İslam aylarının əməlləri: Cəmadiussani ayı və bu ayda yerinə yetirilən əməllər. Xanım Fatimeyi Zəhranın (s) şəhadət günlərində ziyarəti.

Print Friendly, PDF & Email

Seyid ibn Tavus nəql edir ki, bu ayda hər vaxt istəsən, 4 rəkət (2 rəkət-2 rəkət) namaz qıl. Hər rəkətdə «Həmd» surəsi oxunsun. 1-ci rəkətdə «Həmd» surəsindən sonra bir dəfə «Ayətəl-kürsi» və 25 dəfə «Qədr» surəsini, 2-ci rəkətdə «Həmd» surəsindən sonra 1 dəfə «Təkasur» surəsini və 25 dəfə «İxlas» surəsini, 3-cu rəkətdə bir dəfə «Kafirun» surəsi və 25 beş dəfə «Fələq» surəsini, 4-cü rəkətdə isə bir dəfə «Nəsr» surəsi və 25 dəfə «Nas» surəsini oxusun. 4-cü rəkətin salamında sonra 70 dəfə desin:

Ərəbcəسُبْحَانَ اللَّهِ، وَ الْحَمْدُ لِلَّهِ، وَ لَا اِلٰهَ اِلَّا اللَّهُ، وَ اللَّهُ اَکْبَ
TərcüməAllah pak və bütün eyiblərdən uzaqdır! Həmd-səna yalnız Allaha məxsusdur! Allahdan başqa heç bir tanrı yoxdur! Allah böyükdür!
TranskripsiyaSubhənəllah, vəlhəmdulillah, vəla ilahə illallahu vəllahu əkbər.

70 dəfə:
Ərəbcəاللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ
Tərcüməİlahi, Muhəmməd və onun Əhlibeytinə salam yetir.
TranskripsiyaƏllahummə salli əla Muhəmmədin və ali Muhəmməd.

Sonra 3 dəfə:
Ərəbcəاللَّهُمَّ اغْفِرْ لِلْمُؤْمِنينَ وَالْمُؤْمِنَاتِ
Tərcüməİlahi, mömin kişilər və möminə qadınları bağışla!
TranrskripsiyaƏllahumməğfir lil mumininə vəl muminat.

Sonra səcdəyə gedərək 3 dəfə desin:
Ərəbcəيَا حَيُّ يَا قَيُّومُ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا اللَّهُ يَا رَحْمَانُ يَا رَحِيمُ يَا أَرْحَمَ الرَّاحِمِينَ
Tərcümə Ey diri, ey əbədi, ey calal və kəramət sahibi, ey Allah, ey bağışlayan, ey mehriban, ey mehribanların ən mehribanı!
TranskripsiyaYa həyyu ya qəyyum, ya zəl cəlali vəl ikram, ya Əllahu ya rəhmanu ya rəhim, ya ərhəmər rahimin.

Sonra öz hacətlərini Allah taaladan dilə. Allah onun özünü, mal-dövlətini, ailəsini, övladlarını, din və dünyasını gələn ilə qədər qoruyacaq. Əgər bu ildə ölsə, şəhadət məqamında dünyasını dəyişmiş və şəhidlərin savabına şərik olacaq.
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələyki ya səyyidətə nisail aləmin, Əssəlamu ələyki ya validətəl hucəci ələn nasi əcməin, Əssəlamu ələyki əyyətuhəl məzlumətul məmnuətu həqqəha. Salam olsun sənə, ey aləmlərin qadınlarının xanımı! Salam olsun sənə, ey insanların üzərindəki bütün ilahi höccətlərin (imamların) anası! Salam olsun sənə, ey zülmə məruz qalan və haqqı qəsb olunan xanım!السَّلامُ عَلَيْكِ يَا سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكِ يَا وَالِدَةَ الْحُجَجِ عَلَى النَّاسِ أَجْمَعِينَ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْمَظْلُومَةُ الْمَمْنُوعَةُ حَقَّهَا

Sonra de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə salli əla əmətikə vəbnəti nəbiyyik, və zəvcəti vəsiyyi nəbiyyik, səlatən tuzlifuha fəvqə zulfa, ibadikəl mukərrəminə min əhlis səmavati və əhlil ərəzin.İlahi, kənizin, Peyğəmbərinin qızı və Peyğəmbərin canişininin zövcəsinə salam yetir; elə bir salam ki, onu Sənin səma və yer əhlindən olan əziz bəndələrinin məqamından da üstün bir məqama yüksəltsin!اللَّهُمَّ صَلِّ عَلَى أَمَتِكَ وَ ابْنَةِ نَبِيِّكَ وَ زَوْجَةِ وَصِيِّ نَبِيِّكَ صَلاةً تُزْلِفُهَا فَوْقَ زُلْفَى عِبَادِكَ الْمُكَرَّمِينَ مِنْ أَهْلِ السَّمَاوَاتِ وَ أَهْلِ الْأَرَضِينَ

Mötəbər sənədli rəvayətdə gəlmişdir ki, hər kəs həzrəti bu ziyarətnamə ilə ziyarət etsə və Allahdan bağışlanmaq diləsə, Allah taala onun günahlarını bağışlayar və onu cənnətə daxil edər.

Şeyx Abbas Qumi deyir: «Seyid ibn Tavus da bu ziyarətnaməni «Zəvaidul fəvaid» kitabında nəql etmişdir və onun cəmadius-saniyə ayının 3-сü həzrəti Fatimə (s.ə)-ın vəfat gününə məxsus olduğunu əlavə etmişdir. Orada ziyarətin qaydası belədir: əvvəl ya ziyarət namazı, ya da həzrəti Fatimə (s.ə)-ın öz namazını qılırsan (həzrətin öz namazı 2 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 60 dəfə «İxlas» surəsini  oxumaq lazımdır. Əgər edə bilməsən, 1-ci rəkətdə «Həmd» surəsindən sonra 1 dəfə «İxlas» surəsini, 2-ci rəkətdə isə «Həmd» surəsindən sonra «Kafirun» surəsini oxu. Namazdan sonra ziyarətnaməni oxu».

Читайте также: