TAM İmam Səccaddan (ə) şənbə gününün duası
İmam Səccadın (ə) buyurduğu bu dualar – həftənin günlərinin duaları – kiçik olsalar da, ali məzmuna malikdirlər. Heç şübhəsiz, ruhunu bu mənalar ilə yetişdirən fərd səadətə qovuşar. Hamıya, xüsusilə də cavanlara bu duaları oxumağı tövsiyə edirik. Bu dualar Əllamə Məclisinin “Biharul-ənvar” kıtabının 87-ci cildində qeyd olunubdur.
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim. | Bağışlayan və mehriban Allahın adı ilə. | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |
| Bismillahi kəlimətul mu`təsimin, və məqalətil mutəhərrizin, | Pənah aparanların sözü və danışığı olan Allahın adı ilə! | بِسْمِ اللَّهِ كَلِمَةِ الْمُعْتَصِمِينَ وَ مَقَالَةِ الْمُتَحَرِّزِينَ |
| və əuzu billahi təala min cəvril cairin, və kəydil hasidin, | Sitəmkarların zülmündən, həsəd aparanların pis fikrindən, | وَ أَعُوذُ بِاللَّهِ تَعَالَى مِنْ جَوْرِ الْجَائِرِينَ وَ كَيْدِ الْحَاسِدِينَ |
| və bəğyiz zalimin, | zalımlarındüşmənçiliyindən uca Allah pənah aparır | وَ بَغْيِ الظَّالِمِينَ |
| və əhməduhu fəvqə həmdil hamidin, | və sitayiş edənlərin sitayişindən üstün bir sitayişlə Ona sitayiş edirəm. | وَ أَحْمَدُهُ فَوْقَ حَمْدِ الْحَامِدِينَ |
| Əllahummə əntəl vahidu bila şərik, vəl məliku bila təmlik, | Allahım, Sənsən şəriksiz yeganə, ehtiyacsız padşah (ki, bu padşahlığı bir başqası verməmiş), | اللَّهُمَّ أَنْتَ الْوَاحِدُ بِلا شَرِيكٍ وَ الْمَلِكُ بِلا تَمْلِيكٍ |
| la tuzaddu fi hukmikə və la tunazəu fi mulkik, | Sənin fərmanın qarşısında ziddiyyət olmaz, hakimiyyətində keşməkeş baş verməz, | لا تُضَادُّ فِي حُكْمِكَ وَ لا تُنَازَعُ فِي مُلْكِكَ |
| əs`əlukə ən tusalliyə əla Muhəmmədin əbdikə və rəsulik, | Səndən istəyirəm salam yetirəsən bəndən və rəsulun Muhəmmədə (s)! | أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ عَبْدِكَ وَ رَسُولِكَ |
| və ən tuziəni min şukri nu`makə ma təbluğu bi ğayətə rizak, | Mənə nemətlərin müqabilində şükür yolunu elə öyrədəsən ki, məni Sənin son həddə razılığına çatdırsın, | وَ أَنْ تُوزِعَنِي مِنْ شُكْرِ نُعْمَاكَ مَا تَبْلُغُ بِي غَايَةَ رِضَاكَ |
| və ən tuinəni əla taətik, və luzumi ibadətikə vəstihqaqi məsubətikə bilutfi inayətik, | Sənə itaətdə, ibadətinə ardıcıllıqda, lütfünlə mükafatına çatmaqda mənə kömək göstərəsən, | وَ أَنْ تُعِينَنِي عَلَى طَاعَتِكَ وَ لُزُومِ عِبَادَتِكَ وَ اسْتِحْقَاقِ مَثُوبَتِكَ بِلُطْفِ عِنَايَتِكَ |
| və tərhəməni bisəddi (və suddəni) ən məasik, | həyatda ikən günahdan uzaqlığı mərhəmət edəsən, | وَ تَرْحَمَنِي بِصَدِّي [وَ صُدَّنِي] عَنْ مَعَاصِيكَ |
| və əhyəytəni və lima yənfəuni ma əbqəytəni, | dünya həyatında saxladığın müddətdə xeyrimə olacaq işlərdə müvəffəq edəsən; | مَا أَحْيَيْتَنِي وَ تُوَفِّقَنِي لِمَا يَنْفَعُنِي مَا أَبْقَيْتَنِي |
| və ən təşrəhə bikitabikə sədri, | öz kitabın (Qurani-Kərim) vasitəsilə köksümü genişləndirəsən, | وَ أَنْ تَشْرَحَ بِكِتَابِكَ صَدْرِي |
| və təhuttə bitilavətihi vizri, | onu oxumaqla günahlarımı yuyasan, | وَ تَحُطَّ بِتِلاوَتِهِ وِزْرِي |
| və təmnəhənis səlamətə fi dini, və nəfsi | mənə denim və canımda sağlamlıq əta edəsən, | وَ تَمْنَحَنِي السَّلامَةَ فِي دِينِي وَ نَفْسِي |
| və la tuhişə bi əhlə unsi, | həmdəmlərimi mənə qorxulu etmə | وَ لا تُوحِشَ بِي أَهْلَ أُنْسِي |
| və tutimmə ihsanəkə fima bəqiyə min umri, | və qalan ömrümdə mənə ehsanını sona çatdır, | وَ تُتِمَّ إِحْسَانَكَ فِيمَا بَقِيَ مِنْ عُمْرِي |
| kəma əhsəntə fima məza minhu ya ərhəmər rahimin. | necə ki, keçmişdə ehsan etmisən; ey mehribanların mehribanı! | كَمَا أَحْسَنْتَ فِيمَا مَضَى مِنْهُ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c 87, səh 152, hədis 11
