İslam aylarının əməlləri: Rəcəb ayının müştərək əməlləri
1) Bu dua Rəcəb ayının bütün günlərində oxunur. Bu dua[1], İmam Zeynulabidindən(ə) nəql olunub ki, həzrət onu Hicri-İsmaildə bütün ay boyu oxuyardı:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya mən yəmliku həvaicəs sailin, və yə`ləmu zəmirəs samitin, likulli məs`ələtin minkə səm`un hazirun və cəvabun ətid, | Ey möhtacların istəklərinə sahib və ey sakit olanların sirlərini bilən, hər bir istəyi həmin anda eşidən və cavab verənsən! | يَا مَنْ يَمْلِكُ حَوَائِجَ السَّائِلِينَ وَ يَعْلَمُ ضَمِيرَ الصَّامِتِينَ لِكُلِّ مَسْأَلَةٍ مِنْكَ سَمْعٌ حَاضِرٌ وَ جَوَابٌ عَتِيدٌ |
| Əllahummə və məvaidukəs sadiqətu və əyadikəl fazilətu və rəhmətukəl vasiəh, | İlahi, Sənin vədlərinin hamısı doğru, nemətlərin çox və rəhmətin genişdir! İlahi, | اللَّهُمَّ وَ مَوَاعِيدُكَ الصَّادِقَةُ وَ أَيَادِيكَ الْفَاضِلَةُ وَ رَحْمَتُكَ الْوَاسِعَةُ |
| fəəs`əlukə ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təqziə həvaici lid dunya vəl axirəh, innəkə əla kulli şəy`in qədir. | Səndən istəyirəm ki, Muhəmməd və onun Əhlibeytinə salam yetirəsən, mənim istəklərimi dünya və axirətdə verəsən. Çünki, Sən hər şeyə qadirsən! | فَأَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَقْضِيَ حَوَائِجِي لِلدُّنْيَا وَ الْآخِرَةِ اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ |
2) Bu duanı[2] İmam Sadiq (ə) Rəcəb ayında hər gün oxuyardı:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Xabəl vafidunə əla ğəyrik, və xəsirəl mutəərrizunə illa lək, və zaəl mulimmunə illa bik, və əcdəbəl muntəciunə illa mənintəcəə fəzlək, babukə məftuhun lir rağibin, və xəyrukə məbzulun lit talibin, və fəzlukə mubahun lis sailin, və nəylukə mutahun lil amilin, və rizqukə məbsutun limən əsak, və hilmukə mu`tərrizun limən navak, adətukəl ihsanu ilal musiyyin, və səbilukəl ibqau ələl mu`tədin, | Səndən başqasına daxil olan naümid, Səndən başqasına üz tutan ziyankar, Səndən başqasının qapısına gedən möhtac, Sənin lütf və mərhəmətindən başqasından istəyən yoxsul oldu. Sənin qapın müştaqların üzünə açıq, xeyrin istəyənlərə verilmiş, lütf və mərhəmətin möhtaclara mübah (azad), hədiyyən arzu edənlərə hazır, ruzin hətta Sənə asi olanlara firavan, səbrin hətta Səninlə düşmənçilik edənlərə şamil, adətin pislərə yaxşılıq və yolun dikbaşlılarla mülayimlikdir. | خَابَ الْوَافِدُونَ عَلَى غَيْرِكَ وَ خَسِرَ الْمُتَعَرِّضُونَ إِلا لَكَ وَ ضَاعَ الْمُلِمُّونَ إِلا بِكَ وَ أَجْدَبَ الْمُنْتَجِعُونَ إِلا مَنِ انْتَجَعَ فَضْلَكَ بَابُكَ مَفْتُوحٌ لِلرَّاغِبِينَ وَ خَيْرُكَ مَبْذُولٌ لِلطَّالِبِينَ وَ فَضْلُكَ مُبَاحٌ لِلسَّائِلِينَ وَ نَيْلُكَ مُتَاحٌ لِلْآمِلِينَ وَ رِزْقُكَ مَبْسُوطٌ لِمَنْ عَصَاكَ وَ حِلْمُكَ مُعْتَرِضٌ لِمَنْ نَاوَاكَ عَادَتُكَ الْإِحْسَانُ إِلَى الْمُسِيئِينَ وَ سَبِيلُكَ الْإِبْقَاءُ عَلَى الْمُعْتَدِينَ |
| Əllahummə fəhdini hudəl muhtədin, vər-zuqni ictihadəl muctəhidin, və la təc`əlni minəl ğafilinəl mub`ədin, vəğfir li yəvməd din. | İlahi, məni hidayət olunanların yoluna hidayət, mənə (itaətinə) çalışanların çalışqanlığını ruzi et, məni dərgahından uzaq düşən qafillərdən qərar vermə və qiyamət günü günahlarımı bağışla! | اللَّهُمَّ فَاهْدِنِي هُدَى الْمُهْتَدِينَ وَ ارْزُقْنِي اجْتِهَادَ الْمُجْتَهِدِينَ وَ لا تَجْعَلْنِي مِنَ الْغَافِلِينَ الْمُبْعَدِينَ وَ اغْفِرْ لِي يَوْمَ الدِّينِ |
3) Şeyx Kəf`əmi «Misbah» kitabında buyurur: «Müəlla ibn Xüneys İmam Sadiqin(ə) belə buyurduğunu nəql edir: «Oxu, Rəcəb ayında bu duanı»«[3]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə səbrəş şakirinə lək, və əmələl xaifinəi mink, və yəqinəl abidinə lək, | İlahi, Səndən, Sənə şükür edənlərin səbrini, Səndən qorxanların əməlini və ibadət edənlərin yəqinini istəyirəm! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ صَبْرَ الشَّاكِرِينَ لَكَ وَ عَمَلَ الْخَائِفِينَ مِنْكَ وَ يَقِينَ الْعَابِدِينَ لَكَ |
| Əllahummə əntə əliyyul əzim, və ənə əbdukəl baisul fəqiru əntəl ğəniyyil həmid, və ənəl əbduz zəlil, | İlahi, Sən uca və böyüksən, mən isə Sənin möhtac və yoxsul bəndə, Sən ehtiyacsız və tərifəlayiqsən, mən isə zəlil bəndənəm! | اللَّهُمَّ أَنْتَ الْعَلِيُّ الْعَظِيمُ وَ أَنَا عَبْدُكَ الْبَائِسُ الْفَقِيرُ أَنْتَ الْغَنِيُّ الْحَمِيدُ وَ أَنَا الْعَبْدُ الذَّلِيلُ |
| Əllahummə salli əla Muhəmmədin və alih, vəmnun biğinakə əla fəqri və bihilmikə əla cəhli, və biquvvətikə əla zə`fi, ya qəviyyu ya əziz, | İlahi, Muhəmməd və onun Əhlibeytinə salam yetir, ehtiyacsızlığınla yoxsulluğuma, səbrinlə nadanlığıma, qüdrətinlə zəifliyimə minnət qoy, ey qüdrətli, ey izzətli! | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ امْنُنْ بِغِنَاكَ عَلَى فَقْرِي وَ بِحِلْمِكَ عَلَى جَهْلِي وَ بِقُوَّتِكَ عَلَى ضَعْفِي يَا قَوِيُّ يَا عَزِيزُ |
| Əllahummə salli əla Muhəmmədin və alihil əvsiyail mərziyyin, vəkfini ma əhəmməni min əmrid dunya vəl axirəh, ya ərhəmər rahimin. | İlahi, Məhəmməd və onun bəyənilmiş vəsiləri olan Əhlibeytinə salam yetir, mənim dünya və axirətlə bağlı mühüm işlərimə yetərli ol, ey mehribanların ən mehribanı! | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الْأَوْصِيَاءِ الْمَرْضِيِّينَ وَ اكْفِنِي مَا أَهَمَّنِي مِنْ أَمْرِ الدُّنْيَا وَ الْآخِرَةِ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Şeyx Abbas Qumi deyir: «Seyid ibn Tavus da bu duanı «İqbalul-əmal» kitabında nəql edib. Onun rəvayətindən belə aydın olur ki, bu dua ən əhatəli dualardan biridir və hər bir zaman oxumaq olar».
4) Şeyx Kəf`əmi deyir ki, Rəcəb ayının hər günündə bu duanı[4] oxumaq müstəhəbbdir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə ya zəl minənis sabiğəh, vəl alail vaziəh, vər rəhmətil vasiəti vəl qudrətil camiəh, vən niəmil cəsiməti vəl məvahibil əziməh, vəl əyadil cəmiləti vəl ətayəl cəziləh, ya mən la yun`ətu bitəmsilin və la yuməssəlu binəzir, və la yuğləbu bizəhir, ya mən xələqə fərəzəqə və əlhəmə fəəntəqə vəbtədəə fəşərəə və əla, fərtəfəə və qəddərə fəəhsənə və səvvər, fəət`qənə vəhtəccə fəəbləğə və ən`əmə fəəsbəğu və ə`ta, fəəczələ və mənəhə fəəfzələ ya mən səma fil izzi fəfatə nəvazirəl əbsar, və dəna fil lutfi fəcazə həvacisəl əfkar, ya mən təvəhhədə bil mulki fəla niddə ləhu fi mələkuti sultanih, və təfərrədə bil alai vəl kibriya, fəla ziddə ləhu fi cəbəruti şə`nih, ya mən harət fi kibriyai həybətihi dəqayiqu lətaifil əvham, vənhəsərət dunə idraki əzəmətihi xəvatifu əbsaril ənam, ya mən ənətil vucuhu bihəybətih, və xəzəətir riqabu liəzəmətih, və vəcilətil qulubu min xifətih, əs`əlukə bihazihil midhətil ləti la tənbəği illa lək, və bima vəəytə bihi əla nəfsikə lidaikə minəl mu`minin, və bima zəmintəl icabətə fihi əla nəfsikə lid dain, ya əsməəs samiinə və əbsərən nazirin, və əsrəəl hasibinə ya zəl quvvətil mətin, səlli əla Muhəmmədin xatəmin nəbiyyin, və əla əhli bəytih, vəqsim li fi şəhrina haza xəyri ma qəsəmt, vəhtim li fi qəzaikə xəyrə ma hətəmt, və əhyini ma əhyəytəni məvfurən və əmitni məsrurən və məğfura, və təvəllə əntə nəcati min musaələtil bərzəx, vədrə` ənni munkərən və nəkira, və əri əyni mubəşşirən və bəşira, vəc`əl li ila rizvanikə və cinanikə məsira, və əyşən qərira, və mulkən kəbira, və salli əla Muhəmmədin alihi kəsira. | İlahi, ey firavan əta, müxtəlif nemət, geniş rəhmət, əhatəli qüdrət, böyük nemət və hədiyyə, gözəl bəxşiş və kamil hədiyyələrin sahibi! Ey vəsfi misala sığmayan, bənzəri təsəvvür olunmayan və heç bir qüdrətə məğlub olmayan! Ey yaratdıqdan sonra ruzi verən, ey ilham etdikdən sonra danışdıran, ixtira etdikdən sonra yaratmağa başlayan, üstün olduqdan sonra yüksələn, ölçdükdən sonra gözəlləşdirən, surət verdikdən sonra möhkəmlədən, höccət gətirdikdən sonra bəlağət verən, nemət verdikdən sonra genişləndirən, əta etdikdən sonra çoxaldan və bağışladıqdan sonra artıran! Ey izzətdə məqamı uca olub gözlərin baxışlarından uzaq olan, lütf və mərhəmətdə düşüncələrə sığmadığı qədər hamıya yaxın olan! Ey mülk və hakimiyyətdə yeganə olub qüdrət və hakimiyyətində şəriki olmayan, nemət və böyüklükdə yeganə olub məqamında tayı-bərabəri və rəqibi olmayan! Ey heybətinin böyüklüyü ağıl və düşüncələri heyran qoyan və itigözlülərin baxışlarının Sənin əzəmətini dərk etməkdə aciz qaldığı! Ey heybəti müqabilində çöhrələrin yerə dikildiyi, əzəməti müqabilində boyunların əyildiyi, Onun qorxusundan qəlblərin titrədiyi! Səndən başqasına layiq olmayan bu təriflərə, dua edən möminlərə əta etməyi Özünə lazım bildiyinə və dua edənlər üçün onun qəbul olunmasını zəmanət verdiyinə xatir, Səndən istəyirəm, ey eşidənlərin eşidəni, görənlərin görəni və hesab çəkənlərin sürətlisi, ey yenilməz qüdrət sahibi! Peyğəmbərlərin sonuncusu Məhəmmədə və onun Əhli-beytinə salam yetir, bu ay böldüklərinin ən yaxşısını mənə nəsib et, qəti olaraq yazdıqlarının ən yaxşısını mənim üçün qəti olaraq yaz, həyatını səadət və xoşbəxtliklə bitirdiyin kəslər kimi, mənim də həyatımı səadət və xoşbəxtliklə bitir, yaşadığım müddətdə məni qalib yaşat, şad və bağışlanmış halda öldür, bərzəx aləmində sorğu-sualdan qurtulmağımı Öz öhdənə götür, Nəkir və Münkəri (əzab mələkləri) məndən uzaqlaşdır, Bəşir və Mübəşşiri (rəhmət mələkləri) gözümə göstər, yolumu “rizvan” və behiştə doğru yönəlt, mənə xoş həyat və böyük mülk nəsib et, Muhəmməd və onun Əhlibeytinə çoxlu salam yetir! | اللَّهُمَّ يَا ذَا الْمِنَنِ السَّابِغَةِ وَ الْآلاءِ الْوَازِعَةِ وَ الرَّحْمَةِ الْوَاسِعَةِ وَ الْقُدْرَةِ الْجَامِعَةِ وَ النِّعَمِ الْجَسِيمَةِ وَ الْمَوَاهِبِ الْعَظِيمَةِ وَ الْأَيَادِي الْجَمِيلَةِ وَ الْعَطَايَا الْجَزِيلَةِ يَا مَنْ لا يُنْعَتُ بِتَمْثِيلٍ وَ لا يُمَثَّلُ بِنَظِيرٍ وَ لا يُغْلَبُ بِظَهِيرٍ يَا مَنْ خَلَقَ فَرَزَقَ وَ أَلْهَمَ فَأَنْطَقَ وَ ابْتَدَعَ فَشَرَعَ وَ عَلا فَارْتَفَعَ وَ قَدَّرَ فَأَحْسَنَ وَ صَوَّرَ فَأَتْقَنَ وَ احْتَجَّ فَأَبْلَغَ وَ أَنْعَمَ فَأَسْبَغَ وَ أَعْطَى فَأَجْزَلَ وَ مَنَحَ فَأَفْضَلَ يَا مَنْ سَمَا فِي الْعِزِّ فَفَاتَ نَوَاظِرَ [خَوَاطِرَ] الْأَبْصَارِ وَ دَنَا فِي اللُّطْفِ فَجَازَ هَوَاجِسَ الْأَفْكَارِ يَا مَنْ تَوَحَّدَ بِالْمُلْكِ فَلا نِدَّ لَهُ فِي مَلَكُوتِ سُلْطَانِهِ وَ تَفَرَّدَ بِالْآلاءِ وَ الْكِبْرِيَاءِ فَلا ضِدَّ لَهُ فِي جَبَرُوتِ شَأْنِهِ يَا مَنْ حَارَتْ فِي كِبْرِيَاءِ هَيْبَتِهِ دَقَائِقُ لَطَائِفِ الْأَوْهَامِ وَ انْحَسَرَتْ دُونَ إِدْرَاكِ عَظَمَتِهِ خَطَائِفُ أَبْصَارِ الْأَنَامِ يَا مَنْ عَنَتِ الْوُجُوهُ لِهَيْبَتِهِ وَ خَضَعَتِ الرِّقَابُ لِعَظَمَتِهِ وَ وَجِلَتِ الْقُلُوبُ مِنْ خِيفَتِهِ أَسْأَلُكَ بِهَذِهِ الْمِدْحَةِ الَّتِي لا تَنْبَغِي إِلا لَكَ وَ بِمَا وَأَيْتَ بِهِ عَلَى نَفْسِكَ لِدَاعِيكَ مِنَ الْمُؤْمِنِينَ وَ بِمَا ضَمِنْتَ الْإِجَابَةَ فِيهِ عَلَى نَفْسِكَ لِلدَّاعِينَ يَا أَسْمَعَ السَّامِعِينَ وَ أَبْصَرَ النَّاظِرِينَ وَ أَسْرَعَ الْحَاسِبِينَ يَا ذَا الْقُوَّةِ الْمَتِينَ صَلِّ عَلَى مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّينَ وَ عَلَى أَهْلِ بَيْتِهِ وَ اقْسِمْ لِي فِي شَهْرِنَا هَذَا خَيْرَ مَا قَسَمْتَ وَ احْتِمْ لِي فِي قَضَائِكَ خَيْرَ مَا حَتَمْتَ وَ اخْتِمْ لِي بِالسَّعَادَةِ فِيمَنْ خَتَمْتَ وَ أَحْيِنِي مَا أَحْيَيْتَنِي مَوْفُورا وَ أَمِتْنِي مَسْرُورا وَ مَغْفُورا وَ تَوَلَّ أَنْتَ نَجَاتِي مِنْ مُسَاءَلَةِ الْبَرْزَخِ وَ ادْرَأْ عَنِّي مُنْكَرا وَ نَكِيرا وَ أَرِ عَيْنِي مُبَشِّرا وَ بَشِيرا وَ اجْعَلْ لِي إِلَى رِضْوَانِكَ وَ جِنَانِكَ [جَنَّاتِكَ] مَصِيرا وَ عَيْشا قَرِيرا وَ مُلْكا كَبِيرا وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ كَثِيرا |
Müəllif deyir: «Bu dua Səsəə məscidində də oxunur».
5) Şeyx Tusi belə rəvayət edir ki, bu şərəfli məktub «Müqəddəs nahiyə»dən Şeyx-Kəbir Əbu Cəfər Məhəmməd ibn Osman ibn Səidin (r) əli ilə çıxmışdır və İmam Zaman (ə.f) bu duanı[5] Rəcəb ayının hər günündə oxumağı buyurmuşdur:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismilahir Rəhmanir Rəhim Əllahummə inni əs`əlukə biməani cəmii ma yəd`ukə bihi vulatu əmrikəl mə`munun, əla sirrikəl mustəbşirun, biəmrikəl vasifun, liqudrətikəl mu`linun, liəzəmətikə əs`əlukə bima nətəqə fihim min məşiyyətik, fəcəəltəhum məadinə likəlimatikə və ərkanən litəvhidikə və ayatik, və məqamatikəlləti la tə`tilə ləha fi kulli məkan, yə`rifukə biha mən ərəfək, la fərqə bəynəkə və bəynəha illa ənnəhum ibaduk, və xəlqukə fətquha və rətquha biyədikə bəd`uha mink, və əvduha iləykə ə`zadun və əşhadun və munat, və əzvadun və həfəzətun və ruvvad, fəbihim mələ`tə səmaəkə və ərzək, hətta zəhərə ən la ilahə illa ənt, fəbizalikə əs`əlukə və biməvaqiil izzi min rəhmətik, və biməqamatikə və əlamatikə ən tusalliyə əla Muhəmmədin və alih, və ən təzidəni imanən və təsbita, ya batinən fi zuhurihi və zahirən fi butunihi və məknunih, ya mufərriqən bəynən nuri vəd dəycur, ya məvsufən biğəyri kunh, və mə`rufən biğəyri şibh, haddə kulli məhdudin və şahidə kulli məşhud, və mucidə kulli məvcudin və muhsiyə kulli mə`dud, və faqidə kulli məfqud, ləysə dunəkə min mə`budin əhləl kibriyai vəl cud, ya mən la yukəyyəfu bikəyf, və la yuvəyyənu biəyn, ya muhtəcibən ən kulli əyn, ya dəymumu ya qəyyumu və alimə kulli mə`lum, salli əla Muhəmmədin və alih, və əla ibadikəl muntəcəbin, və bəşərikəl muhtəcibin, və məlaikətikəl muqərrəbin, vəl buhmis saffinəl haffin, və barik ləna fi şəhrina hazəl murəccəbil mukərrəm, və ma bə`dəhu minəl əşhuril hurum, və əsbiğ ələyna fihin niəm, və əczil ləna fihil qəsəm, və əbriz ləna fihil qəsəm, və bismikəl ə`zəmil ə`zəmil əcəllil əkrəm, əlləzi vəzə`təhu ələn nəhar, fəəzaə və ələl ləyli fəəzləmə vəğfir ləna ma tə`ləmu minna, və ma la nə`ləmu və`simna minəz zunub, xəyrəl isəm, vəkfina kəvafiyə qədərik, vəmnun ələyna bihusni nəzərik, və la təkilna ila ğəyrikə və la təmnə`na min xəyrik, və barik ləna fima kətəbtəhu ləna min ə`marina, və əslih ləna xəbiətə əsrarina, və ə`tina minkəl əmanə vəs tə`milna bihusnil iman, və bəlliğna şəhrəs siyam, və ma bə`dəhu minəl əyyami vəl ə`vam, ya zəl cəlali vəl ikram. | Bağışlayan və mehriban Allahın adı ilə! İlahi, əmr sahiblərinin – sirrinə əmanətdarların, göstərişlərinə sevinənlərin, qüdrətini vəsf edənlərin və əzəmətini aşkar edənlərinin dua etdiklərinin bütün mənaları ilə Səndən istəyirəm! Onlarla danışan (onlara şamil olan) iradən, kəlmələrinin sirrinin xəzinəsi, dininin sütunları etdiyin və hər yerdə onların sayəsində tanınacağın kəslər, aradan getməyəcək nişanə və məqamlar vasitəsilə Səndən istəyirəm. Səni tanıyan şəxs üçün Səninlə onlar arasında onların məxluq, Sənin bəndələrin və həmin nişanələrin sahibi, (məxluqatdakı) başlanğıc və dönüşün Sənə tərəf olmasından başqa, heç bir fərq yoxdur. Onlar Sənin dininin dayağı, şahidi, hamisi, gözətçisi, müdafiəçisi və təbliğçiləridirlər. “Səndən başqa heç bir tanrının olmadığı”nın aşkar olması üçün göy və yerləri onlarla doldurubsan. Belə isə, mən bunların – izzətli mövqeyin, rəhmətin, məqam və nişanələrin – vasitəsilə Səndən istəyirəm ki, Muhəmməd və onun Əhlibeytinə salam yetirəsən, iman və sabitqədəmliyimi artırasan. Ey aşkar olması ilə yanaşı gizli və gizli olması ilə yanaşı aşkar olan! Ey nurla zülməti ayıran, ey zatından başqa vəsf olunan, bənzərsiz tanınan, bütün məhdud şeylərə ölçü təyin edən, bütün müşahidə olunanlara şahid olan, bütün varlıqlara varlıq bəxş edən, bütün sayılanları sayıb-hesablayan və bütün itənləri itirən! Səndən başqa heç bir məbud yoxdur. Ey böyüklük və bəxşiş sahibi, ey keyfiyyət və vəsfə sığmayan, məkanı olmayan, ey bütün gözlərdən gizli olan, ey əbədi, ey davamlı və bütün şeyləri bilən, Məhəmməd və onun Əhli-beytinə, seçilmiş bəndələrinə, pərdə arxasında olan insanlarına, yaxın mələklərinə, sıraya düzülüb əmrinə hazır olan sükut əhlinə salam yetir! Bu böyük və əziz Rəcəb ayı və ondan sonra gələn haram ayları bizə bərəkətli et, həmin ayda nemətlərini bizə genişləndir, qismət və payımızı artır, andlarımızı boynumuzdan götür, gündüzə qoyduqda işıqlanan və gecəyə qoyduqda qaranlıqlaşan böyük və böyük, uca və hörmətli adına xatir, Sənin bildiyin, bizim isə bilmədiyimiz günahlarımızı bağışla, ən yaxşı gözətçiliklə bizi günahlardan qoru, bizi müqəddər etdiklərindən ehtiyacsız et, yaxşı nəzərinlə bizə minnət qoy, bizi Özündən başqasına tapşırma, xeyrindən məhrum etmə, ömrümüzdən müəyyən etdiyin müddəti bizə bərəkətli et, sirlərimizi (batinimizi) islah et, Öz tərəfindən bizə aman ver, bizi yaxşı imanla işə vadar et, orucluq ayı, ondan sonrakı günlər və illərə yetir, ey şövkət və böyüklük sahibi! | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَعَانِي جَمِيعِ مَا يَدْعُوكَ بِهِ وُلاةُ أَمْرِكَ الْمَأْمُونُونَ عَلَى سِرِّكَ الْمُسْتَبْشِرُونَ بِأَمْرِكَ الْوَاصِفُونَ لِقُدْرَتِكَ الْمُعْلِنُونَ لِعَظَمَتِكَ أَسْأَلُكَ بِمَا نَطَقَ فِيهِمْ مِنْ مَشِيَّتِكَ فَجَعَلْتَهُمْ مَعَادِنَ لِكَلِمَاتِكَ وَ أَرْكَانا لِتَوْحِيدِكَ وَ آيَاتِكَ وَ مَقَامَاتِكَ الَّتِي لا تَعْطِيلَ لَهَا فِي كُلِّ مَكَانٍ يَعْرِفُكَ بِهَا مَنْ عَرَفَكَ لا فَرْقَ بَيْنَكَ وَ بَيْنَهَا إِلا أَنَّهُمْ عِبَادُكَ وَ خَلْقُكَ فَتْقُهَا وَ رَتْقُهَا بِيَدِكَ بَدْؤُهَا مِنْكَ وَ عَوْدُهَا إِلَيْكَ أَعْضَادٌ وَ أَشْهَادٌ وَ مُنَاةٌ وَ أَذْوَادٌ وَ حَفَظَةٌ وَ رُوَّادٌ فَبِهِمْ مَلَأْتَ سَمَاءَكَ وَ أَرْضَكَ حَتَّى ظَهَرَ أَنْ لا إِلَهَ إِلا أَنْتَ فَبِذَلِكَ أَسْأَلُكَ وَ بِمَوَاقِعِ الْعِزِّ مِنْ رَحْمَتِكَ وَ بِمَقَامَاتِكَ وَ عَلامَاتِكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَنْ تَزِيدَنِي إِيمَانا وَ تَثْبِيتا يَا بَاطِنا فِي ظُهُورِهِ وَ ظَاهِرا فِي بُطُونِهِ وَ مَكْنُونِهِ يَا مُفَرِّقا بَيْنَ النُّورِ وَ الدَّيْجُورِ يَا مَوْصُوفا بِغَيْرِ كُنْهٍ وَ مَعْرُوفا بِغَيْرِ شِبْهٍ حَادَّ كُلِّ مَحْدُودٍ وَ شَاهِدَ كُلِّ مَشْهُودٍ وَ مُوجِدَ كُلِّ مَوْجُودٍ وَ مُحْصِيَ كُلِّ مَعْدُودٍ وَ فَاقِدَ كُلِّ مَفْقُودٍ لَيْسَ دُونَكَ مِنْ مَعْبُودٍ أَهْلَ الْكِبْرِيَاءِ وَ الْجُودِ يَا مَنْ لا يُكَيَّفُ بِكَيْفٍ وَ لا يُؤَيَّنُ بِأَيْنٍ يَا مُحْتَجِبا عَنْ كُلِّ عَيْنٍ يَا دَيْمُومُ يَا قَيُّومُ وَ عَالِمَ كُلِّ مَعْلُومٍ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ عَلَى عِبَادِكَ الْمُنْتَجَبِينَ وَ بَشَرِكَ الْمُحْتَجِبِينَ وَ مَلائِكَتِكَ الْمُقَرَّبِينَ وَ الْبُهْمِ الصَّافِّينَ الْحَافِّينَ وَ بَارِكْ لَنَا فِي شَهْرِنَا هَذَا الْمُرَجَّبِ الْمُكَرَّمِ وَ مَا بَعْدَهُ مِنَ الْأَشْهُرِ الْحُرُمِ وَ أَسْبِغْ عَلَيْنَا فِيهِ النِّعَمَ وَ أَجْزِلْ لَنَا فِيهِ الْقِسَمَ وَ أَبْرِرْ لَنَا فِيهِ الْقَسَمَ بِاسْمِكَ الْأَعْظَمِ الْأَعْظَمِ الْأَجَلِّ الْأَكْرَمِ الَّذِي وَضَعْتَهُ عَلَى النَّهَارِ فَأَضَاءَ وَ عَلَى اللَّيْلِ فَأَظْلَمَ وَ اغْفِرْ لَنَا مَا تَعْلَمُ مِنَّا وَ مَا لا نَعْلَمُ وَ اعْصِمْنَا مِنَ الذُّنُوبِ خَيْرَ الْعِصَمِ وَ اكْفِنَا كَوَافِيَ قَدَرِكَ وَ امْنُنْ عَلَيْنَا بِحُسْنِ نَظَرِكَ وَ لا تَكِلْنَا إِلَى غَيْرِكَ وَ لا تَمْنَعْنَا مِنْ خَيْرِكَ وَ بَارِكْ لَنَا فِيمَا كَتَبْتَهُ لَنَا مِنْ أَعْمَارِنَا وَ أَصْلِحْ لَنَا خَبِيئَةَ أَسْرَارِنَا وَ أَعْطِنَا مِنْكَ الْأَمَانَ وَ اسْتَعْمِلْنَا بِحُسْنِ الْإِيمَانِ وَ بَلِّغْنَا شَهْرَ الصِّيَامِ وَ مَا بَعْدَهُ مِنَ الْأَيَّامِ وَ الْأَعْوَامِ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ |
6) Şeyx Tusi yazır ki, bu dua «Müqəddəs nahiyə»dən Şeyx Əbul Qasim Hüseyn ibn Ruhun (xas naiblərdən biri) əli ilə çıxmışdır. İmam Zaman (ə.f) bu duanı[6] Rəcəb ayının günlərində oxumağı buyurmuşdur:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə bil məvludəyni fi rəcəb, Muhəmmədibni Əliyyis sani, vəbnihi Əliyyibni Muhəmmədinil muntəcəb, və ətəqərrəbu bihima iləykə xəyrəl qurəb, ya mən iləyhil mə`rufu tulibə və fima lədəyhi ruğib, əs`əlukə sualə muqtərifin muznib, qəd əvbəqəthu zunubuhu və əvsəqəthu uyubuh, fətalə ələl xətaya duubuh, və minər rəzaya xutubuh, yəs`əlukət təvbəh, və husnəl əvbəti vən nuzuə ənil həvbəh, və minən nari fəkakə rəqəbətih, vəl əfvə əmma fi rib`qətih, fəəntə məvlayə ə`zəmu əməlihi və siqətuh, Əllahummə və əs`əlukə biməsailikəş şərifəti və vəsailikəl munifəh, ən tətəğəmmədəni fi hazəş şəhr, birəhmətin minkə vasiətin və ni`mətin vaziəh, və nəfsin bima rəzəqtəha qaniəh, ila nuzulil hafirəh, və məhəllil axirəti və ma hiyə iləyhi sairəh. | İlahi, Rəcəb ayında doğulan, seçilmiş bəndələrin ikinci Muhəmməd ibn Əli və onun oğlu Əli ibn Muhəmmədin vasitəsilə Səndən istəyir və ən yaxşı yaxınlıqla Sənə yaxınlaşıram, ey Ondan yaxşı işlər tələb olunan, hamı Sənin yanındakılara müştaqdır! Günah içində boğulan, günahı ilə həlakətə yetən, eyibləri ilə zəncirə çəkilən, adəti uzun müddət xatakarlıq olan, işləri qəm-qüssə ilə yoğurulan şəxs kimi, Səndən istəyirəm. Səndən tövbənin və yaxşı dönüşün qəbul olunması, günahdan uzaqlığı, cəhənnəm odundan qurtuluşu və boynunda olanı bağışlamağı istəyirəm. Sən mənim mövlam, böyük arzu və dayağımsan. İlahi, şərəfli məsələlərin və uca vasitələrinlə Səndən istəyirəm ki, məni bu ayda qəbrə qoyulan vaxt, axirət mənzili və canların tələsdiyi məkana qədər Öz geniş rəhmətinə və firavan nemətinə şamil edəsən, mənə ruzinlə qane olan nəfs əta edəsən! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِالْمَوْلُودَيْنِ فِي رَجَبٍ مُحَمَّدِ بْنِ عَلِيٍّ الثَّانِي وَ ابْنِهِ عَلِيِّ بْنِ مُحَمَّدٍ الْمُنْتَجَبِ وَ أَتَقَرَّبُ بِهِمَا إِلَيْكَ خَيْرَ الْقُرَبِ يَا مَنْ إِلَيْهِ الْمَعْرُوفُ طُلِبَ وَ فِيمَا لَدَيْهِ رُغِبَ أَسْأَلُكَ سُؤَالَ مُقْتَرِفٍ مُذْنِبٍ قَدْ أَوْبَقَتْهُ ذُنُوبُهُ وَ أَوْثَقَتْهُ عُيُوبُهُ فَطَالَ عَلَى الْخَطَايَا دُءُوبُهُ وَ مِنَ الرَّزَايَا خُطُوبُهُ يَسْأَلُكَ التَّوْبَةَ وَ حُسْنَ الْأَوْبَةِ وَ النُّزُوعَ عَنِ الْحَوْبَةِ وَ مِنَ النَّارِ فَكَاكَ رَقَبَتِهِ وَ الْعَفْوَ عَمَّا فِي رِبْقَتِهِ فَأَنْتَ مَوْلايَ أَعْظَمُ أَمَلِهِ وَ ثِقَتِهِ [ثِقَتُهُ] اللَّهُمَّ وَ أَسْأَلُكَ بِمَسَائِلِكَ الشَّرِيفَةِ وَ وَسَائِلِكَ الْمُنِيفَةِ أَنْ تَتَغَمَّدَنِي فِي هَذَا الشَّهْرِ بِرَحْمَةٍ مِنْكَ وَاسِعَةٍ وَ نِعْمَةٍ وَازِعَةٍ وَ نَفْسٍ بِمَا رَزَقْتَهَا قَانِعَةٍ إِلَى نُزُولِ الْحَافِرَةِ وَ مَحَلِّ الْآخِرَةِ وَ مَا هِيَ إِلَيْهِ صَائِرَة |
7) Şeyx Tusi nəql edir ki, Şeyx Əbul Qasim Hüseyn ibn Ruh İmam Zamanın(ə.f) xas naibi belə buyurub: «Müqəddəs məşhədlərdən (imamların dəfn olunduğu yerlərdən) hansına Rəcəb ayında yetişsən, bu ziyarətlə[7] içəri daxil ol:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əlhəmdu lillahilləzi əşhədəna məşhədə əvliuaihi fi rəcəbin və əvcəbi ələyna min həqqihim ma qəd vəcəb, və səlləllahu əla Muhəmmədil muntəcəb, və əla əvsiyaihil hucub, Əllahummə fəkəma əşhədtəna məşhədəhum (məşahidəhum), fəənciz ləna məv`idəhum və əuridna məuridəhum, ğəyrə muhəlləinə ən virdin fi daril muqaməti vəl xuld, vəs səlamu ələykum inni (qəd) qəsədtukum və`təmədtukum biməs`ələti və hacəti, və hiyə fəkaku rəqəbəti minən nar, vəl məqərru məəkum fi daril qərar, məə şiətikumul əbrar, vəssəlamu ələykum bima səbərtum, fəni`mə uqbəd dar, ənə sailukum və amilukum, fima iləykumut təfviz, və ələykumut tə`vizu fəbikum yucbərul məhiz, və yuşfəl məriz, və ma təzdadul ərhamu və ma təğiz, inni bisirrikum mu`min (muəmmim), və liqəvlikum musəllim, və ələllahi bikum muqsimun fi rəc`i bihəvaici, və qəzaiha və imzaiha və incahiha və ibrahiha və bişuuni lədəykum və səlahiha, vəs səlamu ələykum səlamə muvəddiin və ləkum həvaicəhu (mudi`) mudi`, yəs`əlullahə iləykumul mərciə və sə`yəhu (sə`yuhu) iləykum ğəyrə (ğəyru) munqəti`, və ən yərciəni min həzrətikum xəyrə mərci`, ila cənabin mumriin və xəfzi əyşin muvəssəin və dəətin və məhəlin ila hinil (xəyril) əcəl, və xəyri məsirin və məhəllin fin nəimil əzəl, vəl əyşil muqtəbili və dəvamil ukul, və şurbir rəhiqi vəs səlsəli (səlsəbili) və əllin və nəhəlin la səəmə minh, və la mələlə və rəhmətullahi və bərəkatuh, və təhiyyatuhu ələykum həttəl əvdi ila həzrətikum, vəl fəvzi fi kərrətikum, vəl həşri fi zumrətikum, və rəhmətullahi və bərəkatuh, ələykum və sələvatuhu və təhiyyatuh, və huvə həsbuna və ni`məl vəkil. | Həmd-səna bizi Rəcəb ayında dostlarının ziyarətgahına çatdıran və bizə onların haqları ilə bağlı vacib olanları vacib edən Allaha məxsusdur! Allahın salamı olsun seçilmiş Məhəmməd və onun pərdə arxasında olan vəsilərinə! İlahi, bizi onların ziyarətgahının ziyarətinə müvəffəq etdiyin kimi, onların bizə vədə verdiklərinə də əməl et, bizi onların daxil olduqları məkana (əbədi behiştə) daxil et! Salam olsun sizə! Həqiqətən, mən sizi niyyət edib gəlmişəm, hacət və istəyimdə sizə güvənirəm və o da cəhənnəm odundan qurtuluş, siz və xeyirxah şiələrinizlə əbədi evdə (behiştdə) məskunlaşmaqdır. Bəla və müsibətlərə səbir etdiyiniz üçün salam olsun sizə! Behişt evi necə də gözəldir! Mən sizi istəyir, sizin ixtiyarınızda olanları arzulayıram və onun əvəzi sizin öhdənizdədir. Belə isə, sizin vasitənizlə inciyən qəlblər birləşir, xəstə şəfa tapır, bətndəkilər çoxalır və ya azalır. Mən sizin sirlərinizə inanır və sözünüzə təsliməm. Sizə Allahı and verirəm ki, bu məkandan qayıdan kimi, sizin hacətlərim təsdiqlənib qəbul olunsun, onun maneələri aradan qaldırılsın, həmçinin sizdən istədiyim işlərin təsdiqlənməsi və xeyrini də istəyirəm. Hacətini sizə həvalə edib vidalaşan şəxsin salamı tək sizə salam olsun. Allahdan yenidən sizin hüzurunuza gəlməyi, sizə doğru yolunun bağlanmayacağını, (eləcə də,) Onun məni sizin hüzurunuzdan ölüm vaxtı və yaxşı mənzilə çatıb, behiştin əbədi nemətləri, bəyənilmiş həyatı, yorğunluq və ağırlıq gətirməyən həmişəlik qidaları, pak və dadlı şərablarından istifadə edəcəyim zamana qədər xeyir-bərəkətli, yaşıl, təravətli, geniş, rahat və xoş bir yerə ən yaxşı şəkildə qaytarmasını istəyirəm. Mən (yenidən) sizin hüzurunuza qayıdacağım, sizin hüzurunuza qayıtdıqda nicat tapacağım və sizin zümrənizdə məhşur olacağım vaxta qədər Allahın sizə rəhmət, bərəkət və salamları olsun! Allahın sizə rəhmət, bərəkət, salavat və salamları olsun! Allah bizə bəs edər və O, nə gözəl vəkildir | الْحَمْدُ لِلَّهِ الَّذِي أَشْهَدَنَا مَشْهَدَ أَوْلِيَائِهِ فِي رَجَبٍ وَ أَوْجَبَ عَلَيْنَا مِنْ حَقِّهِمْ مَا قَدْ وَجَبَ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ الْمُنْتَجَبِ وَ عَلَى أَوْصِيَائِهِ الْحُجُبِ اللَّهُمَّ فَكَمَا أَشْهَدْتَنَا مَشْهَدَهُمْ [مَشَاهِدَهُمْ] فَأَنْجِزْ لَنَا مَوْعِدَهُمْ وَ أَوْرِدْنَا مَوْرِدَهُمْ غَيْرَ مُحَلَّئِينَ عَنْ وِرْدٍ فِي دَارِ الْمُقَامَةِ وَ الْخُلْدِ وَ السَّلامُ عَلَيْكُمْ إِنِّي [قَدْ] قَصَدْتُكُمْ وَ اعْتَمَدْتُكُمْ بِمَسْأَلَتِي وَ حَاجَتِي وَ هِيَ فَكَاكُ رَقَبَتِي مِنَ النَّارِ وَ الْمَقَرُّ مَعَكُمْ فِي دَارِ الْقَرَارِ مَعَ شِيعَتِكُمُ الْأَبْرَارِ وَ السَّلامُ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ أَنَا سَائِلُكُمْ وَ آمِلُكُمْ فِيمَا إِلَيْكُمُ التَّفْوِيضُ وَ عَلَيْكُمُ التَّعْوِيضُ فَبِكُمْ يُجْبَرُ الْمَهِيضُ وَ يُشْفَى الْمَرِيضُ وَ مَا تَزْدَادُ الْأَرْحَامُ وَ مَا تَغِيضُ إِنِّي بِسِرِّكُمْ مُؤْمِنٌ [مُؤَمِّمٌ] وَ لِقَوْلِكُمْ مُسَلِّمٌ وَ عَلَى اللَّهِ بِكُمْ مُقْسِمٌ فِي رَجْعِي بِحَوَائِجِي وَ قَضَائِهَا وَ إِمْضَائِهَا وَ إِنْجَاحِهَا وَ إِبْرَاحِهَا [إِيزَاحِهَا] وَ بِشُئُونِي لَدَيْكُمْ وَ صَلاحِهَا وَ السَّلامُ عَلَيْكُمْ سَلامَ مُوَدِّعٍ وَ لَكُمْ حَوَائِجَهُ مُودِعٍ [مُودِعٌ] يَسْأَلُ اللَّهَ إِلَيْكُمُ الْمَرْجِعَ وَ سَعْيَهُ [سَعْيُهُ] إِلَيْكُمْ غَيْرَ [غَيْرُ] مُنْقَطِعٍ وَ أَنْ يَرْجِعَنِي مِنْ حَضْرَتِكُمْ خَيْرَ مَرْجِعٍ إِلَى جَنَابٍ مُمْرِعٍ وَ خَفْضِ عَيْشٍ مُوَسَّعٍ وَ دَعَةٍ وَ مَهَلٍ إِلَى حِينِ [خَيْرِ] الْأَجَلِ وَ خَيْرِ مَصِيرٍ وَ مَحَلٍّ فِي النَّعِيمِ الْأَزَلِ وَ الْعَيْشِ الْمُقْتَبَلِ وَ دَوَامِ الْأُكُلِ وَ شُرْبِ الرَّحِيقِ وَ السَّلْسَلِ [السَّلْسَبِيلِ] وَ عَلٍّ وَ نَهَلٍ لا سَأَمَ مِنْهُ وَ لا مَلَلَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ وَ تَحِيَّاتُهُ عَلَيْكُمْ حَتَّى الْعَوْدِ إِلَى حَضْرَتِكُمْ وَ الْفَوْزِ فِي كَرَّتِكُمْ وَ الْحَشْرِ فِي زُمْرَتِكُمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ عَلَيْكُمْ وَ صَلَوَاتُهُ وَ تَحِيَّاتُهُ هُوَ حَسْبُنَا وَ نِعْمَ الْوَكِيلُ |
8) Seyid ibn Tavus nəql edir ki, Səccad ləqəbi ilə məşhur olan Məhəmməd ibn Zəkvan o qədər səcdə edib səcdədə ağlamışdı ki, gözləri kor olmuşdu deyirdi: «İmam Sadiqə belə ərz etdim: «Canim sənə fəda olsun, indi Rəcəb ayıdır mənə elə bir dua öyrət ki, Allah Təala onunla mənə xeyir versin». Həzrət buyurdu: «Yaz «Bismilahir Rəhmanir Rəhim» və bu duanı Rəcəb ayında gecə-gündüz namazların ardında oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya mən ərcuhu likulli xəyr, və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil qəlil, ya mən yu`ti mən səələh, ya mən yu`ti mən ləm yəs`əlh, və mən ləm yə`rifhu təhən-nunən minhu və rəhməh, ə`tini biməs`ələti iyyak, cəmiə xəyrid dunya və cəmiə xəyril axirəh, vəsrif ənni biməs`ələti iyyak, cəmiə şərrid dunya və şərril axirəh, fəinnəhu ğəyru mən-qusin ma ə`təyt, və zidni min fəzlikə ya kərim. | Ey bütün xeyir işlərdə ümid bəslədiyim! Bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Onu tanımayanlara və Ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə məndən dünya və axirət şərini tamamilə uzaq et! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim! | يَا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ وَ آمَنُ سَخَطَهُ عِنْدَ [مِنْ] كُلِّ شَرٍّ يَا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ يَا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ يَا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّنا مِنْهُ وَ رَحْمَةً أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيَا وَ جَمِيعَ خَيْرِ الْآخِرَةِ وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيَا وَ [جَمِيعَ] شَرِّ الْآخِرَةِ فَاِنَّهُ غَيْرُ مَنْقُوصٍ مَا أَعْطَيْتَ وَ زِدْنِي مِنْ فَضْلِكَ يَا كَرِيمُ |
Ravi deyir: «Sonra həzrət mübarək saqqalını sol əlinə alıb təzərrülə sağ əlinin işarə barmağını yellətməyə başlayaraq bu duanı[8] oxumağa başladı»:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya zəl cəlali vəl ikram, ya zən nə`mai vəl cud, ya zəl mənni vət təvl, hərrim şeybəti ələn nar. | Ey calal və böyüklük sahibi! Ey nemətlər və səxavət sahibi! Ey əta və kərəm sahibi! Haram et saqqalımı (üzümü) oda (cəhənnəm oduna)! | يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا ذَا النَّعْمَاءِ وَ الْجُودِ يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ حَرِّمْ شَيْبَتِي عَلَى النَّارِ |
9) Peyğəmbərdən belə nəql olunur ki, hər kəs Rəcəb ayında 100 dəfə bu duanı desə və onu sədəqə ilə başa vursa, Allah Təala öz rəhmət və məğfirət qapılarını onun üzünə açar. Hər kəs 400 dəfə desə, ona yüz şəhidin savabı verilər. Dua[9] belədir:
| Ərəbcə | أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لا إِلَهَ إِلا هُوَ وَحْدَهُ لا شَرِيكَ لَهُ وَ أَتُوبُ إِلَيْهِ |
| Tərcümə | O Allahdan bağışlanmaq diləyirəm ki, Ondan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mən Ona tərəf qayıdıb tövbə edirəm. |
| Transkripsiya | Əstəğfirullahəlləzi la ilahə illa hu, vəhdəhu la şərikə ləhu və ətubu iləyh. |
10) Peyğəmbərdən belə nəql olunur ki, Rəcəb ayında hər kəs 1000 dəfə «La ilahə illəllah» desə, Allah onun üçün yüz min həsənat yazar və cənnətdə yüz şəhər tikər.[10]
11) Rəvayətə əsasən, hər kəs Rəcəb ayında günün əvvəlində və axırında 70 dəfə: «Əstəğfirullahə və ətubu iləyh» — desə, sonra əllərini göyə qaldırıb: «Əllahumməğfir li və tub ələyy» -desə, əgər Rəcəb ayında dünyasını dəyişsə Allah Təala bu aya xatir ondan razı olar və cəhənnəm odu ona toxunmaz.[11]
12) Bütün Rəcəb ayı boyu hər kim 1000 dəfə: «Əstəğfirullahə zəl cəlali vəl ikrami min cəmiiz zunubi vəl asam» — desə, Allah onu bağışlayar.[12]
13) Seyid ibn Tavus «İqbalul-əmal» kitabında peyğəmbərdən «İxlas» surəsini Rəcəb ayında 10000 dəfə, 1000 dəfə, 100 dəfə oxumaq üçün çoxlu fəzilət nəql edir. Başqa hədisdə deyilir ki, hər kim bu surəni bu ayda cümə günü 100 dəfə oxusa, o, Qiyamət günü onu cənnətə dartıb çəkən nura çevriləcək. O cümlədən, Həzrət Rəsulallahın (s) bu hədisini qeyd edir: «Hər kim pak niyyətlə rəcəb ayında on min dəfə «Tövhid» surəsini (yəni İxlas surəsini) oxusa, Qiyamət səhnəsinə günahdan pak halda – eynilə anadan doğulduqda pak olduğu kimi – daxil olar, yetmiş mələk onu qarşılayar və ona Cənnət müjdəsi verər».[13]
14) Seyid ibn Tavus Həzrət Rəsulullah (s)-dan nəql edir: «Hər kim Rəcəb ayında oruc tutub 4 rəkət (iki rəkət-iki rəkət) namaz qılsa, 1-сi rəkətdə 100 dəfə «Ayətəl-kürsi» ayələrini və 2-ci rəkətdə 200 dəfə «Tövhid» surəsini oxusa, ölməzdən qabaq Cənnətdə öz yerini görər, yaxud başqası onun yerini görər (və ona bəyan edər)»[14].
15) Seyid ibni Tavus Həzrət Rəsulullah (s)-dan belə nəql edir ki, hər kəs Rəcəb ayının cümə günündə zöhr və əsr namazları arasında 4 rəkət namaz hər rəkətdə «Həmd»dən sonra 7 dəfə «Ayətəl-kürsi», 5 dəfə «İxlas» surəsi, sonra 10 dəfə «Əstəğfirullahəlləzi la ilahə illa huvə və əs`əluhut tovbə» sözlərini desə, Allah Təala onun üçün bu namazı qılandan ölənə qədər hər gün min həsənat yazar və hər oxuduğu ayəyə görə cənnətdə qırmızı yaqutdan şəhər salınar, hər hərfə görə orada ağ dürdən saray tikilər və onu hurilərlə evləndirər. Allah ondan razı olar, onu abidlərdən sayar və aqibətini rəhmətlə, səadətlə bitirər.
16) Rəcəb ayında 4-cü, 5-ci və 6-cı günləri oruc tutun. Hər kəs haram ayların bu üç gününü oruc tutsa, Allah Təala ona doqquz yüz il ibadətin savabını verər.
17) Bütün Rəcəb ayı boyu 60 rəkət namaz qılmaq, elə ki, hər gecə 2 rəkət yerinə yetirsin. Hər rəkətdə «Həmd» surəsindən sonra 3 dəfə «Kafirun» surəsini, ondan sonra 1 dəfə «İxlas» surəsini oxumaq lazımdır. Salamları deyib əlləri göyə qaldırıb deyin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmdu yuhyi və yumit, və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəy`in qədir, | Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. O dirildir və öldürür. Heç vaxt ölməyən diri (varlıq) Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir. | لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ |
| və iləykəl məsir, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim, Əllahummə salli əla Muhəmmədin nəbiyyil ummiyyi və alih. | Hamının qayıdışı Ona doğrudur. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. İlahi, dərs oxumamış Muhəmməd və onun Əhlibeytinə salam yetir! | وَ إِلَيْهِ الْمَصِيرُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِيِّ الْأُمِّيِّ وَ آلِهِ |
Göyə qalxmış əlləri üzünə çəksin. Peyğəmbərdən nəql olunur ki, hər kəs bu əməli yerinə yetirsə, duası qəbul olar və ona 60 həcc və 60 ümrənin savabı verilər.[15]
18) Peyğəmbərdən nəql olunur ki, əgər Rəcəb ayının bir gecəsində 100 dəfə «İxlas» surəsini 2 rəkətdə desə, 100 il orucun savabı ona verilər və Allah Təala ona cənnətdə 100 ədəd hər biri bir peyğəmbərin kənarında olan saray verər.
19) Yenə də peyğəmbərdən nəql olunur ki, Rəcəb ayının gecələrinin birində 10 rəkət namaz qılın, hər rəkətdə «Həmd» surəsindən sonra 1 dəfə «Kafirun» surəsini və 3 dəfə «İxlas» surəsini oxuyun. Allah Təala bütün günahlarınızı bağışlayar.
20) Əllamə Məclisi «Zadul-məad»da İmam Əlinin(ə) Həzrəti Rəsulullahdan belə nəql elədiyini yazır: «Hər kim bu 3 ayın (Rəcəb, Şəban, Mübarək Ramazan) gecəsində, ya gündüzündə «Həmd» surəsin, «Ayətəl-kürsin» ayələrin, «Kafirun» surəsin, «Fələq» surəsin, «Nas» surəsin 1 dəfə oxuya, «Subhanəllahi vəl həmdu lillahi vəla ilahə illəllahu vəllahu əkbəru və la həvla və la quvvətə illa billahil əliyyil əzim» zikrini 3 dəfə, 3 dəfə «Əllahummə salli əla Muhəmməd və Ali Muhəmməd», 3 dəfə «Əllahumməğfir lil mu`mininə vəl mu`minat» və 400 dəfə «Əstəğfirullahə rəbbi və ətubu iləyh» — deyə Allah Təala onun günahlarını yağış damcıları, ağacların yarpaqları və dənizlərin dibi qədər olsa belə bağışlayar…[16]
21) Əllamə Məclisi başqa yerdə buyurur ki, hədislərdə Rəcəb ayının hər gecəsində 1000 dəfə «La ilahə illəllah» demək gəlmişdir.
22) Rəğaib gecəsi: Bil və agah ol ki, Rəcəb ayın ilk cümə gecəsinə «Leylətur-rəğaib»[17] deyirlər. Peyğəmbərdən onun haqqında çoxlu savabı olan əməllər nəql olunmuşdur. Seyib ibni Tavus «İqbal»da, Əllamə «İcazətu Bəni Zöhrə»də nəql ediblər, o cümlədən, fəzilətlərin biri də çoxlu günahların bağışlanmasına səbəb olur. Əməllərdən ən əsası namazdır ki, qəbir evinin 1-ci gecəsi Allah onun savabını ona yollayar. Namaz da gözəl sima, açıq-aydın üz, şirin dillə ona deyər: «Ey mənim dostum, sənin bütün əzab-əziyyətdən xilas olmağını sənə müjdə verirəm». O, deyir: «Sən kimsən? Allaha and olsun ki, mən sənin simandan gözəl sima, sənin dilindən şirin dil, sənin iyindən ətirli iy görməmişəm.» Namaz deyir: «Mən sənin filan il, ay, gecə qıldığın namazam. Gəlmişəm sənin haqqını verim, səni tənhalıqdan və vəhşətdən çıxardım. Qiyamət günü Sur üfürülən zaman mən sənin üstündə kölgən olacağam. Sevin, xeyir-bərəkət səndən heç vaxt azalmayacaq.» Namaz belədir: ayın ilk cümə axşamın oruc tutursan, elə həmin axşam məğrib və işa namazları arasında 12 rəkət (iki-iki rəkət), hər rəkətində «Həmd» surəsindən sonra 3 dəfə «Qədr» surəsi, 12 dəfə «İxlas» surəsi ilə, namazı qurtardıqdan sonra 70 dəfə: «Əllahummə salli Muhəmmədinin nəbiyyil ummiyi və əla alih» deyirsən. Sonra səcdəyə gedib 70 dəfə «Subbuhun Quddus, Rəbbul məlaikəti vər ruh», sonra başını səcdədən qaldırıb 70 dəfə «Rəbbiğfir vərhəm və təcavəz əmma tə`ləmu innəkə əntəl əliyyul ə`zəm», sonra yenə səcdəyə gedib 70 dəfə «Subbuhun Quddus, Rəbbul məlaikəti vər ruh» deyirsən. Sonra öz hacətlərini istə, inşallah tezliklə rəva olar.[18]
23) Rəcəb ayında İmam Rzanı (ə) ziyarət etmək müstəhəbdir. Hədislərin birində İmam Cavad (ə) Rəcəb ayında İmam Rzanı (ə) ziyarət etməyi təkidlə buyurmuşdur.[19]
24) Rəcəbiyyə Ümrəsi: Rəcəb ayında ümrə yerinə yetirməyin böyük savabı vardır. Məsum İmamların (ə) hədislərinə istinadən, rəcəb ayında yerinə yetirilən umrənin savabı həcc savabına bərabərdir.[20]
Hədislərin birində İmam Sadiq (ə) buyurur: «Ən fəzilətli umrə Rəcəb ayında yerinə yetirilən umrədir.»[21]
Hədislərin birində oxuyuruq: İmam Sadiqdən (ə) soruşdular: «Rəcəb ayında yerinə yetirilən umrə daha fəzilətlidir, yoxsa ramazan ayında?» İmam Sadiq (ə) buyurdu: «Rəcəb ayında yerinə yetirilən umrə daha fəzilətlidir».[22]
Rəvayət olunur ki, İmam Zeynulabidin (ə) Rəcəb ayında umrəyə getdi və gecə-gündüz Kəbə evinin kənarında namaz qılıb, səcdə etdi. Səcdədə bu zikri deyirdi:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əzuməz zənbu min əbdik, fəl yəhsunil əfvu min indik. | (İlahi,) Sənin bəndəndən baş verən günah böyük olsa da, Sənin tərəfindən olan əfv daha bəyəniləndir! | عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ |
Həmin müddətdə bu zikrdən əlavə heç nə demədi.[23]
Mənbələr:
[1] Seyid ibn Tavus — İqbal, səh 643
[2] Seyid ibn Tavus — İqbal, səh 643
[3] Şeyx Tusi — Misbahul-mütəhəccid, səh 802,
Seyid ibn Tavus — İqbal, səh 643
[4] Şeyx Tusi — Misbahul-mütəhəccid, səh 802
[5] Şeyx Tusi — Misbahul-mütəhəccid, səh 803,
Şeyx Kəf`əmi — Bələdul-əmin, səh 179 (cüzi fərqlə)
[6] Şeyx Tusi — Misbahul-mütəhəccid, səh 804.
Bu duada Əmirəl-möminin Əli (ə) mövludunun qeyd edilməməsi,
bəlkədə bunun çox məhşur bir tarix olmasına görədir.
[7] Şeyx Tusi — Misbahul-mütəhəccid, səh 821,
Seyid ibn Tavus — İqbal, səh 631 (cüzi fərqlə)
[8] Seyid ibn Tavus — İqbal, səh 644,
Əllamə Məclisi — Biharul-ənvar, c 95, səh 390
[9] Seyid ibn Tavus — İqbal, səh 648
[10] Seyid ibn Tavus — İqbal, səh 648
[11] Seyid ibn Tavus — İqbal, səh 648
[12] Şeyx Abbas Qummi — Məfatihul-cinan, Rəcəb ayının əməlləri
[13] Seyid ibn Tavus — İqbal, səh 648
[14] Seyid ibn Tavus — İqbal, səh 637
[15] Seyid ibn Tavus — İqbal, səh 630
[16] Əllamə Məclisi — Zadul-məad, səh 12
[17] «Rəğayib gecəsi», yəni «çoxlu mükafat və fəzilətinə görə
rəğbət bəslənilən gecə», yaxud «çoxlu mükafat gecəsi» deməkdir.
Çünki «rəğayib» sözü «rəğibə»sözünün cəmi olub
həm «rəğbət bəslənilən iş», həm də «çoxlu mükafat» mənasını bildirir.
[18] Seyid ibn Tavus — İqbal, səh 632,
Əllamə Məclisi — Biharul-ənvar, c 104, səh 125
[19] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 820,
Şeyx Kuleyni — Usuli-kafi, c 4, səh 584, hədis 2
[20] Şeyx Tusi — Misbahul-mutəhəccid, s 798
[21] Şeyx Kuleyni — Usuli-kafi, c 4, səh 536, hədis 6
[22] Fəqih, c 2, səh 453, hədis 2949[23]
Şeyx Tusi — Misbahul-mutəhəccid, s 801,
Seyid ibn Tavus — İqbal, səh 648
