İslam aylarının əməlləri: Mübarək Ramazan ayının sonuncu günü
Nəzərə alsaq ki, Mübarək Ramazan ayının axırıncı günü Quran oxuyanların əksəriyyəti Quranı xətm edirlər, yaxşı olar ki, Quranı xətm etdikdən sonra «Səhifeyi Səccadiyyə» kitabının 42-ci duasını oxusunlar.
Həmçinin Əmirəlmöminin Əlinin (ə) buyurduğu bu müxtəsər duanı[1] oxuya bilərlər:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahumməşrəh bil Qur`ani sədri, vəstə`mil bil Qur`ani bə-dəni, və nəvvir bil Qur`ani bə-səri, və ətliq bil Qur`ani lisani, və əinni ələyhi ma əbqəytəni, fəinnəhu la həvlə və la quvvətə illa bik. | İlahi, sinəmi Quranla genişləndir, bədənimi Quranla (Quranın göstərişləri ilə) işə sal, gözümü Quranla işıqlandır, dilimi Quranla aç və yaşadığım vaxta qədər ona əməl etməkdə mənə yardımçı ol! Çünki Səndən başqa heç bir güc və qüdrət yoxdur. | اللَّهُمَّ اشْرَحْ بِالْقُرْآنِ صَدْرِي وَ اسْتَعْمِلْ بِالْقُرْآنِ بَدَنِي وَ نَوِّرْ بِالْقُرْآنِ بَصَرِي وَ أَطْلِقْ بِالْقُرْآنِ لِسَانِي وَ أَعِنِّي عَلَيْهِ مَا أَبْقَيْتَنِي فَاِنَّهُ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِكَ |
Həmçinin Əmirəlmöminin Əlinin (ə) Həzrəti Peyğəmbərdən (s) nəql etdiyi bu duanı[2] oxuyun:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə ixbatəl muxbitin, və ixlasəl muqi-nin, və murafəqətəl əbrar, vəstihqaqə həqaiqil iman, vəl ğənimətə min kulli birr, vəs səlamətə min kulli ism, və vucubə rəhmətikə və əzaimə məğfiətik, vəl fəvzə bil cənnəti vən nəcatə minən nar. | İlahi, Səndən dərgahında baş əyənlərin xatircəmliyini, yəqin əhlinin ixlasını, xeyirxahların yoldaşlığını, imanın həqiqətlərini dərk etmək üçün ləyaqət, bütün yaxşılıqlardan faydalanmaq, bütün günahlardan qorunmaq (sağlamlıq), rəhmətinin vacibliyini, məğfirətinin səbəblərini, behiştə çatmağı və cəhənnəmdən qurtuluş istəyirəm. | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ إِخْبَاتَ الْمُخْبِتِينَ وَ إِخْلاصَ الْمُوقِنِينَ وَ مُرَافَقَةَ الْأَبْرَارِ وَ اسْتِحْقَاقَ حَقَائِقِ الْإِيمَانِ وَ الْغَنِيمَةَ مِنْ كُلِّ بِرٍّ وَ السَّلامَةَ مِنْ كُلِّ إِثْمٍ وَ وُجُوبَ رَحْمَتِكَ وَ عَزَائِمَ مَغْفِرَتِكَ وَ الْفَوْزَ بِالْجَنَّةِ وَ النَّجَاةَ مِنَ النَّارِ |
Mənbələr:
[1] Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 323,
Əllamə Məclisi – Biharul-ənvar, c 89, səh 209
[2] İbn Fəzl Təbərsi – Məkarimul-əxlaq, səh 342,
Əllamə Məclisi – Biharul-ənvar, c 89, səh 206
