İslam aylarının əməlləri: Şaban ayının on beşinci gecəsi — Şaban ayı, 15-ci gecə

Print Friendly, PDF & Email

Bu gecə çox mübarək bir gecədir. İmam Sadiq (ə) buyurur ki, İmam Məhəmməd Baqirdən (ə) şaban ayının on beşinci gecəsinin fəziləti barədə soruşdular. İmam Baqir (ə) buyurdu: «Bu gecə Qədr gecəsindən sonra ilin ən fəzilətli gecələrindən biridir. Bu gecə Allah-Təala Öz bəndələrinə fəzlini əta edir, kərəmi ilə onları bağışlayır. Bu gecə Allaha yaxınlaşmağa səy göstərin. Çünki bu elə bir gecədir ki, Allah-Təala istək diləyən bəndəni əliboş geri qaytarmayacağına dair Öz müqəddəs zatına and içmişdir, əlbəttə ki, bəndənin istəyi günah olmazsa. Bu gecəni Mütəal Allah biz Əhli-beyt üçün qərar vermişdir, necə ki, Qədr gecəsini bizim Peyğəmbərimiz üçün qərar vermişdir. Elə isə, bu gecə Allaha dua və həmd-səna etməyə çalışın.»[1]
Bu gecənin bərəkət və şərafətini artıran hadisələrdən biri bəşəriyyətin xilaskarı Həzrət Məhdinin (ə.f) mövludunun bu gecəyə təsadüf etməsidir. Hicri-qəməri 255-ci il belə bir gecənin sübhündə Samirra şəhərində İmam Zaman (ə.f) dünyaya göz açmışdır.

Bu gecə bir neçə əməl yerinə yetirilir:
1) Qüsl etmək: Bir hədisdə İmam Sadiq (ə) buyurur ki, bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.[2]
2) Bu gecəni əhya edib (oyaq qalıb) namaz qılmaq, dua etmək və bağışlanma diləmək: Əmirəlmöminin Əli (ə) Həzrət Rəsulallahın (s) belə buyurduğunu nəql edir: «Şaban ayının 15-ci gecəsi olduqda onu ibadətlə keçirin (sübhədək ibadətlə məşğul olun) və həmin günü (ayın 15-i günü) oruc tutun. Çünki bu gecənin əvvəlindən axırınadək Allah tərəfindən nida gəlir: «Günahları üçün bağışlanma diləyən varmı ki, Mən onun günahlarını bağışlayım? Ruzi istəyən varmı ki, Mən onun ruzisini artırım?»»[3]
Başqa bir hədisdə gəlib ki, Cənab Cəbrail Həzrət Rəsulallaha (s) buyurdu: «Hər kim bu gecə təsbih, təkbir, dua, namaz, istiğfar (bağışlanma diləmək) və … ilə məşğul olub əhya etsə (oyaq qalsa), Allah onun günahlarını bağışlayar, onun məkanı Cənnət olar… Ey Məhəmməd, bu gecəni əhya et və ümmətinə göstəriş ver ki, onu əhya etsinlər!» Cənab Cəbrail bu gecənin digər fəzilətlərini bəyan edib sonda buyurdu: «Həqiqi məhrum o kəsdir ki, bu gecənin xeyir-bərəkətindən məhrum qalsın.»[4]
İmam Zeynul-abidindən (ə) də bu gecəni əhya etmək barədə hədis nəql olunmuşdur.[5]
Həmçinin hədislərin birində Həzrət Rəsulallah (s) buyurur ki, hər kim bu gecəni əhya etsə, qəlblərin öldüyü gün onun qəlbi ölməz.[6]
3) Bu gecədə İmam Hüseyni (ə) ziyarət etmək ən fəzilətli əməldir və günahların bağışlanmasına bais olar.[7] Bu gecədə İmam Hüseyni (ə) ziyarət etməyin fəziləti barədə saysız hədislər nəql olunmuşdur, o cümlədən:
-Əbu Bəsir İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: «Kim yüz iyirmi dörd min peyğəmbərin onunla əl-ələ görüşməsini istəyirsə, Şaban ayının 15-i İmam Hüseynin (ə) qəbrini ziyarət etsin. Çünki bu gecədə peyğəmbərlərin ruhları Allahın izni ilə o həzrətin ziyarətinə gəlirlər.»[8]
— Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: «Şaban ayının 15-i olduqda «Ufuqi-ə`la»dan (Allah tərəfindən) İmam Hüseynin (ə) ziyarətçisinə nida gələr ki, indi günahların bağışlanmış halda geri qayıt, sənin mükafatın Rəbbinin və Allahın Peyğəmbərinin öhdəsinədir.»[9]
İmam Hüseyni (ə) ən azı belə ziyarət etmək olar ki, həmin gecə evin damına çıx və ya açıq bir mühitə get, göyün sağ və sol tərəfinə bax, sonra başını qaldırıb yuxarı bax və de[10]:

Ərəbcəاَلسَّلَامُ عَلَیْکَ یَا أَبَا عَبْدِ اللهِ. اَلسَّلَامُ عَلَیْکَ یَابْنَ رَسُولِ اللهِ. اَلسَّلَامُ عَلَیْکَ وَ رَحْمَةُ اللهِ وَ بَرَکَاتُهُ
TərcüməAllahın salamı olsun sənə ey Əba Əbdillah. Allahın rəhmət və bərəkəti sənin üzərinə olsun.
TranskripsiyaƏssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh.

4) Bu gecə Seyid ibn Tavus və Şeyx Tusinin öz kitablarında nəql etdikləri aşağıdakı duanı oxumaq: bu dua[11] İmam Zamanı (ə.f) ziyarət etmək kimi hesab olunur.Dua belədir:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə bihəqqi ləylətina (hazihi) və məvludiha, və huccətikə və məv`udihəlləti qərəntə ila fəzliha fəzla, fətəmmət kəlimətukə sidqən və ədlən la mubəddilə likəlimatik, və la muəqqibə liayatikə nurukəl mutəəlliq, və ziyaukəl muşriq, vəl ələmun nuru fi təxyaid dəycuril ğaibul məstur, cəllə məvliduhu və kərumə məhtiduh, vəl məlaikətu şuhhəduh, vəllahu nasiruhu və muəyyiduhu iza anə miaduh, vəl (fəl) məlaikətu əmdaduhu səyfullahilləzi la yənbu, və nuruhulləzi la yəxbu, və zul hilmilləzi la yəsbu mədarud dəhr, və nəvamisul əsri və vulatul əmr, vəl munəzzəlu ələyhim ma yətənəzzəlu (yənzilu) fi ləylətil qədr, və əshabul həşri vən nəşri təracimətu vəhyih, və vulatu əmrihi və nəhyih, Əllahummə fəsəlli əla xatimihim və qaimihimul məsturi ən əvalihim, Əllahummə və ədrik bina əyyaməhu və zuhurəhu və qiyaməh, vəc`əlna min ənsarihi vəqrin sarəna bisarih, vəktubna fi ə`vanihi və xuləsaih, və əhyina fi dəvlətihi naiminə və bisuhbətihi ğanimin, və bihəqqihi qaimin, və minəs sui saliminə ya ərhəmər rahimin, vəl həmdu lilahi rəbbil aləmin, və sələvatuhu əla (və səlləlahu əla) səyyidina Muhəmmədin xatəmin nəbiyyin, vəl mursəlinə və əla əhli bəytihis sadiqin, və itrətihin natiqin, vəl`ən cəmiəz zalimin, vəhkum bəynəna və bəynəhum ya əhkəməl hakimin.İlahi, Sənə and verirəm bu gecənin haqqını, bu gecə dünyaya göz açan, Sənin höccətin, həmin gecə vədəsi verilən və fəzilətinə yeni bir fəzilət əlavə etdiyin şəxsin haqqını! Bununla da, Sənin sözlərin sədaqət və ədalət baxımından tamamlandı. Sənin sözlərini heç kəs dəyişə və nişanələrini geri çevirə bilməz. (Həmin sözlər) Sənin parlayan və işıqlı nurun, qaranlıq gecədə aydın əlamət, gözlərdən qaib və gizli olan imamdır. Onun mövludu böyük və nəsil-nəcabəti kəramətlidir. Mələklər ona şahiddir. Allah vədəsi çatan zaman onun köməkçisi və dəstəkləyəni, mələklər yardımçısıdır. O, Allahın kütləşməyən qılıncı, sönməyən nuru, yersiz iş görməyən helm sahibidir və ruzigar ona xatir dövr edir. O və məsum ata-babaları əsrin namusu, əmr sahibləridir, “qədr” gecəsi (yer üzünə) nazil olanlar onlara da nazil olur. Onlar “həşr” (məhşər günü) və “nəşr” (insanların qəbirdən baş qaldıracağı gün) səhabələri, ilahi vəhyin təfsirçiləri, əmr və qadağalarının sahibidirlər. İlahi, onların axırıncısı, qaimi və gizli olan hidayət imamına salam yetir! İlahi, onun dövranını, zühur və qiyamını bizə göstər, bizi onun köməkçilərindən təyin et, intiqamımızı onun intiqamına yaxın et, adımızı onun köməkçiləri və xalis dostlarının zümrəsində yaz, bizi onun hakimiyyəti dövründə dirilt ki, nemətə qərq olaq, sevinib şad olaq, onunla birgə olmaqla faydalanaq, onun haqqını bərpa etmək üçün qiyam edək və pisliklərdən amanda qalaq! Ey mehribanların ən mehribanı! Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salamı olsun sərvərimiz, peyğəmbər və elçilərin sonuncusu Muhəmmədə, onun sadiq Əhlibeyti və haqqı deyən xanədanına! İlahi, bütün zalımlara lənət et, bizimlə onların arasında hökm kəs, ey hökm kəsənlərin ən yaxşısı!اللَّهُمَّ بِحَقِّ لَيْلَتِنَا [هَذِهِ‏] وَ مَوْلُودِهَا وَ حُجَّتِكَ وَ مَوْعُودِهَا الَّتِي قَرَنْتَ إِلَى فَضْلِهَا فَضْلا فَتَمَّتْ كَلِمَتُكَ صِدْقا وَ عَدْلا لا مُبَدِّلَ لِكَلِمَاتِكَ وَ لا مُعَقِّبَ لِآيَاتِكَ نُورُكَ الْمُتَأَلِّقُ وَ ضِيَاؤُكَ الْمُشْرِقُ وَ الْعَلَمُ النُّورُ فِي طَخْيَاءِ الدَّيْجُورِ الْغَائِبُ الْمَسْتُورُ جَلَّ مَوْلِدُهُ وَ كَرُمَ مَحْتِدُهُ وَ الْمَلائِكَةُ شُهَّدُهُ وَ اللَّهُ نَاصِرُهُ وَ مُؤَيِّدُهُ إِذَا آنَ مِيعَادُهُ وَ الْمَلائِكَةُ [فَالْمَلائِكَةُ] أَمْدَادُهُ سَيْفُ اللَّهِ الَّذِي لا يَنْبُو وَ نُورُهُ الَّذِي لا يَخْبُو وَ ذُو الْحِلْمِ الَّذِي لا يَصْبُو مَدَارُ الدَّهْرِ وَ نَوَامِيسُ الْعَصْرِ وَ وُلاةُ الْأَمْرِ وَ الْمُنَزَّلُ عَلَيْهِمْ مَا يَتَنَزَّلُ [يَنْزِلُ]‏ فِي لَيْلَةِ الْقَدْرِ وَ أَصْحَابُ الْحَشْرِ وَ النَّشْرِ تَرَاجِمَةُ وَحْيِهِ وَ وُلاةُ أَمْرِهِ وَ نَهْيِهِ اللَّهُمَّ فَصَلِّ عَلَى خَاتِمِهِمْ وَ قَائِمِهِمْ الْمَسْتُورِ عَنْ عَوَالِمِهِمْ اللَّهُمَّ وَ أَدْرِكْ بِنَا أَيَّامَهُ وَ ظُهُورَهُ وَ قِيَامَهُ وَ اجْعَلْنَا مِنْ أَنْصَارِهِ وَ اقْرِنْ ثَارَنَا بِثَارِهِ وَ اكْتُبْنَا فِي أَعْوَانِهِ وَ خُلَصَائِهِ وَ أَحْيِنَا فِي دَوْلَتِهِ نَاعِمِينَ وَ بِصُحْبَتِهِ غَانِمِينَ وَ بِحَقِّهِ قَائِمِينَ وَ مِنَ السُّوءِ سَالِمِينَ يَا أَرْحَمَ الرَّاحِمِينَ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ وَ صَلَوَاتُهُ عَلَى [وَ صَلَّى اللَّهُ عَلَى‏] سَيِّدِنَا مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّينَ وَ الْمُرْسَلِينَ وَ عَلَى أَهْلِ بَيْتِهِ الصَّادِقِينَ وَ عِتْرَتِهِ النَّاطِقِينَ وَ الْعَنْ جَمِيعَ الظَّالِمِينَ وَ احْكُمْ بَيْنَنَا وَ بَيْنَهُمْ يَا أَحْكَمَ الْحَاكِمِينَ

5) Şeyx Tusi nəql edir ki, İsmail ibn Fəzl Haşimi dedi: «İmam Sadiq (ə) bu duanı[12] mənə öyrətdi ki, onu Şaban ayının 15-ci gecəsi oxuyum»:
TranskripsiyaTərcümə Ərəbcə
Əllahummə əntəl həyyul qəyyumul əliyyul əzimul xaliqur raziqul muhyil mumitul bədiul bədi`, ləkəl cəlalu və ləkəl fəzlu və ləkəl həmdu və ləkəl mənnu və ləkəl cud, və ləkəl kərəmu və ləkəl əmru və ləkəl məcdu və ləkəş şukr, vəhdəkə la şərikə lək, ya vahidu ya əhədu ya səmədu ya mən ləm yəlid və ləm yuləd, və ləm yəkun ləhu kufuvən əhəd, salli əla Muhəmmədin və ali Muhəmməd, vəğfir li vərhəmni vəkfini ma əhəmməni, vəqzi dəyni və vəssi` ələyyə fi rizqi, fəinnəkə fi hazihil ləyləti kullə əmrin həkimin təfruq, və mən təşau min xəlqikə tərzuqu fərzuqni, və əntə xəyrur raziqin, fəinnəkə qultə və əntə xəyrul qailinən natiqin, vəs`əlullahə min fəzlih, fəmin fəzlikə əs`əlu və iyyakə qəsədt, vəbnə nəbiyyikə`təmədtu və ləkə rəcəvt, fərhəmni ya ərhəmər rahimin.İlahi, Sən diri, əbədi, uca, böyük, yaradan, ruzi verən, dirildən, öldürən, (xilqətə) başlayan və vücuda gətirənsən! Əzəmət və fəzilət Sənə məxsusdur. Həmd və nemət Sənə məxsusdur. Bəxşiş və kəramət Sənə məxsusdur. Əmr, şövkət və şükür Sənə məxsusdur. Sən təksən və Sənin şərikin yoxdur. Ey bir və yeganə, ey ehtiyacsız, ey doğmayan, doğulmayan və tayı-bərabəri olmayan (Allah)! Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, məni bağışla, mənə rəhm et, mühüm işlərimdə mənə kifayət et, borcumu ödə və ruzimi bol et ki, həqiqətən, Sən bu gecə hər bir möhkəm işi bir-birindən ayırdın və Öz yaratdıqlarından istədiyinə ruzi verdin, belə isə, mənə də ruzi ver! Sən ruzi verənlərin ən yaxşısısan. Çünki bunu Sən Özün buyurubsan və Sən danışan və natiqlərin ən yaxşısısan: “Allahın fəzl və mərhəmətindən istəyin!” Belə isə, mən Sənin fəzl və mərhəmətindən istəyirəm. (Hacətlərimdə) Səni qəsd etdim, Sənin Peyğəmbərinin övladına arxalandım və yalnız Sənə ümid bəslədim. Mənə rəhm et, ey rəhmlilərin ən rəhmlisi!اللَّهُمَّ أَنْتَ الْحَيُّ الْقَيُّومُ الْعَلِيُّ الْعَظِيمُ الْخَالِقُ الرَّازِقُ الْمُحْيِي الْمُمِيتُ الْبَدِي‏ءُ الْبَدِيعُ لَكَ الْجَلالُ وَ لَكَ الْفَضْلُ وَ لَكَ الْحَمْدُ وَ لَكَ الْمَنُّ وَ لَكَ الْجُودُ وَ لَكَ الْكَرَمُ وَ لَكَ الْأَمْرُ وَ لَكَ الْمَجْدُ وَ لَكَ الشُّكْرُ وَحْدَكَ لا شَرِيكَ لَكَ يَا وَاحِدُ يَا أَحَدُ يَا صَمَدُ يَا مَنْ لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ وَ لَمْ يَكُنْ لَهُ كُفُوا أَحَدٌ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اغْفِرْ لِي وَ ارْحَمْنِي وَ اكْفِنِي مَا أَهَمَّنِي وَ اقْضِ دَيْنِي وَ وَسِّعْ عَلَيَّ فِي رِزْقِي فَاِنَّكَ فِي هَذِهِ اللَّيْلَةِ كُلَّ أَمْرٍ حَكِيمٍ تَفْرُقُ وَ مَنْ تَشَاءُ مِنْ خَلْقِكَ تَرْزُقُ فَارْزُقْنِي وَ أَنْتَ خَيْرُ الرَّازِقِينَ فَاِنَّكَ قُلْتَ وَ أَنْتَ خَيْرُ الْقَائِلِينَ النَّاطِقِينَ وَ اسْئَلُوا اللَّهَ مِنْ فَضْلِهِ فَمِنْ فَضْلِكَ أَسْأَلُ وَ إِيَّاكَ قَصَدْتُ وَ ابْنَ نَبِيِّكَ اعْتَمَدْتُ وَ لَكَ رَجَوْتُ فَارْحَمْنِي يَا أَرْحَمَ الرَّاحِمِينَ
اللَّهُمَّ اقْسِمْ لَنَا مِنْ خَشْيَتِكَ مَا يَحُولُ بَيْنَنَا وَ بَيْنَ مَعْصِيَتِكَ وَ مِنْ طَاعَتِكَ مَا تُبَلِّغُنَا بِهِ رِضْوَانَكَ وَ مِنَ الْيَقِينِ مَا يَهُونُ عَلَيْنَا بِهِ مُصِيبَاتُ الدُّنْيَا اللَّهُمَّ أَمْتِعْنَا بِأَسْمَاعِنَا وَ أَبْصَارِنَا وَ قُوَّتِنَا مَا أَحْيَيْتَنَا وَ اجْعَلْهُ الْوَارِثَ مِنَّا وَ اجْعَلْ ثَارَنَا عَلَى مَنْ ظَلَمَنَا وَ انْصُرْنَا عَلَى مَنْ عَادَانَا وَ لا تَجْعَلْ مُصِيبَتَنَا فِي دِينِنَا وَ لا تَجْعَلِ الدُّنْيَا أَكْبَرَ هَمِّنَا وَ لا مَبْلَغَ عِلْمِنَا وَ لا تُسَلِّطْ عَلَيْنَا مَنْ لا يَرْحَمُنَا بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

6) Bu duanı[13] Həzrət Rəsulallah (s) bu gecədə oxuyardı:
Bu duanı başqa vaxtlarda da oxumaq olar. «Əvali əl-Ləali» kitabına istinadən, Həzrət Rəsulallah (s) bu duanı daim oxuyarmış.[14]
7) Şaban ayının müştərək əməlləri bölümünün 7-ci bəndində olan salavatı bu gecədə də oxumaq.
8) Bu gecədə Həzrət Əli (ə) Kumeyl ibn Ziyada «Kumeyl» adi ilə tanınan həmin duanı təlim etmişdir və bu gecə həmin duanı oxuyun. Hədislərdə bu dua həm bu gecə, həm də Bu duanın oxunması hədislərdə bu gecədə və hər cümə axşamı oxunması gəlmişdir.
9) Bu gecə «Subhanəllah», «Əlhəmdulillah», «Əllahu əkbər», «La ilahə illəllah» zikrlərin ayrı ayrılıqda 100 dəfə zikr edin . İmam Baqirin (ə) buyurduğu bir hədisə istinadən, hər kim bu zikrləri desə, Allah Mütəal onun keçmiş günahlarını bağışlayar, onun dünya və axirət istəklərini həyata keçirər.[15]
10) Şeyx Tusi nəql edir ki, Əbu Yəhya belə dedi: «Mən mövlam İmam Sadiqə (ə) ərz etdim: «Bu gecə ən yaxşı dua hansı duadır?» İmam Sadiq (ə) buyurdu: «İşa namazını qıldıqdan sonra 2 rəkət namaz qıl. 1-ci rəkətdə «Həmd» surəsindən sonra «Kafirun» surəsini, 2-ci rəkətdə «Həmd» surəsindən sonra «Tövhid» surəsini oxu. Namazdan sonra 33 dəfə «Subhanəllah», 33 dəfə «Əlhəmdulillah», və 34 dəfə «Əllahu əkbər» de. Sonra bu duanı oxu:
TranskripsiyaTərcüməƏrəbcə
Ya mən iləyhi məlcəul (yəlcəul) ibadi fil muhimmat, və iləyhi yəfzəul xəlqu fil mulimmat, ya aliməl cəhri vəl xəfiyyat, (və) ya mən la təxfa ələyhi xəvatirul əvham, və təsərruful xətərat, ya rəbbəl xəlaiqi vəl bəriyyat, ya mən biyədihi mələkutul ərəzinə vəs səmavat, əntəllahu la ilahə illa ənt, əmuttu iləykə bila ilahi illa ənt, fəya la ilahə illa ənt, ic`əlni fi hazihil ləyləti mimmən nəzərtə iləyhi fərəhimtəh, və səmi`tə duaəhu fəəcəbtəh, və əlimtəstiqalətəhu fəəqəltəhu və təcavəztə ən salifi xətiətih, və əzimi cərirətih, fəqədistəcərtu bikə min zunubi, və ləcə`tu iləykə fi sətri uyubi, Əllahummə fəcud ələyyə bikərəmik, vəhtut xətayaə bihilmikəlləzinəctəbəytəhum litaətik, vəxtərtəhum liibadətik, və cəəltəhum xalisətəkə və sifvətək, Əllahumməc`əlni mimmən səədə cədduh, və təvəfərə minəl xəyrati həzzuh, vəc`əlni mimmən səlimə fənəimə və farə fəğənim, vəkfini şərrə ma əsləftu və`simni minəl izdiyadi fi mə`siyətik, və həbbib iləyyə taətək, və ma yuqərribuni minkə və yuzlifuni indək, səyyidi iləykə yəlcəul harib, və minkə yəltəmisut talib, və əla kərəmikə yuəvvilul mustəqilut taib, əddəbtə əbadəkə bit təkərrumi və əntə əkrəmul əkrəmin, və əmərtə bil əfvi ibadək, və əntəl ğəfurur rəhim, Əllahummə fəla təhrimni ma rəcəvtu min kərəmik, və la tu`yisni min sabiği niəmik, və la tuxəyyibni min cəzili qisəmik, fi hazihil ləyləti li əhli taətik, vəc`əlni fi cunnətin min şirari bəriyyətik, rəbbi in ləm əkun min əhli zalik, fəəntə əhlul kərəmi vəl əfvi vəl məğfirəh, və cud ələyyə bima əntə əhluh, la bima əstəhiqquh, fəqəd həsunə zənni bikə və təhəqqəqə rəcai lək, və əliqət nəfsi bikərəmik, fəəntə ərhəmur rahimin, və əkrəmur əkrəmin, Əllahummə vəxsusni min kərəmikə bicəzili qisəmik, və əuzu biəfvikə min uqubətik, vəğfir liyəz zənbəlləzi yəhbisu ələyyəl (ənnil) xuluq, və yuzəyyiqu ələyyər rizq, hətta əqumə bisalihi rizak, və ən`əmə bicəzili ətaik, və əs`ədə bisabiği nə`maik, fəqəd luztu bihərəmik, və təərrəztu likərəmikə vəstəəztu biəfvikə min uqubətik, və bihilmikə min ğəzəbik, fəcud bima səəltuk, və ənil məltəməstu mink, əs`əlukə bikə la bişəy`in huvə ə`zəmu mink.Ey bəndələrin qəm-qüssələr zaman pənahgahı! Hamı ağır hadisələrdə Onun dərgahında ah-nalə edir. Ey aşkar və gizli alim! Ey qəlblərdən keçənlər və düşüncələrdə xatirələrin yaşanmasından xəbərdar olan! Ey məxluqat və yaranmışların Rəbbi! Ey yerlər və göylərin hökmranlığı əlində olan! Sənsən Allah! Səndən başqa heç bir tanrı yoxdur. “La ilahə illa əntə” (Səndən başqa heç bir tanrı yoxdur) ibarəsi ilə Sənə iman gətirdim. Belə isə, ey Səndən başqa heç bir tanrı olmayan, bu gecə məni Sənə nəzər salıb mərhəmətini şamil etdiyin, duasını eşidib rəva qıldığın, peşmançılığını bilib qəbul etdiyin, keçmiş xətalarını və böyük günahlarını bağışladığın kəslərdən qərar ver! İlahi, günahlarımdan Sənə pənah gətirmiş və eyiblərimin örtülməsində Sənə sığınmışam! İlahi, Öz kərəm və fəzlinlə mənə ehsan et, helmin və əfvinlə günahlarımı bağışla, bu gecə məni geniş kəramətinə bürü, məni Öz itaət və pərəstişinə seçdiyin, xalis və xüsusi bəndələrindən təyin etdiyin dostlarının sırasına qat! İlahi, məni çalışqanlıqları nəticəsində səadətə yetən, yaxşı işlərindən faydalanan, həmçinin sağlam olduqları və nicat tapdıqları halda nemətə qərq olan kəslərin sırasında yaz, keçmişdə yerinə yetirdiyim şər işlərdə mənə yetərli ol, məni Sənə itaətsizliyimi çoxaltmaqdan saxla, itaətini və məni Sənə yaxınlaşdıran ibadət və əməlləri mənə sevimli et! Ey mənim mövlam, qaçanlar Sənin dərgahına sığınır, istəyənlər Sənə yalvarır və günahlarından üz çevirib tövbə edənlər Sənin kəramətinə arxalanırlar. Bəndələrini kəramətinlə ədəbləndirdin və Sən kəramətlilərin ən kəramətlisisən! Bəndələrini əfv və güzəştə əmr etdin və Sən bağışlayan və mehribansan! İlahi, məni kəramətinə ümid etdiklərimdən mərhum və geniş nemətlərindən naümid etmə, bu gecə Sənə itaət edənlər üçün yazdığın böyük qismətlərdən bəhrəsiz qoyma və məni yaratdıqlarının şərlərindən Öz pənahında qoru! Ey mənim Rəbbim, əgər mənim buna ləyaqətim olmasa da, Sən kərəm, əfv və məğfirət sahibisən! Mənə layiq olan tərzdə yox, Sənin məqamına layiq olduğu kimi, məni bağışla. Çünki mən Sənə qarşı yaxşı gümandayam, Sənə ümidim həqiqətdir və canım kərəminə bağlıdır. Sən mehribanların ən mehribanı və kəramətlilərin ən kəramətlisisən! İlahi, kərəminlə böyük qismətlərini mənə şamil et! Mən Sənin əzabından əfvinə sığınıram. Mənim əxlaqımı həbs edən və ruzimi azaldan günahımı bağışla ki, Sənin razılığına uyğun işlərlə məşğul olum, firavan hədiyyələrinə qərq olum və geniş nemətlərinlə səadətə çatım. Həqiqətən, mən Sənin müqəddəs zatına sığınmış, kərəminə üz tutmuş, əzabından əfvinə və qəzəbindən səbrinə pənah gətirmişəm. Belə isə, Səndən istədiklərimi mənə əta et və Səndən dilədiklərimi mənə çatdır. Sənə Özünü and verirəm, çünki heç bir şey Səndən böyük deyil!يَا مَنْ إِلَيْهِ مَلْجَأُ الْعِبَادِ [يَلْجَأُ الْعِبَادُ] فِي الْمُهِمَّاتِ وَ إِلَيْهِ يَفْزَعُ الْخَلْقُ فِي الْمُلِمَّاتِ يَا عَالِمَ الْجَهْرِ وَ الْخَفِيَّاتِ[وَ] يَا مَنْ لا تَخْفَى عَلَيْهِ خَوَاطِرُ الْأَوْهَامِ وَ تَصَرُّفُ الْخَطَرَاتِ يَا رَبَّ الْخَلائِقِ وَ الْبَرِيَّاتِ يَا مَنْ بِيَدِهِ مَلَكُوتُ الْأَرَضِينَ وَ السَّمَاوَاتِ أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ أَمُتُّ إِلَيْكَ بِلا إِلَهَ إِلا أَنْتَ فَيَا لا إِلَهَ إِلا أَنْتَ اجْعَلْنِي فِي هَذِهِ اللَّيْلَةِ مِمَّنْ نَظَرْتَ إِلَيْهِ فَرَحِمْتَهُ وَ سَمِعْتَ دُعَاءَهُ فَأَجَبْتَهُ وَ عَلِمْتَ اسْتِقَالَتَهُ فَأَقَلْتَهُ وَ تَجَاوَزْتَ عَنْ سَالِفِ خَطِيئَتِهِ وَ عَظِيمِ جَرِيرَتِهِ فَقَدِ اسْتَجَرْتُ بِكَ مِنْ ذُنُوبِي وَ لَجَأْتُ إِلَيْكَ فِي سَتْرِ عُيُوبِي اللَّهُمَّ فَجُدْ عَلَيَّ بِكَرَمِكَ وَ احْطُطْ خَطَايَايَ بِحِلْمِكَ وَ عَفْوِكَ وَ تَغَمَّدْنِي فِي هَذِهِ اللَّيْلَةِ بِسَابِغِ كَرَامَتِكَ وَ اجْعَلْنِي فِيهَا مِنْ أَوْلِيَائِكَ الَّذِينَ اجْتَبَيْتَهُمْ لِطَاعَتِكَ وَ اخْتَرْتَهُمْ لِعِبَادَتِكَ وَ جَعَلْتَهُمْ خَالِصَتَكَ وَ صَفْوَتَكَ اللَّهُمَّ اجْعَلْنِي مِمَّنْ سَعَدَ جَدُّهُ وَ تَوَفَّرَ مِنَ الْخَيْرَاتِ حَظُّهُ وَ اجْعَلْنِي مِمَّنْ سَلِمَ فَنَعِمَ وَ فَازَ فَغَنِمَ وَ اكْفِنِي شَرَّ مَا أَسْلَفْتُ وَ اعْصِمْنِي مِنَ الازْدِيَادِ فِي مَعْصِيَتِكَ وَ حَبِّبْ إِلَيَّ طَاعَتَكَ وَ مَا يُقَرِّبُنِي مِنْكَ وَ يُزْلِفُنِي عِنْدَكَ سَيِّدِي إِلَيْكَ يَلْجَأُ الْهَارِبُ وَ مِنْكَ يَلْتَمِسُ الطَّالِبُ وَ عَلَى كَرَمِكَ يُعَوِّلُ الْمُسْتَقِيلُ التَّائِبُ أَدَّبْتَ عِبَادَكَ بِالتَّكَرُّمِ وَ أَنْتَ أَكْرَمُ الْأَكْرَمِينَ وَ أَمَرْتَ بِالْعَفْوِ عِبَادَكَ وَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ اللَّهُمَّ فَلا تَحْرِمْنِي مَا رَجَوْتُ مِنْ كَرَمِكَ وَ لا تُؤْيِسْنِي مِنْ سَابِغِ نِعَمِكَ وَ لا تُخَيِّبْنِي مِنْ جَزِيلِ قِسَمِكَ فِي هَذِهِ اللَّيْلَةِ لِأَهْلِ طَاعَتِكَ وَ اجْعَلْنِي فِي جُنَّةٍ مِنْ شِرَارِ بَرِيَّتِكَ رَبِّ إِنْ لَمْ أَكُنْ مِنْ أَهْلِ ذَلِكَ فَأَنْتَ أَهْلُ الْكَرَمِ وَ الْعَفْوِ وَ الْمَغْفِرَةِ وَ جُدْ عَلَيَّ بِمَا أَنْتَ أَهْلُهُ لا بِمَا أَسْتَحِقُّهُ فَقَدْ حَسُنَ ظَنِّي بِكَ وَ تَحَقَّقَ رَجَائِي لَكَ وَ عَلِقَتْ نَفْسِي بِكَرَمِكَ فَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ وَ أَكْرَمُ الْأَكْرَمِينَ اللَّهُمَّ وَ اخْصُصْنِي مِنْ كَرَمِكَ بِجَزِيلِ قِسَمِكَ وَ أَعُوذُ بِعَفْوِكَ مِنْ عُقُوبَتِكَ وَ اغْفِرْ لِيَ الذَّنْبَ الَّذِي يَحْبِسُ عَلَيَّ [عَنِّي‏] الْخُلُقَ وَ يُضَيِّقُ عَلَيَّ الرِّزْقَ حَتَّى أَقُومَ بِصَالِحِ رِضَاكَ وَ أَنْعَمَ بِجَزِيلِ عَطَائِكَ وَ أَسْعَدَ بِسَابِغِ نَعْمَائِكَ فَقَدْ لُذْتُ بِحَرَمِكَ وَ تَعَرَّضْتُ لِكَرَمِكَ وَ اسْتَعَذْتُ بِعَفْوِكَ مِنْ عُقُوبَتِكَ وَ بِحِلْمِكَ مِنْ غَضَبِكَ فَجُدْ بِمَا سَأَلْتُكَ وَ أَنِلْ مَا الْتَمَسْتُ مِنْكَ أَسْأَلُكَ بِكَ لا بِشَيْ‏ءٍ هُوَ أَعْظَمُ مِنْكَ

Sonra səcdəyə gedib: 20 dəfə «Ya Rəbbi», 7 dəfə «Ya Allah», 7 dəfə «La həvlə və quvvətə illa billah», 10 dəfə «Maşaəllah» və 10 dəfə «La quvvətə illa billah»  deyirsən. Daha sonra Peyğəmbərə (s) və onun Əhlibeytinə (ə) salavat de və Allahdan öz istəyini dilə. And olsun Allaha, hər kim bu əməli yerinə yetirib Allahdan öz istəyini diləsə, nə qədər çox olsa belə, Allah Öz geniş kərəm və fəzli ilə onu həyata keçirər.» [16]
11) Şeyx Tusi, Şeyid ibn Tavus və Kəfəmi buyurmuşlar ki, əziz gecədə bu duanı[17] oxuyun:
TranskripsiyaTərcüməƏrəbcə
İlahi təərrəzə ləkə fi hazəl ləylil mutəərrizun, və qəsədəkəl qasidun, və əmmələ fəzləkə və mə`rufəkət talibun, və ləkə fi hazəl ləyli nəfəhatun və cəvaizu və ətaya, və məvahibu təmunnu biha əla mən təşau min ibadik, və təmnəuha mən ləm təsbiq ləhul inayətu mink, və ha ənə za ubəydukəl fəqir, iləykəl muəmmilu fəzləkə və mə`rufək, fəin kuntə ya məvlay, təfəzzəltə fi hazihil ləyləti əla əhədin min xəlqik, və udtə ələyhi biaidətin min ətfik, fəsalli əla Muhəmmədin və ali Muhəmməd, ət təyyibinət tahirinəl xəyyirinəl fazilin, və cud ələyyə bitəvlikə və mə`rufikə ya rəbbəl aləmin, və salləllahu əla Muhəmmədin xətəmin nəbiyyin, və alihit tahirin, və səlləmə təslima, innəllahə həmidun məcid, Əllahummə inni əd`ukə kəma əmərt, fəstəcib li kəma vəədt, innəkə la tuxliful miadİlahi, hacəti olanlar bu gecə Sənin dərgahına üz tutub, niyyət edənlər Sənin niyyətinlə gəlib və diləyənlər Sənin fəzl və ehsanına ümid bəsləyiblər! Sən bu gecə bəndələrindən istədiyinə bəxşişlər, hədiyyələr, faydalar və nemətlər verəcək və inayət etmədiyin şəxslərdən isə əsirgəyəcəksən. Mən isə Sənin kiçik və fəqir bəndənəm, Sənin fəzl və ehsanının arzusundayam. Ey mənim mövlam, əgər bu gecə yaratdıqlarından birinə lütf və mərhəmət etmək, məhəbbətindən hədiyyə vermək istəyirsənsə, Muhəmməd və Muhəmmədin pak-pakizə, seçilmiş və üstün Əhlibeytinə salam yetir, mənə də Öz nemət və ehsanını əta et, ey aləmlərin Rəbbi! Allahın çoxlu salam və salavatı olsun peyğəmbərlərin sonuncusu Muhəmmədə və onun pak-pakizə Əhlibeytinə! Həqiqətən, Allah tərifəlayiq və böyükdür. İlahi, əmr etdiyin kimi, Səni çağırıram. Belə isə, Sən də vəd etdiyin kimi, dualarımı qəbul et ki, əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!إِلَهِي تَعَرَّضَ لَكَ فِي هَذَا اللَّيْلِ الْمُتَعَرِّضُونَ وَ قَصَدَكَ الْقَاصِدُونَ وَ أَمَّلَ فَضْلَكَ وَ مَعْرُوفَكَ الطَّالِبُونَ وَ لَكَ فِي هَذَا اللَّيْلِ نَفَحَاتٌ وَ جَوَائِزُ وَ عَطَايَا وَ مَوَاهِبُ تَمُنُّ بِهَا عَلَى مَنْ تَشَاءُ مِنْ عِبَادِكَ وَ تَمْنَعُهَا مَنْ لَمْ تَسْبِقْ لَهُ الْعِنَايَةُ مِنْكَ وَ هَا أَنَا ذَا عُبَيْدُكَ الْفَقِيرُ إِلَيْكَ الْمُؤَمِّلُ فَضْلَكَ وَ مَعْرُوفَكَ فَإِنْ كُنْتَ يَا مَوْلايَ تَفَضَّلْتَ فِي هَذِهِ اللَّيْلَةِ عَلَى أَحَدٍ مِنْ خَلْقِكَ وَ عُدْتَ عَلَيْهِ بِعَائِدَةٍ مِنْ عَطْفِكَ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الطَّيِّبِينَ الطَّاهِرِينَ الْخَيِّرِينَ الْفَاضِلِينَ وَ جُدْ عَلَيَّ بِطَوْلِكَ وَ مَعْرُوفِكَ يَا رَبَّ الْعَالَمِينَ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّينَ وَ آلِهِ الطَّاهِرِينَ وَ سَلَّمَ تَسْلِيما اِنَّ اللَّهَ حَمِيدٌ مَجِيدٌ اللَّهُمَّ إِنِّي أَدْعُوكَ كَمَا أَمَرْتَ فَاسْتَجِبْ لِي كَمَا وَعَدْتَ اِنَّكَ لا تُخْلِفُ الْمِيعَادَ
Bu dua sübhə yaxın «Şəf`» namazından sonra oxunan duadır.
12) Gecə namazının hər 2 rəkətindən və şəf` namazından sonra, vətr namazının dualarından sonra mərhum Şeyx Tusi və Seyid ibn Tavusun nəql etdikləri duaları oxuyun.[18]
13) Peyğəmbərdən nəql olunmuş dua və səcdələri yerinə yetirsin. O cümlədən Şeyx Tusi Həmmad ibn İsanın Əban ibn Təğlibdən nəql etdiyi rəvayət gətirir.  Əban ibn Təğlib İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: «Şaban ayının 15-ci gecəsi daxil olmuşdu. Bu gecə peyğəmbər Aişənin yanında idi. Gecə yarısı peyğəmbər ibadət etmək üçün öz yatağından qalxdı. Aişə yuxudan oyandı və peyğəmbərin onun yatağından qalxmasını gördü. Qadınlarda olan qeyrət ona gəldi və peyğəmbərin başqa xanımlarının yanına getməsini güman edərək, çadrasını özünə büküb yerindən qalxdı. Allaha and olsun onun çadrası ipək, kətan və pambıqdan deyil, dəvə tükündən idi. O, peyğəmbəri, başqa xanımlarının otaqlarını bir-bir gəzib axtarırdı. O həzrəti axtaran zaman, onun gözü, yerə düşmüş paltar kimi səcdəyə getmiş peyğəmbərə sataşdı. O həzrətə yaxınlaşarkən eşitdi ki, Peyğəmbər səcdədə deyir»:
TranksripsiyaTərcüməƏrəbcə
Səcədə ləkə səvadi və xəyali, və amənə bikə fuadi, hazihi yədayə və ma cənəytuhu əla nəfsi, Bütün varlığım və düşüncəm Sənə səcdə etdi və qəlbim Sənə iman gətirdi. Budur mənim əllərim və özümə etdiyim cinayətlər! سَجَدَ لَكَ سَوَادِي وَ خَيَالِي وَ آمَنَ بِكَ فُؤَادِي هَذِهِ يَدَايَ وَ مَا جَنَيْتُهُ عَلَى نَفْسِي
ya əzimu (əzimən) turca (yurca) likulli əzim, iğfir liyəl əzim, fəinnəhu la yəğfiruz zənbəl əzimə illər rəbbul əzimEy böyük Allah, bütün böyük işlərdə ümid Sənədir! Mənim böyük günahımı bağışla ki, həqiqətən, böyük günahı böyük Rəbbdən başqası bağışlamaz!يَا عَظِيمُ [عَظِيما] تُرْجَى[يُرْجَى‏] لِكُلِّ عَظِيمٍ اغْفِرْ لِيَ الْعَظِيمَ فَاِنَّهُ لا يَغْفِرُ الذَّنْبَ الْعَظِيمَ إِلا الرَّبُّ الْعَظِيمُ

Sonra başını qaldırıb yenidən səcdəyə getdi və Aişə yenə belə dediyini eşitdi:
TranskripsiyaTərcüməƏrəbcə
Əuzu binuri vəchikəlləzi əzaət ləhus səmavatu vəl ərəzun, vənkəşəfət ləhuz zulumat, və sələhə ələyhi əmrul əvvəlinə vəl axirin, min fuc`əti nəqimətik, və min təhvili afiyətik, və min zəvali ni`mətik,Qəfil əzabın, verdiyin sağlamlığın alınması və nemətinin aradan qalxmasından səmaları və yerləri işıqlandıran, qaranlıqları aradan qaldıran, birinci və sonuncuların işini sahmana salan zatının nuruna sığınıram.أَعُوذُ بِنُورِ وَجْهِكَ الَّذِي أَضَاءَتْ لَهُ السَّمَاوَاتُ وَ الْأَرَضُونَ وَ انْكَشَفَتْ لَهُ الظُّلُمَاتُ وَ صَلَحَ عَلَيْهِ أَمْرُ الْأَوَّلِينَ وَ الْآخِرِينَ مِنْ فُجْأَةِ نَقِمَتِكَ وَ مِنْ تَحْوِيلِ عَافِيَتِكَ وَ مِنْ زَوَالِ نِعْمَتِكَ
Əllahummərzuqni qəlbən təqiyyən nəqiyya, və minəş şirki bəriən la kafirən və la şəqiyya.İlahi, mənə pak-pakizə, şirkdən, kafirlikdən və bədbəxtlikdən uzaq olan bir qəlb əta et!
اللَّهُمَّ ارْزُقْنِي قَلْبا تَقِيّا نَقِيّا وَ مِنَ الشِّرْكِ بَرِيئا لا كَافِرا وَ لا شَقِيّا

Sonra üzünün hər iki tərəfini torpağa qoyub dedi:
Ərəbcəعَفَّرْتُ وَجْهِي فِي التُّرَابِ وَ حُقَّ لِي أَنْ أَسْجُدَ لَكَ
TərcüməÜzümü torpağa sürtdüm və Sənin dərgahında səcdə etmək mənə vacibdir
TranskripsiyaƏffərtu vəchi fit turabi və huqqə li ən əscudə lək

Peyğəmbər qayıtmaq istəyərkən, Aişə öz yatağına tərəf yürüdü. Peyğəmbər onun yatağına gəldi və nəfəsinin uca səsini eşidib buyurdu: «Nədir bu dərin nəfəs? Bu gecənin hansı gecə olmasını bilmirsənmi? Bu gecə, Şaban ayının 15-ci gecəsidir. Bu gecədə ruzilər bölüşdürülür, əcəllər yazılır və həccə gedəcək insanlar təyin olunur. Həqiqətən bu gecə Allah Təala Kəlb qəbiləsinin keçilərinin tüklərinin sayından çox bəndələrini bağışlayır və Allah Təala öz mələklərini səmadan yer üzərinə — Məkkə şəhərinə tərəf yollayır».[19]
14) Cənab Cəfər Təyyarın namazını qılın. Belə ki, hədislərin birində İmam Rza (ə) bu əməli Şaban ayının 15-ci gecəsində yerinə yetirməyi qeyd etmişdir.
15) Şaban ayının 15-ci gecəsinin namazlarını yerinə yetirin. Bu namazlar çoxdur. O cümlədən Əbu Yəhyə Sənani və otuz etibarlı şəxs, İmam Baqir (ə) və İmam Sadiqdən (ə) rəvayət etdiyi hədisdə belə buyurmuşlar: «Şaban ayının 15-ci gecəsində dörd rəkət (iki rəkət-iki rəkət) namaz qıl. Onun hər rəkətində «Həmd» surəsindən sonra 100 dəfə «Tövhid» surəsi oxunur.  4 rəkət namazı qılıb qurtardıqdan sonra bu duanı[20] de»:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni iləykə fəqir, və min əzabikə xaifun mustəcir, İlahi, mən Sənə möhtacam, əzabından qorxur və pənah axtarıram! اللَّهُمَّ إِنِّي إِلَيْكَ فَقِيرٌ وَ مِنْ عَذَابِكَ خَائِفٌ مُسْتَجِيرٌ
Əllahummə la tubəddil ismi, və la tuğəyyir cismi, və la təchəd bəlai, və la tuşmit bi ə`dai, İlahi, (möminlər zümrəsindən) adımı və cismimi dəyişmə, müsibətimi ağır etmə və düşmənimi sevindirmə!اللَّهُمَّ لا تُبَدِّلْ اسْمِي وَ لا تُغَيِّرْ جِسْمِي وَ لا تَجْهَدْ بَلائِي وَ لا تُشْمِتْ بِي أَعْدَائِي
əuzu biəfvikə min iqabik, və əuzu birəhmətikə min əzabik, Cəzandan əfvinə pənah gətirmişəm. Əzabından rəhmətinə pənah gətirmişəm. أَعُوذُ بِعَفْوِكَ مِنْ عِقَابِكَ وَ أَعُوذُ بِرَحْمَتِكَ مِنْ عَذَابِكَ
və əuzu birizakə min səxətik, və əuzu bikə minkə cəllə sənauk, Qəzəbindən razılığına pənah gətirmişəm. Sənin Özündən Özünə pənah gətirmişəm. وَ أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ وَ أَعُوذُ بِكَ مِنْكَ جَلَّ ثَنَاؤُكَ
əntə kəma əsnəytə əla nəfsikə və fəvqə ma yəqulul qailun.Özün-Özünü təriflədiyin kimi, Sənin tərifin ucadır və Sən insanların dediklərindən (Səni tərifləyənlərin tərifindən) üstünsən!أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ وَ فَوْقَ مَا يَقُولُ الْقَائِلُونَ

16) Şaban ayının 15-ci gecəsində 100 rəkət namaz qılmağın böyük savabı var. Hər rəkətdə 1 dəfə «Həmd» surəsi və 10 dəfə «Tövhid» surəsi oxunur. Rəcəb ayının 15-ci gecəsində qılınan 6 rəkətli namaz bu gecədədə qılınır. Qayda belədir: 6 rəkət namaz qılmaq (iki rəkət-iki rəkət): hər rəkətdə «Həmd» surəsindən sonra «Yasin», «Mulk», «Tövhid» surələri oxunur.

Mənbələr:
[1] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 831,
Seyid ibn Tavus — İqbal, səh 695
[2] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 853,
Əllamə Məclisi — Zadul-məad, səh 59
[3] Əllamə Məclisi — Biharul-ənvar, c 95, səh 415,
Seyid ibn Tavus — İqbal, səh 701
[4] Seyid ibn Tavus — İqbal, səh 699
[5] Əllamə Məclisi — Zadul-məad, səh 64
[6] Seyid ibn Tavus — İqbal, səh 718
[7] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 830
[8] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 830,
Seyid ibn Tavus — İqbal, səh 710
[9] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 830,
Seyid ibn Tavus — İqbal, səh 710
[10] Əllamə Məclisi — Zadul-məad, səh 60
[11] Seyid ibn Tavus — İqbal, səh 705,
Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 842 (cüzi fərqlə)
[12] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 843,
Əllamə Məclisi — Biharul-ənvar, c 95, səh 412 (cüzi fərqlə)
[13] Əllamə Məclisi — Biharul-ənvar, c 95, səh 414,
Seyid ibn Tavus — İqbal, səh 699 (cüzi fərqlə)
[14] İbn Əbi Cumhur İhsai — Əvali əl-Ləali, c 1, səh 159, hədis 144,
Əllamə Məclisi — Biharul-ənvar, c 92, səh 361, hədis 18
[15] Seyid ibn Tavus — İqbal, səh 695,
Əllamə Məclisi — Biharul-ənvar, c 95, səh 409
[16] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 813,
Əllamə Məclisi — Biharul-ənvar, c 95, səh 409 (cüzi fərqlə).
[17] Seyid ibn Tavus — İqbal, səh 695,
Əllamə Məclisi — Biharul-ənvar, c 95, səh 409,
Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 833,
Şeyx Kəf`əmi – Misbah, səh 51
[18] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 833,
Seyid ibn Tavus — İqbal, səh 716
[19] Seyid ibn Tavus – İqbal, səh 702,
Əllamə Məclisi – Biharul-ənvar, c 95, səh 416
[20] Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 830,
Əllamə Məclisi – Biharul-ənvar, c 94, səh 88

Читайте также: