İslam aylarının əməlləri: Zilhiccə ayının doqquzuncu günü — Zilhiccə ayı, 9-cu gün — Ərəfə günü
Zilhiccənin 9-cu günü (Ərəfə günü):
Mərhum Əllamə Məclisi yazır: «Ərəfə günü İslamın böyük bayramlarından biridir. Bu gün Ərəfatda olan kəs böyük uğur qazanmışdır. Bu günün bir çox əməlləri və duaları vardır. Bu gündə ən yaxşı əməl isə dua etməkdir.»[1]
İmam Baqir (ə) nəql edir ki, İmam Zeynul-abidin (ə) Ərəfə günü bir dəstənin insanlara əl açıb kömək istədiklərini gördü. O həzrət buyurdu: «Vay olsun sizə! Bu gündə Allahdan qeyrisindən ehtiyacınızı istəyirsinizmi, halbuki bu gündə Allahın fəzlinin hətta ananın qarnında olan körpəyə şamil olacağına ümid vardır.»[2]
Ərəfə günündə istər həyatda olan, istərsə də dünyasını dəyişən möminlər və dostlar üçün dua etmək xüsusi tövsiyə olunmuşdur.[3]
Şiənin parlaq simalarından olan İbrahim ibn Haşim belə nəql edir: «Mən Abdullah ibn Cundəbi Ərəfə günündə Ərəfat çöllüyündə gördüm. O, dua və raz-niyaza qərq olmuşdu. Əllərini göyə qaldırmış və göz yaşı axıdırdı. O, çox ağladı. Axırda mən onun yanına gedib dedim: «Heç kimin sənin kimi ibadət etdiyini görmədim.» O dedi: «And olsun Allaha, təkcə mömin qardaşlar üçün dua etdim. Çünki İmam Musa Kazimin (ə) belə buyurduğunu eşitmişdim: «Hər kim mömin qardaşları üçün dua etsə, ərşdən nida gələr ki, bu duaların yüz min bərabəri sənin üçün həyata keçəcəkdir.»» Mən də istəmədim ki, mələklərin qəbul olunacağını şübhə olmayan dualarının yüz min bərabərini əldən verim və özüm üçün dua edim, halbuki öz duamın qəbul olub olmayacağını bilmirəm»» [4]
Ərəfə günündə bir neçə əməl yerinə yetirilir:
1) Oruc tutmaq: Bu gündə oruc tutmağın çox böyük savabı vardır. Lakin əgər oruc tutmaq insanda halsızlıq və zəiflik yaradıb dua və ibadət etməyə əngəl olacaqsa, oruc tutmamaq daha yaxşıdır.[5] (Əlbəttə, orucu o kəslər tuta bilər ki, ya öz vətənindədirlər və ya hansısa bir yerdə on gün qalmağı qərar alıblar.)
2) Günəş qürub etməmişdən qabaq qüsl etmək.[6]
3) İmam Hüseyni (ə) ziyarət etmək: İmam Sadiq (ə) buyurub ki, Ərəfə günündə İmam Hüseyni (ə) ziyarət etmək çoxlu həcc və ümrənin, çoxlu cihad etməyin savabı vardır.[7]
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurub ki, Ərəfə günü Allah İmam Hüseynin (ə) qəbrinin zəvvarlarına xüsusi nəzər salır, onların istəklərini həyata keçirər və günahlarını bağışlayar.[8]
İmam Sadiq (ə), İmam Kazim (ə) və İmam Rza (ə) buyurublar ki, hr kim Ərəfə günü İmam Hüseynin (ə) ziyarətinə getsə, Allah onu möhkəm iman və əminliklə geri qaytarar.[9]
Seyid ibn Tavus «İqbal» kitabında yazır: «Ərəfə günündə İmam Hüseyni (ə) ziyarət etməyin fəziləti barədə olan hədislər mütəvatirdir».[10]
4) Əsr namazından sonra və Ərəfə gününün dualarına başlamazdan qabaq açıq səma altında 2 rəkət namaz qıl və öz günahlarını etiraf et. İmam Sadiq (ə) buyurub: «Kim bu namazı qılsa, Ərəfatda olan kəslərin savabını qazanar və günahları bağışlanar».[11]
Şeyx Kəf`əmi bu namazın qaydasını belə qeyd etmişdir:
Zöhr və əsr namazlarını gözəl rüku və səcdə ilə qıldıqdan sonra 2 rəkət namaz qıl. 1-ci rəkətdə «Həmd» surəsindən sonra «İxlas» surəsini, 2-ci rəkətdə «Həmd» surəsindən sonra «Kafirun» surəsini oxu. Daha sonra 4 rəkət (iki rəkət-iki rəkət) namaz qıl: hər rəkətdə «Həmd» surəsindən sonra 50 dəfə «İxlas» surəsini oxu (Əmirəl-möminin Əlinin (ə) namazı da bu qaydadadır). Sonra Həzrət Rəsulallahın (s) buyurduğu bu təsbihatı – Seyid ibn Tavus onu «İqbal» kitabında qeyd etmişdir – oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Subhanəlləzi fis səmai ərşuh, subhanəlləzi fil ərzi hukmuh, subhanəlləzi fil quburi qəzauh, | Ərşi səmada, hökmü yerdə olan, əmrləri qəbirlərdə icra edilən Allah pak və bütün eyiblərdən uzaqdır! | سُبْحَانَ مَنْ فِى السَّمَاءِ عَرْشُهُ، سُبْحَانَ الَّذِی فِى الْاَرْضِ سَطْوَتُهُ، سُبْحَانَ الَّذِی فِى الْبَحْرِ سَبِیلُهُ، سُبْحَانَ الَّذِی فِى النَّارِ سُلْطَانُهُ، سُبْحَانَ الَّذِی فِى الْجَنَّةِ رَحْمَتُهُ، سُبْحَانَ الَّذِی فِى الْقُبُورِ قَضَاؤُهُ، سُبْحَانَ الَّذِی فِى الْهَوَاءِ اَمْرُهُ، سُبْحَانَ الَّذِی رَفَعَ السَّمَاءَ، سُبْحَانَ الَّذِی وَضَعَ الْاَرْضَ، سُبْحَانَ مَنْ لَا مَنْجَا مِنْهُ إِلَّا إِلَیْهِ |
| subhanəlləzi fil bəhri səbiluh, subhanəlləzi fin nari sultanuh, subhanəlləzi fil cənnəti rəhmətuh, subhanəlləzi fil qiyaməti ədluh, subhanəlləzi rəfəəs səma, subhanəlləzi bəsətəl ərz, subhanəlləzi la məlcəə və la mənca minhu illa iləyh. | Dəryalarda yolları, cəhənnəmdə hakimiyyəti, cənnətdə rəhməti, qiyamətdə ədalətli olan, göyləri ucaldan, yeri genişləndirən, Onun dərgahına sığınmaqdan başqa qurtuluş yeri olmayan Allah pak və bütün eyiblərdən uzaqdır! | UYGUNSUZLUQ |
(Bu təsbihatı Ərəfə gecəsinin əməllərində qeyd etdik.)
Daha sonra 100 dəfə bu duanı oxu:
| Ərəbcə | سُبْحَانَ اللَّهِ، وَ الْحَمْدُ لِلَّهِ، وَ لَا اِلٰهَ اِلَّا اللَّهُ، وَ اللَّهُ اَکْبَ |
| Tərcümə | Allah pak və bütün eyiblərdən uzaqdır! Həmd-səna yalnız Allaha məxsusdur! Allahdan başqa heç bir tanrı yoxdur! Allah böyükdür! |
| Transkripsiya | Subhənəllah, vəlhəmdulillah, vəla ilahə illallahu vəllahu əkbər. |
Sonra 100 üz dəfə «İxlas» surəsini oxu.
Sonra 100 dəfə «Ayətəl-kürsi» ayələrini oxu.
Sonra Məhəmmədə və Ali-Məhəmmədə 100 dəfə salavat göndər.
Sonra 10dəfə bu duanı oxu:
| Ərəbcə | لَا اِلٰهَ اِلَّا اللهُ، وَحْدَهُ لَا شَرِیکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیِى وَ یُمِیتُ، وَ یُمِیتُ وَ یُحْیِى، وَ هُوَ حَىٌّ لَا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلَىٰ کُلِّ شَىْءٍ قَدِیرٌ |
| Tərcümə | Allahdan başqa heç bir tanrı yoxdur! O, tək və şəriksizdir! Mülk, həmd-səna yalnız Ona məxsusdur! Dirildən və öldürən, öldürən və dirildəndir! O, ölməyəcək diridir! Xeyir Onun ixtiyarındadır və O, hər bir şeyə qadirdir! |
| Transkripsiya | La ilahə illəllah, vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, yuhyi və yumit, və yumi-tu və yuhyi, və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəy`in qədir |
Sonra 10 dəfə bu zikri oxu:
| Ərəbcə | اَسْتَغْفِرُ اللهَ الَّذِى لَا اِلٰهَ اِلَّا هُوَ الْحَىُّ الْقَیُّومُ، وَ اَتُوبُ اِلَیْهِ |
| Tərcümə | Ondan başqa heç bir tanrı olmayan, diri və əbədi Allahdan bağışlanmaq diləyir və Ona tərəf qayıdıram! |
| Transkripsiya | Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyumu və ətubu iləyh |
Sonra aşağıda qeyd olunan kəlmələrin hər biri 10 dəfə deyilsin:
Ərəfə günü
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya Əllahu | Ey Allah! | يَا اللَّهُ |
| Ya Rəhmanu | Ey bağışlayan! | يَا رَحْمَان |
| Ya Rəhimu | Ey mehriban! | يَا رَحِيمُ |
| Ya bədiəs səmavati vəl ərz | Ey göylər və yeri yaradan! | يَا بَدِيعَ السَّمَاوَاتِ وَ الْأَرْضِ |
| Ya zəl cəlali vəl ikram | Ey əzəmət və ehsan sahibi! | يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ |
| Ya həyyu ya qəyyum | Ey diri, ey əbədi! | يَا حَيُّ يَا قَيُّومُ |
| Ya hənnanu ya mənnan | Ey bağışlayan və nemət verən! | يَا حَنَّانُ يَا مَنَّانُ |
| Ya la ilahə illa ənt | Ey Ondan başqa heç bir tanrı olmayan! | يَا لا إِلَهَ إِلا أَنْتَ |
| Amin | Amin! | آمِينَ |
Daha sonra de:
| Ərəbcə | اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ، یَا مَنْ هُوَ اَقْرَبُ اِلَىَّ مِنْ حَبْلِ الْوَرِیدِ، یَا مَنْ یَحُولُ بَیْنَ الْمَرْءِ وَ قَلْبِهِ، یَا مَنْ هُوَ بِالْمَنْظَرِ الْاَعْلَىٰ وَ بِالْاُفُقِ الْمُبِینِ، یَا مَنْ هُوَ الرَّحْمٰنُ عَلَى الْعَرْشِ اسْتَوَىٰ، یَا مَنْ لَیْسَ کَمِثْلِهِ شَىْءٌ، وَ هُوَ السَّمِیعُ الْبَصِیرُ، اَسْئَلُکَ اَنْ تُصَلِّىَ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ |
| Tərcümə | İlahi, ey mənə şah damarımdan yaxın olan, insanın qəlbi ilə Öz arasında pərdə yaradan, ey məqamı uca və aydın üfüqə malik olan, ey möhkəm ərşinin üzərindəki mehriban, ey tayı-bərabəri olmayan, ey eşidən və görən, Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən! |
| Transkripsiya | Əllahummə inni əs`əlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid, ya mən yəhulu bəynəl mər`i və qəlbih, ya mən huvə bil mənzəril ə`la və bil ufuqil mubin, ya mən huvər rəhmanu ələl ərşistəva, ya mən ləysə kəmislihi şəy`, və huvəs səmiul bəsir, əs`əlukə ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd. |
Sonra öz diləklərini Allahdan istə, inşaallah həyata keçər.[12]
(Yuxarıdakı dua ali məzmuna malikdir və yaxşı olar ki, insan, dua etmək istədiyi vaxt onu oxusun. Həmçinin namazların qunutunda da onu oxumaq olar. Bu duanın cümlələri Quran ayələrindən götürülmüş, Allahın camal və cəlal sifətlərini ehtiva edir.)
Mərhum Şeyx Kəf`əmi davamında deyir: Bu duadan sonra bu salavatı oxu. İmam Sadiq (ə) buyurub: «Kim Məhəmməd və Ali-Məhəmmədi onlara salavat göndərməklə sevindirmək istəsə, bu salavatı desin[13] »:
Ərəfə günü_3
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə ya əcvədə mən ə`ta, və ya xəyrə mən suil, və ya ərhəmə mənisturhim, | İlahi, ey bəxşiş edənlərin ən səxavətlisi, ey hacət istənilənlərin ən xeyirlisi, ey mehribanların ən mehribanı! | اللَّهُمَّ يَا أَجْوَدَ مَنْ أَعْطَى وَ يَا خَيْرَ مَنْ سُئِلَ وَ يَا أَرْحَمَ مَنِ اسْتُرْحِمَ |
| Əllahummə salli əla Muhəmmədin və alihi fil əvvəlin, və salli əla Muhəmmədin və alihi fil axirin, və salli əla Muhəmmədin və alihi fil məlail ə`la, və salli əla Muhəmmədin və alihi fil mursəlin, | İlahi, əvvəldə və sonda, “mələkut” aləmi və üstün aləmdə, elçilərin arasında Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir! | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْأَوَّلِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْآخِرِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْمَلَإِ الْأَعْلَى وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْمُرْسَلِينَ |
| Əllahummə ə`ti Muhəmmədən və aləhul vəsilətə vəl fəzilətə vəş şərəf, vər rif`ətə vəd dərəcətəl kəbirəh, | İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə vəsilə, fəzilət, şərafət, ucalıq və böyük məqamlar bəxş et! | اللَّهُمَّ أَعْطِ مُحَمَّدا وَ آلَهُ الْوَسِيلَةَ وَ الْفَضِيلَةَ وَ الشَّرَفَ وَ الرِّفْعَةَ وَ الدَّرَجَةَ الْكَبِيرَةَ |
| Əllahummə inni aməntu bi Muhəmmədin salləllahu ələyhi və alih, və ləm ərəhu fəla təhrimni fil (fi yəvmil) qiyaməti ru`yətəh, vərzuqni suhbətəh, və təvəffəni əla millətih, vəsqini min həvzihi məşrəbən rəviyən saiğən həniyyən la əzməu bə`dəhu əbəda, innəkə əla kulli şəy`in qədir, | İlahi, mən Muhəmmədi (Allahın salamı olsun ona və Əhlibeytinə) görmədiyim halda, ona iman gətirdim! Belə isə, qiyamətdə onu görməkdən məni məhrum etmə, onunla həmsöhbət olmağı mənə nəsib et, məni onun ümmətinin dinində olduğum halda, dünyadan apar, məni onun (Kövsər) hovuzundan bir daha susamayacağım qədər sirab et! Həqiqətən, Sən hər gir şeyə qadirsən! | اللَّهُمَّ إِنِّي آمَنْتُ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لَمْ أَرَهُ فَلا تَحْرِمْنِي فِي [يَوْمِ] الْقِيَامَةِ رُؤْيَتَهُ وَ ارْزُقْنِي صُحْبَتَهُ وَ تَوَفَّنِي عَلَى مِلَّتِهِ وَ اسْقِنِي مِنْ حَوْضِهِ مَشْرَبا رَوِيّا سَائِغا هَنِيئا لا أَظْمَأُ بَعْدَهُ أَبَدا اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ |
| Əllahummə inni aməntə bi Muhəmmədin salləllahu ələyhi və alih, və ləm ərəhu fəərrifni fil cinani vəchəh, | İlahi, mən Muhəmmədi (ona və Əhlibeytinə salam olsun) görmədiyim halda, ona man gətirdim! Belə isə, cənnətdə onu mənə tanıtdır. | اللَّهُمَّ إِنِّي آمَنْتُ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لَمْ أَرَهُ فَعَرِّفْنِي فِي الْجِنَانِ وَجْهَهُ |
| Əllahummə bəlliğ Muhəmmədən salləllahu ələyhi və alihi minni təhiyətən kəsirətən və səlama. | İlahi, Muhəmməd və onun Əhlibeytinə məndən çoxlu-çoxlu salam və salavat göndər! | اللَّهُمَّ بَلِّغْ مُحَمَّدا صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ مِنِّي تَحِيَّةً كَثِيرَةً وَ سَلاما |
Sonra Ummi-Davud duasını (Rəcəb ayının 15-ci gününün əməllərində qeyd etdik) oxu. Daha sonra çoxlu savabı olan bu təsbihatı oxu:
Ərəfə günü_4
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Subhanəllahi qəblə kulli əhədin subhanəllahi bə`də kulli əhəd, və subhanəllahi məə kulli əhəd, və subhanəllahi yəbqa rəbbuna və yəfna kullu əhəd, və subhanəllahi təsbihən yəfzulu təsbihəl musəbbihin, fəzlən kəsirən qəblə kulli əhəd, və subhanəllahi təsbihən yəfzulu təsbihəl musəbbihin, fəzlən kəsirən bə`də kulli əhəd, və subhanəllahi təsbihən yəfzulu təsbihəl musəbbihin, fəzlən kə-sirən məə kulli əhəd, və subha-nəllahi təsbihən yəfzulu təsbi-həl musəbbihin, fəzlən kəsirən lirəbbinəl baqi, və yəfna kullu əhəd, və subhanəllahi təsbihən la yuhsa və la yudra, və la yun-sa və la yəbla və la yəfna, və ləysə ləhu muntəha, və subha-nəllahi təsbihən yədumu bidə-vamih, və yəbqa bibəqaihi fi sinil aləmin, və şuhurid duhuri və əyyamid dunya və saətil ləyli vən nəhar, və subhanəllahi əbədəl əbədi və məəl əbəd, mimma la yuhsihil ədəd, və la yufnihil əmədu və la yəqtəuhul əbəd, və təbarəkəllahu əhsənul xaliqin | Hər şeydən öncə olan Allah pak və bütün eyiblərdən uzaqdır! Hər şeydən sonra olan Allah pak və bütün eyiblərdən uzaqdır! Hamı ilə birlikdə olan Allah pak və bütün eyiblərdən uzaqdır! Hər kəs fənaya uğradıqdan sonra baqi qalacaq Rəbbimiz Allah pak və bütün eyiblərdən uzaqdır! Ona təsbeh deyənlərdən öncə fəzilətini hədsiz dərəcədə artıran Allah paklıq cəhətindən daha pak və bütün eyiblərdən uzaqdır! Ona təsbeh deyənlərdən sonra fəzilətini hədsiz dərəcədə artıran Allah paklıq cəhətindən daha pak və bütün eyiblərdən uzaqdır! Ona təsbeh deyənlərlə birlikdə fəzilətini hədsiz dərəcədə artıran Allah paklıq cəhətindən daha pak və bütün eyiblərdən uzaqdır! Hər kəs fənaya uğradıqdan sonra baqi qalacaq Rəbbimiz paklıq cəhətindən daha pak və bütün eyiblərdən uzaqdır! Sayı bilinməz, dərkolunmaz, unudulmaz, fənaya uğramaz, hədsiz-hüdudsuz paklıq sahibi Allah pak və bütün eyiblərdən uzaqdır! Paklığı onun davamlılığı ilə davamlı, baqi olması ilə baqi və məxluqatın yaşı, dünyadakı gecə və gündüz saatları, günlər, aylar və zamanlar qədər olan Allah pak və bütün eyiblərdən uzaqdır! Əbədi, rəqəmlərin göstərə bilməyəcəyi qədər əbədi olan, ruzigarın ötməsi ilə sona çatmayan və əbədiyyəti əsla bitməyən Allah pak və bütün eyiblərdən uzaqdır! Məxluqatı gözəl biçimdə yaradan Allah böyükdür! | سُبْحَانَ اللَّهِ قَبْلَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ بَعْدَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ مَعَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ يَبْقَى رَبُّنَا وَ يَفْنَى كُلُّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا يَفْضُلُ تَسْبِيحَ الْمُسَبِّحِينَ فَضْلا كَثِيرا قَبْلَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا يَفْضُلُ تَسْبِيحَ الْمُسَبِّحِينَ فَضْلا كَثِيرا بَعْدَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا يَفْضُلُ تَسْبِيحَ الْمُسَبِّحِينَ فَضْلا كَثِيرا مَعَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا يَفْضُلُ تَسْبِيحَ الْمُسَبِّحِينَ فَضْلا كَثِيرا لِرَبِّنَا الْبَاقِي وَ يَفْنَى كُلُّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا لا يُحْصَى وَ لا يُدْرَى وَ لا يُنْسَى وَ لا يَبْلَى وَ لا يَفْنَى وَ لَيْسَ لَهُ مُنْتَهًى وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا يَدُومُ بِدَوَامِهِ وَ يَبْقَى بِبَقَائِهِ فِي سِنِي الْعَالَمِينَ وَ شُهُورِ الدُّهُورِ وَ أَيَّامِ الدُّنْيَا وَ سَاعَاتِ اللَّيْلِ وَ النَّهَارِ وَ سُبْحَانَ اللَّهِ أَبَدَ الْأَبَدِ وَ مَعَ الْأَبَدِ مِمَّا لا يُحْصِيهِ الْعَدَدُ وَ لا يُفْنِيهِ الْأَمَدُ وَ لا يَقْطَعُهُ الْأَبَدُ وَ تَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ |
Sonra de:
| Ərəbcə | وَ الْحَمْدُ لِلَّهِ قَبْلَ كُلِّ أَحَدٍ وَ الْحَمْدُ لِلَّهِ بَعْدَ كُلِّ أَحَدٍ |
| Tərcümə | Həmd-səna hər kəsdən öncə Allaha məxsusdur. Həmd-səna hər kəsdən sonra Allaha məxsusdur! |
| Transkripsiya | Vəl həmdu lillahi qəblə kulli əhəd, vəl həmdu lillahi bə`də kulli əhədin. |
Daha sonra bu duanı «Subhanəllah» kəlməsinin yerinə «Əlhəmdulilləh» deyərək axıradək oxu. 3-cü dəfə bu duanı «Subhanəllah» kəlməsinin yerinə «Lə iləhə illəllah» deyərək axıradək oxu. 4-cü dəfə isə «Subhanəllah» kəlməsinin yerinə «Əllahu əkbər» deyərək bu duanı axıradək oxu. Yəni bu cür oxu:
Ərəfə günü_6
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Vəl həmdu lillahi qəblə kulli əhəd, vəl həmdu lillahi bə`də kulli əhəd, vəl həmdu lillahi məə kulli əhəd, vəl həmdu lillahi yəbqa rəbbuna və yəfna kul-lu əhəd, vəl həmdu lillahi həmdən yəfzulu həmdəl hami-din, həmdən kəsirən qəblə kulli əhəd, vəl həmdu lillahi həmdən yəfzulu həmdəl hamidinə həmdən kəsirən bə`də kulli əhəd, vəl həmdu lillahi həmdən yəfzulu həmdəl hamidinə həmdən kəsirən məə kulli əhəd, vəl həmdu lillahi həmdən yəfzulu həmdəl hamidinə həm-dən kəsirən lirəbbinəl baqi və yəfna kullu əhəd, vəl həmdu lil-lahi həmdən la yuhsa və la yudra, və la yunsa və la yəbla, və la yəfna və ləysə ləhu muntəha, vəl həmdu lillahi həmdən yədumu bidəvamih, və yəbqa bibəqaihi fi sinil aləmin, və şuhurid duhuri və əyyamid dunya, və saatil ləyli vən nəhar, vəl həmdu lillahi əbədəl əbədi və məəl əbəd, mimma la yuhsihil ədədu və la yufnihil əmədu və la yəqtəuhul əbəd, və təbarəkəllahu əhsənul xaliqin | Həmd-səna hər kəsdən öncə Allaha məxsusdur! Həmd-səna hər kəsdən sonra Allaha məxsusdur! Həmd-səna hamı ilə birgə Allaha məxsusdur! Həmd-səna hər kəs fənaya uğradıqdan sonra baqi qalacaq Rəbbimiz Allaha məxsusdur! Həmd-səna hər kəsdən öncə Ona həmd edənlərin həmdinin fəzilətini hədsiz dərəcədə artıran Allaha məxsusdur! Həmd-səna hər kəsdən sonra Ona həmd edənlərin həmdinin fəzilətini hədsiz dərəcədə artıran Allaha məxsusdur! Həmd-səna hər kəslə birgə Ona həmd edənlərin həmdinin fəzilətini hədsiz dərəcədə artıran Allaha məxsusdur! Həmd-səna hər kəs fənaya uğradıqdan sonra baqi qalacaq Rəbbimizə həmd edənlərin həmdinin fəzilətini hədsiz dərəcədə artıran Allaha məxsusdur! Sayı bilinməz, dərkolunmaz, unudulmaz, köhnəlməz, fənaya uğramaz və saysız-hesabsız həmd Allaha məxsusdur! Həmd-səna aləmlər boyu onun davamlılığı ilə davamlı, baqi olması ilə baqi, bu dünyanın ay və günləri, gecə-gündüz saatları qədər Allaha məxsusdur! Həmd-səna əbədi, rəqəmlərin göstərə bilməyəcəyi qədər əbədi olan, ruzigarın ötməsi ilə sona çatmayan və əbədiyyəti əsla bitməyən Allaha məxsusdur! Məxluqatı gözəl biçimdə yaradan Allah böyükdür! | وَالْحَمْدُ للهِِ قَبْلَ كُلِّ اَحَدٍ، وَالْحَمْدُ للهِِ بَعْدَ كُلِّ اَحَدٍ، وَالْحَمْدُ للهِِ مَعَ كُلِّ اَحَدٍ، وَالْحَمْدُ للهِ يَبْقَى رَبُّنَا وَيَفْنَى كُلُّ اَحَدٍ، وَالْحَمْدُ للهِ حَمْداً يَفْضُلُ حَمْدَ الْحَامِدينَ، حَمْداً كَثيراً قَبْلَ كُلِّ اَحَدٍ، وَالْحَمْدُ للهِ حَمْداً يَفْضُلُ حَمْدَ الْحَامِدينَ حَمْداً كَثيراً بَعْدَ كُلِّ اَحَدٍ، وَالْحَمْدُ للهِ حَمْداً يَفْضُلُ حَمْدَ الْحَامِدينَ حَمْداً كَثيراً مَعَ كُلِّ اَحَدٍ، وَالْحَمْدُ للهِ حَمْداً يَفْضُلُ حَمْدَ الْحَامِدينَ حَمْداً كَثيراً لِرَبِّنَا الْبَاقي وَيَفْنَى كُلُّ اَحَدٍ، وَالْحَمْدُ للهِ حَمْداً لا يُحْصَى وَلا يُدْرَى، وَلا يُنْسَى وَلا يَبْلَى، وَلا يَفْنَى وَلَيْسَ لَهُ مُنْتَهَى، وَالْحَمْدُ للهِ حَمْداً يَدُومُ بِدَوَامِهِ، وَيَبْقَى بِبَقَائِهِ في سِنيِ الْعَالَمينَ، وَشُهُورِ الدُّهُورِ وَاَيَّامِ الدُّنْيَا، وَسَاعَاتِ اللَّيْلِ وَالنَّهَارِ، وَالْحَمْدُ للهِ اَبَدَ الاَبَدِ وَمَعَ الاَبَدِ، مِمَّا لا يُحْصيهِ الْعَدَدُ، وَلا يُفْنيهِ الاَمَدُ، وَلا يَقْطَعُهُ الاَبَدُ، وَتَبَارَكَ اللهُ اَحْسَنُ الْخَالِقينَ |
Sonra bu duanı oxu:
Ərəfə günü_7
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| La ilahə illəllahu qəblə kulli əhəd, və la ilahə illəllahu bə`də kulli əhəd, və la ilahə illəllahu məə kulli əhəd, və la ilahə illəl-lahu yəbqa rəbbuna və yəfna kullu əhəd, və la ilahə illəllahu təhlilən yəfzulu təhliləl muhəl-lilinə fəzlən kəsirən qəblə kulli əhəd, və la ilahə illəllahu təh-lilən yəfzulu təhliləl muhəllilinə fəzlən kəsirən bə`də kulli əhəd, və la ilahə illəllahu təhlilən yəfzulu təhliləl muhəllilinə fəz-lən kəsirən məə kulli əhəd, və la ilahə illəllahu təhlilən yəf-zulu təhliləl muhəllilinə fəzlən kəsirən lirəbbinəl baqi və yəfna kullu əhəd, və la ilahə illəllahu təhlilən la yuhsa və la yudra və la yunsa və la yəbla və la yəfna və ləysə ləhu muntəha, və la ilahə illəllahu təhlilən yədumu bidəvamihi və yəbqa bibəqaihi fi sinil aləmin, və şuhurid duhuri və əyyamid dunya, və saatil ləyli vən nəhar, və la ilahə illəllahu əbədəl əbədi və məəl əbəd, mimma la yuhsihil ədədu və la yufnihil əmədu və la yəqtəuhul əbəd, və təbarəkəllahu əhsənul xaliqin | Hər kəsdən öncə Allahdan başqa heç bir tanrı yoxdur. Hər kəsdən sonra Allahdan başqa heç bir tanrı yoxdur. Hamı ilə birgə Allahdan başqa heç bir tanrı yoxdur. Hər kəs fənaya uğradıqdan sonra baqi qalacaq Rəbbimiz Allahdan başqa heç bir tanrı yoxdur. Hər kəsdən öncə “Allahdan başqa heç bir tanrı yoxdur” deyənlərin “Allahdan başqa heç bir tanrı yoxdur” kəlamının fəzilətini hədsiz dərəcədə artıran Allahdan başqa heç bir tanrı yoxdur. Hər kəsdən sonra “Allahdan başqa heç bir tanrı yoxdur” deyənlərin “Allahdan başqa heç bir tanrı yoxdur” kəlamının fəzilətini hədsiz dərəcədə artıran Allahdan başqa heç bir tanrı yoxdur. Hər kəslə birgə “Allahdan başqa heç bir tanrı yoxdur” deyənlərin “Allahdan başqa heç bir tanrı yoxdur” kəlamının fəzilətini hədsiz dərəcədə artıran Allahdan başqa heç bir tanrı yoxdur. Hər kəs fənaya uğradıqdan sonra baqi qalacaq Rəbbimizə “Allahdan başqa heç bir tanrı yoxdur” deyənlərin “Allahdan başqa heç bir tanrı yoxdur” kəlamının fəzilətini hədsiz dərəcədə artıran Allahdan başqa heç bir tanrı yoxdur. Sayı bilinməz, dərkolunmaz, unudulmaz, köhnəlməz, fənaya uğramaz və saysız-hesabsız dərəcədə Allahdan başqa heç bir tanrı yoxdur. Aləmlər boyu “Allahdan başqa heç bir tanrı yoxdur” kəlamının davamlılığı ilə davamlı, baqi olması ilə baqi olan, bu dünyanın ay və günləri, gecə-gündüz saatları qədər Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, rəqəmlərin göstərə bilməyəcəyi qədər əbədi olan, ruzigarın ötməsi ilə sona çatmayan və əbədiyyəti əsla bitməyən Allahdan başqa heç bir tanrı yoxdur. Məxluqatı gözəl biçimdə yaradan Allah böyükdür! | لا اِلَهَ اِلاَّ اللهُ قَبْلَ كُلِّ اَحَدٍ، وَلا اِلَهَ اِلاَّ اللهُ بَعْدَ كُلِّ اَحَدٍ، وَلا اِلَهَ اِلاَّ اللهُ مَعَ كُلِّ اَحَدٍ، وَلا اِلَهَ اِلاَّ اللهُ يَبْقَى رَبُّنَا وَيَفْنَى كُلُّ اَحَدٍ، وَلا اِلَهَ اِلاَّ اللهُ تَهْليلاً يَفْضُلُ تَهْليلَ الْمُهَلِّلينَ فَضْلاً كَثيراً قَبْلَ كُلِّ اَحَدٍ، وَلا اِلَهَ اِلاَّ اللهُ تَهْليلاً يَفْضُلُ تَهْليلَ الْمُهَلِّلينَ فَضْلاً كَثيراً بَعْدَ كُلِّ اَحَدٍ، وَلا اِلَهَ اِلاَّ اللهُ تَهْليلاً يَفْضُلُ تَهْليلَ الْمُهَلِّلينَ فَضْلاً كَثيراً مَعَ كُلِّ اَحَدٍ، وَلا اِلَهَ اِلاَّ اللهُ تَهْليلاً يَفْضُلُ تَهْليلَ الْمُهَلِّلينَ فَضْلاً كَثيراً لِرَبِّنَا الْبَاقي وَيَفْنَى كُلُّ اَحَدٍ، وَلا اِلَهَ اِلاَّ اللهُ تَهْليلاً لا يُحْصَى وَلا يُدْرَى، وَلا يُنْسَى وَلا يَبْلَى وَلا يَفْنَى، وَلَيْسَ لَهُ مُنْتَهَى، وَلا اِلَهَ اِلاَّ اللهُ تَهْليلاً يَدُومُ بِدَوَامِهِ، وَيَبْقَى بِبَقَائِهِ في سِنيِ الْعَالَمينَ، وَشُهُورِ الدُّهُورِ وَاَيَّامِ الدُّنْيَا، وَسَاعَاتِ اللَّيْلِ وَالنَّهَارِ، وَلا اِلَهَ اِلاَّ اللهُ اَبَدَ الاَبَدِ وَمَع الاَبَدِ، مَمَّا لا يُحْصيهِ الْعَدَدُ، وَلا يُفْنيهِ الاَمَدُ، وَلا يَقْطَعُهُ الاَبَدُ، وَتَبَارَكَاللهُ اَحْسَنُ الْخَالِقينَ |
Daha sonra bu dua oxunmalıdır:
Ərəfə günü_8
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Vəllahu əkbəru qəblə kulli əhəd, vəllahu əkbəru bə`də kul-li əhəd, vəllahu əkbəru məə kulli əhəd, vəllahu əkbəru yəbqa rəbbuna və yəfna kullu əhəd, vəllahu əkbəru təkbirən yəfzulu təkbirəl mukəbbirinə fəzlən kəsirən qəblə kulli əhəd, vəllahu əkbəru təkbirən yəf-zulu təkbirəl mukəbbirinə fəz-lən kəsirən bə`də kulli əhəd, vəllahu əkbəru təkbirən yəf-zulu təkbirəl mukəbbirinə fəz-lən kəsirən məə kulli əhəd, vəl-lahu əkbəru təkbirən yəfzulu təkbirəl mukəbbirinə fəzlən kəsirən lirəbbinəl baqi və yəfna kullu əhəd, vəllahu əkbəru təkbirən la yuhsa və la yudra və la yunsa və la yəbna və la yəfna və ləysə ləhu muntəha, vəllahu əkbəru təkbirən yədu-mu bidəvamihi və yəbqa bibə-qaihi fi sinil aləmin, və şuhurid duhuri və əyyamid dunya və saatil ləyli vən nəhar, vəllahu əkbəru əbədəl əbədi və məəl əbəd, mimma la yuhsihil ədədu və la yufnihil əmədu və la yəqtəuhul əbəd, və təbarəkəlla-hu əhsənul xaliqin | Hər kəsdən öncə Allah böyükdür. Hər kəsdən sonra Allah böyükdür. Hamı ilə birgə Allah böyükdür. Hər kəs fənaya uğradıqdan sonra baqi qalacaq Rəbbimiz Allah böyükdür. Hər kəsdən öncə “Allah böyükdür” deyənlərin “Allah böyükdür” kəlamının fəzilətini hədsiz dərəcədə artıran Allah böyükdür. Hər kəsdən sonra “Allah böyükdür” deyənlərin “Allah böyükdür” kəlamının fəzilətini hədsiz dərəcədə artıran Allah böyükdür. Hər kəslə birgə “Allah böyükdür” deyənlərin “Allah böyükdür” kəlamının fəzilətini hədsiz dərəcədə artıran Allah böyükdür. Hər kəs fənaya uğradıqdan sonra baqi qalacaq Rəbbimizə “Allah böyükdür” deyənlərin “Allah böyükdür” kəlamının fəzilətini hədsiz dərəcədə artıran Allah böyükdür. Sayı bilinməz, dərkolunmaz, unudulmaz, köhnəlməz, fənaya uğramaz və saysız-hesabsız dərəcədə Allah böyükdür. Aləmlər boyu “Allah böyükdür” kəlamının davamlılığı ilə davamlı, baqi olması ilə baqi olan, bu dünyanın ay və günləri, gecə-gündüz saatları qədər Allah böyükdür. Əbədi, rəqəmlərin göstərə bilməyəcəyi qədər əbədi olan, ruzigarın ötməsi ilə sona çatmayan və əbədiyyəti əsla bitməyən Allah böyükdür. Məxluqatı gözəl biçimdə yaradan Allah böyükdür! | وَاللهُ اَكْبَرُ قَبْلَ كُلِّ اَحَدٍ وَاللهُ اَكْبَرُ بَعْدَ كُلِّ اَحَدٍ، وَاللهُ اَكْبَرُ مَعَ كُلِّ اَحَدٍ، وَاللهُ اَكْبَرُ يَبْقَى رَبُّنَا وَيَفْنَى كُلُّ اَحَدٍ، وَاللهُ اَكْبَرُ تَكْبيراً يَفْضُلُ تَكْبيرَ الْمُكَبِّرينَ فَضْلاً كَثيراً قَبْلَ كُلِّ اَحَدٍ، وَاللهُ اَكْبَرُ تَكْبيراً يَفْضُلُ تَكْبيرَ الْمُكَبِّرينَ فَضْلاً كَثيراً بَعْدَ كُلِّ اَحَدٍ، وَاللهُ اَكْبَرُ تَكْبيراً يَفْضُلُ تَكْبيرَ الْمُكَبِّرينَ فَضْلاً كَثيراً مَعَ كُلِّ اَحَدٍ وَاللهُ اَكْبَرُ تَكْبيراً يَفْضُلُ تَكْبيرَ الْمُكَبِّرينَ فَضْلاً كَثيراً لِرَبِّنَا الْبَاقي وَيَفْنَى كُلُّ اَحَدٍ، وَاللهُ اَكْبَرُ تَكْبيراً لا يُحْصَى وَلا يُدْرَى، وَلا يُنْسَى وَلا يَبْلَى، وَلا يَفْنَى وَلَيْسَ لَهُ مُنْتَهَى، وَاللهُ اَكْبَرُ تَكْبيراً يَدُومُ بِدَوَامِهِ، وَيَبْقَى بِبَقَائِهِ في سِنيِ الْعَالَمينَ، وَشُهُورِ الدُّهُورِ، وَاَيَّامِ الدُّنْيَا وَسَاعَاتِ اللَّيْلِ وَالنَّهَارِ، وَاللهُ اَكْبَرُ اَبَدَ الاَبَدِ، وَمَعَ الاَبَدِ، مَمَّا لايُحْصيهِ الْعَدَدُ، وَلا يُفْنيهِ الاَمَدُ، وَلا يَقْطَعُهُ الاَبَدُ، وَتَبَارَكَ اللهُ اَحْسَنُ الْخَالِقينَ |
Daha sonra «Əlləhummə mən tə`əbbə`ə və təhəyyə`ə…» (Cümə gecəsinin əməllərində qeyd olunacaqdır)[14] duasını oxu.
Bu duadan sonra xüşu və xüzu ilə «əs-Səhifətus-Səccadiyyə» kitabının 47-ci duasını oxu.[15]
5) Məşhur «Ərəfə» duasını oxumaq.
6) Ərəfə gününün qürub vaxtı «Əşərat» duasını oxu. Belə ki, bu duanı hər səhər və axşam oxumaq müstəhəbdir. Mərhum Seyid İbn Tavus bu duanı Ərəfə günlərində qeyd etmişdir.
Mənbə:
[1] Əllamə Məclisi — Zadul-məad, səh 256
[2] Şeyx Səduq — Xisal, c 2, səh 517, hədis 4
[3] Əllamə Məclisi — Zadul-məad, səh 256
[4] Əllamə Məclisi — Zadul-məad, səh 330
[5] Əllamə Məclisi — Zadul-məad, səh 258,
Şeyx Kəf`əmi – Misbah, səh 661
[6] Şeyx Kəf`əmi — Misbah, səh 661
[7] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 715
[8] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 715
[9] Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 86, hədis 8
[10] Seyid ibn Tavus — İqbal, səh 332
[11] Əllamə Məclisi — Zadul-məad, səh 258
[12] Şeyx Kəf`əmi — Misbah, səh 661
[13] Şeyx Kəf`əmi — Misbah, səh 423
[14] Şeyx Kəf`əmi — Misbah, səh 662
[15] Şeyx Kəf`əmi — Misbah, səh 671
