TAM Cümə gününün əməllərindən olan İmam Məhdinin (ə.f) ziyarəti

Print Friendly, PDF & Email

Cümə günü — Həzrət Sahibəzzəman İmam Məhdi (ə.f)-un günüdür. Onun ziyarəti[1] belədir:

TranksripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya huccətəllahi fi ərzih, Salam olsun sənə, ey Allahın yer üzündə höccəti! السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ فِي أَرْضِهِ
əssəlamu ələykə ya əynəllahi fi xəlqih,Salam olsun sənə, ey Allahın Öz yaratdıqları arasında gözü! السَّلامُ عَلَيْكَ يَا عَيْنَ اللَّهِ فِي خَلْقِهِ
əssəlamu ələykə ya nurəllahilləzi yəhtədi bihil muhtədun, və yufərrəcu bihi ənil mu`minin. Salam olsun sənə, ey Allahın nuru; elə bir nur ki, hidayət olunanlar onun vasitəsilə hidayət olunur və möminlərə fərəc verilir. السَّلامُ عَلَيْكَ يَا نُورَ اللَّهِ الَّذِي يَهْتَدِي بِهِ الْمُهْتَدُونَ وَ يُفَرَّجُ بِهِ عَنِ الْمُؤْمِنِينَ
Əssəlamu ələykə əyyuhəl muhəzzəbul xaif, Salam olsun sənə, ey (qeybə çəkilməkdən) qorxub paklanan! السَّلامُ عَلَيْكَ أَيُّهَا الْمُهَذَّبُ الْخَائِفُ
əssəlamu ələykə əyyuhəl vəliyyun nasih, Salam olsun sənə, ey xeyirxah rəhbər! السَّلامُ عَلَيْكَ أَيُّهَا الْوَلِيُّ النَّاصِحُ
əssəlamu ələykə ya səfinətən nəcah, Salam olsun sənə, ey nicat gəmisi! السَّلامُ عَلَيْكَ يَا سَفِينَةَ النَّجَاةِ
əssəlamu ələykə ya əynəl həyah, Salam olsun sənə, ey həyat mənbəyi! السَّلامُ عَلَيْكَ يَا عَيْنَ الْحَيَاةِ
əssəlamu ələykə səlləllahu ələykə və əla ali bəytikət təyyibinət tahirin, Salam olsun sənə! Allahın salamı olsun sənə və pak-pakizə Əhli-beytinə! السَّلامُ عَلَيْكَ صَلَّى اللَّهُ عَلَيْكَ وَ عَلَى آلِ بَيْتِكَ الطَّيِّبِينَ الطَّاهِرِينَ
əssəlamu ələykə əccələllahu ləkə ma vəədəkə minən nəsri və zuhuril əmr, Salam olsun sənə! Allah sənə yardım və zühurla bağlı vəd etdiklərini tezləşdirsin. السَّلامُ عَلَيْكَ عَجَّلَ اللَّهُ لَكَ مَا وَعَدَكَ مِنَ النَّصْرِ وَ ظُهُورِ الْأَمْرِ
əssəlamu ələykə ya məvlayə ənə məvlakə arifun biulakə və uxrak, Salam olsun sənə, ey mənim sərvərim! Mən səni sevir, sənin işlərinin başlanğıc və sonuna inanıram. السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ أَنَا مَوْلاكَ عَارِفٌ بِأُولاكَ وَ أُخْرَاكَ
ətəqərrəbu iləllahi təala bikə və biali bəytik, və əntəziru zuhurəkə və zuhurəl həqqi əla yədəyk,Sənin vasitənlə uca Allaha yaxınlaşır, qüdrət əlinlə zühurun və haqqın zühurunun intizarını çəkirəm. أَتَقَرَّبُ إِلَى اللَّهِ تَعَالَى بِكَ وَ بِآلِ بَيْتِكَ وَ أَنْتَظِرُ ظُهُورَكَ وَ ظُهُورَ الْحَقِّ عَلَى يَدَيْكَ
və əs`əlullahə ən yusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən yəc`ələni minəl muntəzirinə lək, vət tabiinə vən nasirinə ləkə əla ə`daik, vəl mustəşhədinə bəynə yədəykə fi cumləti əvliyaik, Allahdan istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhli-beytinə salam yetirsin, məni sənin intizarını çəkənlər, sənə tabe olanlar, düşmənlərinin əleyhinə yardım edənlərdən və kənarında şəhadətə nail olan dostlarından qərar versin! وَ أَسْأَلُ اللَّهَ أَنْ يُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ يَجْعَلَنِي مِنَ الْمُنْتَظِرِينَ لَكَ وَ التَّابِعِينَ وَ النَّاصِرِينَ لَكَ عَلَى أَعْدَائِكَ وَ الْمُسْتَشْهَدِينَ بَيْنَ يَدَيْكَ فِي جُمْلَةِ أَوْلِيَائِكَ
ya məvlayə ya Sahibəz Zəman, sələvatullahi ələykə və əla ali bəytik, Ey mənim sərvərim, ey zəmanənin sahibi! Allahın salamı olsun sənə və Əhli-beytinə! يَا مَوْلايَ يَا صَاحِبَ الزَّمَانِ صَلَوَاتُ اللَّهِ عَلَيْكَ وَ عَلَى آلِ بَيْتِكَ
haza yəvmul cumuəti və huvə yəvmukəl mutəvəqqəu fihi zuhuruk, vəl fərəcu fihi lil mu`mininə əla yədəyk, və qətlul kafirinə bisəyfik, Bu gün cümə günüdür və sənin günündür. Həmin gün hamı sənin zühurunun intizarını çəkir, əlinlə möminlərə fərəc və qılıncınla kafirlərə ölüm arzulayır. هَذَا يَوْمُ الْجُمُعَةِ وَ هُوَ يَوْمُكَ الْمُتَوَقَّعُ فِيهِ ظُهُورُكَ وَ الْفَرَجُ فِيهِ لِلْمُؤْمِنِينَ عَلَى يَدَيْكَ وَ قَتْلُ الْكَافِرِينَ بِسَيْفِكَ
və ənə ya məvlayə fihi zəyfukə və caruk, və əntə ya məvlayə kərimun min əvladil kiram, Ey mənim sərvərim, bu gün sənin qonağınam və sənə sığınıram. Ey böyük şəxslərin övladlarından olan böyük sərvərim. وَ أَنَا يَا مَوْلايَ فِيهِ ضَيْفُكَ وَ جَارُكَ وَ أَنْتَ يَا مَوْلايَ كَرِيمٌ مِنْ أَوْلادِ الْكِرَامِ
və mə`murun biz ziyafəti vəl icarəh, fəəzifni və əcirni sələvatullahi ələykə və əla əhli bəytikət tahirin.Sən Allah tərəfindən qonaqpərvərlik və sığınacaq verməyə məmursan, məni qonaqlığa qəbul et və mənə sığınacaq ver. Allahın salamı olsun sənə və pak Əhli-beytinə!وَ مَأْمُورٌ بِالضِّيَافَةِ وَ الْإِجَارَةِ فَأَضِفْنِي وَ أَجِرْنِي صَلَوَاتُ اللَّهِ عَلَيْكَ وَ عَلَى أَهْلِ بَيْتِكَ الطَّاهِرِينَ

Seyid ibn Tavus deyir: “Mən bu ziyarətdən sonra bu şeirin vasitəsilə həzrətə təvəssül edib ona işarə edərək deyirəm:
Ərəbcəنَزِيلُكَ حَيْثُ مَا اتَّجَهَتْ رِكَابِي
وَ ضَيْفُكَ حَيْثُ كُنْتُ مِنَ الْبِلادِ
TərcüməMənim miniyim məni hara qədər aparıb düşürtsə, mən sənə tərəf gəlirəm və mən hər hansı şəhərdə olsam, yenə də sənin qonağınam.

Mənbələr:
[1] Seyid ibn Tavus – Cəmalul-usbu, səh 37
Əllamə Məclisi – Biharul-ənvar, c 99, səh 215

Читайте также: