İslam aylarının əməlləri: Zilqədə ayının bazar günündə (yekşənbədə) qılınan müstəhəb namaz
Həzrət Rəsulallahdan (s) bu ayın bazar günü qılınan bir namaz nəql olunubdur. Hədisdə bu namazın fəziləti barədə buyurulur ki, kim onu qılsa, tövbəsi qəbul olunar, günahları bağışlanar, bu namaz onun özünə və ailəsinə xeyir-bərəkət gətirər, kiməsə borcu varsa və ya onun boynunda kiminsə haqqı varsa, Qiyamət günü bu kəslər ondan razı qalar, bu dünyadan imanlı gedər, qəbri geniş və işıqlı olar, ata-anası ondan razı qalar, Allah onun ata-anasını da bağışlayar, onun nəsli də bağışlanar, ruzisi artar.Ölüm mələyi onun canını alarkən onunla xoş davranar və canını rahat alar.[1]
Həzrət Rəsulallah (s) bu namazın qaydasını belə bəyan etmişdir:
Bazar günü qüsl et və dəstəmaz al. 4 rəkət (iki rəkət-iki rəkət) namaz qıl. Hər rəkətdə 1 dəfə «Həmd», 3 dəfə «İxlas», 1 dəfə «Fələq» və «Nas» surələrini oxu. Namazı qılıb qurtardıqdan sonra 70 dəfə «istiğfar» et (bağışlanma dilə).
Mənbə:
[1] Seyid ibn Tavus — İqbal, səh 308
