TAM Beynəl-tuluəyn vaxtı, «Qəflət cağı» vaxtı, günəş doğan və batan vaxtı, gündüz və gecə vaxtları yerinə yetirilən müstəhəb əməllər
Bilin ki, ən fəzilətli vaxtlardan biri də “Bəynəl-tuluəyn”dir (fəcrdən Günəş doğana qədər olan müddət) və Əhlibeytdən (ə) bu vaxtın fəziləti barəsində, habelə bu vaxtda insanları ibadət və zikr etməyə rəğbətləndirən bir çox hədislər nəql olunubdur. Bəzi rəvayətlərdə bu vaxtı “Qəflət çağı” adlandırıblar və bu barədə həzrət Baqirdən (ə) rəvayət olunan hədisdə deyilir: “Məlun İblis (lən) öz qoşununu iki vaxtda yer üzünə yayır: Günəş batanda və Günəş doğan zaman.” Odur ki, bu iki vaxtda Allahı çoxlu yad edin. İblisin və onun qoşunundan Allaha pənah aparın. Bu iki vaxtda uşaqlarınızı Allahın pənahına tapşırın, çünki bu vaxt “Qəflət çağı”dır. Bilin ki, bu vaxtda yatmaq məkruhdur. Həmçinin Həzrəti Baqirdən (ə) rəvayət olunur ki, bu vaxtda yatmaq nəhsdir və ruzininin nazil olmasının qarşısını alır, habelə üzün rənginin saralmasına bais olur və bu yuxu çox nəhs bir yuxudur. Həqiqətən də Allah Taala ruziləri fəcr doğandan Günəş doğana qədər olan müddətdə bölüşdürür. Odur ki, bu vaxtda yatmaqdan çəkinin!”
1) Şeyx Tusi “Misbahuz-zair” adlı kitabında sadiq fəcr vaxtı oxunan bu duanı[1] qeyd etmişdir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə əntə sahibuna, fəsalli əla Muhəmmədin və alih, və əfzil ələyna, | İlahi, bizim sahibimiz Sənsən! Elə isə Muhəmməd və onun Əhlibeytinə salam yetir və bizə mərhəmət buyur (nemətini bizə artır)! | اَللَّـهُمَّ اَنْتَ صَاحِبُنَا فَصَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ، وَاَفْضِلْ عَلَيْنَا |
| Əllahummə bini`mətikə tətimmus salihatu fəsalli əla Muhəmmədin və alih, | İlahi, yaxşı işlər nemətinlə sona yetir! Muhəmməd və onun Əhlibeytinə salam yetir, | اَللَّـهُمَّ بِنِعْمَتِكَ تَتِمُ الصَّالِـحَاتُ فَصَلِّ عَـلَى مُحَمَّدٍ وَآلِهِ |
| və ətmimha ələyna aizən billahi minən nar, aizən billahi minən nari aizən billahi minən nar. | bizi cəhənnəm atəşindən xilas etməklə, cəhənnəm atəşindən xilas etməklə və cəhənnəm atəşindən xilas etməklə nemətini tamamla! | وَاَتْمِمْهَا عَلَيْنَا عَائِذاً بِاللهِ مِنَ النَّارِ، عـآئِذاً بِـاللهِ مِـنَ النَّارِ، عَائِذاً بِـاللهِ مِـنَ النَّارِ |
| Ərəbcə | يا فَالِقَهُ مِنْ حَيْثُ لا اَرَى وَمُخْرِجَهُ مِنْ حَيْثُ اَرَى، صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ، وَاجْعَلْ اَوَّلَ يَوْمِنَا هَذا صَلاحاً، وَاَوْسَطَهُ فَلاحاً، وَآخِرَهُ نَجَاحاً |
| Tərcümə | Ey görmədiyim yerdən sübhü açan və gördüyüm yerdən çıxaran! Məhəmməd və onun Əhli-beytinə salam yetir, bu günümüzün əvvəlini ləyaqət, ortasını qurtuluş və axırını isə səadət qərar ver! |
| Transkripsiya | Ya faliqəhu min həysu la əra və muxricəhu min həysu əra, səlli əla Muhəmmədin və alih, vəc`əl əvvələ yəvmina haza saliha, və əvsətəhu fəlaha, və axirəhu nəcaha. |
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni uşhidukə ənnəhu ma əsbəhə bi min ni`mətin əv afiyətin fi dinin əv dunya, fəminkə | İlahi, Səni şahid tuturam ki, mənə çatan hər bir nemət, dini (saflıq) və maddi sağlamlıq Sənin tərəfindəndir | اَللَّـهُمَّ اِنّي اُشْهِدُكَ اَنَّهُ مَا اَصْبَحَ بي مِنْ نِعْمَةٍ اَوْ عَافِيَةٍ في دينٍ اَوْ دُنْيَا فَمِنْكَ |
| vəhdəkə la şərikə lək | Sən təksən və Sənin şərikin yoxdur | وَحْدَكَ لا شَريكَ لَكَ |
| ləkəl həmd, və ləkəş şukru biha ələyyə hətta tərza və bə`dər riza. | Həmd Sənə məxsusdur. Sən tamamilə razı olduğun vaxta qədər Sənə şükür etmək mənə vacibdir! | لَكَ الْحَمْدُ، وَلَكَ الشُّكْرُ، بِهَا عَلَيَّ حَتَّى تَرْضَا وَبَعْدَ الرِّضَا |
2) Bu vaxt üçün yetişən dualar, nəql etdiyimizdən daha çoxdur. Onların ən yaxşısı “Subhanəllahi vəl həmdulillahi və la ilahə illəllahu vəllahu əkbər” zikridir. Bu zikri “Əl-baqiyatus salihat” da (əbədi qalan saleh əməllər) adlandırırlar.
3) İmam Baqir (ə) buyurub: «Fəcr doğan vaxt 10 dəfə de»:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Lə ilahə illəllah, vəhdəhu la şərikə ləh, | Allahdan başqa heç bir tanrı yoxdur. O təkdir və Onun şəriki yoxdur. | لا اِلَهَ اِلاَّ اللهُ، وَحْدَهُ لا شَريكَ لَهُ |
| ləhul mulku və ləhul həmd, | Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. | لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ |
| yuhyi və yumitu və yumitu və yuhyi, | Dirildib öldürən və öldürüb dirildəndir. | يُحْيي وَيُميتُ، وَيُميتُ وَيُحيي |
| və huvə həyyun la yəmut, | Heç vaxt ölməyən diri Odur. | وَهُوَ حَيٌ لا يَمُوتُ |
| biyədihil xəyru və huvə əla kulli şəy`in qədir. | Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir. | بِيَدِهِ الْخَيْرُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَديرٌ |
Sonra Muhəmməd və Ali Muhəmmədə 10 dəfə salavat göndərirsən, 35 dəfə Sübhənəllah, 35 dəfə Lə ilahə illəllah, 35 dəfə Əlhəmdulillah deyirsən. Hər kim bu zikrləri desə, həmin gün və həmin gecə qafillərin zümrəsində yazılmaz.[2]
4) Elə ki, sübh azanın səsini eşitdin belə de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə bi iqbali nəharikə və idbari ləylik, | İlahi, gündüzün gəlib gecənin getməsi, | اَللَّـهُمَّ اِنّي اَسْئَلُكَ بِاِقْبَالِ نَهَارِكَ، وَاِدْبَارِ لَيْلِكَ |
| və huzuri sələvatikə və əsvati duaik, və təsbihi məvalikətik, | Sənin dərgahında namaz qılan və Səni çağıranların səsləri, mələklərinin təsbehinin çatması ilə Səndən istəyirəm ki, | وَحُضُورِ صَلَوَاتِكَ، وَاَصْوَاتِ دُعَائِكَ، وَتسْبيحِ مَلائِكَتِكَ |
| ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, | Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən | اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ |
| və ən tətubə ələyyə innəkə əntət təvvabur rəhim. | və mənim tövbəmi qəbul edəsən. Doğrudan da, Sən tövbələri qəbul edən və mehribansan! | وَاَنْ تَتُوبَ عَلَيَّ اِنَّكَ اَنْتَ التَّوَّابُ الرَّحيمُ |
İmam Sadiq (ə) buyurub ki, sübh azanı vaxtı bu duanı oxuyan kəs əgər həmin gün və ya həmin gecə dünyadan köçsə, tövbə etmiş (və tövbəsi qəbul olunmuş) kəs kimi dünyadan köçər.[3]
5) İstəsən namaz qılmağa gedəsən, əgər ayaqyoluna getmək istəsən onun çoxlu adət və ədəb qaydaları var. Onların bir neçəsini ixtisarla burada gətiririk. İlk növbədə, sol ayağınla daxil ol və de:
| Ərəbcə | بِسْمِ اللهِ وَبِاللهِ، اَعُوذُ بِاللهِ مِنَ الرِّجْسِ النَّجِسِ الْخَبيثِ الْمُخْبِثِ الشَّيْطَانِ الرَّجيمِ |
| Tərcümə | Allah adı və Allahın köməyi ilə! Çirkinlik, nəcis, xəbis, bədsifət və qovulmuş şeytandan Allaha pənah aparıram! |
| Transkipsiya | Bismillahi və billah, Əuzu billahi minər ricsin nəcisil xəbisil muxbisiş şəytanir rəcim. |
| Ərəbcə | اَللَّـهُمَّ اَطْعِمْني طَيِّباً في عَافِيَةٍ وَاَخْرِجْهُ مِنّي خَبيثاً في عَافِيَةٍ |
| Tərcümə | İlahi, məni sağlam ikən pak yeməklərlə qidalandır və onu məndən çirkin olduğu halda çıxar! |
| Transkripsiya | Əllahummə ət`imni təyyibən fi afiyətin və əxrichu minni xəbisən fi afiyəh. |
| Ərəbcə | اَللَّـهُمَّ ارْزُقْنِي الْحَلالَ وَجَنِّبْنِي الْحَرَامَ |
| Tərcümə | İlahi, mənə halal ruzi ver və məni haramdan uzaqlaşdır! |
| Transkripsiya | Əllahummərzuqnil həlalə və cənnibnil həram. |
| Ərəbcə | اَلْحَمْدُ للهِِ الَّذي جَعَلَ الْمَاءَ طَهُوراً، وَلَمْ يَجْعَلْهُ نَجِساً |
| Tərcümə | Allaha həmd olsun ki, suyu nəcis yox, tərtəmiz qərar verdi! |
| Transkripsiya | Əlhəmdulillahilləzi cəələl maə təhura, və ləm yəc`əlhu nəcisa. |
| Ərəbcə | اَللَّـهُمَّ حَصِّنْ فَرْجي وَاَعِفَّهُ وَاسْتُرْ عَوْرَتي، وَحَرِّمْني عَلَي النَّارِ |
| Tərcümə | İlahi, məni cinsi çirkinliklərdən qoru, iffətli et, eyiblərimi ört və cəhənnəm odunu mənə haram et! |
| Transkripsiya | Əllahummə həssin fərci və əiffəhu vəstur əvrəti, və hərrimni ələn nar. |
| Ərəbcə | اَلْحَمْدُ للهِِ الَّذي اَمَاطَ عَنِّي الاَذَى وَ هَنَّاَني طَعَامي وَشَرَابي وَعَافَاني مِنَ الْبَلْوَى |
| Tərcümə | Allaha həmd olsun ki, əzab-əziyyəti məndən uzaqlaşdırdı, yemək-içməyimi dadlı etdi və məni bəlalardan qoruyub-saxladı! |
| Transkripsiya | Əlhəmdu lillahilləzi əmatə ənnil əza və hənnani təami və şərabi və afani minəl bəlva. |
| Ərəbcə | اَلْحَمْدُ للهِِ الَّذي عَرَّفَني لَذَّتَهُ وَاَبْقَى في جَسَدي، قُوَّتَهُ وَاَخْرَجَ عَنّي اَذَاهُ يَا لَهَا نِعْمَةً، يَا لَهَا نِعْمَةً يَا لَهَا نِعْمَةً لا يَقْدِرُ الْقَادِرُونَ قَدْرَهَا |
| Tərcümə | Allaha həmd olsun ki, yeməyin ləzzətini mənə dadızdırdı, onun gücünü cismimdə yerləşdirdi və əziyyətini çıxartdı! Necə də böyük nemətdir! Necə də böyük nemətdir! Necə də böyük nemətdir! Ölçənlər onun dəyərini bilməzlər! |
| Transkripsiya | Əlhəmdulillahilləzi ərrəfəni ləzzətəhu və əbqa fi cəsədi quvvətəh, və əxrəcə ənni əzah, ya ləha ni`mətən ya ləha ni`mətən ya ləha ni`mətən la yəqdirul qadirunə qədrəha. |
Dəstəmaz almağa başladığın vaxt əvvəlcə dişlərini fırçala, çünki dişləri fırçalamaq ağız iyini paklaşdırır, bəlğəmi aradan aparır və hafizəni çoxaldır. Həmçinin Allah Taalanın razılığına və bir sıra savablara bais olur. Hədislərimizdə deyilir ki, misvak (yəni, fırça) vuraraq qılınan 2 rəkət namaz, misvak vurmamış qılınan 70 rəkət namazdan fəzilətlidir. Əgər misvak vurmağa imkanın olmasa, dişlərini barmağınla yu.
Tövsiyə olunur ki, dəstəmaz almaq istədikdə üzü qibləyə əyləşib, içərisində su olan qabı sağ tərəfinizə qoyasınız. Gözləriniz suya sataşdıqda bu duanı oxuyun:
| Ərəbcə | اَلْحَمْدُ للهِِ الَّذي جَعَلَ الْمَاءَ طَهُوراً، وَلَمْ يَجْعَلْهُ نَجِساً |
| Tərcümə | Allaha həmd olsun ki, suyu nəcis yox, tərtəmiz qərar verdi! |
| Transkripsiya | Əlhəmdulillahilləzi cəələl maə təhura, və ləm yəc`əlhu nəcisa. |
Əvvəlcə əllərini yuyursan, sonra əlini qaba salarkən belə deyirsən:
| Ərəbcə | بِسْمِ اللهِ وَبِاللهِ، اَللَّـهُمَّ اجْعَلْني مِنَ التَّوَّابينَ وَاجْعَلْني مِنَ الْمُتَطَهِّرينَ |
| Tərcümə | Allah adı və Allahın köməyi ilə! İlahi, məni tövbə edən və pakizə olanlardan qərar ver! |
| Transkripsiya | Bismillahi və billah, Əllahumməc`əlni minət təvvabinə vəc`əlni minəl mutətəhhirin. |
Sonra üç dəfə ağzına su alıb məzməzə edib de:
| Ərəbcə | اَللَّـهُمَّ لَقِّني حُجَّتي يَوْمَ اَلْقَاكَ، وَاَطْلِقْ لِسَاني بِذِكْرِكَ |
| Tərcümə | İlahi, Səninlə görüşdüyüm gün dilimə qəti dəlil gətir və dilimi Öz zikrinlə aç! |
| Transkripsiya | Əllahummə ləqqini huccəti yəvmə əlqak, və ətliq lisani bizikrik. |
Sonra üç dəfə burnuna su alıb istinşaq edib deyirsən:
| Ərəbcə | اَللَّـهُمَّ لا تُحَرِّمْ عَلَيَّ ريحَ الْجَنَّةِ، وَاجْعَلْني مِمَّنْ يَشَمُ ريحَهَا وَرَوْحَهَا وَطيبَهَا |
| Tərcümə | İlahi, cənnətin iyini mənə haram etmə və məni onun iyini, nəsim küləyini və ətrini iyləyənlərin sırasına qat! |
| Transkripsiya | Əllahummə la tuhərrim ələyyə rihəl cənnəh, vəc`əlni mimmən yəşəmmu rihəha və rəvhəha və tibəha. |
Üzünü yumağa başlayırsan və deyirsən:
| Ərəbcə | اَللَّـهُمَّ بَيِّضْ وَجْهي يَوْمَ تَسْوَدُّ فيهِ الْوُجُوهُ، وَلا تُسَوِّدْ وَجْهي يَوْمَ تَبْيَضُ فيهِ الْوُجُوهُ |
| Tərcümə | İlahi üzlərin qaralacağı gün mənim üzümü ağ et və üzlərin ağaracağı gün mənim üzümü qaraltma! |
| Transkripsiya | Əllahummə bəyyiz vəchi yəvmə təsvəddul vucuh, və la tusəvvid vəchi yəvmə təbyəzzul vucuh. |
Bir ovuc su, sağ əlini yumaq üçün götür və yuyan zaman belə de:
| Ərəbcə | اَللَّـهُمَّ اَعْطِني كِتَابي بِيَميني، وَالْخُلْدَ فِي الْجِنَانِ بِيَسَاري، وَحَاسِبْني حِسَاباً يَسيراً |
| Tərcümə | İlahi, “əməl dəftəri”mi sağ əlimə, behiştdə əbədilik hökmünü isə sol əlimə ver və hesabımı çətin tutma! |
| Transkripsiya | Əllahummə ə`tini kitabi bi yəmini, vəl xuldə fil cinani biyəsari, və hasibni hisabən yəsira. |
Sol əlini yuyan zaman belə de:
| Ərəbcə | اَللَّـهُمَّ لا تُعْطِني كِتَابي بِشِمَالي وَلا مِنْ وَرَاءِ ظَهْري، وَلا تَجْعَلْهَا مَغْلُولَةً اِلَى عُنُقي، وَاَعُوذُ بِكَ مِنْ مُقَطَّعَاتِ النّيرَانِ |
| Tərcümə | İlahi, “əməl dəftəri”mi sol əlimə və arxa tərəfdən vermə, onu boynuma bağlama! Cəhənnəmin od parçalarından Sənə sığınıram! |
| Tranksripsiya | Əllahummə la tu`tini kitabi bişimali və la min vərai zəhri, və la təc`əlha məğlulətən ila unuqi, və əuzu bikə min muqəttəatin niran. |
Sonra başını əlinin nəmi ilə məsh edərkən belə de:
| Ərəbcə | اَللَّـهُمَّ غَشِّني رَحْمَتَكَ وَبَرَكَاتِكَ |
| Tərcümə | İlahi, məni Öz rəhmət və bərəkətlərinlə ört! |
| Transkripsiya | Əllahummə ğəşşini rəhmətəkə və bərəkatik. |
Ayaqlarını məsh edərkən belə oxu:
| Ərəbcə | اَللَّـهُمَّ ثَبِّتْني عَلَي الصِّرَاطِ يَوْمَ تَزِلُّ فيهِ الاَقْدَامُ، وَاجْعَلْ سَعْيي فيمَا يُرْضيكَ عنّي يَا ذَاالْجَلالِ وَالاِْكْرَامِ |
| Tərcümə | İlahi, qədəmlərin büdrədiyi gün məni “Sirat” körpüsündə möhkəm saxla və Sənin razılığına səbəb olan işlərdə müvəffəq et, ey calal və kəramət sahibi! |
| Transkipsiya | Əllahummə səbbitni ələs sirati yəvmə təzillul əqdam, vəc`əl sə`yi fima yurzikə ənni, ya zəl cəlali vəl ikram. |
Dəstəmazı bitirdikdən sonra belə de:
| Ərəbcə | اَللَّـهُمَّ اِنّي اَسْئَلُكَ تَمَامَ الْوُضُوءِ وَتَمَامَ الصَّلوةِ، وَتَمَامَ رِضْوَانِكَ وَالْجَنَّةَ |
| Tərcümə | İlahi, Səndən dəstəmaz və namazımın düzgünlüyünü, Sənin razılıq və cənnətinin ən yüksək mərtəbəsini diləyirəm! |
| Transkripsiya | Əllahummə inni əs`əlukə təmaməl vuzui və təmaməs səlah, və təmamə rizvanikə vəl cənnəh. |
Sonra deyirsən:
| Ərəbcə | الحَمْدُ للهِ رَبِّ الْعَالَمينَ |
| Tərcümə | Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur! |
| Transkripsiya | Əlhəmdu lillahi Rəbbil aləmin. |
Daha sonra “Qədr” surəsini 3 dəfə oxu. Dəstəmazı bitirdikdən sonra xoş ətirlərdən istifadə et. Bunları etdikdən sonra tam aram və vüqarlı addımlarla məscidə tərəf yollan və evdən çıxarkən bu duanı oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
| Bismillahilləzi xələqəni fə huvə yəhdin, | Məni yaratdıqdan sonra doğru yola yönəldən, | بِسْمِ اللهِ الَّذي، خَلَقَني فَهُوَ يَهْدينِ |
| vəlləzi huvə yut`imuni və yəsqin, | yemək yedizdirən, su içirdən, | وَالَّذي هُوَيُطْعِمُني وَيَسْقينِ |
| və iza məriztu fəhuvə yəşfin, | xəstələndiyim zaman şəfa verən, | وَاِذَا مَرِضْتُ فَهُوَ يَشْفينِ |
| vəlləzi yumituni summə yuhyin, | məni öldürdükdən sonra (yenidən) dirildəcək, | وَالَّذي يُميتُني ثُمَّ يُحْيينِ |
| vəlləzi ətməu ən yəğfirə li xətiəti yəvməd din, | qiyamət günü xətalarımı bağışlayacağını arzuladığım Allahın adı ilə başlayıram. | وَالَّذي اَطْمَعُ اَنْ يَغْفِرَ لي خَطيئَتي يَوْمَ الدّينِ |
| Rəbbi həb li hukmən və əlhiqni bis salihin, | Ey Rəbbim, mənə elm və hikmət əta et, məni saleh insanlara qovuşdur, | رَبِّ هَبْ لي حُكْماً وَاَلْحِقْني بِالصَّالِحينَ |
| vəc`əl li lisanə sidqin fil axirin, | gələcək nəslin yanında adımı ucalt, | وَاجْعَلْ لي لِسَانَ صِدْقٍ فِي الْآخِرينَ |
| vəc`əlni min vərəsəti cənnətin nəim, vəğfir liəbi. | neməti bol olan cənnətin varislərindən təyin et və atamı bağışla! | وَاجْعَلْني مِنْ وَرَثَةِ جَنَّةِ النَّعيمِ، وَاغْفِرْ لاَِبي |
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi və billah, və minəllahi və iləllahi, | Allahın adı və Allahın köməyi ilə, Allah tərəfindən və Allaha doğru! | بِسْمِ اللهِ وَبِاللهِ، وَمِنَ اللهِ وَاِلَي اللهِ |
| və xəyrul əsmai kulliha lillah, | Bütünlüklə, adların ən yaxşısı Allaha məxsusdur. | وَخَيْرُ الاَسْمَاءِ كُلِّهَا للهِِ |
| təvəkkəltu ələllahi və la həvlə və la quvvətə illa billah, | Allaha təvəkkül edirəm. Allahdan başqa güc və qüdrət yoxdur. | تَوَكَّلْتُ عَلَي اللهِ، وَلا حَوْلَ وَلا قُوَّةَ اِلاََّ بِاللهِ |
| Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, | İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, | اَللَّـهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ |
| vəftəh li əbvabə rəhmətikə və təvbətik, | rəhmət və tövbə qapılarını üzümə aç, | وَافْتَحْ لي اَبْوَابَ رَحْمَتِكَ، وَتَوْبَتِكَ |
| və əğliq ənni əbvabə mə`siyətik, vəc`əlni min zuvvarikə və ummari məsacidik, | günah qapılarını üzümə bağla, | وَاَغْلِقْ عَنّي اَبْوَابَ مَعْصِيَتِكَ، وَاجْعَلْني مِنْ زُوَّارِكَ وَعُمَّارِ مَسَاجِدِكَ |
| və mimmən yunacikə fil ləyli vən nəhar, | məni Öz zəvvarların, Sənin məscidlərini abad edənlər, | وَمِمَّنْ يُنَاجيكَ في اللَّيْلِ وَالنَّهَارِ |
| və minəlləzinə hum fi səlatihim xaşiun, | gecə-gündüz Səninlə münacat edənlər və namaz halında qorxanlardan qərar ver! | وَمِنَ الَّذينَ هُمْ في صَلوتِهِمْ خَاشِعُونَ |
| vədhər ənniş şəytanər rəcim, və cunudə İblisə əcməin. | Qovulmuş şeytan və İblisin dəstəsini – onların hamısını məndən uzaqlaşdır! | وَادْحَرْ عَنِّي الشَّيْطَانَ الرَّجيمَ، وَجُنُودَ اِبْليسَ اَجْمَعينَ |
Namaz qılmaq istədikdə belə de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni uqəddimu iləykə Muhəmmədən səlləllahu ələyhi və alih, | İlahi, Muhəmmədin (Allahın salamı olsun ona və Əhlibeytinə) vasitəsilə Sənə üz tutmuş, | اَللَّـهُمَّ اِنّي اُقَدِّمُ اِلَيْكَ مُحَمَّداً صَلَّي اللهُ عَلَيْهِ وَآلِهِ |
| bəynə yədəy hacəti və ətəvəccəhu bihi iləyk, | hacətlərimin rəva olunması üçün onu irəli keçirmiş və onun vasitəsilə Sənin dərgahına üz tutmuşam! | بَيْنَ يَدَيْ حَاجَتي، وَاَتَوَجَّهُ بِهِ اِلَيْكَ |
| fəc`əlni bihi vəcihən indəkə fid dunya vəl axirəti və minəl muqərrəbin, | Elə isə onun vasitəsilə məni Öz dərgahında, dünya və axirətdə üzüağ et və dərgahına yaxın olanlardan qərar ver. | فَاجْعَلْني بِهِ وَجيهاً عِنْدَكَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، وَمِنَ الْمُقَرَّبينَ |
| vəc`əl səlati bihi məqbulətən və zənbi bihi məğfurən və duai bihi mustəcaba, | Onun vasitəsilə namazlarımı qəbul et, günahlarımı bağışla və duamı qəbul buyur ki, | وَاجْعَلْ صَلوَاتي بِهِ مَقْبُولَةً وَذَنْبي بِهِ مَغْفوراً، وَدُعَائي بِهِ مُسْتَجَاباً |
| innəkə əntəl ğəfurur rəhim. | həqiqətən, Sən bağışlayan və mehribansan! | اِنَّكَ اَنْتَ الْغَفُورُ الرَّحيمُ |
Azan və iqaməyə başlayırsan, azanla iqamənin arasında ya səcdə halında, ya da oturaraq bu duanı oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahumməc`əl qəlbi barrən və əyşi qarrən və rizqi darra, vəc`əl li ində qəbri Rəsulikə səlləllahu ələyhi və alihi mustəqərrən və qərara. | İlahi! Qəlbimi xeyirxah, həyatımı bərqərar və ruzimi bol et. Məni Öz Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhli-beytinə) qəbrinin kənarında məskunlaşdır | اَللَّـهُمَّ اجْعَل قَلْبي بَارّاً وَعَيْشي قَارّاً، وَرِزْقي دَارّاً، وَاجْعَلْ لي عِنْدَ قَبْرِ رَسُولِكَ صَلَّي اللهُ عَلَيْهِ وَآلِهِ، مُسْتَقَرّاً وَقَرَاراً |
Dua edib öz hacətlərini istə, çünki azan və iqamənin arasında edilən dua tez qəbul olar. İqamədən sonra belə dua edirsən:
| Tranksripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə iləykə təvəccəhtu və mərzatəkə tələbt, və səvabəkəbtəğəytu | İlahi, Sənə üz tutub razılığını diləyir və savabını arzulayıram! | اَللَّـهُمَّ اِلَيْكَ تَوَجَّهْتُ وَمَرَضَاتَكَ، طَلَبْتُ وَثَوَابَكَ ابْتَغَيْتُ |
| və bikə aməntu və ələykə təvəkkəlt | Sənə iman gətirmiş və təvəkkül etmişəm. | وَبِكَ آمَنْتُ وَعَلَيْكَ تَوَكَّلْتُ |
| Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, | İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, | اَللَّـهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ |
| vəftəh məsamiə qəlbi lizikrikə | Səni yad etmək üçün qəlbimin qulaqlarını aç, | وَافْتَحْ مَسَامِعَ قَلْبي لِذِكْرِكَ |
| və səbbitni əla dinikə və dini nəbiyyik, | onu Öz dinin və Peyğəmbərinin dinində sabit saxla, | وَثَبِّتْني عَلَى دينِكَ ودين نبيك |
| və la tuziğ qəlbi bə`də iz hədəytəni və | qəlbimi doğru yola yönəltdikdən sonra azdırma | وَلا تُزِغْ قَلْبي بَعْدَ اِذْ هَدَيْتَني |
| həb li min lədunkə rəhməh, | və mənə Öz tərəfindən mərhəmət nəsib et ki, | وَهَبْ لي مِنْ لَدُنْكَ رَحْمَةً |
| innəkə əntəl vəhhab. | həqiqətən, Sənsən bağışlayan! | اِنَّكَ اَنْتَ الْوَهَّابُ |
Sonra namaza hazırlaş. Qəlbini bu ibadət üçün hazırla, belə ki, özünün nə qədər zəlil bir məxluq olduğunu və qarşısında dayanıb, münacat etdiyin mövlanın məqamının nə qədər uca və əzəmətli olduğunu xatırla. Elə san ki, Onu görürsən və onunla danışmaqdan xəcalət çəkirsən. Bu halda əllərini, dizlərin istiqamətində budlarının üstünə və ayaqlarını üç barmaq ölçüsündə aralı qoy və baxışlarını səcdə etdiyin məkana dikib, xüşu və vüqarla ayaq üstə dayan. Qürbətən iləllah sübh namazı üçün niyyət edib, təkbirətul-ehramı (Allahu Əkbər) oxu. Müstəhəbdir ki, təkbirətul-ehram deyilməmişdən öncə 6 təkbir deyilsin və bu təkbirlər deyilən vaxt əllərin içi qibləyə tərəf və barmaqlar, böyük barmaqdan başqa, bir-birinə bitişik olduğu halda əllər qulaqların aşağı hissəsi müqabilində yuxarıya qaldırılsın. Bu vəziyyətdə lazımi təkbir dualarını oxuyun, belə ki, 3-cü təkbirdən sonra bu duanı oxumaq lazımdır:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə əntəl məlikul həqqul mubin, lə ilahə illa əntə subhanəkə inni zələmtu nəfsi, fəğfir li zənbi innəhu lə yəğfiruz zunubə illa ənt. | İlahi, Sən haqq və aşkar maliksən (hakimsən)! Səndən başqa heç bir tanrı yoxdur. Sən bütün eyiblərdən pak və uzaqsan. Həqiqətən, mən özümə zülm etmişəm. Belə isə günahımı bağışla ki, Səndən başqası günahları bağışlamaz! | اَللَّـهُمَّ اَنْتَ الْمَلِكُ الْحَقُ الْمُبينُ، لا اِلَهَ اِلاََّ اَنْتَ، سُبْحَانَكَ اِنّي ظَلَمْتُ نَفْسي، فَاغْفِرْ لي ذَنْبي اِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ اِلاََّ اَنْتَ |
5-ci təkbirdən sonra belə de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ləbbəykə və sə`dəykə vəl xəyru fi yədəyk, | Bəli, xidmət göstərməyə hazıram. Xeyir Sənin əlindədir, | لَبَّيْكَ وَسَعْدَيْكَ وَالْخَيْرُ في يَدَيْكَ |
| vəş şərru ləysə iləyk, | şər isə Sənin tərəfindən deyil! | وَالشَّرُّ لَيْسَ اِلَيْكَ |
| vəl məhdiyyu mən hədəytə | Sənin hidayət etdiyin kəs hidayət olundu. | وَالْمَهْدِيُّ مَنْ هَدَيْتَ |
| əbdukə vəbnu əbdəyk, | Sənin bəndən və iki bəndənin oğlu Sənin dərgahında | عَبْدُكَ وَابْنُ عَبْدَيْكَ |
| zəlilun bəynə yədəyk, | və Sənin tərəfindən zəlil və xardır. | ذَليلٌ بَيْنَ يَدَيْكَ |
| minkə və bikə və ləkə və iləykə la məlcəə və la mənca, və la məfərrə min-kə illa iləyk, | O, Səninlə, Sənin üçün və Sənə doğrudur; Sənin dərgahından başqa nə sığınacağı var, nə qurtuluş, nə də qaçmaq üçün bir yeri! | مِنْكَ وَبِكَ وَلَكَ وَاِلَيْكَ لا مَلْجَأَ وَلا مَنْجَا، وَلا مَفَرَّ مِنْكَ اِلاََّ اِلَيْكَ |
| subhanəkə və hənanəykə | Sən bütün eyiblərdən pak və uzaqsan. | سُبْحَانَكَ وَحَنَانَيْكَ |
| təbarəktə və təaləyt, | Sən mehriban, üstün və ucasan. | تَبَارَكْتَ وَتَعَالَيْتَ |
| subhanəkə rəbbəl bəytil həram. | Sən bütün eyiblərdən pak və uzaqsan, ey möhtərəm evin (Kəbənin) Rəbbi! | سُبْحَانَكَ رَبَّ الْبَيْتِ الْحَرَامِ |
7-ci təkbirdən sonra deyirsən:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Vəccəhtu vəchiyə lilləzi fətərəs səmavati vəl ərz, | Mən, həqiqətən, batildən haqqa dönüb Allaha təslim olaraq üzümü göyləri və yeri yaradan, | وَجَّهْتُ وَجْهِيَ لِلَّذي فَطَرَ السَّمَاوَاتِ وَالاَرْضَ |
| alimil ğəybi vəş şəhadəti hənifən muslimən | qeybi və aşkarı bilənə doğru çevirdim. | عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ، حَنيفاً مُسْلِماً |
| və ma ənə minəl muşrikin, | Mən (Allaha) şərik qoşanlardan deyiləm! | وَمَا اَ نَا مِنَ الْمُشْرِكينَ |
| innə səlati və nusuki və məhyayə və məmati lillahi rəbbil aləmin, | Həqiqətən, mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! | اِنَّ صَلوتي وَنُسُكي وَمَحْيَايَ وَمَمَاتي للهِِ رَبِّ الْعَالَمينَ |
| la şərikə ləhu və bizalikə umirtu və ənə minəl muslimin. | Onun şəriki yoxdur. Mən ona əmr olunmuşam və müsəlmanlardanam! | لا شَريكَ لَهُ وَبِذلِكَ اُمِرْتُ، وَ اَنَا مِنَ الْمُسْلِمينَ |
Qiraətə başladığın vaxt “istiazə” sözünü (yəni, “Əuzu billahi minəş şəytanir rəcim”) yavaş de. Sonra “Həmd” surəsini xüzu ilə və sözlərinin mənasını fikirləşə-fikirləşə oxu. “Həmd” surəsini oxuyub, qurtardıqdan sonra nəfəsini dər və sonra Quran surələrindən birini oxu. Yaxşı olar ki, “Əmmə…”, “Həl əta”, “La uqsimu…” və s. bu kimi surələri oxuyasınız. Surəni oxuyub qurtardıqdan da sonra bir nəfəs çəkmək qədər sükut et və sonra əvvəldə dediyimiz qaydada təkbir de. Daha sonra rükuya get. Sağ əlinizi sol əlinizdən qabaq dizinizin üstünə qoyun. Barmaqlarınızı bir-birindən tam aralayın ki, dizlərinizin üstünü tamamilə örtsün. Belinizi bükün və boynunuzu beliniz istiqamətində dartın. İki ayağınızın arasına baxıb, bu zikri deyin:
| Ərəbcə | سُبْحَانَ رَبِّي الْعَظيمِ وَبِحَمْدِهِ |
| Tərcümə | Böyük Rəbbim bütün eyiblərdən pak və uzaqdır. Həmd Ona məxsusdur. |
| Transkripsiya | Subhanə Rəbbiyəl əzimi və bihəmdih. |
Daha yaxşı olar ki, bu zikr 7 dəfə , 5 dəfə və ya 3 dəfə deyilsin. Amma bu zikrdən sonra bu duanın oxunması yaxşıdır:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə ləkə rəkə`tu və ləkə əsləmtu və bikə aməntu | İlahi, Sənin üçün rüku etdim, Sənə təslim oldum, Sənə iman gətirdim, | اَللَّـهُمَّ لَكَ رَكَعْتُ وَ لَكَ اَسْلَمْتُ، وَ بِكَ آمَنْتُ |
| və ələykə təvəkkəlt, və əntə Rəbbi | Sənə təvəkkül etdim və Sən mənim Rəbbimsən. | وَ عَلَيْكَ تَوَكَّلْتُ وَ اَنْتَ رَبّي |
| xəşəə ləkə səm`i və bəsəri və şə`ri və bəşəri və ləhmi və dəmi və muxxi və əsəbi və izami, | Qulağım, gözüm, tüküm, bədənim, ətim, qanım, beynim, damarım, sümüyüm | خَشَع َلَكَ سَمْعي وَ بَصَري، وَ شَعْري وَ بَشَري وَ لَحْمي وَ دَمي وَ مُخّي وَ عَصَبي، وَ عِظَامي |
| və ma əqəlləthu qədəmayə ğəyrə mustənkifin | və (bir sözlə,) ayaqlarım üzərində gəzdirdiklərimlə itaətsizlik | وَ مَا اَقَلَّتْهُ قَدَمَايَ غَيْرَ مُسْتَنْكِفٍ |
| və la mustəkbirin və la mustəhsir. | və təkəbbür etmədən, yorulmadan Sənə baş əyirəm! | وَ لا مُسْتَكْبِرٍ وَ لا مُسْتَحْسِرٍ |
Rükudan qalxıb dayan və bu halda belə de:
| Ərəbcə | سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ |
| Tərcümə | Allah, Ona həmd edən hər bir kəsi eşidir |
| Transkripsiya | Səmiəllahu limən həmidəh. |
Təkbir deyib xüşu və xüzu ilə səcdəyə gedirsən, əllərin içini tam açırsan və İmam Hüseynin (ə) türbətininə səcdə edib səcdənin zikrini deyirsən. Yaxşı olar ki, səcdənin zikri 7 dəfə, ya 5 dəfə, ya da 3 dəfə deyilsin, zikri deməmişdən əvvəl bu duanı oxuyursan:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə ləkə səcədtu və bikə aməntu və ləkə əsləmtu | İlahi, Sənin üçün səcdə etdim, Sənə iman gətirdim, Sənə təslim oldum, | اَللَّـهُمَّ لَكَ سَجَدْتُ وَبِكَ آمَنْتُ، وَلَكَ اَسْلَمْتُ |
| və ələykə təvəkkəlt, və əntə Rəbbi | Sənə təvəkkül etdim və Sən mənim Rəbbimsən. | وَعَلَيْكَ تَوَكَّلْتُ، وَاَنْتَ رَبّي |
| səcədə vəchi lilləzi xələqəhu və şəqqə səm`əhu və bəsərəh, | Üzüm onu yaradana, qulaq və gözümü açana səcdə etdi. | سَجَدَ وَجْهي لِلَّذي خَلَقَهُ، وَشَقَ سَمْعَهُ وَبَصَرَهُ |
| əlhəmdu lillahi rəbbil aləmin, | Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. | اَلْحَمْدُ للهِِ رَبِّ الْعَالَمينَ |
| təbarəkəllahu əhsənul xaliqin. | Məxluqatı gözəl biçimdə yaradan Allah böyükdür! | تَبَارَكَ اللهُ اَحْسَنُ الْخَالِقينَ |
Zikri deyib başını səcdədən qaldır və otur, müstəhəbdir ki, təkbir deyilsin, sol yan üstündə oturulsun və belə deyilsin:
| Ərəbcə | اَسْتَغْفِرُ اللهَ رَبّي وَاَتُوبُ اِلَيْهِ |
| Tərcümə | Rəbbim Allahdan bağışlanma diləyir və tövbə edib Ona doğru qayıdıram |
| Transkripsiya | Əstəğfirullahə rəbbi və ətubu iləyh. |
Yenə deyirsən:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahumməğfir li vərhəmni vəcburni vədfə` ənni, və afini inni lima ənzəltə iləyyə min xəyrin fəqir, təbarəkəllahu rəbbul aləmin. | İlahi, məni bağışla, mənə rəhm et, halımı yaxşılaşdır, məni qoru və mənə sağlamlıq ver ki, həqiqətən, mən Sənin göndərdiyin xeyrə möhtacam. Aləmlərin Rəbbi Allah böyükdür! | اَللَّـهُمَّ اغْفِرْ لي وَارْحَمْني، وَاجْبُرْني وَادْفَعْ عَنّي وَعَافِني، اِنّي لِمَا اَنْزَلْتَ اِلَيَ مِنْ خَيْرٍ فَقيرٌ تَبَارَكَ اللهُ رَبُ الْعَالَمينَ |
Sonra təkbir deyib 2-ci səcdəni yerinə yetir və birinci səcdədən sonra etdiklərini bu səcdədən sonra da yerinə yetir. Elə ki, səcdədən qalxdın istirahət otruşunu (dizi üçtə oturmaq) otur, sonra ayağa qalx və qalxan halda belə de:
| Ərəbcə | بِحَوْلِ اللهِ وَقُوَّتِهِ اَقُومُ وَاقْعُدُ |
| Tərcümə | Allahın güc və qüdrəti ilə oturub-dururam! |
| Transkripsiya | Bihəvlillahi və quvvətihi əqumu və əq`ud. |
Elə ki, qiyam halını aldın “Həmd” surəni oxumağa başla, oxumağı yaxşı olan surə “İxlas” surəsidir və müstəhəbdir ki, bu surənin ardında 3 dəfə belə deyilsin:
| Ərəbcə | كَذلِكُ اللهُ رَبّي |
| Tərcümə | Mənim Rəbbim Allah belədir! |
| Transkripsiya | Kəzalikəllahu rəbbi. |
“İxlas” surəsini bitirdikdən sonra təkbir deyib əlləri qunut tutmaq üçün üzümüzün bərabərində yuxarı qaldırırıq. Baş barmaqdan başqa, barmaqlar bir-birinə bitişik, əllərin içi isə yuxarı olmalıdır. Qunutda yaxşı olar ki, İmam Zamanın (ə.f) zühuruna aid dualar oxunsun və ondan sonra belə de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahumməğfir ləna vərhəmna və afina, və`fu ənna fid dunya vəl axirəh, innəkə əla kulli şəy`in qədir. | İlahi, bizi bağışla, bizə rəhm və sağlamlıq əta et, dünya və axirətdə günahlarımızdan keç ki, həqiqətən, Sən hər bir şeyə qadirsən! | اَللَّـهُمَّ اغْفِرْ لَنَا وَارْحَمْنَا وَعَافِنَا، وَاعْفُ عَنَّافِي الدُّنْيَا وَالْآخِرَةِ، اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَديرٌ |
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə mən kanə əsbəhə və ləhu siqətun əv rəcaun ğəyruk, | İlahi, hər kim Səndən başqasına arxalandığı və ümid etdiyi halda sübhə çıxsa da, | اَللَّـهُمَّ مَنْ كَانَ اَصْبَحَ وَ لَهُ ثِقَةٌ اَوْ رَجَاءٌ غَيْرُكَ |
| fəəntə siqəti və rəcai | mənim arxam və ümidim Sənsən! | فَاَنْتَ ثِقَتي وَ رَجَائي |
| ya əcvədə mən suil, və ya ərhəmə mənisturhim, | Ey bəxşiş edənlərin ən səxavətlisi və ey hacət istənilənlərin ən xeyirlisi! | يَا اَجْوَدَ مَنْ سُئِلَ وَ يَا اَرْحَمَ مَنِ اسْتُرْحِمَ |
| salli əla Muhəmmədin və ali Muhəmməd, | Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, | صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ |
| vərhəm zə`fi və məskənəti, və qillətə hiləti vəmnun ələyyə bil cənnəh, təvlən minkə | rəhmətinlə mənim zəifliyimə, yoxsulluğuma və çarəsizliyimə rəhm et, cənnətinlə mənə minnət qoy. | وَ ارْحَمْ ضَعْفي وَ مَسْكَنَتي، وَ قِلَّةَ حيلَتي وَ امْنُنْ عَلَيَّ بِالْجَنَّةِ، طَوْلاً مِنْكَ |
| və fukkə rəqəbəti minən nar, və afini fi cəmii umuri, | Məni cəhənnəm odundan xilas və canıma sağlamlıq əta et, | وَ فُكَ رَقَبَتي مِنَ النَّارِ، وَ عَافِني في نَفْسي وَ في جَميعِ اُمُوري |
| birəhmətikə ya ərhəmər rahimin. | bütün işlərimdə məni (təhlükələrdən) qoru, ey rəhmlilərin ən rəhmlisi! | بِرَحْمَتِكَ يَا اَرْحَمَ الرَّاحِمينَ |
Qunutu uzatmaq (yəni, çoxlu zikrlər və dualar oxumaq) tövsiyə olunur. Qunutda oxumaq üçün bir çox dualar mövcuddur. Sonra əvvəldə dediyimiz qaydada təkbir deyib, rüku və səcdələri yerinə yetir. İki səcdəni yerinə yetirdikdən sonra, yerində əyləşib, təşəhhüd və salamları de. Müstəhədir ki, əyləşib təşəhhüddən qabaq bu zikrləri deyəsiniz:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi və billahi vəl əsmaul husna kulluha lillah, | Allahın adı və Allahın köməyi ilə! Bütünlüklə, adların ən yaxşısı Allaha məxsusdur. | بسْمِاللهِ وَبِاللهِ، وَالاَسْمَاءُ الْحُسْنَى، كُلُّهَا للهِِ |
| vəl həmdu lillahi və xəyrul əsmai lillah, əşhədu ən lə ilahə illəllah. | Həmd Allaha məxsusdur. Adların ən yaxşısı Allaha məxsusdur. Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. | وَ الْحَمْدُ للهِِ وَ خَيْرُ الاَسْمَاءِ للهِِ، اَشْهَدُ اَنْ لا اِلهَ اِلاَّ اللهُ |
Namazı qılıb, qurtardıqdan sonra təqibatla məşğul ol ( yəni, dua və zikr et) və bu barədə Allah Taala buyurubdur: (Ey Peyğəmbər, elə ki (dinin təbliğindən) azad oldun, qalx (namaz qıl, dua et və s.). Və ancaq Rəbbinə tərəf yönəl!(فَإِذَا فَرَغْتَ فَانصَبْ وَإِلَى رَبِّكَ فَارْغَبْ)
Bu ayənin təfsirində deyilir ki, namazı qılıb qurtardıqdan sonra çoxlu dua et və Rəbbinə tərəf yönəl. Hacətlərini yalnız Ondan istə və Ondan qeyrisindən ümidini üz. Həzrət Əmiril-möminin Əli (ə) buyurubdur: “Namazını qılıb, qurtaran şəxs əllərini səmaya tərəf açsın və dua etsin.” Hədislərimizdə deyilir ki, namazdan sonra dua və zikr etmək ruzini çoxaldır və bu şəxsin imanının əlamətidir. Habelə, Allahı zikr etdiyi müddət ərzində bu şəxsə namaz savabı yazılar və vacib namazlardan sonra dua və zikr etməyin savabı, müstəhəb namazlardan sonra dua və zikr etməyin savabından daha çoxdur.
Əllamə Məclisi buyurur: “Namazın təqibatı dedikdə, xalq arasında, namazdan sonra Quran oxumaq, dua və zikr etmək başa düşülür. Müstəhəbdir ki, namazın təqibatı ilə dəstəmazlı və üzü qibləyə tərəf oturmuş halda məşğul olasınız. Daha yaxşı olar ki, təşəhhüd dedikdə oturduğunuz qaydada əyləşəsiniz. Təqibat vaxtı, xüsusilə də şam namazından sonra artıq söz danışmamaq tövsiyə olunur. Bəzilərinin əqidəsinə görə isə təqibatda da namazın bütün şərtlərinə riayət etmək lazımdır. Lakin hədislərimizdən belə aydın olur ki, hər bir halda, hətta yol gedə-gedə də namazdan sonra Quran oxumaq, dua və zikr etməyin böyük savabı vardır.
Şeyx Abbas Qumi deyir: “Bizim məsum imamlarımızdan (ə), namazdan sonra həm axirət üçün və həm də dünya üçün oxunan saysız-hesabsız dualar nəql olunubdur. Bildiyiniz kimi, ən üstün ibadət, namazdır və namazın təqibatı da onu kamilləşdirir və Allah dərgahında bəndənin məqamının ucalmasına, günahların bağışlanmasına və hacətlərin rəva olmasına səbəb olur. Odur ki, qərara aldım onlardan bəzisin bu kitabda qeyd edim. Bu təqibatların əksəriyyətini mən, Əllamə Məclisinin “Biharul-ənvar” və “Miqbas” kitablarından nəql edirəm.
Bilməlisiniz ki, namazın təqibatları iki növdür:
1. Xüsusi təqibatlar
2. Müştərək təqibatlar
Müştərək təqibatları hər bir namazdan sonra oxumaq olar. Bu növ təqibatların sayı çoxdur və biz, burada onlardan bir neçəsini sizin nəzərinizə çatdıracağıq.
Mənbələr:
[1] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 198,
Əllamə Məclisi — Biharul-ənvar, c 84, səh 356
[2] Şeyx Kuleyni — Usuli Kafi, c 2, səh 534, hədis 35
[3] Seyid ibn Tavus — Fəllahul-sail, səh 227
