İslam aylarının əməlləri: Şaban ayının on beşinci günü — Şaban ayı, 15-ci gün
Bu gün 12-ci İmam, mövlamız, ağamız, sərvərimiz, rəhbərimiz Sahibəzzaman Məhdinin (ə.f) mövlud günüdür:
O həzrəti hər bir zamanda və hər bir məkanda ziyarət etmək və ziyarət edərkən zühurunun tezləşməsi üçün dua etmək müstəhəbdir. Samirrada yerləşən Sərdabda ziyarət etmək daha da təkid olunmuşdur. Tövsiyə olunur ki, şiələr Şaban ayının 15-ci gecəsi və gününü məclislər təşkil edərək bu günün əzəməti, İmam Zamanın (ə.f) varlığı və onun yolunu gözləməyin (intizarın) şərtləri, ağanın tez zühur etməsi üçün dua etməyin zəruriliyi, düşmənlərin və nadanların iradlarının əsassızlığı barədə söhbətlər aparsınlar. Vəliyyi əmr kulli muslimin olan İmam Məhdi (ə.f) ziyarət etmək üçün saytın Ziyarətnamələr bölümünə daxil ola bilərsiz.
