TAM İmam Səccaddan (ə) cümə gününün duası
İmam Səccadın (ə) buyurduğu bu dualar – həftənin günlərinin duaları – kiçik olsalar da, ali məzmuna malikdirlər. Heç şübhəsiz, ruhunu bu mənalar ilə yetişdirən fərd səadətə qovuşar. Hamıya, xüsusilə də cavanlara bu duaları oxumağı tövsiyə edirik. Bu dualar Əllamə Məclisinin “Biharul-ənvar” kıtabının 87-ci cildində qeyd olunubdur.
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim. | Bağışlayan və mehriban Allahın adı ilə. | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |
| Əlhəmdu lillahil əvvəli qəbləl inşai vəl ihya, vəl axiri bə`də fənail əşya | Həmd-səna varlığın həyatdan öncə başlanğıcı, mövcudların fənasından sonra sonu olan Allaha məxsusdur! | الْحَمْدُ لِلَّهِ الْأَوَّلِ قَبْلَ الْإِنْشَاءِ وَ الْإِحْيَاءِ وَ الْآخِرِ بَعْدَ فَنَاءِ الْأَشْيَاءِ |
| əl əlimulləzi la yənsa mən zəkərəh, və la yənqusu mən şəkərəh, | O elə bir alimdir ki, Onu yada salanı yaddan çıxarmaz, şükür edənə nemətini əskiltməz, | الْعَلِيمِ الَّذِي لا يَنْسَى مَنْ ذَكَرَهُ وَ لا يَنْقُصُ مَنْ شَكَرَهُ |
| və la yəxibu mən dəah, və la yəqtəu rəcaə mən rəcah, | Onu çağıranı naümid etməz, ümid edənin ümidini qırmaz. | وَ لا يَخِيبُ مَنْ دَعَاهُ وَ لا يَقْطَعُ رَجَاءَ مَنْ رَجَاهُ |
| Əllahummə inni uşhidukə və kəfa bikə şəhida, | Allahım, mən Səni şahid tuturam və Sənin şahidliyin bəs edər; | اللَّهُمَّ إِنِّي أُشْهِدُكَ وَ كَفَى بِكَ شَهِيدا |
| və uşhidu cəmiə məlaikətikə və sukkanə səmavatikə və həmələti ərşik, | şahid tuturam mələkləri, səma sakinlərini, ərşi aparanları, | وَ أُشْهِدُ جَمِيعَ مَلائِكَتِكَ وَ سُكَّانَ سَمَاوَاتِكَ وَ حَمَلَةَ عَرْشِكَ |
| və mən bəəstə min ənbiyaikə və rusulik, və ənşə`tə min əsnafi xəlqik, | seçdiyin peyğəmbərləri, yaratdığın hesabsız varlıqları (bütünlüklə şahid tuturam) ki, | وَ مَنْ بَعَثْتَ مِنْ أَنْبِيَائِكَ وَ رُسُلِكَ وَ أَنْشَأْتَ مِنْ أَصْنَافِ خَلْقِكَ |
| ənni əşhədu ənnəkə əntəllahu la ilahə illa ənt, | şəhadət verim: Sənsən bir Allah ki, Səndən başqa məbud yoxdur, | أَنِّي أَشْهَدُ أَنَّكَ أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ |
| vəhdəkə la şərikə ləkə və la ədil, | şəriki və misli olmayan yeganəsən; | وَحْدَكَ لا شَرِيكَ لَكَ وَ لا عَدِيلَ |
| və la xulfə liqəvlikə və la təbdil, | Sənin sözündə səhv və dəyişiklik yoxdur. | وَ لا خُلْفَ لِقَوْلِكَ وَ لا تَبْدِيلَ |
| və ənnə Muhəmmədən salləllahu ələyhi və alihi əbdukə və rəsuluk, | Şəhadət verirəm ki, Muhəmməd səlləllahu ələyhi və alihi və səlləm Sənin bəndən və rəsulundur. | وَ أَنَّ مُحَمَّدا صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ عَبْدُكَ وَ رَسُولُكَ |
| ədda ma həmməltəhu iləl ibad, və cahədə fillahi əzzə və cəllə həqqəl cihad, | O, bəndələrinə çatdırılmasını əmr etdiyini yerinə yetirməkdə və Allah yolunda lazımınca çalışdı, | أَدَّى مَا حَمَّلْتَهُ إِلَى الْعِبَادِ وَ جَاهَدَ فِي اللَّهِ عَزَّ وَ جَلَّ حَقَّ الْجِهَادِ |
| və ənnəhu bəşşərə bima huvə həqqun minəs səvab, | savabla bağlı haqqhəqiqəti yaxşı mükafatla müjdələdi | وَ أَنَّهُ بَشَّرَ بِمَا هُوَ حَقٌّ مِنَ الثَّوَابِ |
| və ənzərə bima huvə sidqun minəl iqab, | və doğru olanı cəhənnəm əzabı ilə qorxutdu. | وَ أَنْذَرَ بِمَا هُوَ صِدْقٌ مِنَ الْعِقَابِ |
| Əllahummə səbbitni əla dinikə ma əhyəytəni, | Allahım, Sənsən məni həyatda saxlayan, məni dinində sabitqədəm et, | اللَّهُمَّ ثَبِّتْنِي عَلَى دِينِكَ مَا أَحْيَيْتَنِي |
| və la tuziq qəlbi bə`də iz hədəytəni, | qəlbimi yol göstərdikdən sonra azdırma | وَ لا تُزِغْ قَلْبِي بَعْدَ إِذْ هَدَيْتَنِي |
| vəhəb li min lədunkə rəhməh, innəkə əntəl vəhhab, | və mənə Öz tərəfindən mərhəmət nəsib et ki, həqiqətən, Sənsən bağışlayan! | وَ هَبْ لِي مِنْ لَدُنْكَ رَحْمَةً اِنَّكَ أَنْتَ الْوَهَّابُ |
| salli əla Muhəmmədin və əla ali Muhəmməd, | Salam yetir Muhəmməd və onun Əhlibeytinə; | صَلِّ عَلَى مُحَمَّدٍ وَ عَلَى آلِ مُحَمَّدٍ |
| vəc`əlni min ətbaihi və şiətih, | məni onların ardıcılı və şiələrindən qərar ver, | وَ اجْعَلْنِي مِنْ أَتْبَاعِهِ وَ شِيعَتِهِ |
| vəhşurni fi zumrətih, | onların sırasında məşhur et və qiyamət səhnəsinə gətir, | وَ احْشُرْنِي فِي زُمْرَتِهِ |
| və vəffiqni li ədai fərzil cumuat, və ma əvcəbtə ələyyə fiha minət taat, | məni cümələrdə vacib olanlara, günün ibadətlərinə, | وَ وَفِّقْنِي لِأَدَاءِ فَرْضِ الْجُمُعَاتِ وَ مَا أَوْجَبْتَ عَلَيَّ فِيهَا مِنَ الطَّاعَاتِ |
| və qəsəmtə liəhliha minəl ətai fi yəvmil cəza, | cümə ibadəti müqabilində insanlara verəcəyin mükafata müvəffəq et ki, | وَ قَسَمْتَ لِأَهْلِهَا مِنَ الْعَطَاءِ فِي يَوْمِ الْجَزَاءِ |
| innəkə əntəl əzizul həkim. | Həqiqətən də Sən iqtidar və hikmət sahibisən! | اِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ |
Əllamə Məclisi — Biharul-ənvar, c 87, səh 133, hədis 2
