Dua: «Səhifəyi Səccadiyyə» kitabının 31-ci duası — İmam Səccadın (ə) tövbə duası

Print Friendly, PDF & Email

Tövbə, günahdan dönüb Allaha tərəf qayıtmaqdır. Həqiqi tövbə həqiqi peşmançılıq, günahdan əl çəkməyi qəti qərara almaq, yerinə yetirilməyən vəzifələri yerinə yetirmək, Allahın və insanların haqqını ödəmək ilə gerçəkləşir. Lakin heç şübhəsiz, belə bir tövbəyə nail olmaq üçün Allahın xüsusi lütfü insana aid olmalıdır. Tövbədə sədaqətli olan insana Allahın lütfü şamil olar.
Baxmayaraq ki, Məsumlar (ə) günahsızdırlar, lakin onlar Allahın əzəməti və cəlaləti qarşısında öz ibadət və itaətlərini layiqli bilmədikləri üçün özlərini günahkar hesab etmiş, buna görə Allahdan bağışlanma istəyib tövbə etmişlər.
Bundan əlavə Məsumların (ə) belə duaları, bağışlanma istəmələri və tövbə etmələri bir növ təlimdir. Belə ki, onlar Allaha tövbə etmək və Ona tərəf qayıtmaq qaydasını insanlara təlim edir, günahın böyüklüyünü və ağırlığını təcəssüm etdirirlər. Olsun ki, biz günahkar insanlar özümüzə gələk və islah yolunda ciddi-cəhdlə çalışaq, əgər günah etmişiksə, yubanmadan tövbə edək.
Burada İmam Səccadın (ə) tövbə barədə olan dualarından[1] birini qeyd edirik:

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə ya mən la yəsifuhu nə`tul vasifin, və ya mən la yucavizuhu rəcaur racin, və ya mən la yəziu lədəyni əcrul muhsinin, və ya mən huvə muntəha xəvfil abidin, və ya mən huvə ğayətu xəşyətil muttəqin, haza məqamu mən tədavələthu əydiz zunub, və qadəthu əzimmətul xətaya, vəstəhvəzə ələyhiş şəytan, fəqəssərə əmma əmərtə bihi təfrita, və təata ma nəhəytə ənhu təğrira, kəl cahili biqudrətikə ələyh, əv kəl munkiri fəzlə ihsanikə iləyh, hətta izənfətəhə ləhu bəsərul huda, və təqəşşəət ənhu səhaibul əma əhsa, ma zələmə bihi nəfsəhu və fəkkərə fima xaləfə bihi rəbbəh, fərəa kəbirə isanihi kəbira, və cəlilə muxaləfətihi cəlila, fəəqbələ nəhvəkə muəmmilən lək, mustəhyiyən minkə və vəccəhə rəğbətəhu iləykə siqətən bik, fəəmməkə bitəməihi yəqina, və qəsədəkə bixəvfihi ixlasa, qəd xəla təməuhu min kulli mətmuin fihi ğəyrik, və əfrəxə rəv`uhu min kulli məhzurin minhu sivak, fəməssələ bəynə yədəykə mutəzərria, və ğəmməzə bəsərəhu iləl ərzi mutəxəşşia, və tə`təə rə`səhu li izzətikə mutəzəllila, və əbəssəkə min sirrihi ma əntə ə`ləmu bihi minhu xuzua, və əddədə min zunubihi ma əntə əhsa ləha xuşua, vəstəğasə bikə min əzimi ma vəqəə bihi fi ilmik, və qəbihi ma fəzəhəhu fi hukmikə min zunubin ədbərət ləzzatuha fəzəhəbət, və əqamət təbiatiha fələzimət, la yunkiru ya ilahi ədləkə in aqəbtəh, və la yəstə`zimu əfvəkə in əfəvtə ənhu və rəhmətəh, liənnəkər rəbbul kərimulləzi la yətəazəmuhu ğufranuz zənbil əzim, Əllahummə fəha ənə za qəd ci`tukə mutiən liəmrikə fima əmərtə bihi minəd duai mutənəccizən və`dəkə fima vəədtə bihi minəl icabəh, iz təqulu ud`uni əstəcib ləkum, Əllahummə fəsalli əla Muhəmmədin və alih, vəlqəni biməğfirətikə kəma ləqitukə bi iqrari, vərfə`ni ən məsariiz zunubi kəma vəzə`tu ləkə nəfsi, vəsturni bisitrikə kəma təənnəytəni ənil intiqami minni, Əllahummə və səbbit fi taətikə niyyəti, vəhkim fi ibadətikə bəsirəti, və vəffiqni minəl ə`mali lima təğsilu bihi dənəsəl xətaya ənni, və təvəffəni əla millətikə və milləti nəbiyyikə Muhəmmədin ələyhis səlamu iza təvəffəytəni, Əllahummə inni ətubu iləykə fi məqami haza min kəbairi zunubi və səğairiha, və bəvatini səyyiati və zəvahiriha, və səvalifi zəllati və həvadisiha, təvbətə mən la yuhəddisu nəfsəhu bimə`siyəh, və la yuzmiru ən yəudə fi xətiəh, və qəd qultə ya ilahi fi muhkəmi kitabik, innəkə təqbəlut təvbətə ən ibadik, və tə`fu ənissəyyiat, və tuhibbut təvvabinə fəqbəl təvbəti kəma vəədt, və`fu ən səyyiati kəma zəmint, və əvcib li məhəbbətəkə kəma şərətt, və ləkə ya rəbbi şərti əlla əudə fi məkruhik, və zəmani əlla ərciə fi məzmumik, və əhdi ən əhcurə cəmiə məasik, Əllahummə innəkə ə`ləmu bima əmiltu fəğfir li ma əlimt, vəsrifni biqudrətikə ila ma əhbəbt, Əllahummə və ələyyə təbiatun qəd həfiztuhunn, və təbiatun qəd nəsituhunn, və kulluhunnə biəynikəlləti la tənam, və ilmikəlləzi ya yənsa və fə əvviz minha əhləha vəhtut ənni vizrəha, və xəffif ənni siqləha, və`simni min ən uqarifə misləha, Əllahummə və innəhu la vəfaə li bit təvbəti illa biismətik, və ləstimsakə bi ənil xətaya illa ən quvvətik, fəqəvvini biquvvətii kafiyəh, və təvəlləni bismətin maniəh, Əllahummə əyyuma əbdin tabə iləykə və huvə fi ilmil ğəybi indəkə fasixun litəvbətih, vəaidun fi zənbihi və xətiətih, fə inni əuzu bikə ən əkunə kəzalik, fəc`əl təvbəti hazihi təvbətən la əhtacu bə`dəha ila təvbəh, təvbətən məvcibətən liməhvi ma sələf, vəs səlaməti fima bəqiy, Əllahummə inni ə`təziru iləykə min cəhli, vəstəvhibukə suə fi`li, fəzmumni ila kənəfi rəhmətikə tətəvvula, vəsturni bisitri afiyətikə təfəzzula, Əllahummə və inni ətubu iləykə min kulli ma xaləfə iradətək, əv zalə ən məhəbbətikə min xətərati qəlbi, və ləhəzati əyni və hikayati lisani, təvbətən təsləmu biha kullu carihətin əla hiyaliha min təbiatik, və tə`mənu mimma yəxaful mu`tədunə min əlimi sətəvatik, Əllahummə fərhəm vəhdəti bəynə yədəyk, və vəcibə qəlbi min xəşyətik, vəztirabə ərkani min həybətik, fəqəd əqamətni ya rəbbi zunubi məqaməl xizyi bifinaik, fəin səkəttu ləm yəntiq ənni əhəd, və in şəfə`tu fələstu biəhliş şəfaəh, Əllahummə salli əla Muhəmmədin və alih, və şəffi` fi xətayayə kərəməkə və ud əla səyyiati biəfvik, və la təczini cəzai min uqubətik, vəbsut ələyyə təvləkə və cəllilni bisitrik, vəf`əl bi fi`lə əzizin təzərrəə iləyhi əbdun zəlilun fərəhiməh, əv ğəniyyin təərrəzə ləhu əbdun fəqirun fənəəşəh, Əllahummə la xəfirə li minkə fəlyəxfurni izzuk, və la şəfiə li iləykə fəlyəşfə li fəzluk, və qəd əvcələtni xətayayə fəlyu`minni əfvuk, fəma kullu ma nətəqtu bihi ən cəhlin minni bisui əsəri, və la nisyanin lima min zəmimi fi`li, lakin litəsməə səmaukə və mən fiha vəərzukə və mən ələyha, ma əzhərtu ləkə minən nədəm, və ləcə`tu iləykə fihi minət təvbəh, fələəllə bə`zəhum birəhmətikə yərhəmuni lisui məvqifi, əv tudrikuhur riqqətu ələyyə lisui hali, fəyənaləni minhu bidə`vətin hiyə əsməu lədəykə min duai, əv şəfaətin əvkədu indəkə min şəfaəti, təkunu biha nəcati min ğəzəbik, və fəvzəti birizak, Əllahummə in yəkunin nədəmu təvbətən iləykə fə ənə əndəmun nadimin, və in yəkunit tərku limə`siyətikə inabətən fə ənə əvvəlul munibin, və in yəkunil istiğfaru hittətən liz zunubi fəinni ləkə minəl mustəğfirin, Əllahummə fəkəma əmərtə bit təvbəti və zəmintəl qəbulə və həsəstə ələd duai və vəədtəl icabəh, fəssəli əla Muhəmmədin və ali Muhəmməd, vəqbəl təvbəti və la tərci`ni mərciəl xəybəti min rəhmətik, innəkə əntət təvvabu ələl muznibin, vər rəhimu lil xatiinəl munibin, Əllahummə salli əla Muhəmmədin və alih, kəma hədəytəna bihi və salli əla Muhəmmədin və alih, kəməstənqəztəna bih, və salli əla Muhəmmədin və alih, səlatən təşfəu ləna yəvməl qiyaməti və yəvməl faqəti iləyk, innəkə əla kulli şəy`in qədir, və huvə ələykə yəsir.İlahi! Vəsf edənlərin vəsfi Səni vəsf edə bilməz, ümid edənlərin ümidi Səndən yuxarı keçməz, əməlisalehlərin mükafatı Sənin yanında zay olmaz və ibadət edənlərin qorxusu Sənə qayıdar. Sən təqva əhlinin qorxusunun sonusan. Bu məkan günah içrə oyuncağa çevrilən bir kəsin yeridir, günahlar cilovu onu irəli qovmuş və Şeytan ona qalib gəlmişdir. Buna görə də Sənin onun üzərindəki qüdrətindən xəbərsiz olan, yaxud onun haqqında ehsan və lütfünü inkar edən kimsə kimi, əmrinin icrasında səhlənkarlıq etmiş, nadanlıq və qürur üzündən qadağan etdiklərinə bulaşmışdır. Nəhayət, hidayət gözünü açıb korluq buludları aradan getdikdə, özünə etdiyi zülmləri sayıb Allahı ilə müxalifətçilik etdiyi işlər haqda düşündükdə, birdən üsyanının böyüklüyünə bəsirət tapdıqda, o zaman ümid dolu qəlb və xəcalətli üzlə üz gətirdi, etimad edərək şövqlə Sənə sarı üz tutdu, yəqin üzündən tamahla Səni səslədi, ixlas və qorxu azuqəsi ilə Səni qəsd etdi. Halbuki Səndən savayı kimsəyə tamah salmamış və Səndən başqa kimsədən qorxmamışdır. Beləliklə, nalə edərək hüzurunda dayandı, zəlilliklə gözünü yerə dikdi, izzətin qarşısında zillətlə başını aşağı saldı, ixlas üzündən Sənin ondan daha yaxşı bildiyin sirrini Sənin üçün aşkar etdi, sidqlə sayını ondan daha yaxşı bildiyin günahlarını Sənin üçün sadaladı, qəza-qədərinlə ona gələn rüsvayçılığından, zilləti ötən günahlardan Sənə pənah gətirdi. Lakin zərərli aqibəti hələ də öz yerində qalmış və yaxasını tutmuşdur. İlahi! Əgər bu bəndənə cəza versən ədalətini inkar etməz və əgər ondan keçib onu əfv etsən və ona rəhm etsən, əfvini böyük saymaz. Çünki Sən kərim Allahsan, böyük günahı bağışlamaq Sənin nəzərində böyük deyildir. İlahi! Artıq mənəm ki, fərmanına baş əyərək hüzuruna gəlmişəm. Dua ilə bağlı əmrinə mütiəm. Qəbuluna vəd etdiyin vədinə vəfa etməyini istəyirəm. Çünki Sən “Məni çağırın ki, duanızı qəbul edim!” – deyə buyurubsan. Ey mənim Rəbbim, Muhəmməd və onun Əhlibeytinə salam yetir və günahıma etiraf etdiyim kimi Sən də məni əfv et, qarşında alçaldığım kimi Sən də mənim xətalarımdan keç və intiqam almaqda tələsmədiyin kimi məni Öz örtüyünə bürü! İlahi! İtaətinə olan niyyətimi möhkəmləndir, ibadətinə olan düşüncəmi sabitqədəm et, məni elə bir əmələ müvəffəq et ki, onunla günahımı yuyasan, dünyadan getdikdə, məni Öz dinin və Peyğəmbərinin dini ilə dünyadan aparasan. İlahi! İndi olduğum vəziyyətdə böyük və kiçik günahlarımla, gizli və aşkar, keçmiş və indiki xətalarımla qəlbindən günaha qayıtmaq keçməyən və fikrinə günaha dönmək girməyən bəndələr kimi, Sənə doğru qayıdıram. Ey mənim Rəbbim! Sən Özün möhkəm olan kitabında buyurubsan ki, bəndələrindən tövbəni qəbul edirsən, günahlarından keçirsən, tövbə edənləri sevirsən, belə isə verdiyin vədə əsasən tövbəmi qəbul et, zamin qaldığın kimi günahlarımdan keç, şərt etdiyin kimi məhəbbətini mənə vacib bil və mən də bütün bu ehsanların müqabilində əhd edirəm ki, Sənin bəyənmədiklərinə sarı qayıtmayacağam. Qınadıqlarına dönməməyimə zəmanət verir və peyman bağlayıram ki, bütün günahlardan uzaq olacağam. İlahi! Məndən baş verən işə Sən daha agahsan. Elə isə yerinə yetirdiklərimlə bağlı xəbərdar olduqlarını mənə bağışla, Öz qüdrətinlə məni sevdiyin şeylərə yönəlt. İlahi! Boynumda bildiyim və unutduğum məsuliyyətlər var. Bütün bunlar Sənin yuxuya dalmayan gözlərin önündədir və unutqanlığa yol verməyən elmin yanındadır. Elə isə o məsuliyyətlərin müqabilində sahibinə əvəz ver, onun çətinliklərini məndən kənarlaşdır, ağırlığını canımın üzərindən götür və onun kimi hadisələrə düçar olmaqdan saxla. İlahi! Sən qorumasan tövbə əhdimi saxlaya və günahdan qoruna bilmərəm. Belə isə məni o yetərli qüdrətinlə gücləndir və Özün mənə günahdan çəkinməkdə yardım göstər. İlahi! Dərgahına tövbə edən hər bəndənin əhdini pozub, günaha meyil etməsini bilirsən, belə olmaqdan Sənə pənah aparıram. Artıq bu tövbəmi elə bir tövbəyə çevir ki, ondan sonra tövbəyə ehtiyac duymayım; elə bir tövbə ki, keçmiş günahların məhvinə və ömrümün qalan günlərində günahlardan amanda qalmağıma səbəb olsun. İlahi! Öz nadanlığıma görə Səndən üzr istəyir və pis əməlinə görə məni əfv etməyini diləyirəm. Öz lütfünlə məni rəhmətinin pənahında yerləşdir, ehsanınla mənə əmin-amanlıq libası geyindir. İlahi! Qəlbimdən keçən, gözümün xəyanəti ilə, dilimlə deyilən və istəyinlə müxalif olan, yaxud məhəbbət dairəndən kənar olanlardan elə bir tövbə edirəm ki, bədən üzvlərimdən hər biri əzabdan amanda qalsın və günahkarların qorxduğu qəzəbindən nicat tapsın. İlahi! Dərgahındakı təkliyimə, qorxundan ürəyimin çırpınmasına, heybətindən bədənimin titrəməsinə rəhm et. Çünki ey mənim Rəbbim, günahlarım məni dərgahında rüsvayçılıq kürsüsündə oturtmuşdur. Əgər danışmasam kimsə mənim tərəfimdən söz deməz, əgər özüm şəfaət etsəm, bir kəs deyiləm ki, şəfaətim qəbul olunsun. İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir, kərəmini günahlarıma şəfaətçi qərar ver və Öz əfvinlə pisliklərimi bağışla. Məni Öz cəzanla cəzalandırma, ehsanını üzümə geniş aç, məni əfv pərdənlə ört, mənimlə zəlil bir bəndənin qapısına gedib ona rəhm edən qüdrətli və yaxud yolunun başında oturan fəqirin əlindən tutan dövlətli kimi davran. İlahi! Sənin qarşında bir pənahım yoxdur. Buna görə də izzətin mənə pənah verməlidir, Sənin dərgahında şəfaət edənim yoxdur. Buna görə də lütfün mənə şəfaət etməlidir. Günahlarım qorxuya salmışdır. Buna görə də əfvin məni əmin etməlidir. Çünki pis əməlimə görə cəhalət üzündən dilimə gətirdiklərim keçmiş pis işlərimi unutmağım üzündən Sənin göyün və onda olanlar, yer üzün və üzərində olanlar aşkar etdiyim cəhalətimi və Sənə pənah apardığım tövbəmi eşitsinlər ki, bəlkə bunlardan birisi halıma rəhm etsin, yaxud halımın ağırlığına kövrəlsin, bəlkə Öz tərəfindən mənim üçün biri dua etsin ki, mənim öz duamdan Sənin dərgahında qəbula daha yaxın olsun, yaxud da mənə elə bir şəfaət nəsib olunsun ki, öz şəfaətimdən daha möhkəm olsun, qəzəbindən nicat tapıb razılığına yetişməyimlə yanaşı olsun. İlahi! Əgər Sənin dərgahında tövbə peşmançılıqdırsa, mən hamıdan çox peşmanam, əgər günahı tərk etmək tövbə sayılırsa, mən ilk tövbə edənəm, əgər Səndən bağışlanma diləmək günahların aradan getməsinə səbəb olursa, mən Sənin dərgahında bağışlanma diləyənlərdənəm. İlahi! Tövbəyə rəğbətləndirib qəbul edilməsinə vəd etdiyin kimi, Muhəmməd və onun Əhlibeytinə salam yetir, tövbəmi qəbul et, məni rəhmətindən ümidsiz və məyus halda qaytarma. Çünki Sən günahkarların tövbəsini qəbul edən və Sənə doğru səmimi qəlblə qayıdanların xətalarını bağışlayansan. İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir ki, onun vasitəsi ilə bizə kəramət nəsib etdin. Muhəmməd və onun Əhlibeytinə salam yetir ki, qiyamət və ehtiyac günü bizə şəfaət etsin. Doğrudan da, Sən hər şeyə qadirsən, o iş Sənə asandır.اللَّهُمَّ يَا مَنْ لايَصِفُهُ نَعْتُ الْوَاصِفينَ، وَ يَا مَنْ لايُجَاوِزُهُ رَجَاءُ الرَّاجينَ، وَ يَا مَنْ لايَضيعُ لَدَيْهِ اَجْرُ الْمُحْسِنينَ، وَ يَا مَنْ هُوَ مُنْتَهَى، خَوْفِ الْعَابِدينَ، وَ يَا مَنْ هُوَ غَايَةُ خَشْيَةِ الْمُتَّقينَ، هَذا مَقَامُ مَنْ تَدَاوَلَتْهُ اَيْدِي الذُّنُوبِ، وَ قَادَتْهُ اَزِمَّةُ الْخَطَايَا، وَ اسْتَحْوَذَ عَلَيْهِ الشَّيْطَانُ، فَقَصَّرَ عَمَّا اَمَرْتَ بِهِ تَفْريطاً، وَ تَعَاطَى مَا نَهَيْتَ عَنْهُ تَغْريراً، كَالْجَاهِلِ بِقُدْرَتِكَ عَلَيْهِ، اَوْ كَالْمُنْكِرِ فَضْلَ اِحْسَانِكَ اِلَيْهِ، حَتَّى اِذَا انْفَتَحَ لَهُ بَصَرُ الْهُدَى، وَ تَقَشَّعَتْ عَنْهُ سَحَائِبُ الْعَمَى اَحْصَى، مَا ظَلَمَ بِهِ نَفْسَهُ، وَ فَكَّرَ فيمَا خَالَفَ بِهِ رَبَّهُ، فَرَاَى كَبيرَ عِصْيَانِهِ كَبيراً، وَ جَليلَ مُخَالَفَتِهِ جَليلاً، فَاَقْبَلَ نَحْوَكَ مُؤَمِّلاً لَكَ، مُسْتَحْيِياً مِنْكَ، وَ وَجَّهَ رَغْبَتَهُ اِلَيْكَ ثِقَةً بِكَ، فَاَمَّكَ بِطَمَعِهِ يَقيناً، وَ قَصَدَكَ بَخَوْفِهِ اِخْلاصاً، قَدْ خَلا طَمَعُهُ مِنْ كُلِّ مَطْمُوعٍ فيهِ غَيْرِكَ، وَاَفْرَخَ رَوْعُهُ مِنْ كُلِّ مَحْذُورٍ مِنْهُ سِوَاكَ، فَمَثَّلَ بَيْنَ يَدَيْكَ مُتَضَرِّعاً، وَ غَمَّضَ بَصَرَهُ اِليَ الاَرْضِ مُتَخَشِّعاً، وَ طَاْطَاَ رَأسَهُ لِعِزَّتِكَ مُتَذَلِّلاً، وَ اَبَثَّكَ مِنْ سِرِّهِ مَا اَنْتَ اَعْلَمُ بِهِ مِنْهُ خُضُوعاً، وَ عَدَّدَ مِنْ ذُنُوبِهِ مَا اَنْتَ اَحْصيَ لَهَا خُشُوعاً، وَاسْتَغَاثَ بِكَ مِنْ عَظيمِ مَاوَقَعَ بِهِ في عِلْمِكَ، وَقَبيحِ مَافَضَحَهُ حُكْمِكَ مِنْ ذُنُوبٍ اَدْبَرَتْ لَذَّاتُهَا فَذَهَبَتْ، وَ اَقَامَتْ تَبِعَاتِهَا فَلَزِمَتْ، لايُنْكِرُ يَا اِلَهي عَدْلَكَ اِنْ عَاقَبْتَهُ، وَ لا يَسْتَعْظِمُ عَفْوَكَ اِنْ عَفَوْتَ عَنْهُ وَ رَحِمْتَهُ، لاِنَّكَ الرَّبُّ الْكَريمُ الَّذي لا يَتَعَاظَمُهُ غُفْرَانُ الذَّنْبِ الْعَظيمِ، اللَّهُمَّ فَهَا اَنَا ذَاقَدْ جِئْتُكَ مُطيعاً لاَِمْرِكَ فيمَا اَمَرْتَ بِهِ مِنَ الدُّعَاءِ، مُتَنَجِزّاً وَعْدَكَ فيمَا وَعَدْتَ بِهِ مِنَ الاِْجَابَةِ، اِذْ تَقُولُ اُدْعُوني اَسْتَجِبْ لَكُمْ، اللَّهُمَّ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَالْقَني بِمَغْفِرَتِكَ كَمَا لَقيتُكَ بِاِقْرَاري، وَ ارْفَعْني عَنْ مَصَارِعِ الذُّنُوبِ كَمَا وَضَعْتُ لَكَ نَفْسي، وَاسْتُرْني بِسِتْركَ كَمَا تَاَنَّيْتَني عَنِ الاِْنْتِقَامِ مِنّي، اللَّهُمَّ وَ ثَبِّتْ في طَاعَتِكَ نِيَّتي، وَ اَحْكِمْ في عِبَادَتِكَ بَصيرَتي، وَ وَفِّقْني مِنَ الاَعْمَالِ لِمَا تَغْسِلُ بِهِ دَنَسَ الْخَطَايَا عَنّي، وَ تَوَفَّني عَلَى مِلَّتِكَ وَ مِلَّةِ نَبِيِّكَ مُحَمَّدٍ عَلَيْهِ السَّلامُ اِذَا تَوَفَيْتَني، اللَّهُمَّ اِنّي اَتُوبُ اِلَيْكَ في مَقَامي هَذا مِنْ كَبَائِرِ ذُنُوبي وَ صَغَائِرهَا، وَ بَوَاطِنِ سَيِّئَاتي وَ ظَوَاهِرِهَا، وَ سَوَالِفِ زَلاََّتي وَ حَوَادِثِهَا، تَوْبَةَ مَنْ لا يُحَدِّثُ نَفْسَهُ بِمَعْصِيَةٍ، وَلايُضْمِرُ اَنْ يَعُودَ في خَطيئَةٍ، وَ قَدْ قُلْتَ يَا اِلَهي في مُحْكَمِ كِتَابِكَ، اِنَّكَ تَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِكَ، وَ تَعْفُو عَنِ السَّيِّئَاتِ، وَ تُحِبُ التَّوَابينَ، فَاقْبَلْ تَوْبَتي كَمَا وَعَدْتَ، وَاعْفُ عَنْ سَيّئَاتي كَمَا ضَمِنْتَ، وَ اَوْجِبْ لي مَحَبَّتَكَ كَمَا شَرَطْتَ، وَ لَكَ يَا رَبِّ شَرْطي اَلاََّ اَعُودَ في مَكْرُوهِكَ، وَ ضَمَاني اَلاََّ اَرْجِعَ في مَذْمُومِكَ، وَ عَهْدي اَنْ اَهْجُرَ جَميعَ مَعَاصيكَ، اللَّهُمَّ اِنَّكَ اَعْلَمُ بِمَا عَمِلْتُ، فَاغْفِرْ لي مَا عَلِمْتَ، وَ اصْرِفْني بِقُدْرَتِكَ اِلَى مَا اَحْبَبْتَ، اللَّهُمَّ وَ عَلَيَّ تَبِعَاتٌ قَدْ حَفِظْتُهُنَّ، وَ تَبِعَاتٌ قَدْ نَسيتُهُنَّ، وَ كُلُّهُنَّ بِعَيْنِكَ الَّتي لا تَنَامُ، وَ عِلْمِكَ الَّذي لا يَنْسَى، فَعَوِّضْ مِنْهَا اَهْلَهَا، وَاحْطُطْ عَنّي وِزْرَهَا، وَ خَفِّفْ عَنّي ثِقْلَهَا، وَاعْصِمْني مِنْ اَنْ اُقَارِفَ مِثْلَهَا، اللَّهُمَّ وَ اِنَّهُ لا وَفَاءَ لي بِالتَّوْبَةِ اِلاََّ بِعِصْمَتِكَ، وَ لاَ اسْتِمْسَاكَ بي عَنِ الْخَطَايَا اِلاََّ عَنْ قُوَّتِكَ، فَقَوِّني بِقُوَّةٍ كَافِيَةٍ، وَ تَوَلَّني بِعِصْمَةٍ مَانِعَةٍ، اللَّهُمَّ اَيُّمَا عَبْدٍ تَابَ اِلَيْكَ وَ هُوَ في عِلْمِ الْغَيْبِ عِنْدَكَ فَاسِخٌ لِتَوْبَتِهِ، وَ عَائِدٌ في ذَنْبِهِ وَ خَطيئَتِهِ، فَاِنّي اَعُوذُ بِكَ اَنْ اَكُونَ كَذلِكَ، فَاجْعَلْ تَوْبَتي هاذِهِ تَوْبَةً لا اَحْتَاجُ بَعْدَهَا اِلَى تَوْبَةٍ، تَوْبَةً مَوجِبَةً لِمَحْوِمَا سَلَفَ، وَالسَّلامَةِ فيمَا بَقِيَ، اللَّهُمَّ اِنّي اَعْتَذِرُ اِلَيْكَ مِنْ جَهْلي، وَ اَسْتَوْهِبُكَ سُوءَ فِعْلي، فَاضْمُمْني اِلَى كَنَفِ رَحْمَتِكَ تَطَوُّلاً، وَاسْتُرْني بِسِتْرِ عَافِيَتِكَ تَفَضُّلاً، اللَّهُمَّ وَ اِنّي اَتُوبُ اِلَيْكَ مِنْ كُلِّ مَا خَالَفَ اِرَادَتَكَ، اَوْزَالَ عَنْ مَحَبَّتِكَ مِنْ خَطَرَاتِ قَلْبي، وَ لَحَظَاتِ عَيْني وَ حِكَايَاتِ لِسَاني، تَوْبَةً تَسْلَمُ بِهَا كُلُّ جَارِحَةٍ عَلَى حِيَالِهَا مِنْ تَبِعَاتِكَ، وَ تَاْمَنُ مِمَّا يَخَافُ الْمُعْتَدُونَ مِنْ اَليمِ سَطَوَاتِكَ، اللَّهُمَّ فَارْحَمْ وَحْدَتي بَيْنَ يَدَيْكَ، وَ وَجيبَ قَلْبي مِنْ خَشْيَتِكَ وَاضْطِرَابَ اَرْكَاني مِنْ هَيْبَتِكَ، فَقَدْ اَقَامَتْني يَا رَبِّ ذُنُوبي مَقَامَ الْخِزْيِ بِفِنَائِكَ، فَاِنْ سَكَتُّ لَمْ يَنْطِقْ عَنّي اَحَدٌ، وَ اِنْ شَفَعْتُ فَلَسْتُ بِاَهْلِ الشَّفَاعَةِ، اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ شَفِّعْ في خَطَايَايَ كَرَمَكَ، وَعُدْ عَلَى سَيِّئَاتي بِعَفْوِكَ، وَ لا تَجْزِني جَزآئي مِنْ عُقُوبَتِكَ، وَابْسُطْ عَلَيَّ طَوْلَكَ، وَ جَلِّلْني بِسِتْرِكَ وَافْعَلْ بي فِعْلَ عَزيزٍ تَضَرَّعَ اِلَيْهِ عَبْدٌ ذَليلٌ فَرَحِمَهُ، اَوْ غَنِيٍّ تَعَرَّضَ لَهُ عَبْدٌ فَقيرٌ فَنَعَشَهُ، اللَّهُمَّ لاخَفيرَ لي مِنْكَ فَلْيَخْفُرْني عِزُّكَ، وَلا شَفيعَ لي اِلَيْكَ فَلْيَشْفَعْ لي فَضْلُكَ وَ قَدْ اَوْجَلَتْني، خَطَايَايَ فَلْيُؤْمِنّي عَفْوُكَ، فَمَا كُلُّ مَا نَطَقْتُ بِهِ عَنْ جَهْلٍ مِنّي بِسُوءِ اَثَري، وَلانِسْيَانٍ لِمَا سَبَقَ مِنْ ذَميمِ فِعْلي، لكِنْ لِتَسْمَعَ سَمَاؤُكَ وَ مَنْ فيهَا، وَ اَرْضُكَ وَ مَنْ عَلَيْهَا، مَا اَظْهَرْتُ لَكَ مِنَ النَّدَمِ، وَ لَجَاْتُ اِلَيْكَ فيهِ مِنَ التَّوْبَةِ، فَلَعَلَّ بَعْضَهُمْ بِرَحْمَتِكَ يَرْحَمُني لِسُوءِ مَوْقِفي، اَوْ تُدْرِكُه ُالرِّقَّةُ عَلَيَّ لِسُوءِ حَالي، فَيَنَالُني مِنْهُ بِدَعْوَةٍ هِيَ اَسْمَعُ لَدَيْكَ مِنْ دُعَائي، اَوْشَفَاعَةٍ اَوْكَدُ عِنْدَكَ مِنْ شَفَاعَتي، تَكُونُ بِهَا نَجَاتي مِنْ غَضَبِكَ، وَ فَوْزَتي بِرِضَاكَ اللَّهُمَّ اِن ْيَكُنِ النَّدَمُ تَوْبَةً اِلَيْكَ فَاَنَا اَنْدَمُ النَّادِمينَ، وَ اِنْ يَكُنِ التَّرْكُ لِمَعْصِيَتِكَ، اِنَّابَةً فَاَنَاَ اَوَّلُ الْمُنيبينَ وَ اِنْ يَكُنِ الاِْسْتِغْفَارُ حِطَّةً لِلذُّنُوبِ فَاِنّي لَكَ مِنَ الْمُسْتَغْفِرينَ، اللَّهُمَّ فَكَمَا اَمَرْتَ بِالتَّوْبَةِ وَ ضَمِنْتَ الْقَبُولَ وَحَثَثْتَ عَلَي الدُّعَاءِ وَ وَعَدْتَ الاِْجَابَةَ، فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اقْبَلْ تَوْبَتي وَ لا تَرْجِعْني مَرْجِعَ الْخَيْبَةِ مِنْ رَحْمَتِكَ، اِنَّكَ اَنْتَ التَّوَّابُ عَلَي الْمُذْنِبينَ، وَالرَّحيمُ لِلْخَاطِئينَ الْمُنيبينَ، اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، كَمَا هَدَيْتَنَا، بِهِ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ كَمَا اسْتَنْقَذْتَنَا بِهِ، وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ، صَلوةً تَشْفَعُ لَنَا يَوْمَ الْقِيَامَةِ وَ يَوْمَ الْفَاقَةِ اِلَيْكَ، اِنَّكَ عَلَى كُلِّ شَيْيٍ قَديرٌ، وَ هُوَ عَلَيْكَيَسيرٌ

Mənbə:
[1] İmam Səccad (ə) — Səhifətu-Səccadiyə, 31-ci dua

Читайте также: