İslam aylarının əməlləri: Zilqədə ayının on beşinci gecəsi — zilqədə ayı, 15-ci gecə

Print Friendly, PDF & Email

Həzrət Rəsulallah (s) buyurub ki, Zilqədə ayının 15-ci gecəsi mübarək (çox bərəkətli) bir gecədir. Allah bu gecə mömin bəndələrə rəhmət nəzərini salar. Hər kəs bu gecə, Allahın itaətinə və ibadətinə məşğul olsa, onun üçün yüz nəfər saleh – oruc tutub daima məscidə gedən və bir an belə günah etməyən–şəxsin savabı yazılar. Peyğəmbər (s)-ən olan bir hədisdə deyilir ki, bu gecəni qənimət bilin, itaət, ibadət, namaz və Allahdan istəklərinizi diləməklə məşğul olun. Başqa rəvayətdə təkidlə deyilir ki, hər kəs hər nə istək diləsə, Allah Təaala ona verər.[1]

Mənbə:
[1] Seyid ibn Tavus — İqbal, səh 309

Читайте также: