامِتِ وَ النَّاطِقِ فِي جُنَّةٍ مِنْ كُلِّ مَخُوفٍ بِلِبَاسٍ سَابِغَةٍ وَلاءِ أَهْلِ بَيْتِ نَبِيِّكَ مُحْتَجِبا مِنْ كُلِّ قَاصِدٍ لِي إِلَى أَذِيَّةٍ بِجِدَارٍ حَصِينٍ الْإِخْلاصِ فِي الاعْتِرَافِ بِحَقِّهِمْ وَ التَّمَسُّكِ بِحَبْلِهِمْ مُوقِنا أَنَّ الْحَقَّ لَهُمْ وَ مَعَهُمْ وَ فِيهِمْ وَ بِهِمْ أُوَالِي مَنْ وَالَوْا وَ أُجَانِبُ مَنْ جَانَبُوا فَأَعِذْنِي اللَّهُمَّ بِهِمْ مِنْ شَرِّ كُلِّ مَا أَتَّقِيهِ يَا عَظِيمُ حَجَزْتُ الْأَعَادِيَ عَنِّي بِبَدِيعِ السَّمَاوَاتِ وَ الْأَرْضِ اِنَّا جَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدّا وَ مِنْ خَلْفِهِمْ سَدّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لا يُبْصِرُونَ |
Bu dua, Əmirəl-möminin Əli (ə)-ın “Ləylətul-məbit” gecəsi Həzrət Peyğəmbərin yatağında yatarkən oxuduğu duadır. Onu hər səhər və axşam oxumaq lazımdır.
2) “Təhzib” kitabında qeyd olunmuşdur ki, hər kəs sübh namazından sonra 10 dəfə bu duanı oxusa, Allah taala onu korluq, dəlilik, cüzam, fəqirlik, evinin viran olması, qoca ikən xurafata varması kimi, bəlalardan qoruyar. Dua belədir:
| Ərəbcə | سُبْحَانَ اللَّهِ الْعَظِيمِ وَ بِحَمْدِهِ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ |
| Tərcümə | Böyük Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd Ona məxsusdur. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. |
| Transkripsiya | Subhanəllahil əzimi və bihəmdihi və la həvlə və la quvvətə illa billahil əliyyil əzim. |
3) Şeyx Kuleyni, İmam Sadiq (ə)-dan rəvayət etmişdir ki, hər kəs sübh və şam namazlarından sonra aşağıdakı duanı 7 dəfə oxusa, Allah taala onu 70 növ müxtəlif bəlalardan hifz edər ki, o bəlaların ən yüngülü yel, pisi (bədəndə ağ ləkələr) və dəlilik xəstəliyidir. Əgər şəqilərdəndirsə (hədislərin dili ilə bədbəxt insanlardandırsa) onun adı o dəftərdən pozular və onu süədaların (xoşbəxtlərin) sırasına yazılar. Dua belədir:
| Ərəbcə | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيم |
| Tərcümə | Bağışlayan və mehriban Allahın adi ilə! Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. |
| Transkripsiya | Bismillahir rəhmanir rəhim, la həlvə və la quvvətə illa billahil əliyyil əzim. |
Həmçinin, o həzrətdən rəvayət etmişdir ki, dünya-axirət hacətləri üçün və göz ağrısı üçün aşağıdakı duanı sübh və şam namazlarından sonra oxuyun:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin və ali Muhəmməd, ələykə salli əla Muhəmmədin və ali Muhəmməd, | İlahi, Muhəmməd və onun Əhlibeytinin Sənin üzərində olan haqqına Səndən istəyirəm ki, Muhəmməd və onun Əhlibeytinə salam yetir, | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ عَلَيْكَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| vəc`əlin nurə fi bəsəri, vəl bəsi-rətə fi dini, vəl yəqinə fi qəlbi, vəl ixlasə fi əməli, vəs səlamətə fi nəfsi, vəs səətə fi rizqi, vəş şukrə ləkə əbədən ma əbqəytəni. | gözümə nur, dinimə bəsirət, ürəyimə yəqin, əməlimə ixlas, bədənimə sağlamlıq, ruzimə firavanlıq nəsib et və məni yaşatdığın müddətə qədər Sənə şükür etməyə müvəffəq et! | وَ اجْعَلِ النُّورَ فِي بَصَرِي وَ الْبَصِيرَةَ فِي دِينِي وَ الْيَقِينَ فِي قَلْبِي وَ الْإِخْلاصَ فِي عَمَلِي وَ السَّلامَةَ فِي نَفْسِي وَ السَّعَةَ فِي رِزْقِي وَ الشُّكْرَ لَكَ أَبَدا مَا أَبْقَيْتَنِي |
4)Şeyx ibn Fəhd “Üddətud-dai” kitabında İmam Rza (ə)-dan nəql edir ki, hər kəs sübh namazından sonra aşağıda qeyd edəcəyimiz duanı oxuyub hacətlərini Allahdan diləyərsə, hacəti qəbul olar və Allah taala onun ən mühüm hacətini rəva edər. Dua belədir:
Təqibat_sübh_17
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi və salləllahu əla Muhəmmədin və alih, və ufəvvizu əmri iləllah, innəllahə bəsirun bil ibad, fəvəqahullahu səyyiati ma məkəru, la ilahə illa əntə subhanəkə inni kuntu minəz zalimin, fəstəcəbna ləhu və nəccəynahu minəl ğəmm, və kəzalikə nuncil mu`minin, həsbunəllahu və ni`məl vəkil, fənqələbu bini`mətin minəllahi və fəzlin ləm yəmsəshum su, ma şaəllahu la həvlə və la quvvətə illa billah, ma şaəllahu la ma şaən nas, ma şaəllahu və in kərihən nas, həsbiyər rəbbu minəl mərbubin, həsbiyəl xaliqu minəl məxluqin, həsbiyər raziqu minəl mərzuqin, həsbi-yəllahu rəbbul aləmin, həsbi mən huvə həsbi, həsbi mən ləm yəzəl həsbi, həsbi mən kanə muz kuntu ləm yəzəl həsbi, həsbiyəllahu la ilahə illa hu, ələyhi təvəkkəltu və huvə rəbbul ərşil əzim. | Allahın adı ilə! Allahın salamı Muhəmməd və onun Əhlibeytinə olsun. Mən işimi Allaha tapşırıram, şübhəsiz ki, Allah bəndələrin işlərini görəndir. “Allah onu, onların (Fironun tərəfdarlarının hiyləsindən) qorudu.” Səndən başqa məbud yoxdur. Sən bütün eyiblərdən pak və uzaqsan. Həqiqətən, mən nəfsimə zülm edənlərdən oldum. “Biz də onun duasını qəbul etdik və onu kədərdən qurtardıq. Biz möminlərə belə nicat verərik. Allah bizə bəs edər və O, nə gözəl vəkildir. Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular.” Allahın istədiyi olar. Allahdan başqa güc və qüdrət yoxdur. İnsanların istədiyi yox, Allahın istədiyi olar. İnsanların xoşuna gəlməsə də, Allahın istədiyi olar! Bəndələrin yerinə Rəbbim mənə bəs edər, yaradılmışların yerinə Yaradan mənə bəs edər, ruzi yeyənlərin yerinə ruzi verən mənə bəs edər, aləmlərin rəbbi olan Allah mənə bəs edər, mənə bəs olan bəs edər, əzəldən bəri mənə bəs olan bəs edər, var olduğum gündən bəri həmişə mənə bəs olan bəs edər. Ondan başqa məbud olmayan Allah mənə bəs edər. Ona təvəkkül edirəm və O, böyük ərşin Rəbbidir! | بِسْمِ اللَّهِ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ اِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ فَوَقَاهُ اللَّهُ سَيِّئَاتِ مَا مَكَرُوا لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ حَسْبُنَا اللَّهُ وَ نِعْمَ الْوَكِيلُ فَانْقَلَبُوا بِنِعْمَةٍ مِنَ اللَّهِ وَ فَضْلٍ لَمْ يَمْسَسْهُمْ سُوءٌ مَا شَاءَ اللَّهُ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ مَا شَاءَ اللَّهُ لا مَا شَاءَ النَّاسُ مَا شَاءَ اللَّهُ وَ إِنْ كَرِهَ النَّاسُ حَسْبِيَ الرَّبُّ مِنَ الْمَرْبُوبِينَ حَسْبِيَ الْخَالِقُ مِنَ الْمَخْلُوقِينَ حَسْبِيَ الرَّازِقُ مِنَ الْمَرْزُوقِينَ حَسْبِيَ اللَّهُ رَبُّ الْعَالَمِينَ حَسْبِي مَنْ هُوَ حَسْبِي حَسْبِي مَنْ لَمْ يَزَلْ حَسْبِي حَسْبِي مَنْ كَانَ مُذْ كُنْتُ لَمْ يَزَلْ حَسْبِي حَسْبِيَ اللَّهُ لا إِلَهَ إِلا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ |
5) Şeyx Abbas Qumi deyir: “Mənim ustadım siqətul-islam Nuri (Allah təala onun qəbrini nur doldursun) özünün “Darus-səlam” kitabında, öz ustadı Hacı Molla Fətəli Sultanabadi (r)-dan nəql edir ki, o belə demişdir: “Fəzilət sahibi olan böyük alim Axund Molla Muhəmməd Sadiq Əraqinin məişəti çox çətinliklə keçir və özü də pərişanlığa məruz qalmışdı. Onun dolanışığının yaxşılaşması üçün heç bir yol yox idi. Bir gün yatıb yuxuda görür ki, bir səhradadır. Uzaqdan bir xeyməni görüb soruşur: “Bu xeymə kimindir?” Dedilər: “Dara-çətinliyə düşən miskinlərin dadına çatan Həzrət Qaim Məhdi (ə.f), intizarı çəkilən Məhdi Müntəzərindir (Allah təala onun zühurunu tezləşdirsin). O sürətlə özünü Həzrətin xeyməsinə çatdırıb, İmamın hüzuruna yetişib öz çətinliklərini Həzrətə danışdı. Həzrətdən işlərində irəliləyiş və qəm-qüssədən xilas olmaq üçün, ona bir duanı öyrətməsini xahiş etdi. Həzrət ona seyidlərdən birinin xeyməsini göstərərək onu həmin seyidin yanına göndərdi. Axund Həzrətin xeyməsindən çıxıb, imamın işarə etdiyi xeyməyə tərəf getdi. Xeyməyə daxil olduqda etimadlı, böyük və əzəmətli alim cənab Seyid Məhəmməd Sultanabadini gördü. O, səccadənin üstündə əyləşib dua və qiraət ilə məşğul idi. Axund seyidə salam verib, əhvalatı ona danışdı. Sonra Seyid Axundun, işlərində açılış, ruzisinin çoxalması üçün dua öyrətdi. Axund elə bu vaxt yuxudan oyandı. Amma Seyid Məhəmmədin ona yuxuda öyrətdiyi dua yadında idi. Yerindən qalxıb Seyidin evinə tərəf yola düşdü. Bu yuxudan qabaq Axundun Seyiddən xoşu gəlmədiyi üçün onun yanına gedib-gəlmirdi. Axund Seyidin evinə daxil olduqda, onu yuxuda gördüyü kimi, müşahidə etdi. Seyid Məhəmməd öz namazgahında əyləşib zikr və istiğfar ilə məşğul idi. Salam verdi. Seyid Axundun salamının cavabını verib, təbəssüm etdi. Elə bil, məsələdən xəbərdar idi. Sonra Axund Seyid Məhəmməddən öz işlərində açılış üçün bir dua istədi. Seyid ona yuxuda öyrətdiyi duanı təzədən dedi. Axund həmişə bu duanı oxuyardı. Çox çəkmədi ki, dünya hər tərəfdən ona üz gətirdi. O, çətinlikdən çıxdı. Mərhum Hacı Molla Fətəli, Seyidi çox tərifləyirdi. Onlar az bir müddət sinif yoldaşı olmuşdular. Seyid Məhəmmədin Axunda öyrətdiyi dua üç şeydən ibarətdir:
a) Dan yeri söküldükdə, əllərini sinəsinə qoyub 70 dəfə desin: “Ya Fəttah!” (Ey işlərin düyünün açan)
b) “Kafi”də olan bu duanı (ki, Həzrət Peyğəmbər (s) pərişanlığa mübtəla olmuş səhabələrindən birinə öyrətdi və o səhabə bu duanı oxuduğuna görə tez bir zamanda pərişanlığı aradan gedib, öz sağlamlığını təzədən əldə etdi) həmişə oxusun. Dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| La həvlə və la quvvətə illa billah, təvəkkəltu ələl həyyilləzi la yəmut, vəl həmdu lillahilləzi ləm yəttəxiz vələda, və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zulli və kəbbirhu təkbira. | Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. Heç vaxt ölməyən diri Allaha təvəkkül edirəm. Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! | لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ تَوَكَّلْتُ عَلَى الْحَيِّ الَّذِي لا يَمُوتُ وَ الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَدا وَ لَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبِيرا |
c) Sübh namazlarından sonra Şeyx ibn Fəhddən (iki səhifə öncə — Məfatihul-cinan kitabına uyğun olaraq) nəql olunmuş duanı oxuyub, onu qənimət sayaraq, hər vaxt oxunmasını unutmasın və onun faydalarından qəflətdə olmasın.
6) Bunu bil ki, namazlardan sonra şükür səcdəsini yerinə yetirmək, təkid olunmuş müstəhəb əməllərdəndir. Şükür səcdəsi üçün müxtəlif dua və zikrlər nəql olunmuşdur. İmam Rza (ə)-dan nəql olunmuşdur ki, əgər istəsən 100 dəfə: “Şukrən şukrən” -de və əgər istəsən də 100 dəfə: “Əfvən əfvən” –deyə bilərsən. Həmçinin o Həzrətin belə buyurduğu nəql olunur: “Bu səcdədə (şükür səcdəsində) ən azı 3 dəfə “Şukrən lillah” deyilməlidir. Həmçinin, gün çıxan və batarkən, müxtəlif dua və zikrlər Həzrət Rəsul (s) və məsum imamlardan bizə gəlib çatmışdır. Bizim bu iki vaxtı (gün çıxan və batan vaxtı) əldən verməyib, onlara əhəmiyyətlə yanaşmağımız barədə çoxlu ayə və hədislər deyilmişdir. Biz burada yalnız o dualardan bir neçəsini qeyd etməklə kifayətlənirik:
a) Hədis alimləri, İmam Sadiq (ə)-dan mötəbər sənədlə rəvayət etmişlər; hər bir müsəlmana vacibdir ki, gün çıxmazdan və gün batmazdan əvvəl bu duanı 10 dəfə oxusun. Bəzi rəvayətlərdə deyilir ki, əgər onu oxumağı tərk edərsə, sonradan qəza etməsi lazımdır. Dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, yuhyi və yumitu və yumitu və yuhyi, və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəy`in qədir. | Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və Onun şəriki yoxdur. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. Dirildib öldürən və öldürüb dirildəndir. Heç vaxt ölməyən diri Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir. | لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ يُمِيتُ وَ يُحْيِي وَ هُوَ حَيٌّ لا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ |
b) Həmçinin mötəbər sənədlə İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, gün çıxmazdan və batmazdan əvvəl 10 dəfə belə de:
| Ərəbcə | أَعُوذُ بِاللَّهِ السَّمِيعِ الْعَلِيمِ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ وَ أَعُوذُ بِاللَّهِ أَنْ يَحْضُرُونِ اِنَّ اللَّهَ هُوَ السَّمِيعُ الْعَلِيمُ |
| Tərcümə | Şeytanların vəsvəsələri və onların mənim yanımda hazır olmalarından eşidən və bilən Allaha pənah aparıram. Həqiqətən, Allah eşidən və biləndir. |
| Transkripsiya | Əuzu billahis səmiil əlim, min həməzatiş şəyatin, və əuzu billahi ən yəhzurun, innəllahə huvəs səmiul əlim. |
c) O Həzrət belə buyurur: “Səhər və aşxam bu duanı 3 dəfə oxumaq üçün sizə nə mane olur?!:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə muqəllibəl qulubi vəl əbsar, səbbit qəlbi əla dinik, və la tuzi` qəlbi bə`də iz hədəytəni, və həb li min lədunkə rəhmətən innəkə əntəl vəhhab, və əcirni minən nari birəhmətik, | Ey ürəkləri və gözləri dəyişdirən Allah, mənim ürəyimi Öz dinində möhkəm saxla, məni doğru yola yönəltdikdən sonra ürəyimi azğınlıq və əyriliyə salma, mənə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən! Öz rəhmətinlə mənə cəhənnəmin odundan aman (pənah) ver, | اللَّهُمَّ مُقَلِّبَ الْقُلُوبِ وَ الْأَبْصَارِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ وَ لا تُزِغْ قَلْبِي بَعْدَ إِذْ هَدَيْتَنِي وَ هَبْ لِي مِنْ لَدُنْكَ رَحْمَةً اِنَّكَ أَنْتَ الْوَهَّابُ وَ أَجِرْنِي مِنَ النَّارِ بِرَحْمَتِكَ |
| Əllahumməmdud li fi umri və əvsi` ələyyə fi rizqi, vənşur ələyyə rəhmətək, və in kuntu indəkə fi ummil kitabi şəqiyyən fəc`əlni səida, fəinnəkə təmhu ma təşau və tusbitu və indəkə ummul kitab. | ömrümü uzat, ruzimi artır və rəhmətini mənə genişləndir. Əgər mən Sənin dərgahındakı kitabın əslində (lövhi-məhfizda) bədbəxtəmsə (bədbəxtlər sırasında yazılmışamsa), məni xoşbəxt et ki, həqiqətən, Sən istədiyini məhv edər, istədiyini də sabit saxlayarsan və kitabın əsli Sənin yanındadır. | اللَّهُمَّ امْدُدْ لِي فِي عُمْرِي وَ أَوْسِعْ عَلَيَّ فِي رِزْقِي وَ انْشُرْ عَلَيَّ رَحْمَتَكَ وَ إِنْ كُنْتُ عِنْدَكَ فِي أُمِّ الْكِتَابِ شَقِيّا فَاجْعَلْنِي سَعِيدا فَاِنَّكَ تَمْحُو مَا تَشَاءُ وَ تُثْبِتُ وَ عِنْدَكَ أُمُّ الْكِتَابِ |
d) İmam Sadiq (ə) buyurur: “Səhər və axşam (gün çıxmazdan və batmazdan əvvəl) bu duanı oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əlhəmdu lillahilləzi yəf`əlu ma yəşa, və la yəf`əlu ma yəşau ğəyruh, əlhəmdu lillahi kəma yuhibbullahu ən yuhmədəl həmdu lillahi kəma huvə əhluh, | Həmd-səna o Allaha məxsusdur ki, istədiyini yerinə yetirir, başqası isə istədiyini yerinə yetirə bilmir. Allah həmd-səna olunmağını sevdiyi kimi, həmd-səna da, yalnız Allaha məxsusdur. Həmd-səna layiq olduğu kimi, yalnız Ona məxsusdur. | الْحَمْدُ لِلَّهِ الَّذِي يَفْعَلُ مَا يَشَاءُ وَ لا يَفْعَلُ مَا يَشَاءُ غَيْرُهُ الْحَمْدُ لِلَّهِ كَمَا يُحِبُّ اللَّهُ أَنْ يُحْمَدَ الْحَمْدُ لِلَّهِ كَمَا هُوَ أَهْلُهُ |
| Əllahummə ədxilni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və əxricni min kulli şərrin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, salləllahu əla Muhəmmədin və ali Muhəmməd. | İlahi, Muhəmməd və onun Əhlibeytini daxil etdiyin hər bir xeyir işə məni də daxil et və Muhəmməd və onun Əhlibeytini çıxartdığın hər bir şər işdən məni də çıxart! Allahın salam və salavatı Muhəmməd və onun Əhlibeytinə olsun! | اللَّهُمَّ أَدْخِلْنِي فِي كُلِّ خَيْرٍ أَدْخَلْتَ فِيهِ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ وَ أَخْرِجْنِي مِنْ كُلِّ شَرٍّ أَخْرَجْتَ مِنْهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
e) Hər səhər və axşamlar (gün çıxmazdan və batmazdan əvvəl) oxu:
| Ərəbcə | سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَر |
| Tərcümə | Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd Allaha məxsusdur və Allahdan başqa heç bir tanrı yoxdur. Allah böyükdür. |
| Transkripsiya | Subhanəllahi vəl həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər. |
f) Səhər və axşam (gün çıxmazdan və batmazdan əvvəl) oxunması müstəhəb olan dualardan biri də “Əşərat” duasıdır.
