Dua: Həzrət Əmirəlmömnin Əlinin (ə) «Səbah» duası

Print Friendly, PDF & Email

Ali məzmuna malik olan bu dua[1] Əmirəlmöminin Əli ibn Əbu Talibdən (ə) nəql olunmuşdur. Əllamə Məclisi bu duanı “Biharul-ənvar” kitabın “Dua” və “Səlat” bölmələrində qeyd edərək buyurur: “Bu dua, məşhur dualardandır. Onun oxunma vaxtı sübh namazından sonradır”. Seyid ibn Baqi öz “Misbah” adlı kitabında isə onun oxunma vaxtını sübh namazının nafiləsindən sonra olduğunu bildirmişdir. Lakin hər birinə əməl olunsa, yaxşıdır.
Dua:

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhim.Bağışlayan və mehriban Allahın adı ilə!بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
Əllahummə ya mən dələə lisanəs səbahi binutqi təbəllucih, və sərrəhə qitəəl ləylil muzlimi biğəyahibi tələclucihi və ətqənə sun`əl fələkid dəvvari fi maqadiri təbərrucih, və şə`şəə ziyaəş şəmsi binuri təəccucih, İlahi, ey aydın səhəri fəsahətli nitqlə dilə gətirən, qaranlıq gecəni vahiməli zülməti ilə aləmə yayan, hərəkətdə olan gəmini (səmanı) bu sonsuz dəryada müəyyən hədd və nəzmlə hərəkətə gətirən və günəşin işıqlı nuruna parlaqlıq bəxş edən! اللَّهُمَّ يَا مَنْ دَلَعَ لِسَانَ الصَّبَاحِ بِنُطْقِ تَبَلُّجِهِ وَ سَرَّحَ قِطَعَ اللَّيْلِ الْمُظْلِمِ بِغَيَاهِبِ تَلَجْلُجِهِ وَ أَتْقَنَ صُنْعَ الْفَلَكِ الدَّوَّارِ فِي مَقَادِيرِ تَبَرُّجِهِ وَ شَعْشَعَ ضِيَاءَ الشَّمْسِ بِنُورِ تَأَجُّجِهِ
ya mən dəllə əla zatihi bizatih, və tənəzzəhə ən mucanəsəti məxluqatih, və cəllə ən mulaəməti kəyfiyyatih, Ey varlığı özünə dəlil, müqəddəs zatı cinsiyyət və yaratdıqlarına bənzəməkdən uzaq və həqiqəti xilqət aləminin mahiyyət və keyfiyyətindən üstün olan! يَا مَنْ دَلَّ عَلَى ذَاتِهِ بِذَاتِهِ وَ تَنَزَّهَ عَنْ مُجَانَسَةِ مَخْلُوقَاتِهِ وَ جَلَّ عَنْ مُلاءَمَةِ كَيْفِيَّاتِهِ
ya mən qərubə min xətəratiz zunun, və bəudə ən ləhəzatil uyun, və əlimə bima kanə qəblə ən yəkun, Ey varlığı batini göz və əqllərdə bilinən, zahiri gözlərdən uzaq və hər şeyi var olmamışdan qabaq bilən! يَا مَنْ قَرُبَ مِنْ خَطَرَاتِ الظُّنُونِ وَ بَعُدَ عَنْ لَحَظَاتِ الْعُيُونِ وَ عَلِمَ بِمَا كَانَ قَبْلَ أَنْ يَكُونَ
ya mən ərqədəni fi mihadi əmnihi və əmanih, və əyqəzəni ila ma mənəhəni bihi min minənihi və ihsanih, və kəffə əkuffəs sui ənni biyədihi və sultanih, Ey məni əmniyyət və asayiş beşiyində Öz lütf və kərəmi ilə yuxuladan, sonra isə bağışladığı tükənməz nemətləri ilə oyadan və qüdrəti ilə bədxahların mənfur əlini məndən kənarlaşdıran (qısaldan)!يَا مَنْ أَرْقَدَنِي فِي مِهَادِ أَمْنِهِ وَ أَمَانِهِ وَ أَيْقَظَنِي إِلَى مَا مَنَحَنِي بِهِ مِنْ مِنَنِهِ وَ إِحْسَانِهِ وَ كَفَّ أَكُفَّ السُّوءِ عَنِّي بِيَدِهِ وَ سُلْطَانِهِ
sallillahummə ələd dəlili iləykə fil ləylil ləyl, vəl masiki min əsbabikə bihəbliş şərəfil ətvəl, vən nasiil həsəbi fi zirvətil kahilil ə`bəl, vəs sabitil qədəmi əla zəhalifiha fiz zəmənil əvvəl, və əla alihil əxyaril mustəfəynəl əbrar, İlahi, nadanlığın zülmət və zəlalətindən məxluqatı tövhid və Sənin mərifətinə tərəf hidayət edən, vasitələr arasından ən şərəflisi və möhkəmini (Quranı) seçərək vasitə edən, aləmdə nəsil-nəcabəti pak və ən üstün məqamlı, peyğəmbərlikdən qabaq cahiliyyət zamanının çirkinliklərindən uzaq, Sənə ibadətdə sabitqədəm və Əhlibeyti məxluqat arasında ən seçilmiş, pakizə və ən yaxşı olan Peyğəmbərinə salavat göndər! صَلِّ اللَّهُمَّ عَلَى الدَّلِيلِ إِلَيْكَ فِي اللَّيْلِ الْأَلْيَلِ وَ الْمَاسِكِ مِنْ أَسْبَابِكَ بِحَبْلِ الشَّرَفِ الْأَطْوَلِ وَ النَّاصِعِ الْحَسَبِ فِي ذِرْوَةِ الْكَاهِلِ الْأَعْبَلِ وَ الثَّابِتِ الْقَدَمِ عَلَى زَحَالِيفِهَا فِي الزَّمَنِ الْأَوَّلِ وَ عَلَى آلِهِ الْأَخْيَارِ الْمُصْطَفَيْنَ الْأَبْرَارِ
vəftəhillahummə ləna məsariəs səbahi biməfatihir rəhməti vəl fəlah, və əlbisnillahummə min əfzəli xiləil hidayəti vəs səlah, İlahi, sabahın qapılarını üzümüzə rəhmət və nicat açarları ilə aç, əynimə ən xeyirli və ən gözəl geyim olan hidayət libasını geyindir! وَ افْتَحِ اللَّهُمَّ لَنَا مَصَارِيعَ الصَّبَاحِ بِمَفَاتِيحِ الرَّحْمَةِ وَ الْفَلاحِ وَ أَلْبِسْنِي اللَّهُمَّ مِنْ أَفْضَلِ خِلَعِ الْهِدَايَةِ وَ الصَّلاحِ
vəğrisillahummə biəzəmətikə fi şirbi cənani yənabiəl xuşu, və əcrillahummə lihəybətikə min amaqi zəfəratid dumu, və əddibillahummə nəzəqəl xurqi minni biəzimmətil qunu, İlahi, böyüklüyünün xatirinə təvazökarlıq bulağını qəlbimdə qaynat və Öz heybətinlə gözlərimdən yandırıcı göz yaşlarını axıt və məni ədəbsizlik və nadanlıqdan qoruyaraq ədəbləndir. وَ اغْرِسِ اللَّهُمَّ بِعَظَمَتِكَ فِي شِرْبِ جَنَانِي يَنَابِيعَ الْخُشُوعِ وَ أَجْرِ اللَّهُمَّ لِهَيْبَتِكَ مِنْ آمَاقِي زَفَرَاتِ الدُّمُوعِ وَ أَدِّبِ اللَّهُمَّ نَزَقَ الْخُرْقِ مِنِّي بِأَزمَّةِ الْقُنُوعِ
ilahi in ləm təbtədi`nir rəhmətu minkə bihusnit təvfiq, fəmənis saliku bi iləykə fi vazihit təriq, İlahi, əgər rəhmət və müvəffəqiyyətin əvvəlcədən halıma şamil olmasaydı, bu aydın yolda Sənə tərəf hidayətçim kim olardı?إِلَهِي إِنْ لَمْ تَبْتَدِئْنِي الرَّحْمَةُ مِنْكَ بِحُسْنِ التَّوْفِيقِ فَمَنِ السَّالِكُ بِي إِلَيْكَ فِي وَاضِحِ الطَّرِيقِ
və in əsləmətni ənatukə liqaidil əməli vəl muna, fəmənil muqilu əsərati min kəbəvatil həva, Əgər verdiyin möhlət məni batil arzulara təslim etsəydi, nəfsi istəklərə sövq edən səhvlərimi kim düzəldərdi? وَ إِنْ أَسْلَمَتْنِي أَنَاتُكَ لِقَائِدِ الْأَمَلِ وَ الْمُنَى فَمَنِ الْمُقِيلُ عَثَرَاتِي مِنْ كَبَوَاتِ الْهَوَى
və in xəzələni nəsrukə ində muharəbətin nəfsi vəş şəytan, fəqəd vəkələni xizlanukə ila həysun nəsəbi vəl hirman,Əgər nəfs və şeytanla mübarizədə mənə köməyin yetişməzsə, çətinlik və məhrumiyyətə düçar olmarammı?وَ إِنْ خَذَلَنِي نَصْرُكَ عِنْدَ مُحَارَبَةِ النَّفْسِ وَ الشَّيْطَانِ فَقَدْ وَكَلَنِي خِذْلانُكَ إِلَى حَيْثُ النَّصَبُ وَ الْحِرْمَانُ
ilahi ətərani ma ətəytukə illa min həysul amal, əm əliqtu biətrafi hibalikə illa hinə baədətni zunubi ən daril visal,İlahi, günahlarım məni vüsal evindən uzaq saldıqdan sonra mərhəmətinə ümid etdiyim və möhkəm ipinə əl atdığım halda, Sənin qapına üz tutmuşam! إِلَهِي أَ تَرَانِي مَا أَتَيْتُكَ إِلا مِنْ حيثُ الْآمَالُ أَمْ عَلِقْتُ بِأَطْرَافِ حِبَالِكَ إِلا حِينَ بَاعَدَتْنِي ذُنُوبِي عَنْ دَارِ [صِرْبَةِ] الْوِصَالِ
fəbi`səl mətiyyətullətimtətət nəfsi min həvaha, Nəfsin aldanaraq suvar olduğu (mindiyi) miniklər necə də pisdir! فَبِئْسَ الْمَطِيَّةُ الَّتِي امْتَطَتْ نَفْسِي مِنْ هَوَاهَا
fəvaha ləha lima səvvələt ləha zununuha və munaha, və təbbən ləha licurətiha əla səyyidiha və məvlaha, Vay olsun qarşısında çirkin arzuları gözəl göstərilərək cilvələnən nəfsə və ölüm olsun öz ağasına qarşı üsyan etməkdə cürət edən əmmarə (günahlara sürükləyən) nəfsə! فَوَاها لَهَا لِمَا سَوَّلَتْ لَهَا ظُنُونُهَا وَ مُنَاهَا وَ تَبّا لَهَا لِجُرْأَتِهَا عَلَى سَيِّدِهَا وَ مَوْلاهَا
ilahi qərə`tu babə rəhmətikə biyədi rəcai, və hərəbtu iləykə laciən min fərti əhvai, və əlləqtu biətrafi hibalikə ənamilə vəlai, İlahi, ümidlə rəhmət qapını döyərək nəfsi istəklərin çoxluğundan Sənə pənah gətirmiş və möhkəm ipinin kənarından dostcasına asılmışam! إِلَهِي قَرَعْتُ بَابَ رَحْمَتِكَ بِيَدِ رَجَائِي وَ هَرَبْتُ إِلَيْكَ لاجِئا مِنْ فَرْطِ أَهْوَائِي وَ عَلَّقْتُ بِأَطْرَافِ حِبَالِكَ أَنَامِلَ وَلائِي
fəsfəhillahummə əmma kuntu əcrəmtuhu min zələli və xətai, və əqilni min sər`əti ridai, İlahi, keçmişdə etdiklərim səhv və günahlarıma göz yum və günah vadisində həlak olmaqdan mənə nicat ver! فَاصْفَحِ اللَّهُمَّ عَمَّا كُنْتُ [كَانَ‏] أَجْرَمْتُهُ مِنْ زَلَلِي وَ خَطَائِي وَ أَقِلْنِي مِنْ صَرْعَةِ رِدَائِي
fəinnəkə səyyidi və məvlayə və mu`təmədi və rəcai, və əntə ğayətu mətlubi, və munayə fi munqələbi və məsvay, Həqiqətən, Sən mənim sahibim, dayaq və ümidim, dünya və axirətdə arzu və istəyimsən. فَاِنَّكَ سَيِّدِي وَ مَوْلايَ وَ مُعْتَمَدِي وَ رَجَائِي وَ أَنْتَ غَايَةُ مَطْلُوبِي وَ مُنَايَ فِي مُنْقَلَبِي وَ مَثْوَايَ
ilahi kəyfə tətrudu miskinən iltəcəə iləykə minəz zunubi hariba, İlahi, öz günahlarından qaçıb Sənə sığınanı qovar və ya Səni niyyət edib yol axtaranı naümid edərsənmi?إِلَهِي كَيْفَ تَطْرُدُ مِسْكِينا الْتَجَأَ إِلَيْكَ مِنَ الذُّنُوبِ هَارِبا
əm kəyfə tuxəyyibu mustərşidən qəsədə ila cənabikə saiya, Hidayət axtararaq Sənin astanana doğru qaçanı məyus edərsənmi?أَمْ كَيْفَ تُخَيِّبُ مُسْتَرْشِدا قَصَدَ إِلَى جَنَابِكَ سَاعِيا
əm kəyfə təruddu zəm`anə vərədə ila hiyazikə şariba, Yaxud, su hovuzlarının kənarına daxil olmuş təşnəni susuz qaytararsanmı? [صَاقِبا] أَمْ كَيْفَ تَرُدُّ ظَمْآنَ وَرَدَ إِلَى حِيَاضِكَ شَارِبا
kəlla və hiyazukə mutrəətun fi zənkil muhul, və babukə məftuhun lit tələbi vəl vuğul, Şübhəsiz ki, belə deyildir. Sənin rəhmət hovuzların şiddətli quraqlıqlarda coşqun, qapın isə daxil olmaq istəyənlərə açıqdır. كَلا وَ حِيَاضُكَ مُتْرَعَةٌ فِي ضَنْكِ الْمُحُولِ وَ بَابُكَ مَفْتُوحٌ لِلطَّلَبِ وَ الْوُغُولِ
və əntə ğayətul məs`uli və nihayətul mə`mul,Tələb edilən ən ali kamal və arzuların sonu Sənsən. وَ أَنْتَ غَايَةُ الْمَسْئُولِ [السُّؤْلِ‏] وَ نِهَايَةُ الْمَأْمُولِ
ilahi hazihi əzimmətu nəfsi əqəltuha biiqali məşiyyətik, və hazihi ə`bau zunubi dərə`tuha biəfvikə və rəhmətik, və hazihi əhvaiyəl muzilləh, vəkəltuha ila cənabi lutfikə və rə`fətik, İlahi, bu, Sənin razılığına həvalə edilən nəfsimin cilovu, əfv və rəhmətinin sayəsində çiyinlərimdən atmaq istədiyim günahlarımın ağır yükü və aqibətini mehribanlığının öhdəsinə qoyduğum azdırıcı istəklərimdir!إِلَهِي هَذِهِ أَزِمَّةُ نَفْسِي عَقَلْتُهَا بِعِقَالِ مَشِيَّتِكَ وَ هَذِهِ أَعْبَاءُ ذُنُوبِي دَرَأْتُهَا بِعَفْوِكَ وَ رَحْمَتِكَ وَ هَذِهِ أَهْوَائِيَ الْمُضِلَّةُ وَكَلْتُهَا إِلَى جَنَابِ لُطْفِكَ وَ رَأْفَتِكَ
fəc`əlillahummə səbahi haza nazilən ələyyə biziyail huda, və bis səlaməti fid dini vəd dunya, və məsai cunnətən min kəydil ida, və viqayətən min murdiyatil həva, İlahi, bu sübhü mənə hidayət nuru ilə işıqlı, din və dünya sağlamlığı və gecəmi düşmən hiylələri müqabilində qalxan və həlakedici istəklər qarşısında qoruyucu et!فَاجْعَلِ اللَّهُمَّ صَبَاحِي هَذَا نَازِلا عَلَيَّ بِضِيَاءِ الْهُدَى وَ بِالسَّلامَةِ [السَّلامَةِ] فِي الدِّينِ وَ الدُّنْيَا وَ مَسَائِي جُنَّةً مِنْ كَيْدِ الْعِدَى [الْأَعْدَاءِ] وَ وِقَايَةً مِنْ مُرْدِيَاتِ الْهَوَى
innəkə qadirun əla ma təşa,Sən istədiyinə qadirsən.اِنَّكَ قَادِرٌ عَلَى مَا تَشَاءُ
tutil mulkə mən təşau və tənziul mulkə mimmən təşa,İstədiyinə mülk verər və istədiyindən onu alarsan. تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَ تَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ
və tuizzu mən təşau və tuzillu mən təşa,Kimi istəsən izzətli və xar edə bilərsən.وَ تُعِزُّ مَنْ تَشَاءُ وَ تُذِلُّ مَنْ تَشَاءُ
biyədikəl xəyruXeyir Sənin ixtiyarındadır. بِيَدِكَ الْخَيْرُ
innəkə əla kulli şəy`in qədir,Sən hər bir şeyə qadirsən. اِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ
tulicul ləylə fin nəhari və tulicun nəharə fil ləyl, və tuxricul həyyə minəl məyyiti və tuxricul məyyitə minəl həyy, və tərzuqu mən təşau biğəyri hisab,Gecəni gündüz, gündüzü gecə ilə əvəz edir, dirini ölüdən, ölünü diridən çıxarır və istədiyinə saysız-hesabsız (minnətsiz) ruzi verirsən. تُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَ تُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَ تُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَ تُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَ تَرْزُقُ مَنْ تَشَاءُ بِغَيْرِ حِسَابٍ
la ilahə illa ənt, Səndən başqa məbud yoxdur.لا إِلَهَ إِلا أَنْتَ
subhanəkəllahummə və bihəmdikəİlahi, yalnız Səni eyib və qüsursuz bilir və Sənə sitayiş edirəm. سُبْحَانَكَ اللَّهُمَّ وَ بِحَمْدِكَ
mən za yə`rifu qədrəkə fəla yəxafuk,Qüdrətini bildikdən sonra məqamından və kimliyini bildikdən sonra heybətindən qorxmayan varmı? مَنْ ذَا يَعْرِفُ قَدْرَكَ فَلا يَخَافُكَ
və mən za yə`ləmu ma əntə fəla yəhabuk, əlləftə biqudrətikəl firəq, və fələqtə bilutfikəl fələqə və ənərtə bəkərəmikə dəyaciyəl ğəsəq, və ənhərtəl miyatə minəs summis səyaxidi əzbən və ucaca, və ənzəltə minəl mu`sirati maən səccaca, və cəəltəş şəmsə vəl qəmərə lil bəriyyəti siracən vəhhaca, min ğəyri ən tumarisə fiməbtədə`tə bihi luğubən və la ilaca,Müxtəlif firqələri öz kamil qüdrətinlə birləşdirdin, lütfünlə dan yerini sökdün və alicənablığınla gecənin qaranlığını işıqlandırdın, şirin və şor suları bərk qayaların arasından axıtdın, ağır buludlardan çoxlu yağış endirdin, günəş və ayı insanlar üçün parlaq məşəl etdin, məxluqatı yaratdığın zaman yorğunluq və çarəsizliyə düçar olaraq əlac axtarmadın. وَ مَنْ ذَا يَعْلَمُ مَا أَنْتَ فَلا يَهَابُكَ أَلَّفْتَ بِقُدْرَتِكَ الْفِرَقَ وَ فَلَقْتَ بِلُطْفِكَ الْفَلَقَ وَ أَنَرْتَ بِكَرَمِكَ دَيَاجِيَ الْغَسَقِ وَ أَنْهَرْتَ الْمِيَاهَ مِنَ الصُّمِّ الصَّيَاخِيدِ عَذْبا وَ أُجَاجا وَ أَنْزَلْتَ مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجا وَ جَعَلْتَ الشَّمْسَ وَ الْقَمَرَ لِلْبَرِيَّةِ سِرَاجا وَهَّاجا مِنْ غَيْرِ أَنْ تُمَارِسَ فِيمَا ابْتَدَأْتَ بِهِ لُغُوبا وَ لا عِلاجا
fə ya mən təvəhhədə bil izzəti vəl bəqa, və qəhərə ibadəhu bil məvti vəl fəna, salli əla Muhəmmədin və alihil ətqiya, vəsmə` nidai vəstəcib duai, və həqqiq bifəzlikə əməli və rəcai,Ey izzət və əbədilikdə tək və bəndələrinə ölüm və fənaya uğratmaqla qalib olan, Muhəmməd (s) və onun təqvalı Əhlibeytinə salam yetir, səsimi eşidərək duamı qəbul et və öz mərhəmətinlə arzu və ümidlərimi həyata keçir! فَيَا مَنْ تَوَحَّدَ بِالْعِزِّ وَ الْبَقَاءِ وَ قَهَرَ عِبَادَهُ بِالْمَوْتِ وَ الْفَنَاءِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الْأَتْقِيَاءِ وَ اسْمَعْ نِدَائِي وَ اسْتَجِبْ دُعَائِي وَ حَقِّقْ بِفَضْلِكَ أَمَلِي وَ رَجَائِي
ya xəyrə mən duiyə likəşfiz zurri Ey çətinlikləri aradan qaldırmaqda çağırılanların ən yaxşısı!يَا خَيْرَ مَنْ دُعِيَ لِكَشْفِ الضُّرِّ
vəl mə`mul, likulli usrin və yusr,Ey çətinlik və asanlıqlar zamanı arzu olunan! وَ الْمَأْمُولِ لِكُلِّ [فِي كُلِ‏] عُسْرٍ وَ يُسْرٍ
bikə ənzəltu hacəti, fəla təruddəni min səniyyi məvahibikə xaiba, Hacətimi sənə həvalə edirəm, odur ki, ən böyük nemət və mükafatlarından məni məhrum etmə! بِكَ أَنْزَلْتُ حَاجَتِي فَلا تَرُدَّنِي مِنْ سَنِيِّ [بَابِ‏] مَوَاهِبِكَ خَائِبا
ya kərimu ya kərimu ya kərim, Ey kərim, ey kərim, ey kərim! يَا كَرِيمُ يَا كَرِيمُ يَا كَرِيمُ
birəhmətikə ya ərhəmər rahimin, Sənə and verirəm rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ
və salləllahu əla xəyri xəlqihi Muhəmmədin və alihi əcməin.İlahi, yaratdıqlarının ən yaxşısı olan Muhəmməd (s) və onun bütün Əhlibeytinə salam yetir!وَ صَلَّى اللَّهُ عَلَى خَيْرِ خَلْقِهِ مُحَمَّدٍ وَ آلِهِ أَجْمَعِينَ

Sonra səcdəyə gedib de:
TranskripsiyaTərcüməƏrəbcə
İlahi qəlbi məhcubun və nəfsi mə`yub, və əqli məğlubun və həvayi ğalib, və taəti qəlilun və mə`siyəti kəsir, İlahi, qəlbim zülmət pərdələri ilə örtülmüş, özüm nöqsanlı, əqlim nəfsi istəklərimə məğlub, ehtirasım mənə qalib, itaətim az, günahlarım isə çoxdur. إِلَهِي قَلْبِي مَحْجُوبٌ وَ نَفْسِي مَعْيُوبٌ وَ عَقْلِي مَغْلُوبٌ وَ هَوَائِي غَالِبٌ وَ طَاعَتِي قَلِيلٌ وَ مَعْصِيَتِي كَثِيرٌ
və lisani muqirrun biz zunub, Dilim günahlarıma iqrar edir. وَ لِسَانِي مُقِرٌّ بِالذُّنُوبِ
fəkəyfə hiləti ya səttarəl uyub, və ya əllaməl ğuyub, və ya kaşifəl kurub, Ey eyibləri örtən, ey qeybləri bilən və ey qəmləri aradan aparan, bəs mənim çarəm.فَكَيْفَ حِيلَتِي يَا سَتَّارَ الْعُيُوبِ وَ يَا عَلامَ الْغُيُوبِ وَ يَا كَاشِفَ الْكُرُوبِ
iğfir zunubi kulləha bihurməti Muhəmmədin və ali Muhəmməd, ya ğəffaru ya ğəffaru ya ğəffar,Muhəmməd (s) və Ali Muhəmməd (ə) xatirinə bütün günahlarımı bağışla. Ey bağışlayan, ey bağışlayan, ey bağışlayan! اغْفِرْ ذُنُوبِي كُلَّهَا بِحُرْمَةِ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ يَا غَفَّارُ يَا غَفَّارُ يَا غَفَّارُ
birəhmətikə ya ərhəmər rahimin.Ey mehribanların ən mehribanı, mehribanlığına xatir məni bağışla!بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Mənbə:
[1] Əllamə Məclisi – Biharul-ənvar, c 84, səh 339, hədis 19;
c 91, səh 243, hədis 11

Читайте также: